Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Azərbaycanda ipəkçilik
Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əlayəti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində da ipəkçilik istehsalı çox inkişaf etmişdir. Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Azərbaycanda ipəkçilik həm qədim vaxtlarda, həm də müasir dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olmuşdur. Fərziyyələrə görə, ipəkçiliklə bağlı işlərlə burada təxminən 2000 ildən artıqdır ki, məşğul olurlar. Artıq V–VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur. Antik dövr Alban tarixçisi M. Kalankaytuklu özünün "Alban tarixi" kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunduğunu göstərmişdir. Azərbaycanın təbii şəraiti bu ölkəni bir çox əsrlər boyu dünyanın ipəkçilik mərkəzlərindən birinə çevirmişdir. Şamaxıda, Şəkidə və Azərbaycanın digər guşələrində istehsal olunan ipək parçalar zəngin təbiətli diyarın bütün rənglərinin coşqunluğunu özündə əks etdirmişdir. == Qarabağda == Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayıl qəzalarında yerləşirdi.
İpəkçilik (1928)
Tammetrajlı elmi-istehsalat filmi Nuxa (indiki Şəki) rayonunda ən yaxşı baramaaçan fabrikdə çəkilmişdir. Burada ipək sapı istehsalının mürəkkəb texnoloji prosesi lentə alınmışdır. Film saxlanılmayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
İpəkçilik (film)
İpəkçilik (film, 1928)

İpəkçilik (film, 1954)
Elmi-kütləvi filmdir. Kinolent Azərbaycan SSR-də baramaçılıq təsərrüfatının elmi qaydada inkişaf etdirilməsi haqqında danışır.
Azərbaycanda İpəkçilik Sənayesi (1923)
Azərbaycanda ipəkçilik sənayesi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmi ipək istehsalı prosesinin əsas mərhələləri haqqındadır. == Məzmun == Elmi-kütləvi təbliğat filmi ipək istehsalı prosesinin əsas mərhələləri haqqındadır. == Filmin üzərində işləyən == Operator: V. Lemke == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu
Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu — Azərbaycanın ipəkçilik sənayesini ölkədə istehsal olunan xammalla tam təchiz etmək və ipək ixracını artırmaq məqsədilə qurulmuş elmi-tədqiqat müəssisəsi == Tarixi == Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutu 7 yanvar 1958-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılmışdır. == Məqsədi == Müasir seleksiya metodlarından istifadə edərək, yüksək məhsuldar ipəkqurdu cinsləri və tut sortları yaratmaq, yeni mütərəqqi yemləmə texnologiyaları və əkin sxemi tətbiq etməklə ipəkçiliyin intensiv inkişafına nail olmaq institutun qarşısında duran əsas məqsəddir. == Nailiyyətləri == İnstitutun əməkdaşları tərəfindən 50-dən çox yüksək ipəkliliyə malik ağ baramalı tut ipəkqurdu cinsi və 30-dan çox tut sortları yaranmışdır. Müxtəlif illərdə ipəkqurdu cinslərindən 16-sı və tut sortlarının 20 hibridi Azərbaycanda rayonlaşdırılmışdır ki, bu da ipəkçiliyin inkişafına mühüm əhəmiyyətə malik olmuşdur. == Mənbə == İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
Azərbaycanda ipəkçilik sənayesi (film, 1923)
Azərbaycanda ipəkçilik sənayesi qısametrajlı sənədli filmi 1923-cü ildə AFKİdə istehsal edilmişdir. Elmi-kütləvi təbliğat filmi ipək istehsalı prosesinin əsas mərhələləri haqqındadır. == Məzmun == Elmi-kütləvi təbliğat filmi ipək istehsalı prosesinin əsas mərhələləri haqqındadır. == Filmin üzərində işləyən == Operator: V. Lemke == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu
Əkinçilik Elmi Tədqiqat İnstitutu - == Tarixi == Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır. Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. == Fəaliyyəti == İslahatdan sonra Institutun hazırkı strukturuna 3 şöbə (bitki seleksiyasi; bitki fıziologiyası və biotexnologiya; davamlı əkinçilik və bitki diversifikasiyası); 4 laboratoriya (dənin keyfiyyəti; ilkin toxumçuluq və toxumun keyfiyyəti; xəstəlik və zərərvericilərə nəzarət; torpaq və bitki analizləri), yayım və təlim əlaqə qrupu, kitabxana və kompüter mərkəzi, xarici dil və ictimai elmlər kafedrası 4 bölgə təcrübə stansiyasi (Tərtər, Qobustan, Cəlilabad, Zaqatala), 1 dayaq məntəqəsi (Şəki) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron) daxildir. Azərbaycan ET Əkinçilik İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərci) bitkilərin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqəsədə nail olmaq üçün institutda yerinə yetirilən 9 mövzu və 9 iş, 5 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq pax¬lalıları, davamlı əkinçilik və bitki diversifıkasiyası) üzrə yerinə yetirilir. Bu proqramlardan 4-ü seleksiya, 1-i becərmə texnologiyası istiqamətlidir.
Pyotr Meydanında İməcilik (1920)
Pyotr Meydanında iməcilik — 1920-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Kinosüjetdə Azərbaycan sovetləşəndən sonra Bakıda Pyotr meydanında keçirilən ilk iməcilikdən, buranın abadlaşdırılmasından bəhs edilir. Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
Pyotr Meydanında iməcilik (film, 1920)