QƏMBƏRƏLİ

Alının Qəmbəri, Əlinin Qənbəri; Əlinin nökəri (Qəmbər Həzrət Əlinin nökəri olmuşdur).
QƏMBƏRALI
QƏMƏRXAN
OBASTAN VİKİ
İsgəndər bəy Qəmbərəliyev
İsgəndər bəy Məşədi Salman bəy oğlu Qəmbərəliyev — İsgəndər bəy Məşədi Salman bəy oğlu Qəmbərəliyev (tarixi ədəbiyyatda Əliyev də yazılır. Qəmbərəliyev düzdür) 1888-ci il mayın 10-da Gəncədə anadan olmuşdur. 1906-cı il iyunun 1-də 6 sinifli Gəncə şəhər məktəbini bitirmişdi. Kollec registirliyinə yiyələnmişdi. 1917-ci ildən Yelizavetpol (Gəncə) qəza və xalq milisində xidmət etmişdi. Zaqafqaziya Komissarlığının əmri ilə 1918-ci il yanvar ayının 1-dən Gəncə şəhər xalq milisində 4-cü sahənin milis komissarı təyin edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyun ayının 23-də Gəncənin ilk qubernatoru təyin olunmuş polkovnik İbrahim ağa Vəkilovun 25 sentyabr 1918-ci il tarixli əmri ilə İsgəndər bəy Qəmbərəliyev Gəncə şəhər polismeysterinin böyük köməkçisi (1-ci müavini) vəzifəsinə təyin edilmişdi. Daxili işlər naziri N.Yusifbəylinin 30 sentyabr 1919-cu il tarixli 133 nömrəli əmri ilə bu vaxtadək Gəncə polismeysterinin böyük köməkçisi vəzifəsində çalışan İsgəndər bəy Qəmbərəliyev Gəncə şəhərinin müvəqqəti polismeysteri təyin olunmuşdur. Sonra yenə daxili işlər naziri N.Yusifbəylinin 12 noyabr 1919-cu il tarixli 295 nömrəli əmri ilə İsgəndər bəy Qəmbərəliyev Şamxor (Şəmkir) qəzasının rəis əvəzi göndərilmişdi.