ƏMİRƏDDİN

dinin əmiri, dinin buyurduğu.
ƏMİRCAN
ƏMİRƏLİ
OBASTAN VİKİ
Əmirəddin Məsud Naxçıvani
Əmirəddin Məsud Naxçıvani (XII əsr) — memar. Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atəbəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Ə.M.N. bunu şeirlə də ifadə etmişdir. Bu barədə "Əcaib əl-buldan" əsərində bəhs оlunur. == İstinadlar == == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 111.