Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərtik
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Ərak
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
Ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Araik Arutunyan
Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023). == Həyatı == Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır. 31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib. Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir. == Təhsili == 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
Araik Arutyunyan

Aşağı Ərmik
Aşağı Ərmik - İrəvan quberniyası, İrəvan qəzasının Ararat rayonunda kənd adı. == Tarixi == Ərmik kəndindən çıxmış ailələrin yaratdığı məntəqədir. 1949-cu ildə əhalisi Azərbaycana köçürülmüşdür.
Qulucan (Ərtik)
Qulucan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə yerləşir. Urartu yazısında Kuliaini formasında göstərilib.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim VI–VII əsrlərə aid Çin mənbələrində göstərilən tayfalarında olan quliqan etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q-c (qan~can) səs dəyişməsi qanunauyğun haldır. q-c səsdəyişməsi Azərbaycan toponimində də (Adərbadqan > Adirbadqan > Adərbayqan > Azərbaycan) özünü göstərmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 31. V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Spandaryan qoyulmuşdur. == Əhalisi == Burada ermənilərlə yanaşı 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1878-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur.
Ərtik (şəhər)
Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir. == Toponimikası == ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir.
Ərtik rayonu
Ərtik rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Şörəyel mahalı ərazisində inzibati–ərazi vahidi. Rayon mərkəzi Ərtik şəhəridir. == Tarixi == Ərtik rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 632 kv km-dir. Rayon mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir. Ərtik şəhəri yaxınlığında e.ə. XIV-XI əsrlərə aid katakombalar aşkar edilib. Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi (h. 4095 m) Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür.
Abbasabad (Ərak)
Abbasabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Tərxoran bölgəsinin Rudbar kəndistanında, Tərxoran qəsəbəsindən 42 km şimal-qərbdədir.
Adi ərik
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Adinəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Adınəməscidbala (Ərak)
Adınəməscidbala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı sərbənd kəndistanında, Astana şəhərindən 26 km cənub-qərbdədir.
Aqilabad (Ərak)
Aqilabad — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Qarakəhriz kəndistanında, Sərbənd qəsəbəsindən 39 km şimal-qərbdədir.
Ağacəkəni (Ərak)
Ağacəkəni — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 42 km. cənubda, dağlıq yerdədir.
Ağaziyarət (Ərak)
Ağaziyarət — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Fərmihən bölgəsinin Yuxarı Fərəhan kəndistanında, Fərmihən qəsəbəsindən 18 km şimal-qərbdədir.
Ağcabulaq (Ərak)
Ağcabulaq — İranın Nərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 18 km cənub-qərbdədir.
Tüklümeyvə ərik
Tüklümeyvə ərik (lat. Prunus dasycarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. Təbii halda ABŞ-də, Əfqanıstanda, İranda, Orta Asiyada, cənubi Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 6 m-ə çatan, qırmızımtıl zoğlara malik ağacdır. Yarpaqları yumurtavaridir, ayanın kənarları xırda mişar dişlidir, 6 sm uzunluqda saplağa malikdir. Çiçəkləri ağdır, aprel ayında çiçəkləyir. Meyvəsi çəyirdəkdir, meyvə yanlığının səthi çox kiçik tükcüklərlə örtülüdür, yumrudur, açıq-qırmızıdan bənövşəyiyə qədər müxtəlif rənglərdə olur, çəyirdəyi kələ-kötürdür, lətdən ayrılmır, iyulda yetişir. Bu növ adi əriyə nisbətən gec çiçəkləyir. == Ekologiyası == İşıqsevən, quraqlığa, soyuğa və göbələk xəstəliklərinə davamlı, istisevəndir.
Ərak (Tabasaran)
Ərak – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Ərak kəndi ""Ərak kənd sovetliyinə"" daxildir. == Əhali == Milli tərkibi: Azərbaycanlılar və Tabasaranlılar. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər. 2010-cu ildə əhalisi 464 nəfər təşkil etmişdir.
Ərak (dəqiqləşdirmə)
Ərak (İran) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Ərak (Tabasaran) — Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd.
Ərak (İran)
Ərak (farsca: اراک) (keçmiş adı Sultanabad) — İran İslam Respublikasının Mərkəzi ostanında şəhər. Əsasən fars dilli əhaliyə sahib olan Ərak şəhəri Mərkəzi ostanın inzibati mərkəzi olmaqla bərabər həmçinin ostandakı eyniadlı şəhristanın da inzibati mərkəzidir. Tarixən Soltanabad adı iləla məşhur olmuşdur. Ərak şəhəri ölkənin paytaxtı Tehran şəhərindən 284 km uzaqlıqda yerləşir.
Ərak şəhristanı
Ərak şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərak şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 535,449 nəfər və 148,646 ailədən ibarət idi.
Ərik povidlosu
Ərik povidlosu — ərik püresinin şəkərlə bişirilməsindən alınan qida məhsulu. Səhər yeməyi zamanı yağ, pendir və qaymaqla birlikdə süfrəyə verilir. Tərkibi ərik, limon turşusu, şəkər tozundan ibarətdir. == Həmçinin bax == Povidlo == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Ərik qabıqyeyəni
Ərik qabıqyeyəni (lat. Scolytus fasciatus Rtt. azərb. Ərik qabıqyeyəni‎) — Buğumayaqlılar tipinin bir növüdür. == Həyat tərzi == Sürfə mərhələsində qışlayır. Ədəbiyyat məlumatlarına əsasən aprel ayında pup mərhələsində keçir, bizim tədqiqatlara görə, pup mərhələsinə əsasən may ayının birinci ongünlüyündə keçir. Böcəklərin təbiətdə uçuşu, iyunun əvvəlindən iyulun ortalarına qədər davam edir. Bu müddətdə dişi fərdlər ağacın qabıq hissəsini gəmirərək, iri deşiklər açır və oraya 60-dan 120-yə qədər yumurta qoyur. 6-8 gündən sonra yumurtalardan çıxan sürfələr qidalana-qidalana uzun yollar açaraq qabığın alt qatlarına, oduncağa qədər gedirlər. Sürfə mərhələsindən sonra oduncaq hissədə də puplaşırlar.
Ərik qaxı
Qaysı qurusu və ya ərik qaxı (uyğ. kurägä "qurudulmuş əriklər" və ya özb. quru) – ərik meyvələrinin qurudulması yolu ilə əldə olunan meyvə qaxacı. Qida sənayəsində mühüm yer tutan ərzaq növlərindən biridir. Ərik qaxı milli xörəklərin hazırlanmasında (xüsusən plov) əvəzolunmaz çərəzdir. == Hazırlanması == === Günəşdə qurutma üsulu === Çox qədimdən istifadə olunan və geniş yayılmış üsuldur. Əriklər tumlu halında təmiz pambığ və ya kətan parça üzərinə sərilir. Günəş şüaları altnda 3–4 gün saxlanıldıqdan sonra tumu çıxarılır. Yumşaq şəkildə tumu çıxarılarsa forması əzilmiş olur və tumla birgə ətli hissəsi də çıxır və istənilən nəticə əldə edilmir. Tumlar rahat çıxarıldıqdan sonra arzuolunan rəng alınana qədər 5–10 gün müddətində gün işığında saxlanılır.
Erlik
Erik
Erik — Erik, Şimali Alman mənşəli bir kişi adı. == Adamlar == Kürən Erik — island vikinqi Erik Norales Erik Vluymans == Danimarka kralları == Erik I (1095 - 1103) Erik II (1134 - 1137) Erik III (1137 - 1146) Erik IV (1232 - 1250) Erik V (1259 - 1286) Erik VI (1286 - 1319) Erik VII (1412 - 1439) == Norveç kralları == Erik I (931? — 933?) Eyrik II Maqnusson (1280—1299) Erik III (1389—1442) == Isveç kralları == Eric VI əvvəlki İsveç kralları tarix elmində sabit sayılmır. Əslində, monarxların sayı 16-cı əsrin ortalarında tətbiq olundu və onun sayəsində istifadə olunan tək Erik, Erik XIV idi. Erik, İsveçin əfsanəvi kralı, Alreka qardaşı. Erik Byornson, İsveçin yarı əfsanəvi kralı. Erik Refilsson, İsveçin yarı əfsanəvi kralı. Erik Anundson (? - 882?), İsveçin yarı əfsanevi kralı, Eric Emundsson kimi də tanınır. Erik Vetrhoq (Erik Vederhatt), İsveçin əfsanəvi kralı, ehtimal ki, Erik Anundson ilə eyni.
Erik Asanbayev
Erik Asanbayev (qaz. Ерік Мағзұмұлы Асанбаев; 10 mart 1936 – 23 avqust 2004, Almatı) — Qazaxıstanın dövlət xadimi, Qazaxıstan Respublikasının vitse-prezidenti (1991–1996) == Həyatı == 10 Mart 1936-cı ildə Kostanay vilayətinin Amangeldi rayonunun Bayqabul kəndində (2 saylı kənd) anadan olmuşdur. 1958-ci ildə Qazaxıstan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1960–1963-cü illərdə Moskva Maliyyə İnstitutunun aspiranturasında oxudu və 1963-cü ildə "Qara metallurgiyada dövriyyə vəsaitlərinin təşkili və istifadəsi" mövzusunda iqtisad elmləri namizədi tezisini müdafiə etdi. İqtisad elmləri doktoru olub. == Fəaliyyəti == 1959–1967-ci illərdə — Moskva və Almatıda tədris və tədqiqat işləri, 1963-cü ildə — Qazaxıstan SSR Dövlət Plan Komitəsi yanında Tədqiqat İqtisadi Tədqiqatlar İnstitutunun maliyyə planlaşdırması və sahələrarası balans şöbəsinin müdiri. 1967–1986-cı illərdə — Qazaxıstan SSR Nazirlər Sovetinin və Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında. 1986–1988 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri. 1988–1989 — Qazaxıstan SSR Nazirlər Sovetinin sədr müavini. 1989–1990 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü.
Erik Bayi
Erik Bertran Bailli (12 aprel 1994[…]) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Kot-d'İvuar milli komandasının heyətində müdafiəçi mövqeyində çıxış edən futbolçu. Əsas mövqeyinin mərkəz müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi mövqeyində də çıxış edə bilir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Espanyol klubunda başlamış, sonradan Vilyarreala transfer olmuşdur. İki mövsüm burada qaldıqdan sonra, 2016-cı ilin iyun ayında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Milli komandanın heyətində debüt oyununa 2015-ci ildə çıxmış və elə həmin il komandası ilə birlikdə Afrika Millətlər Kubokunu qazanmışdır.
Erik Byördon
Eric Victor Burdon (11 may 1941, Vaker[d]) – THE ANIMALS qrupunun vokalisti. THE ANIMALS qrupuna dünya şöhrəti gətirən hitlər arasında "House Of The Rising Sun", "We Gotta Get Out Of This Place", "It's My Life", "Don't Let Me Be Misunderstood", "When I Was Young" və "Monterey" Eric Burdon tərəfindən bəstələnmişdir.
Erik Erikson
Erik Homburger Erikson (15 iyun 1902[…], Frankfurt-Mayn, Prussiya – 12 may 1994[…]) — alman əsilli amerikan psixoloq və psixoanalist. Kütlə psixologiyası, fərdi kimlik və psixologiya ilə tarix, siyasət elmi və mədəniyyətin qarşılıqlı təsiri kimi mövzuları əsas götürmüş və geniş xalq kütlələrinin diqqətini çəkmişdir. Eriksonun göstərdiyi mənbələr xüsusilə şəxsiyyət psixologiyasında mühüm yer tutur. == Həyatı == Almaniyada yaşayan Danimarkalı ana-atanın oğlu olan Erikson Karlzruhedə böyüyüb. Hələ hamilə ikən atasından ayrılaraq bir alman ilə evlənən anasının ondan əsl atasının kimliyini gizləməsi Eriksonun gənc çağlarında problemlər yaşamasına səbəb olub. İncəsənət üzrə təhsil alan və Avropanı gəzən Erikson 1927-ci ildə psixoanalist Anna Freydin istəyinə əsasən Vyanadakı kiçik özəl məktəbdə incəsənət, tarix və coğrafiya dərsləri deməyə başladı. Beləliklə Freyd ailəsi ilə tanış olan və psixoanalizə böyük maraq göstərən Anna Freydin tələbəsi olan Erikson öz araşdırmalarını əsasən uşaqlar üzərində apardı. 1930-cu ildə ilk yazısı çıxdı və psixoanaliz barədə təhsilini başa vurduqdan sonra 1933-cü ildə Vyana Psixoanaliz İnstitutuna qəbul olundu. Həmin il ABŞa köçərək bir tərəfdən Bostonda uşaq psixoanalisti olaraq işləməyə, digər tərəfdən də Harvard Tibb Məktəbində müəllimlik vəzifəsinə başladı. Bu zaman o, xüsusilə “mən”in inkişafını araşdırır və mədəniyyət fərqlərinin insanın inkişafındakı rolunu vurğulayan yanaşmada daha çox Margaret Mead və Ruf Benediktin nəzəriyyələrindən təsirlənir.
Erik Kantona
Erik Kantona (fr. Éric Daniel Pierre Cantona , 24 may 1966[…], Marsel) — Fransalı futbolçu. == Həyatı == Kantona Fransaya köçmüş italyan və ispan əsilli ailənin övladıdır. == Karyerası == Futbolçu karyerası ərzində "Oser", "Olimpik" (Marsel), "Bordo", "Montpellier", "Nimes", "Lids", "Mançester Yunayted"in formalarını geyinmişdir. 45 dəfə Fransa yığmasına dəvət almış və 20 qola imza atmışdır. 1997-ci ildə karyerasını bitirmişdir.
Erik Karlfeldt
Erik Aksel Karlfeldt (isv. Erik Axel Karlfeldt; 20 iyul 1864[…] – 8 aprel 1931[…]) — isveçli şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931). == Həyatı == İsveç şairi Erik Aksel Karlfeldt sadə ailənin yetirməsidir. Onun uşaqlıq illəri İsveçin mərkəzi hissəsində, mənzərəli guşədə yerləşən ailə malikanələrində keçmişdi. Həqiqi familiyası Eriksson idi. Yaradıcılığa başlayanda fermer təsərrüfatlarının yerləşdiyi kəndin adını özünə təxəllüs götürmüşdü. Soyadını dəyişməyin başqa və daha trivial səbəbi bir məsələyə görə cinayət məsuliyyətinə cəlb edilmiş atası ilə aralarında müəyyən məsafə saxlamaq idi. Erik Aksel Upsala universitetində oxuduğu dövrdə atası müflisləşmiş və borclarını ödəmək üçün ailə mülkünü satmışdı. Maddi imkanları məhdudlaşan gənc həyatını repetitorluqla təmin etməli olmuşdu. Ona görə də universiteti yalnız 1902-ci ildə başa vura bilmişdi.