Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əmirəddin Məsud Naxçıvani
Əmirəddin Məsud Naxçıvani (XII əsr) — memar. Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atəbəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Ə.M.N. bunu şeirlə də ifadə etmişdir. Bu barədə "Əcaib əl-buldan" əsərində bəhs оlunur. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 111.
Əsirəddin Əbhəri
Əsirəddin əl-Müfəddal ibn Ömər əs-Səmərqəndi əl-Əbhəri (1200, Əbhər, Zəncan ostanı – 1264, Şəbistər, Şərqi Azərbaycan ostanı) — filosof, astronom və riyaziyyatçı. Həyatı haqqında yetərli bilgi yoxdur. 1200-ci ildə əslən Səmərqəndli bir ailəyə mənsub olan Əbhəri Mosulda anadan olub. Bəzi qaynaqlarda bu ad yanlış olaraq Əbəhri şəklində keçməkdədir. Bu arada çağdaş İranlı müəlliflərdən bir çoxu, Əbhəri nisbəsinə dayanaraq onun Zəncan və İsfahana bağlı iki Əbhərdən birində doğulmuş olduğunu iddia edir; ancaq modərn qaynaqların bəzilərinin qeyd etdiyi kimi şəxsən Əbhərinin Səmərqəndi nisbəsini işlətdiyi diqqətə alınırsa ailəsinin əslən Səmərqəndlı olduğu anlaşılır. "Seyfül-gullab" əsərinin müəllifi Məhəmməd Fövzi isə Əbhəri nisbəsinin üç ayrı anlamı olduğunu bildirərək bunları bir bölgəyə mənsub olma, bir qəbiləyə mənsub olma və “Bəyazi”də olduğu kimi bir eyniliyi bildirmə şəklində sıraladıqdan sonra Əbhəri nisbəsinin bölgəyə deyil, qəbiləyə mənsubiyət ifadə etdiyini söyləyir; ona görə Əsirəddin Əbhər qəbiləsinə mənsubdur. Mehmet Sadəttin Aygen "Böyük Filosof Əsirəddin Əbhəri" adlı əsərində, Əbhərinin Afyon elinin Çay ilçəsi yaxınında Əbər gölü civarındakı Əbər kəndindən (indiki Doğanlı) olduğunu və türbəsinin də orada olduğunu iddia edirsə də, indilik bu iddia “əbhər” ilə “əbər” kəlimələri arasındaki səs bənzərliyinin ötəsində bir anlam daşımır. Ə. Əbhəri ilk təhsilini Mosulda aldı, daha sonra Xorasan və Bağdada gedərək təhsilini tamamladı. O dönəmin ən ünlü bilginlərindən olan Kəmaləddin İbn Yunisin tələbəsi, İbn Xallikanın da müəllimi oldu. Bir müddət Mosul sarayında himayə gördü; 1228-ci ildə Mosuldan Ərbilə keçərək oraya yerləşdi.
Şeyx Əminəddin Cəbrayıl türbəsi
Şeyx Əminəddin Cəbrayıl türbəsi (fars. آرامگاه سید امین‌الدین جبراییل‎) — İranın Ərdəbil şəhəri yaxınlığındakı Sulxordad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. F. Zarre qeyd edir ki, türbə Şeyx Səfinin atası Şeyx Cəbrayılın məzarı üzərində inşa edilmişdir. XIX əsrdə türbənin iki yaxşı rəsmini nəşr etdirən fransız arxeoloq Jak De Morqan, rəsmlərdən birini “Seyid Danyalın mavzoleyi”, digərini isə “Seyid Cəbrayılın mavzoleyi” adlandırmışdır. Sənətşünaslıqla bağlı ədəbiyyatlarda tikilinin əsas hissəsinin XIV əsrdə ucaldılması və ilkin olaraq qülləvari görünüşə malik olması haqqında fikir söylənmişdir. Ə. Salamzadə türbənin, Şeyx Cüneyd türbəsi ilə yaxın anologiyaya malik olması, xüsusilə baraban və günbəzin həll edilməsini əsas gətirərək Şeyx Cəbrayıl türbəsinin XVI əsr abidəsi olmasını bildirir. Tədqiqatçının fikrincə Səfəvilərin hakimiyyətə gəlməsindən sonra Şeyx Səfi kompleksində olduğu kimi, Şeyx Cəbrayıl türbəsində də genişləndirmə və yenidənqurma işləri aparılmışdır. Xarici konturlarına əsasən türbə planda əsas fasaddan kənarları kəsilmiş və uzadılmış düzbucaqlı formasına malikdir. Əsas dəfn otağı günbəzlə örtülmüş səkkizguşəli zal formasındadır. Zalın künclərində kiçik otaqlar, əsas oxu boyunca isə dərin portal nişləri yerləşir.
Misrəddin Sadıqov
Sadıqov Müsrəddin (tam adı: Sadıqov Misrəddin Allahverdi oğlu; 10 yanvar 1952 və ya 10 dekabr 1954, Krasnoselsk rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. Misrəddin Sadıqov 1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub. 1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, üç övladı var. 20 Yanvar şəhidi Yusif Sadıqovun qardaşıdır. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın qardaşıdır. 1972-1977,tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU 1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1984, f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi» 1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi» 2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu 1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə. 94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.
Nəsirəddin Tusi
Nəsirəddin Tusi (tam adı: Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi; 18 fevral 1201, Tus, Nizari İsmaili Dövləti – 26 iyun 1274, Kazımiyyə[d], Bağdad, Elxanilər dövləti) — fars filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi. Alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Əsasən Marağada yaşamış və fəaliyyət göstərmişdir. Türkoloq Əhməd Zəki Vəlidi Toğana görə Nəsirəddin Tusi türk və monqol dili və yazısını, monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrini öyrənmişdir. Türk dilində əsər yazmışdır. Nəsirəddin Tusinin Molla Nəsirəddin ilə eyni bir şəxs olduğu düşünülür. Bir sıra Azərbaycan alimləri Tusinin azərbaycanlı/türk olduğunu iddia edir. Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il 18 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün "Tusi" nisbəsi ilə tanınmışdır. İlk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin – İbn Sina və Bəhmənyar əl-Azərbaycaninin davamçılarının yanında təhsil görmüşdür.
Zəhirəddin Maraşi
Seyyid Zəhirəddin bin Nasirəddin bin Kəmaləddin əl-Hüseyni əl-Maraşi (1413 və ya 1412, Amul, Mazandaran ostanı – 1488 və ya 1489) — İranlı dövlət adamı və tarixçi. I Şah Abbas Səfəvinin ana tərəfindən qohumudur. Mir Zəhirəddin bin Nasirəddin 1412-ci ildə Təbəristanın Amul şəhərində doğulmuşdu. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan babalarından Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Kəmaləddinin 1398-ci ildə Kaşqarda ölümünün ardından ailənin sürgünə göndərilmiş olan mənsubları geri dönüb Mazandaranı təkrar ələ keçirdilər. Nasirəddin, Saridə hökm sürən qardaşı Seyyid Əlinin idarəsi altında qaldı. Seyyid Əli tərəfindən iki dəfə elçi olaraq Teymurlu Şahrux mirzəyə göndərilən Nasirəddin 1432-ci ildə vəfat etdi. Yerinə keçən oğlu Zəhirəddin Maraşi, 1456-1461 illər arasında Rüstəmilər xanədanı içindəki anlaşmazlıqları yoluna qoymağa çalışdı.
Əfdalzadə Həmidəddin
Əfdalzadə Həmidəddin Əfəndi (v. fevral 1503, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Sultan II Murad dövrü alimlərindən Əfzələddin əl-Hüseyninin oğludur. İlk təhsilini atasından almış, daha sonra mədrəsəyə daxil olaraq burada din təhsilini tamamlamışdır. Müdərrislik fəaliyyətinə isə Bursada Kaplıca mədrəsəsində başladı. Fateh Sultan Mehmed səltənətinin ilk illərində vəzifədən alındı və yeni paytaxta – İstanbula gəldi. Rəvayətə görə, şəhərdə gəzintiyə çıxan Sultan II Mehmedlə təsadüfən tanış olmuş və ertəsi gün 50 axca maaşla Bursadakı Muradiyə mədrəsəsinə müdərris təyin olunmuşdur. 23 mart 1473 tarixində sultanın əmriylə Sahn-ı səman mədrəsələrindən birinə müdərris oldu. Bioqrafiyasına görə, bu vəzifədə ikən Sultan II Mehmed səfərə çıxmış, bu əsnada paytaxtda yayılan vəba epidemiyası səbəbilə ailəsi ilə birlikdə yaxınlıqdakı bir kəndə çəkilmişdir. Yayılan epidemiyaya baxmayaraq həftədə 4 gün İstanbula gələrək dərs deməyə davam etmişdir.
Firəddin Quliyev
Quliyev Firəddin Murtuza oğlu — Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-2000-ci illər), dosent. == Həyatı == Quliyev Firəddin Murtuza oğlu 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kefadra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 1994-2000-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 2007-ci ildə vəfat etmişdir.
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
Əliəddin Abbasov
Əliəddin Abbasov (Abbasov Əliəddin Dəyyan oğlu; 1 avqust 1952, Bənəniyar, Culfa rayonu) — Kimya elmləri doktoru, Dosent, AMEA-nın müxbir üzvü (2014). Əliəddin Abbasov 1 avqust 1952-ci ildə Naxçıvan MSSR-in Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 1.Xrom (VI) ionlarının anionitlərlə sorbsiyasına bir sıra amillərin təsiri /AMEA-nın Məruzələri, 2010,c.66, №2,s 66-72 2. Cu2+, Zn2+, Co2+ və Ni2+ ionlarının Daueks M-4195 ioniti ilə sorbsiyasının termodinamikası – XVII Beynəlxalq kimyəvi termodinamika konfransı, Samara, 2011, s. 5-8 3.Seçici konsentrat almaq məqsədilə qurğuşun- sink filizinin flotasiyası/ Avropa elm və texnologiyası, Vaysbaden, Almaniya , 2012, s.
Nəsirəddin Tusi (1984)
Film dahi Azərbaycan alimi Nəsirəddin Tusinin böyük elmi kəşflərindən və Marağa şəhərində rəsədxana yaratmasından bəhs edir. Ssenari müəllifi: İradə Vəkilova Rejissor: Tofiq Mütəllimov Operator: Ələkbər Muradov Səs operatoru: Şamil Kərimov Redaktor: Şaiq Qurbanov Elmi məsləhətçi: Fəraməz Maqsudov (akademik) Filmin direktoru: Məhyəddin Əsgərov Mətni oxuyan: Şahmar Ələkbərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Zəhirəddin Məhəmməd Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus.
Əmir Qəmərəddin Duqlat
Əmir Qəmərəddin Duqlat(fars. قمر الدین‎) — Moğolustanın hakimi. Əmir Qəmərəddin Moğolustanda məşhur olan Duqlat tayfasındandır. 1364-cü ildə təsirli nüfuza malik olmuşdu. 1366-cı ildə Şərqi Cığatay hakimi, Tuğluqteymurlu sülaləsindən İlyas xocanı devirib, öldürdü. 1375-ci ildə Əmir Teymurla vuruşub, Əndicanın ətrafını taladı. Nə Əmir Qəmərəddin Duqlat Əmir Teymur Barlası, nə də Əmir Teymur Əmir Qəmərəddini darmadağın edə bilirdi. Əmir Qəmərəddin onun sonuna çıxmaq üçün Qızıl Orda hakimi Toxtamışla əlaqəyə girmişdi. Əmir Teymur 1390-cı ildə Əmir Qəmərəddin Duqlatı döyüşdə məğlub etdi. Əmir Qəmərəddin Duqlat İrtış ətrafına qaçdı.
İrəddin Cəfərov (əsgər)
Nəsirəddin Tusi (film, 1984)
Film dahi Azərbaycan alimi Nəsirəddin Tusinin böyük elmi kəşflərindən və Marağa şəhərində rəsədxana yaratmasından bəhs edir. Ssenari müəllifi: İradə Vəkilova Rejissor: Tofiq Mütəllimov Operator: Ələkbər Muradov Səs operatoru: Şamil Kərimov Redaktor: Şaiq Qurbanov Elmi məsləhətçi: Fəraməz Maqsudov (akademik) Filmin direktoru: Məhyəddin Əsgərov Mətni oxuyan: Şahmar Ələkbərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
I Asəfcah Mir Qəmərəddin xan
Nizamülmülk Asəfcah Mir Qəmərəddin Çin Qılınc xan (d.20 avqust 1671 — ö.1748) — Baburlu dövlət adamı və Heydərabad nizamlığının qurucusu (1724–1748). == Həyatı == 20 avqust 1671-ci ildə Hindistanda ehtimalən Aqrada doğuldu. Türkistandan Hindistana köç ətmiş, Əbu Bəkrin soyundan gəldiyini iddia edən bir ailəyə mənsubdur. Adı Mir Qəmərüddin olub bu ad və Qılınc xan ünvanı ona Sultan Övrəngzib tərəfindən, Asəfcah unvanı da Nasırüddin Muhamməd Şah tərəfindən verilmişdir. Babası Xacə Abid hac dönüşü Dəkkən valisi Övrəngzibin xidmətinə girdi və onun taxta keçməsindən sonra önəmli vəzifələrə üstləndi. 1080-ci (1669-cu) ildə Buxaradan Hindistana gəlib Övrəngzibin xidmətinə girən atası Şəhabəddin 1094-cü (1683-cü) Qaziddin Firuz Cəng ünvanını aldı. Nizamülmülk on yeddi yaşında dövlət xidmətinə girərək mansabdar oldu. 1684-cü ildən etibarən atasıyla birlikdə səfərlərə qatıldı. 1114-cü (1702-ci) Bicapur bölgəsi valiliyinə gətirildi. Övrəngzibin vəfatının (1118/1707) ardından taxt iddiasında olan oğulları arasında tərəfsiz qaldı.