Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsgərxanlı
Əsgərxanlı (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. ‎Əsgərxanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Əsgəran
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbə.Əsgəran qəsəbəsi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. == Tarixi == Azərbaycan türkcəsində Əski Aran yəni köhnə, qədim Aran və ya Arran anlamına gələn Əsgəran qəsəbəsi Xocalı rayonununda qəsəbədir. Qarqarçayın sahilindədir. Bu şəhərin adı XVIII əsrdə Qarabağ xanlarından birinin (Pənahəli xan və ya Mehrəli bəy) tikdirdiyi Əsgəran qalasının adındandır. Qala keçmişdə Əsgəran adlanan yerdə tikilmişdir. Yerin adı isə qədim mənbələrdən məlum olan əski (köhnə, qədim) və Aran (Arran toponimi) komponentlərindən ibarət olub, "Köhnə Aran, Qədim Aran) mənalarını özündə daşıyır. "Alban tarixi" əsərində bu yerin adı Mets Aran (Böyük Aran) kimi qeyd edilmişdir.
Cabbar Əsgərzadə
Mirzə Cabbar Əsgər oğlu Əsgərzadə Bağçaban (9 may 1886, İrəvan – 25 noyabr 1966, Tehran) — tanınmış Azərbaycan pedaqoqu. İranda ilk dəfə uşaq bağçası və lal-karlar məktəbin təsisçisi, İranda ilk uşaq kitabının müəllifi və naşiri, həmçinin, farsca işarə dilinin yaradıcısıdır. == Həyatı və təhsili == Cabbar Əsgərzadə Aciz 1885-ci ildə İrəvanda anadan olmuş, ilk təhsilini mollaxanada almışdır. Atası Əsgər İrəvanda memarlıq və qənnadiliklə məşğulluğu ilə tanınmış, Cabbar da gənc yaşlarında bu peşələrə yiyələnmişdi. Bundan başqa təhsilini mollaxanada almışdır. == İrəvandakı fəaliyyəti == Uşaqların və qadınların təlim-tərbiyəsinə çox önəm verən Mirzə Cabbar Əsgərzadə, gəncliyindən onlara dərs deməyə başlamışdır. Yaşadığı dövrün mühafizəkarlıq şəraitinə və risklərə baxmayaraq gizlicə qızlara evdə dərs deyib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir. Qəribə də olsa Cabbar Bağçaban ilk qəzetini həbsxanada buraxıb. 1905-ci ildə Yerevanda erməni-müsəlman çaxnaşmalarında ictimai fəallığına görə bir neçə aylıq həbs olunan Bağçaban həbsxanda "Molla nəhib" və "Mollabaşı" adlı həftəlik dərgilər nəşr etdirir. Dərgilərə yazıları özü yazıb, rəsmləri də özü çəkirmiş.
Həmid Əsgərxanov
Həmid Rəşidoviç Əsgərxanov (d. 18 iyul 1958, Mahaçqala) — rus siyasi və ictimai xadimi, tibb elmləri doktoru (1994), Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının 2-ci çağırış millət vəkili, Dövlət Dumasının Səhiyyə Komitəsinin üzvü. == Təhsili == Dağıstan Dövlət Tibb İnstitutu (1981) == Fəaliyyəti == 1985-ci ildə "Triobolitik və ilioemoral tromboflebitin cərrahi müalicəsi" mövzusunda namizədlik dissertasiyasının müdafiəsi ilə əlaqədar vaxtından əvvəl aspiranturanı bitirib. Elə həmin il Cərrahi Xəstəliklər kafedrasının köməkçisi vəzifəsinə qəbul edilib. 1991-ci ildə kafedranın dosenti seçilmişdir. 1994-cü ildə "Alt ekstremitələrin kəskin damar trombozunun cərrahiyyə və trombolitik terapiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə professor və Dagmedakademiyanın Cərrahi xəstəliklər şöbəsinin müdiri seçilmişdir.
Nailə Əsgərzadə
Nailə Əsgərzadə (ru. Наиля Аскер-пук-заде; tam adı: Nailə Vaqif qızı Əsgərzadə; d. 13 dekabr 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli Rusiya jurnalisti və televiziya aparıcısı. == Həyatı == 1987-ci dekabrın 13-də ildə Bakıda alim və həkim ailəsində doğulub. 2019-cu il dekabrın 2-də Rusiya siyasətçisi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu (KMF) iddia edib ki, Nailə Əsgərzadə Bombardier Global 6000 biznes təyyarəsindən və 62 metrlik SEA&US yaxtasından istifadə edir. KMF habelə Nailə Əsgərzadəyə aid olan daşınmaz əmlakı araşdırıb. Daşınmaz əmlakın vahid dövlət reyestrindən iki çıxarışdan məlum olur ki, 2015-ci ildən Nailə Əsgərzadə Moskva ətrafındakı "Jukovka-3" kotec qəsəbəsində 53 sot torpaq sahəsinə və sahəsi 923 kvadratmetr olan evə sahibdir. Fond bildirir ki, 2019-cu ilin aprelində Rusiyada mediaya nəzarət edən Roskomnadzor internet resurslarda Rusiyanın VTB dövlət bankı və onun rəhbəri Andrey Kostin, habelə Nailə Əsgərzadə barədə minədək materiala çıxışı bloklayıb. Aprelin 4-də baza nəşri bildirirdi ki, "Yandeks. Dzen" axtarış mühərriki əvvəlcə VTB-yə, sonra isə Nailə Əsgərzadəyə məxsus olan yüz milyonlarla dollarlıq mənzil barədə araşdırmanı internetdən silib.
Qafar Əsgərzadə
Qafar Əsgərzadə (tam adı: Qafar Ələsgər oğlu Əsgərzadə d. 31 mart 1963, Azərbaycan, Bakı) — Tanınmış jurnalist, ssenarist, publisist, tərcüməçi, bədii qiraətçi, ictimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əməkdar jurnalist, Rəyasət heyətinin məsul katibi, 2003-cü ildən isə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru. == Həyatı == Qafar Əsgərzadə 1963-cü il mart ayının 31-də Bakı şəhərində məşhur Dağlı məhəlləsində anadan olmuşdu. 1980-ci ildə Yasamal rayonundakı 158 №-li orta məktəbi, 1981-ci ildə Bakı şəhəri 60 №-li texniki məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1981-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fizika İnstitutunda baş texnik vəzifəsində çalışıb. 1981-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna indiki (Azərbaycan Texniki Universiteti) daxil olub. 1986-cı ildə Radiotexnika fakültəsini, İnstitutun İctimai fənlər fakültəsinin 5 illik jurnalistika kursunu bitirib. İnstitutda təhsil zamanı Radiotexnika Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində çalışıb. === Ailəsi === 2000-ci ildə Günay xanımla ailə qurmuş, bu birgə nigahdan onların 2 qız övladı dünyaya gəlmişdir. Azadə Əsgərzadə Ləman Əsgərzadə == Fəaliyyəti == Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi 1981-ci ildən müntəzəm olaraq "Bakı", "Azərbaycan müəllimi", "Bakinski raboçi", "Vışka", "Azərbaycan məktəbi", "Mədəniyyət və incəsənət" və başqa mətbuat vasitələrində ədəbiyyat və incəsənətimiz haqqında məqalələrlə çıxış etmişdir.
Rəşid Əsgərxanov
Rəşid Paşayeviç Əsgərxanov (13 noyabr 1920, Dağıstan vilayəti – 1987, Mahaçqala) — məşhur cərrah-kardioloq, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü (1974), Azərbaycan, Bolqarıstan,Qumuq cərrahi cəmiyyətlərinin fəxri üzvü. == Həyatı == Dağıstan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Böyük Sovet Ensiklopediyasının ürək cərrahiyyəsi şöbəsində redaktor işləmişdir. 400-dən çox elmi məqalənin və 12 ayrı kitabın müəllifidir. 1958-ci ildə Dağıstanda malformasiyaya görə ilk ürək əməliyyatını etdi. İkinci Dünya Müharibəsinin iştirakçısıdır. 3 may 1987-ci ildə sağalmaz xəstəlikdən öldü. == Mükafat və Təltifləri == Dağıstanın və Rusiyanın əməkdar elm xadimi. Oktyabr inqilabı ordeni. Qırmızı Əmək Bayrağı ordeni.
Samir Əsgərxanov
Sаmir Eldar oğlu Əsgərхаnоv - Azərbaycan publisisti, Həsənəli bəy Əsgərxanovun nəticəsi. == Həyatı == Sаmir Еldаr оğlu 1962-ci ildə Bakı şəhərində dünyаyа gəlmişdi. Əslən Füzuli rayonunun Yağlıvənd кəndindəndir. Аzərbаycаn Dövlət Tеlеrаdiо Vеrilişləri şirкətində “Хəzər” rеdакsiyаsının bаş rеdакtоru vəzifəsində işləyirdi. Aktual mövzuda publisistik yazıları ilə tanınırdı. Sаmir Əsgərхаnоv 1998-ci ildə vəfаt еdib. Milli Təhlüкəsizliк Nаzirliyi оnun şərəfinə «Sаmir Əsgərхаnоv» müкаfаtı təsis еdib. Münsiflər heyətinin sədr müavini Məmməd Cəfərlinin sözlərinə görə, S.Əsgərxanov adına müsabiqə artıq bir neçə ildir ki, keçirilir və məhz bu il müsabiqəyə çoxlu maraqlı kitablar, monoqrafiyalar, elmi-tədqiqat məqalələri və işləri, heykəltəraşlıq nümunələri, şəkillər, sənədli filmlər və s. təqdim olunub.
Səadət Əsgərzadə
Səadət Əskərzadə (tam adı: Səadət Məmməd-Emin qızı Əskərzadə; 14 oktyabr 1949, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması" laboratoriyasının müdiri, texnika elmləri doktoru. == Ümumi məlumatlar == Səadət Məmmədəmin qızı Əsgər-zadə 1949-cu il oktyabrın 14-də hərbi həkim ailəsində Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakıdakı 175 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmiş və həmin il M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakultəsinə daxil olmuşdur. 1971-ci ildə həmin fakultəni “Neftin və qazın kimyəvi texnologiyası” ixtisası üzrə bitirmişdir. Təyinatla Azərbaycan EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və texnik vəzifəsindən işə başlamışdır. 1971-ci ildə EA NKPİ-nin “Neftin və qazın kimyəvi texnologiyası” ixtisası üzrə aspiranturaya daxil olmuş və M.İ. Rüstəmovun rəhbərlik etdiyi “Katalitik krekinq və piroliz” laboratoriyasında 1971-1974-cü illərdə aspirantura təhsili keçmişdir. 1974-1977-ci illərdə bu laboratoriyada mühəndis vəzifəsində yüksək keyfiyyətli benzinlərin istehsalı istiqamətində tədqiqatlar aparmışdır. == Əsas elmi nailiyyətləri == Azərbaycan neftlərinin xüsusiyyətləri neft-kimya və Enerji sənayelərinin infrastrukturu nəzərə alınmaqla, Müəssisələrin fəaliyyətinin və məhsulların ekoloji və iqtisadi tələblərinə, bazar strukturuna əsaslanaraq Respublikanın neft emalı sənayesinin səmərəli fəaliyyətinin təşkili üzrə əsaslı kompleks işlər aparılmışdır. neftçıxarma, qaz emalı və neft-kimya sahələri ilə uzlaşan və müəssisələrin mərhələli inkişafını təmin edən yanaca və yağ istiqamətində neftin kompleks emal sxemləri işlənib hazırlanmışdır.
Xəyal Əsgərzadə
Xəyal İsrafil oğlu Əsgərzadə (15 dekabr 1995, Qayabaşı, Şəki rayonu – 19 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəyal Əsgərzadə 1995-ci il dekabrın 15-də Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əsgərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əsgərzadə oktyabrın 19-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Qayabaşı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əsgərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əsgərzadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
İman Əsgərzadə
Əsgərzadə İman Novruz oğlu (12 mart 1962, Kəbirli, Ağcabədi rayonu) — fizika-riyaziyyat elmləri doktoru,professor. == Həyatı == İman Əsgərzadə 1962-ci ildə Ağcabədi rayonu Kəbirli kəndində müəllim ailəsində anadan olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, Ankara Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiridir. İ. N. Əsgərzadə ifratkeçiricilərin nəzəriyyəsi və tətbiqi sahəsini tədqiqatları ilə zənginləşdirən tanınmış fizikdir. 1979-cu ildə Respublika 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbini və 1985-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1995-ci ildə AMEA Fizika İnstitutu nda namizədlik və 2004 ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2000-ci ildən etibarən araşdırma qrantları müsabiqələrində galib gələrək dünyanın müxtəlif Üniversitetlərində və elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuşdur. (CRDF (Amerika), DAAD (Almaniya-Dresden Helmholtz İnstitutu), NATO postdoc (Türkiyə-Bilkənd Universiteti), NATO reintegration (Amerika), CNRS-ANAS (Fransa), TUBİTAK (Türkiyə-Ankara Universiteti)). 2002–2011 tarihləri arasında Abdus Salam Beynəlxalg Nəzəri Fizika Mərkəzinin (İtaliya) assosiativ üzvü seçilmişdir. 16 mart 2022-ci ildə fizika elmləri doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi təntənəli qeyd edilib .
Əfqan Əsgərzadə
Əfqan Əsgərzadə (Əsgərzadə Əfqan Ələsgər oğlu) — Azərbaycanın əməkdar həkimi. == Həyatı == Əfqan Əsgərzadə 1965-ci ildə, yanvar ayının 15-də Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonundakı 158 saylı orta məktəbi, 2 saylı texniki-peşə məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakultəsini bitirən Ə.Əsgərzadə 1996-cı ilə kimi Bakı şəhər 3 saylı uşaq xəstəxanasında həkim-interna kimi çalışmışdır. 1996-cı ildən bu günə kimi Sumqayıt şəhər uşaq xəstəxanasının reanimasiya şöbəsində Anestezioloq-reanimatoloq vəzifəsində çalışır. O, eyni zamanda 1998-2005-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində həkim kimi də fəaliyyət göstərmişdir. Bununla yanaşı o, 2006-cı ildən L.Şıxlinski adına klinikada (uşaq intensiv terapiya şöbəsində) reanimatoloq-anestezioloq vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvü olan Ə.Əsgərzadə 2003, 2008, 2013, 2018-ci il Prezident seçkilərində, bütün Milli Məclis seçkilərində, həmçinin, 2009 və 2016-cı il Azərbaycan Respublikasnda keçirilən referendumda fəallıq göstərmişdir. Əfqan Əsgərzadə Kitabxana Könüllülər İctimai Birliyində sosial-səhiyyə məsələlərinin həllində daim məsləhətçi qismində çıxış etmişdir, 1998-ci ildən bu günə kimi Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi İdarəetmə Şurasının üzvüdür. Hazırda həmin bölmədə həkim-ekspert kimi ictimai işini davam etdirir.
Əsgərxanlı (Cəbrayıl)
Əsgərxanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Əsgərxanlı kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Əsgərxanlı (Germi)
Əsgərxanlı (fars. اصغرخانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 201 nəfər yaşayır (44 ailə).
Lütviyyə Əsgərzadə
Həqiqət Əsgərzadə
Həqiqət Eyvaz qızı Əsgərzadə (4 fevral 1944, Bakı) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016). == Həyatı == Həqiqət Eyvaz qızı Əsgərzadə 4 fevral 1944-cü ildə Bakıda anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmişdir.Həqiqət Əsgərzadə 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlamışdır. Müxtəlif illər ərzində o, bir sıra uşaq verilişlərinin (məktəblilərin "Yelkən", "Rəqs salonu", "Səyahət"), "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Xəbərlər" (axşam buraxılışı), "Qanlı yanvar", eləcə də 1992–1993-cü illərdə cəbhə bölgələrindən hazırlanmış verilişlərin, "Komediyalar aləminə səyahət", "Mavi işıq", "Səhər görüşləri" (1975–1985), "Gəl, səhərim" (1997–2000) kimi proqramların aparıcısı olmuşdur.Həqiqət Əsgərzadə 1970–1980-ci illərdə "İnterviziya" sistemi ilə Moskva və Kiyevdə Azərbaycan televiziyasını təmsil etmişdir. 2016-cı ildən "Yada düşər xatirələr" verilişinin daimi aparıcısıdır.
Ağbulaq (Əsgəran)
Ağbulaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Keçmış adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır.1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Ağbulaq kəndinin əhalisinin faktiki sayı 116 nəfər, qeydiyyatdakı əhalinin sayı 117 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağbulaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Muxtar (Əsgəran)
Muxtar (əvvəlki adı: Mxitarikənd) — Azərbaycan Respublikasının Xocalı rayonunun Şuşakənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Mxitarikənd kəndi Muxtar kəndi adlandırılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Hazırda Rusiya Federasiyası Sülhməramlı Qüvvələrinin nəzarəti zonasındadır. == Toponimikası == XIX əsrdə Çar Rusiyasi Azərbaycanı işgal etdikdən sonra gəlmə ermənilər burada yerləşdirilmiş və bir müddət Mxitarikənd adlandırılmışdı. 1992-ci ildən kəndin adı Muxtar kimi rasmiləşdirilmişdir. Oykonimi şəxs adı ilə əlaqələndirirlər. Ermənilər tərəfindən Mxitarişen adlandırılır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qışlaq (Əsgəran)
Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd.Ermənilər tərəfindən həm də Çağqaşat adlandırılır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qışlaq kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır. Qışlaqlar maldar ellərin müvəqqəti mövsümü yaşayış məntəqəsi olub kəndlərdən kənarda salmır, müəyyən vaxtdan sonra əhali burada məskunlaşır və daimi yaşayış məntəqəsinə çevrilirdi. Bəzən belə məntəqəlarin adı dəyişir, çox vaxt köhnə ad saxlanilirdi. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Qışlaq kəndinin əhalisinin faktiki sayı 202 nəfər, qeydiyyatdakı əhalinin sayı 200 nəfər təşkil edirdi.
Rev (Əsgəran)
Şəlvə (əvvəlki adı: Rev) — Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Rev kəndi Şəlvə kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şəlvə kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Şəlvə kəndi Qarabağ xanı İbrahim xana məxsus mülklərdən biri olmuşdur. Laçın rayonunda Şəlvə kənd adı ilə eynidir. XVIII əsrin ortalarına aid mənbədə Yuxari Qarabagın Xaçın nahiyəsində Şəlvə kəndinin adı qeyd olunur.Kənd dağətəyi ərazidədir. Bu kənddə məskunlaşmış ermənilər zamanında kəndin adı Rev adlanmışdır. Rev türk dillərində “astana”, “sığınacaq” mənasında izah edilir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Şəlvə kəndinin əhalisinin sayı 113 nəfər təşkil edirdi.
Əsgəran (dəqiqləşdirmə)
Əsgəran — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində şəhər. Əsgəran rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Əsgəran (İran) — İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Kərun bəxşində şəhər və bu bəxşin mərkəzi.
Əsgəran (İran)
Əsgəran— İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Kərun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,037 nəfər və 1,109 ailədən ibarət idi.
Əsgəran döyüşü
Əsgəran döyüşü (1920) — Azərbaycan ordusu hissələrinin 1920-ci ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi. == Hadisələrin gedişatı == Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-daşnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusu postlarının üzərinə hücuma keçmiş və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qarnizon çətin vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmasına yol verməmək, bölgədəki erməni-daşnak silahlı qüvvələrinə güclü zərbə endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazım idi. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdama gəlmiş general-mayor Həbib bəy Səlimov əvvəlcə Əsgəran yolunun kəşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H. Səlimov hərbi nazirdən Ağdama bir zirehli avtomobil göndərilməsini xahiş etdi. == Döyüş == Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament mühafizə dəstəsi və partizan dəstələri iştirak edirdilər.
Əsgəran qalası
Əsgəran qalası — Azərbaycanda cəmiyyətdə "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhəddində tikdirmişdi. Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi. Ən qədim zamanlardan Azərbaycan daim yadellilərin hücumlarına məruz qalıb. Ona görə də Azərbacan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 km -liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir. Burada dağlar eni təqribən 500 m-ə çatan çayın vadisinə və qalanın divarları ilə əhatələnən böyük olmayan dərəyə yaxınlaşır.Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqar çay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədini güdürdü. Əsgəran qalası çayın hər iki sahili boyunca sağ və sol sahilində tikilmişdir. Qalanın sağ sahil (şərqi) istehkamı bürclərlə möhkəmləndirilmiş, ikiqat daş divarlarından ibarətdir. Bütün bürclər ikimərtəbəli olub, bir-birləriylə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilmişdir.
Əsgəran rayonu
Əsgəran rayonu — keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri, 26 noyabr 1991-ci ildə ləğv edilmiş və ərazisi yeni yaradılmış Xocalı rayonunun tərkibinə verilmişdir. Rayon 1930-cu ilin avqustunda yaradılanda Stepanakert rayonu kimi yaradılıb. 1978-ci ildə isə adı dəyişdirilərək Əsgəran rayonu adlanıb.