ƏNLİK

is.
1. Qadınların yanaqlarına sürtdükləri toz və ya yağ halında olan kosmetik maddə – al boya. Ənlik vurmaq. Ənlik sürtmək. – Fatı geyindi. Aynanı götürüb üzünə baxdı.
Yanaqlarına ənlik sürtüb qızartdı. Ə.Abasov.

2. Kökü tünd-qırmızı bir bitki. Ənlik otundan qırmızı boya hasil edirlər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏNLİK ƏNLİK (üzə sürtülən al-qırmızı boya) Ənliyi, kirşanı neylər camalın; Sən elə gözəlsən binadan, Pəri! (M

Etimologiya

  • ƏNLİK Üz, sifət (yanaq) sözlərinin sinonimi kimi en sözümüz olub, yanaq əvəzinə enək işlətmişik. Ənlik həmin en kəlməsi əsasında düzəlib və xalis Azərbaycan
ƏNQƏRİB
ƏNLİK-KİRŞAN

Digər lüğətlərdə