Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirzə Ənsərli
Mirzə Məsim oğlu Ənsərli (31 dekabr 1959, Ləmbəli, Barana rayonu) — Azərbaycanlı alim, türkoloq, tarixçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == 1959-cu il dekabrın 31-də Qərbi Azərbaycanın Borçalı mahalının Borçalı nahiyəsinin Ləmbəli kəndində [indiki Ermənistan Respublikasının Noyemberyan (keçmiş Barana) rayonunun Baqrateşen qəsəbəsi) anadan olmuşdur. Doğma kəndində 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil almışdır (1981–1987). 1980–1981-ci illərdə hazırlıq şöbəsində oxumuşdur. == Fəaliyyəti == Əmək fəaliyyətinə Baqrataşen qəsəbəsində ağac emalı çexində və "Zeytun" sovxozunda fəhlə kimi başlamışdır (1977–1980). Sonra isə Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 25 saylı filialında böyük kitabxanaçı (1988–1989), Bakı şəhərində Azərbaycan Dövlət Kitab Palatasında biblioqraf, bölmə müdiri (1989–1992), Azərbaycan MEA Milli Münasibətlər İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi (1992–2002) işləmişdir. Eyni vaxtda Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçilərinin Hazırlıq və İxtisasartırma Kursunda baş metodist (1996–1997), Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri (1997–1999) olmuşdur. Azərbaycan Dövlət Kitab Palatasında işləyən zaman Moskvada Mətbuat İşçilərinin İxtisasartırma kursunu da bitirmiş (1990) və 1993–1996-cı illərdə Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxumuşdur. Hazırda AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisidir. Türkologiya sahəsində tədqiqatlar aparır.
Ənsərud (Üskü)
Ənsərud (fars. عنصرود‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,378 nəfər yaşayır (337 ailə).
Ənbər
Ənbər – Orta əsr mənbələrində adı müşklə birlikdə çəkilən qiymətli maddə. Mütəxəssisin bildirdiyinə görə, onu Hind okeanında yaşayan balinadan almaq olar. Balinanın ifrazatıdır. Onu ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür. Adıçəkilən maddə mumvari olur. Vaxtilə bu maddə İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmışdı. Hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar. == Təbabətdə == Orta əsr ədəbiyyatı ilə tanış olduqda bəlli olur ki, ənbəri şahların, xəlifələrin sarayında küplərdə saxlayardılar. Özünü pis hiss edən ondan bir az götürüb ağrıyan yerinə çəkərdi və bir qədər keçməmiş ağrı dayanardı. Və yaxud ənbərdən ətir kimi istifadə edərdilər.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Ənsar
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloqKəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Köhnə Ənzər
Köhnə Ənzər (az.-əbcəd کؤهنه انذر‎, fars. انذر قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 279 nəfər yaşayır (88 ailə).
Təzə Ənzər
Təzə Ənzər (az.-əbcəd تزه انذر‎, fars. انذر جدید‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 634 nəfər yaşayır (202 ailə).
Xayril Ənvər
Xayril Ənvər həmçinin Xairil Ənvər (26.07.1922-ci il Medan, 28.04.1949-cu il Cakarta) — indoneziyalı şair və tərcüməçi olmuşdur. "45-ci il nəslinin" lideri idi. O, İndoneziya dilini rəsmidən qeyri-rəsmi danışıq dili ilə əvəz etmişdir. == Tərcümeyi-halı == Medanda anadan olub və orada orta məktəbi bitirib. 1940-cı ildə Cakartaya gəlir. Şair Cakartada xəstəxanada bilinməyən xəstəlikdən rəhmətə gedir. Cakartada Karet Bivak qəbirsanlığında basdırılır. == Şəxsi xüsusiyyətləri == HB Jassin qeyd edir ki, 1943-cü ildə sonuncu şeirini Pandji Pustaka'ya təqdim edərkən Ənvərın ilk təəssüratı "nazik, solğun və görünməmiş görüntü" idi. Onun gözləri "qırmızı, bir qədər çılpaq daha doğrusu boş idi, lakin həmişə bu gözlər düşüncə içində itirdi. Bəziləri bunu "sadəcə qayğıya ehtiyacı olduğu" kimi qələmə verirdilər.
Şağı Ənzər
Şağı Ənzər (az.-əbcəd شاغێ انذر‎, fars. شقاقی انذر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 337 nəfər yaşayır (102 ailə).
Şezana Ənvər
Şezana Ənvər (21 avqust 1989) — Keniyalı oxatan. Şezana Ənvər Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həmçinin həmin Olimpiya Oyunlarında Keniyanın bayrağını apardı. == Karyerası == Şezana Ənvər birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Ki Bo-Bae ilə üz-üzə gəldi. Həmin görüşdə Şezana Ənvər rəqibinə 1:7 hesabı ilə uduzdu.
Əfsər Cavanşirov
Əfsər Bayram oğlu Cavanşirov (8 noyabr 1930, Horadiz – 20 may 2006, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1982). == Həyatı == Əfsər Bayram oğlu 8 noyabr 1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində doğulmuşdur. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirmişdir. Bakı Musiqi Texnikumuna daxil olmuşdur. 1952-ci ildə texnikumu tamamlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olmuşdur. 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirmişdir. Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri idi. 1982-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. Əfsər Cavanşirov 2006-cı il mayın 20-də Bakı şəhərində 75 yaşında vəfat edib.
Əfsər Sadıqov
Sadıqov Əfsər İsa oğlu (8 mart 1966, Alçalı, Salyan rayonu) — "Beynəlxalq Ümumi Hüquq" kafedrasının professoru və "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin üzvü, hüquq elmləri doktoru, professordur. == Həyatı == Sadıqov Əfsər 8 mart 1966-cı ildə Salyan rayonu Alçalı kəndində anadan olmuşdur. 1983-cü ildə Qızılağac kənd orta məktəbini bitirmişdir. 1983–1990-cı illərdə ADPU-nun tarix və hüquq fakültəsində təhsil almışdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professorudur. AR Prezidenti yanında AAK-ın, BDU-nun təsis etdiyi "Beynəlxalq hüquq və inteqrasiya problemləri" elmi-analitik və praktiki jurnalın redaksiya heyətinin və Vəkillərin İxtisas Komissiyasının üzvüdür. Həmçinin, Azərbaycan Hüquq Jurnalının da redaktə heyətinin üzvüdür. Evlidir, iki övladı var. == Təhsili == 1983-cü ildə ADPU-nun tarix və hüquq fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərlqlənmə diplomu ilə bitirmişdir.1999-cu ildə isə Fransanın Nitsa universitetində TASİS-TEMPUS proqramı çərəivəsində ixtisasartırma kursunda olmuşdur. AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının və ARDNŞ-in "Neft-qaz hasilatı və AR-in davamlı inkişafı" mövzusunda keçirdiyi Respublika müsabiqəsi1də 2-ci yer qazanmışdır.
Ənbər sürvə
Müşk sürvəsi, Ənbər sürvə (lat. Salvia sclarea) və ya Dağ küncüdü — adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis sclarea (L.) Fourr. Salvia altilabrosa Pan Salvia calostachya Gand. Salvia coarctata Vahl Salvia foetida Lam. Salvia haematodes Scop. [Illegitimate] Salvia lucana Cavara & Grande Salvia pamirica Gand. Salvia sclarea var. calostachya (Gand.) Nyman Salvia sclarea var. turkestanica (Noter) Mottet Salvia simsiana Schult.
Ənsar (İslam)
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Ənvər Abbasov
Ənvər Abbasov (pedaqoq)
Ənvər Abican
Ənvər Abican (Abicanov) (əsl adı Ənvərcan Obitcanov; 25 yanvar 1947, Fərqanə – 11 aprel 2020, Daşkənd) — Özbəkistan-sovet jurnalisti, şairi, fantastika yazıçısı. 1998-ci ildə Özbəkistanın xalq şairi adına layiq görülmüşdür. 2020-ci ildə vəfat etmişdir. == Əsərləri == === Kitabları === Аламазон и его пехота: Фантастическая повесть (60000 nüs.). Ташкент: Ёш гвардия. Пер. с узб. О. Ипатова. 1984. Грозный Мешпалван: Сказки, приключения, фантастика (75000 nüs.).
Ənvər Almaszadə
Ənvər Hacağa oğlu Almaszadə (27 avqust 1918, Bakı – 6 mart 2007, Bakı) — Azərbaycanın teatr rəssamı, qrafik, Azərbaycan SSR əməkdar rəssamı (1964). == Həyatı == Ənvər Almaszadə 27 avqust 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildən rəssam kimi fəaliyyət göstərmiş AOBT-da Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasına və "Leyli və Məсnun" operasına tərtibat vermiş, geyim eskizləri hazırlamışdır. 29 iyun 1964-cü ildə Azərbaycan SSR əməkdar rəssamı fəxri adı ilə təltif olunub. Ənvər Almaszadə 6 mart 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Həmçinin bax == Qəmər Almaszadənin qardaşıdır.
Ənvər Altaylı
Ənvər Altaylı (1944 və ya 1 noyabr 1944, Ceyhan, Adana ili və ya Adana), sovetoloq və köhnə Türkiyə dövlət təhlükəsizlik orqanı işçisi. 1990-cı illərin əvvəllərində Sovetlər İttifaqının dağılması ilə yaranmış vəziyyətdə Orta Asiyada türk respublikalarının təşkil edilməsində iştirak etmişdir. == Ailəsi == Özbək kökənli siyasi mühacir Şakir Altaylı ilə, sovet əsarətindən 1920-ci ildə qaçmış özbək kökənli müfti Əbdürrəhman Kavunçunun qızı Mələk Altaylının ailəsində dünyaya gəlmişdir. == Təhsili == 1958–1961-ci illərdə Bursa İşiqlar Hərbi liseyində təhsil almışdır. Lakin Tələt Aydəmirin dövlət çevrilişinə cəhdi zamanı 1439 hərbi kursantla birlikdə həbs edildi. Bundan sonra 1963–1967-ci illərdə Ankara Universitetində hüquq təhsili almışdır. Həmçinin, sonralar Linz Universitetinin Şərqi Avropa bölməsində dil kursları keçmiş, Şərqi Avropa Universitetində və Köln Universitetində hüquq təhsili almışdır. == Karyerası == 1968-ci ildə MİT rəhbəri general Fuad Doğu tərəfindən MİT-ə sovetoloq olaraq işə götürülmüşdür. 1973-cü ilə qədər burada işləyən Ənvər Altaylı 1977–1980-ci illər arasında Hər Gün qəzetinin baş redaktoru olaraq çalışmışdır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Orta Asiyada yeni yaranan türk respublikalarının təşkil edilməsində mühüm rol oynamışdır.
Ənvər Arazov
Ənvər Talış oğlu Arazov (2 dekabr 1953, Kirovabad – 2 noyabr 1992, Sırxavənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı. == Döyüşlərdə iştirakı == Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. 1989-cu ildə Çaykəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib.
Ənvər Bariyev
Ənvər Rza oğlu Barıyev (2 oktyabr 1964, Əli-Bayramlı) 2 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əli Bayramlı (Şirvan) şəhərində anadan olmuşdur. O, 1985-ci ildə SSRİ DİN-in Lvovdakı yanğınsöndürmə üzrə texniki məktəbini əla qiymətlərlə bitirdikdən sonra Minskdə yanğından mühafizə şöbəsində mühəndis, daha sonra Belorusiya SSR DİN yanğından mühafizə İdarəsində mühəndis işləmişdir. Ənvər müəllim 1991-ci ildə keçmiş SSR DİN-in Ali Mühəndis Yanğınsöndürmə Texniki Məktəbini əla qiymətlərlə bitirdikdən sonra 1991-1996-cı illərdə Belorusiya DİN Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsinin Respublika Praktiki Mərkəzində baş elmi işçi, sonra rəis müavini işləmişdir. 1996-cı ildə ona böyük etimad göstərilir. Ə. Bariyev MDB üzrə Hərbiləşdirilmiş Yanğın Xidməti Baş İdarəsi rəisinin 1-ci müavini təyin olunur. 2000-ci ildə Belarus Respublikası Prezidenti yanında İdarəetmə Akademiyasını əla qiymətlərlə bitirən istedadlı həmyerlimiz Belorusiya Respublikası fövqəladə hallar nazirinin 1-ci müavini təyin edilir. O, 29 dekabr 2004-cü ildə isə fövqəladə hallar naziri vəzifəsini icra edir. Ə. Bariyev 22 mart 2005-ci ildən - 2011-ci ilə kimi Belorusiya fövqəladə hallar naziri işləmişdir.
Ənvər Bayramov
Ənvər Rza oğlu Bayramov (15 avqust 1939, Kiçik Məzrə, Basarkeçər rayonu – 30 mart 2015, Gəncə) — Azərbaycan Texnologiya Universiteti mexanika kafedrasının professoru. == Həyatı == Ənvər Bayramov 15 avqust 1939-cu ildə Göyçə mahalının Kiçik Məzrə kəndində anadan olmuşdur. Atası İsmayılov Rza Bayram oğlu 1941-ci ildə Boyük Vətən Müharibəsinə getmiş və 25 yaşında həlak olmuşdur. Anası İsmayılova Sura Hüseyn qızı 23 yaşında dul qalaraq iki övladını böyütmüş, 1980-ci ildə Gəncə şəhərində vəfat etmişdir. Ə. Bayramov 1947-ci ildə Basarkeçər rayon Balaməzrə kənd orta məktəbinin birinci sinfinə daxil olub. 1952-ci ildə Ə. Bayramovun ailəsi başqa qohum-əqrabaları ilə birlikdə Azərbaycan SSR-in Tərtər rayonuna deportasiya olunub və o təhsilini Tərtər rayon Cəmilli kənd orta məktəbində davam etdirib və 1957-ci ildə həmin məktəbi bitirib. 1958-ci ildə Ə. Bayramov Nuxa toxuculuq texnikumuna qəbul olunaraq həmin texnikumu 1961-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1961-ci ildə Daşkənd Toxuculuq Institutunun mexanika fakültəsinə daxil olur. O, əyani şöbədə əla qiymətlərlə oxumaqla yanaşı 1961-1966-cı illərdə «Узбекхлопкомаш» zavodunda frezerçi, institutun qrafika kafedrasında baş laborant, təchizatçı, «Таджиктекстильмаш» zavodunda mühəndis-konstruktor vəzifələrində işləmişdi. İnstitutun rektoru akademik M.A.Xadjinova Nuxa ipək kombinatına Bayramov Ənvərin nümunəvi tələbə olması haqda razılıq məktubu yazmışdı və həmin məktub Nuxa şəhərinin “İpəkçi” qəzetində dərc olunmuşdu.
Ənvər Behbudov
Ənvər Məcid oğlu Behbudov (20 mart 1912, Şuşa – 18 mart 1993, Moskva) — RSFSR xalq artisti (1965), rejissor, bədii rəhbər. == Həyatı == Ənvər Məcid oğlu 20 mart 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirmiş (1942), Ulyanovsk (1944-1946), Xabarovsk (1946-1948), Novosibirsk (1948-1954) teatrlarında rejissor və bədii rəhbər olmuşdur. V. Kaçalov adına Böyük Dram Teatrında (Kazan, 1954-1959) və M.Qorki adına Dram Teatrında (Rostov, 1959-1964) baş rejissor işləmişdir. "Tüfəngli adam" (N. Poqodin), "Oyanmış torpaq" (M. Şoloxov), "Ölü canlar" (N. Qoqol), "Məhəbbət haqqında 104 səhifə" (E. Radzinski) və s. tamaşaların quruluşunu vermişdir. 1966-cı ildən Azərbaycan Opera və Balet Teatrında baş rejissor işləmiş, "Koroğlu" operasını tamaşaya qoymuşdur. 1969-cu ildən Azərbaycan Rus Dram Teatrının baş rejissoru olmuşdur; Ə. Behbudov burada "Altı iyul" (1970, M.Şatrov), "Kənar adam" (1972, M.Dvoretski), "Öz yolunla" (1973, R. İbrahimbəјov), "Sən yanmasan" (1974, N. Xəzri), "Ötən yay Çulimskdə" (1975, A. Vampilov), "Bir iflasın protokolu" (1976, A. Gelman) və s. əsərləri tamaşaya qoymuşdur. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri, həmçinin, medallarla təltif edilmişdir.
Ənvər Bikçentayev
Ənvər Bikçentayev (tam adı: Ənvər Qadeyeviç Bikçentayev; başq. Әнүәр Һаҙый улы Бикчәнтәев; d. 4 oktyabr 1913, Ufa – 18 may 1989, Ufa) — başqırd sovet yazıçısı. == Həyatı == 4 oktyabr 1913-cü ildə Ufada anadan olmuşdur. 1921-ci ildə ailəsi Orenburqa köçmüşdür. 1928-1931-ci illərdə Orenburqda pedaqoji texnikumda təhsil almışdır. Texnikumu bitirdikdən sonra Arxangelskə tatarlarla işləməyə göndərilmişdir. 1931-1932-ci illərdə tatar məktəbində direktor müavini olmuşdur. 1935-1936-cı illərdə Qızıl Orduda xidmət etmişdir. 1941-ci ildə Başqırdıstan Pedaqoji İnstitutunu, 1956-cı ildə isə Moskvadakı Ali ədəbiyyat kurslarını bitirmişdir.
Ənvər Fərəcov
Ənvər Səyyad oğlu Fərəcov (28 iyun 1952, Sarov, Qasım İsmayılov rayonu – 11 sentyabr 1991, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1974-cü ildə mexanikləşdirmə fakültəsini bitirir və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayır. 1981-ci ildə həyatını daxili işlər orqanları ilə bağlayır. 1990-cı ildə Özbəkistan Ali Milis Məktəbini bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. == Döyüşlərdə iştirakı == 18 avqust 1991-ci il. Ənvər Fərəcov yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır.
Ənvər Hümbətov
Ənvər Oruc oğlu Hümbətov (1 yanvar 1950, Məscidli Görarxı, Marneuli rayonu – 4 iyul 1993, Abxaziya) — leytenant, Abxaziya müharibəsi iştirakçısı. "Döyüş meydanında göstərdiyi igidliyə və cəsurluğa görə" "Vaxtanq Qorqasali" ordeni ilə təltif olunub. == Həyatı == Ağır iqtisadi vəziyyət ucbatından Ənvər Hümbətovun ailəsi Rustavi şəhərinə köçüb. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi metallurgiya zavodunda çalışmağa başlamış, eyni zamanda da Gürcüstan Texniki Universitetinin Rustavı filialında metallurgiya bölməsində təhsilini davam etdirmişdir. Çalışdığı zavodda qısa müddət ərzində zavodun koks-kimya sexinin baş mexaniki vəzifəsinə yüksəlmişdir. Təhsilini başa vurduqdan sonra sovet ordusunun Polşadakı raketdən mühafizə birləşməsində xidmət etmiş, xidmətini bitirdikdən sonra leytenant rütbəsi ilə Gürcüstana geri dönmüşdür. Fatma Xasiyeva ilə ailə həyatı qurmuş və Ofeliya və Emil adlı övladları dünyaya gəlmişdir. == Döyüş yolu == Sovet İttifaqı dağıldıqdan sonra Gürcüstanda seperatçı çıxışlar baş qaldırdı. 1992-ci ilin sonlarında Abxaz separatçılarının fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavi hərbi komissarlığına müraciət edərək, könüllü hərbi xidmətə yollanmışdır. O, döyüşlərin ən qızğın olduğu — Oçamçira, Tkvarçeli, Labra və Şroma kimi bölgələrdə döyüşmüşdür.
Anser anser
Boz qaz (lat. Anser anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Bənövşəyi, ağ, boz lələkləri, narıncı dimdiyi və çəhrayı ayaqları var. Yetişkin fərdin uzunluğu 74 ilə 91 santimetr (29 və 36 inç) arasındadır, ortalama çəkisi 3,3 kiloqramdır. Arealı genişdir. Avropa və Asiya bölgələrindən şimaldan gələn quşlar qışı isti yerlərdə keçirmək üçün cənub istiqamətinə köç edir. Boz qaz bahar aylarında şimal bölgələrində dəniz sahillərində, bataqlıqlarda, göllərin sahilində və sahilə yaxın adalarda yuva quraraq çoxalır. Nəsil artırmaq üçün cütləşirlər və yerdə bitki örtüyü arasında yuva qururlar. Dişi fərd 3-5 yumurta qoyur və qırt oturur; həm erkək, həm də dişi fərd balalarını qoruyur və böyüdür. Quşlar ailə qrupu şəklində birlikdə yaşayırlar, payız aylarında cənuba doğru köç edir, bir sonrakı il baharda yenidən geri dönürlər.
Ənvər Hüseynov
Ənvər Məhərrəm oğlu Hüseynov — Culfa Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == Ənvər Hüseynov 28 avqust 1948-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Kükü kəndində anadan olmuşdur. Ənvər Hüseynov AR Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişdir. Sonradan Şahbuz rayon kommunist partiyasında 2-ci katib, Naxçıvan şəhər Komsomol komitəsində katib, Naxçıvan Peşə Təhsil Komitəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Naziri, Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri, Naxçıvan MR Həmkərlar İttifaqının sədri, Culfa Rayon Partiya Komitəsində 1-ci katib və başqa vəzifələrdə işləmişdir. Naxçıvan MR Ali Məclisinin deputatı olmuş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Ənvər Hüseynov 21 sentyabr 1993-cü ildə vəfat etmişdir.
Anser
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Pensər
Pensər — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki «yuxarı» və sə «baş», «hündür» sözlərindəndir (Yuxarıbaş kəndi). == Tarixi == Kəndin qədim adı Butəsərdir. Şeyx Zahid Gilani Astaranın Butəsər ( indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253 -cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbristanlığındadır. Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsi ilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır.
Anser albifrons
Qaşqa qaz (lat. Anser albifrons) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == A. a. albifrons A. a. frontalis A. a. gambeli A. a. elgasi A. a.
Anser caerulescens
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Anser canagicus
Alyaska qazı (lat. Anser canagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Anser cygnoides
Quruburun (lat. Anser cygnoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Anser erythropus
Ağqaş qaz (lat. Anser erythropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Təsviri == Ağqaş qaz digər qazlardan gövdəsinin nisbətən kiçik və rənginin nisbətən tünd olması ilə fərqlənir. Üst tərəfi qonur – boz, alt tərəfi ağdır. Dimdiyinin dib tərəfində 20–30 mm enində aö zolaq vardır. Dimdiyi ət rəngində və çəhrayıdır. Ayaqları sarıdır. Gözlərinin ətrafında sarı rəngdə çılpaq halqa vardır. Boynu və dimdiyi daha qısadır. == Yayılması == Ağqaş qaz Avropa və Asiyada yayılmışdır.
Anser fabalis
Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur. Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır.
Anser indicus
Dağ qazı (lat. Anser indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Çox vaxt onu ayrıca Eulabeia cinsinə aid edirlər. Bədən quruluşu qəşəngdir Uzunluğu 70–76 sm, kütləsi 1,9–3,2 kq olur. Boynu uzun və nazik, dimdiyi kiçikdir. Lələkləri qonurumtul-bozdur; açıq rəngli bədəninin yanlarında tünd zolaqlar var; başı, boynunun yanları, qarıncığı, quy ruğunun altı və üstü ağdır; təpəsində və peysərində eninə qonurumtul-qara zolaqlar var. Dimdiyi sarı, burunüstü sümüyü və burun dəlikləri qara, ayaqları narıncıdır. Orta və Mərkəzi Asiya dağla rın da, Cənub-Şərqi Altaydan Qərbi Mancuriyaya qədər, cənuba doğru Pamirə, Ladakx və Tibetə qədər məskunlaşmışdır. Dağ göllərinin sahillərində və onlara yaxın, 1000 m-dən 5000 m-ədək yüksəklikdə yerləşən çay vadilərində, həmçinin sarların və çalağanların yuvalarını tuta raq qayalarda, yaxud ağaclarda koloniyalarla yuvalayır. Hindistanın şimalında, Banqladeşdə və Myanmada qışlayır; Himalay dağları üzərindən, 9000 m-ədək yüksəklikdə uçub keçirlər.
Ceyms Ensor
Ceyms Sidney Eduard Baron Ensor (ing. James Sidney Edouard, Baron Ensor, 13 aprel 1860[…], Ostende[d], Qərbi Flandriya[…] – 19 noyabr 1949[…], Ostende[d], Qərbi Flandriya[…]) — Belçika rəssamı və estampçısı. Ömrünün çox hissəsini Ostende şəhərində yaşayan Ensorun ekspressionizm və sürrealizm cərəyanlarına böyük təsiri olub. == Bioqrafiya == Ensorun atası, Brüsseldə doğulmuş və İngiltərə və Almaniyada mühəndislik təhsili almış Ceyms Frederik Ensor idi. Ensorun anası, Mariya Katerina Heyçman belçikalı idi. Ensor akademik işlərə marağı və incəsənət təhsilinə başlamaq üçün 15 yaşında məktəbi buraxmışdır. 1877-ci ildən 1880-ci ilə qədər Brüsseldə Gözəl Sənətlər Akademiyasında təhsil aldı, oradakı həmkarlarından biri Fernand Xnopf idi. Ensor ilk olaraq 1881-ci ildə işlərini sərgilədi. 1880–1917-ci illərdə valideynlərinin evinin çardağında studiyasını yaratdı.
Endər Günlü
Endər Günlü — Fransada yaşayan türk əsilli yarımmüdafiəçi 1984-cü il təvəllüdlü Endər Lion "Olimpik"inin yetirməsidir. Onun ilk peşəkar klubu İsveçrə çempionatının 2-ci dəstəsində mübarizə aparan "Etual" olub. 2003-2005-ci illərdə bu komandanın şərəfini qoruyan türk futbolçu sonra İspaniyaya üz tutub. O, bu ölkənin 2-ci dəstə təmsilçisi "Oruvela" komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. "Adanadəmirspor"a (2-ci dəstə) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşamağa vaxt tapıb. Belə ki, yarımmüdafiəçi 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan "Qafsa"nın heyətində çıxış edib. 2009-cu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində aşağı dəstə təmsilçisi "Rasing Ceneve"də top qovub. Endər Günlü bundan sonra "Olimpik-Şüvəlan"ın formasını geyinəcək. Artıq onunla münasibətləri rəsmiləşdirən paytaxt təmsilçisi 2 il müddətində orta sahə oyunçusunun xidmətindən yararlanacaq.
Enter klavişi
Enter klavişi, daxiletmə klavişi – kompüterə daxil edilən sətrin bitdiyini və ya komandanın başladılmasını bildirən klaviş. Belə klaviş, adətən, klaviaturanın əsas blokunda yerləşdirilir. IBM firmasının və onlarla uyumlu kompüterlərdə həmin klaviş, Enter kimi, Apple Macintosh klaviaturalarında isə Return kimi qeyd olunur. Enter klavişi əməliyyat sisteminə komandanın çalışdırılmasının gərəkliyini, mətn emalı proqramına isə abzasın sonunu göstərir. Macintosh klaviaturalarında və təkmilləşdirilmiş IBM klaviaturalarında rəqəm klaviaturası hissəsində daha bir Enter klavişi nəzərdə tutulub.
Enver Yücel
Ənvər Yücəl (1957, Giresun) — Türk iş adamı, pedaqoq, təşəbbüskar, XXI əsr təhsil futuristi və lider. Türkiyə və Türkiyə xaricində təhsil sahəsində fəaliyyət göstərən Bahçeşehir Uğur Eğitim Kurumları İdarə Heyəti Başçısı; Uğur Hazırlık, Uğur Yayınları, Uğur Kariyer Merkezi, Uğur Dershaneleri, Bahçeşehir Kolejleri, Bahçeşehir Kolejleri Fen ve Teknoloji Lisesi, Uğur Okulları, Bahçeşehir Üniversitesi, BAU International University Washington DC, BAU International University Berlin, 2015-2016 təhsil ilində fəaliyyətə başlayacaq olan BAU International Tıp Üniversitesi Batum və Mentora Dil Okulları və CES Dil Okulu banisidir. == Vizyonu == ənvər Yücəl bütün həyatını təhsilə həsr edən bir iş adamı və pedaqoqdur. 1974-cü ildən etibərən Türkiyə və dünyanın fərqli ölkələrindən tələbələri yüksək səviyyədə təhsil imkanı ilə təmin etməkdədir. Yücəlin fikrincə dünyadaki bütün problemlərin həlli təhsildir və məhz buna görə də təhsil sahəsini əslində bir “sosyal məsuliyyət” sahəsi olaraq görmək lazımdır. Yücəl, təhsilin dünyaya sülh gətirəcəyinə inandığı üçün dünyanın bütün ölkələrində bu sahədə fəaliyyət göstəməyə çalışır. ən önəmli fəaliyyətləri isə Mərakeşdən Cibutiyə, Somalidən Orta Şərqə, dünyanın müxtəlif regionlarından tələbələrə öz qurumlarında təqaüd verməkdir. Bu vasitəylə həm mədəniyyətlər arasında sülhə töhfə verir, həm də bu ölkələrdəki problemlərin həlli üçün təhsilli insan potensiyalının yetişdirilməsində rol oynayır. == Həyatı == ənvər Yücəl 1957-ci ildə Türkiyənin Giresun rayonunda anadan olub. Orta təhsilini internat olan Haydarpaşa Lisesində bitirdikdən sonra indiki adı Marmara Universiteti Təhsil Fakültəsi olan İstanbul Atatürk Təhsil İnstitutunun riyaziyyat kafedrasını bitirib.
Envər Aysevər
Envər Aysevər (d. 1971, İstanbul) Türk jurnalist, roman yazarı, televiziya aparıcısı. "BirGün" qəzetində gündəlik, "Boyun Eğme" jurnalında isə həftəlik yazılar yazmaqda və əynı zamanda Tele1'de "Ayrıntılar" adlı televizya proqramını hazırlayıb aparıcılığını etməkdədir. == Həyatı == 1971-ci ilde İstanbulda doğuldu. Mimar Sinan Gözəl Sənətlər universiteti sosyologiya bölümünden məzun oldu. "Doğuş", "Yeditepe "ve "Arel" universitetlərində dərslər verdi.
Norm Ender
Ender Əroğlu və ya daha çox tanınan adı ilə Norm Ender (25 mart 1985, Bornova, İzmir) — Türk reper. == Həyatı == 10 yaşında, Alman-Türk rep qrupu Carteldən ilhamlanandan sonra rep ilə maraqlanmağa başladı. Məktəbi bitirdikdən sonra 2001-ci ildə rep deməyə başladı və sonra Atv telekanalının yayımladığı Akademi Türkiye musiqi yarışmasına qatıldı. Əvvəlcə Akademi Türkiye yarışmasında pop musiqisini ifa etməyi xahiş edən Ender, yarışmanın tələbini yerinə yetirməkdən imtina etdi. Sonda Akademi proqramına rep kursu təqdim etdi.Ender Erman Altınoğlu və digər 3 nəfər ilə 5 nəfərdən ibarət NORM qrupuny yaratdı. Əslində bu qrupun yaradıcısı Ermam Altınoğludur. Hərbi xidmətini başa vurduqdan sonra, 2010-cu ildə Inside Patlar adlı solo rep albomu hazırladı. 2012-ci ildə yeni bir albom buraxacağını açıqladı. Bu albomu tanıtmaq üçün İzmir, Diyarbakır və Ankarada konsertlər verdi və səhnə adı Norm Enderi solo buraxılışları üçün istifadə etməyə başladı. Ender sosial şəbəkələrdə Eksik Etek mahnısı ilə məşhurlaşdı.
Pensər bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.