ƏLGÜŞAD

Əlinin açdığı; Əlinin bağışladığı.
ƏLGÜMAN
ƏLGÜŞAH
OBASTAN VİKİ
Əlgüşad Məmmədov
Əlgüşad Məmmədov — tanınmış kamança ifaçısı. Əlgüşad Məmmədov ömrünün 40 ildən çoxunu milli musiqimizin təbliğinə həsr etmiş, 35 illik pedaqoji fəaliyyət göstərmişdir. Bakının 26 nömrəli musiqi məktəbində dərs deyir. Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Ramiz Quliyev, Sərvər İbrahimov, Firudin Ələkbərov kimi ustad tarzənlərlə birgə ən dəyərli xanəndə və müğənnilərimizi müşayiət edib. Bu gün radio-televiziyanın qızıl fondunda onun müxtəlif illərdə lentə aldırdığı "Rast", "Çahargah", "Şüştər", "Bayatı Şiraz", "Bəstənigar", "Mahur" kimi muğamlarımızla yanaşı, xalq havacatları da qorunub saxlanmışdır. Çoxları kimi Əlgüşad Məmmədovun da sənət yolu oxuduğu məktəbin bədii özfəaliyyət kollektivindən başlayıb. Məktəbin musiqi müəllimi Həmid Ağabəyov balaca Əlgüşadın incəsənətə olan marağını, musiqi qabiliyyətini görərək onu musiqi məktəbinin kamança sinfinə yazdırır, hətta məktəbdən ona kamança da verdirir. İlk gündən kamançaya meyl salan Əlgüşad çox çəkinir ki, özünün şirin çalğısı ilə təkcə məktəbdə deyil, doğulub boya-başa çatdığı Saatlı rayonunda da tanınır. Mədəniyyət evinin xalqı çalğı alətləri ansamblına üzv olur. Rayonun əksər tədbirlərində fəal iştirak edir.