1. Ərin öz qadınına olan münasibəti, vəzifəsi, haqqı. Onun ərliyindən nə olacaq? Ərliyə qəbul etdi.
– [Şah Abbas:] Əgər sizdən hər biriniz … Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram.
…Müqim bəy getdikcə Zərrintac xanımın ərliyindən tamamilə çıxıb, … saqqalı taxıl tozuna bulanmış darğalarından birinə çevrilirdi.
2. Mərdlik, qoçaqlıq, namusluluq. Ərlik göstərmək.
– Bəylərimizə dəmirdonlu deyərlər; Daim içimizdə ərlik işlənir. “ ”.
3. sif. Ərə getmək vaxtı çatmış. Ərlik qız. Ərlik vaxtı (qızın ərə getmə vaxtı, həddibüluğa çatdığı vaxtı).
– Dilşadın … təşkilata girməsi, ərlik qız ikən oğlanlarla gəzməsi – bütün bunlar Kərbəlayı Əzimin boynuna vəzifə qoyur.
Ərlik yekə qızdır, deyirəm, get ərə, getmir.