QALA

is. [ ər. ]
1. Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə).
Qərb tərəfdə uzanan dağlar Əsgəran qalasına çatdıqda … birbirinə yaxınlaşırlar. S.S.Axundov.
Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn.

2. Qədimdə qala rolu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili; bürc. Qız qalası. Mərdəkan qalası.
– Daşaltı çayının daş dələn səsi; Şuşa qalasının “Ərim gəldi”si… B.Vahabzadə.

// Qüllə.
Qaladan azan səsini eşidərkən hər kəs öz evinə gedib süfrəyə hücum başlardı. H.Sarabski.

3. Həbsxana, dustaqxana, qazamat.
4. köhn. Şəhər.
[Ziba xanım:] …Xan qala divarında bəy uşaqlarını bir-biri ilə güləşdirir. M.F.Axundzadə.

5. məc. Dayaq, arxa, müdafiəçi, istinadgah mənasında.
◊ Uçan qala – uzaq məsafələrə uça bilən ağır bombardman təyyarəsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QALA dayaq — arxa
  • QALA istehkam
  • QALA həbsxana — dustaqxana — qazamat
  • QALA bürc — tikili
  • QALA 1. QALA Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı (M.Hüseyn); FORT

Omonimlər

  • QALA QALA I is. [ ər. ] Müdafiə məqsədi ilə çəkilmiş istehkam, hasar. Ətrafında sıldırım, keçilməz qala çəkib (B

Etimologiya

  • QALA 1. Ərəb mənşəli hesab edirlər, halbuki eradan əvvəl 2-ci minilliyin 1-ci ya­rısın­da Azərbaycanda Narınqala, Oranqala kimi yer adları var idi
QAL
QALABƏND
OBASTAN VİKİ
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Ceyhun Qala
Ceyhun Qala (tam adı: Ceyhun Abdul oglu Əliyev, doğum tarixi: 12 mart 1983) — azərbaycanlı müğənni. Ceyhun Abdul oğlu Əliyev, 1983-cü il martın 12-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə böyük marağı və həvəsi ilə diqqət çəkmişdir. Bunu görən valideynləri onu Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 3 nömrəli uşaq musiqi məktəbinə qoymuşlar. 2004-cü ildə Azərbaycan Milli Konservatoriyasında təhsil almağa başlayan Ceyhun, Teymur Əmrahdan vokal və xalq artisti Canəli Əkbərovdan muğam dərsləri almışdır. Ceyhun Əliyevin musiqi istedadının inkişafında və formalaşmasında Azərbaycanın tanınmış incəsənət ustaları, muğam ifaçılarının və xarici musiqiçılərin böyük rolu olmuşdur. Ceyhun daim xalq artistləri Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rəşid Behbudov, xarici musiqi ustaları Beatles, Elvis Presli, Maykl Cekson ve başqalarının sənət nümunələrindən bəhrələnmişdir. 2013-cü ildə Nailə xanimla ailə həyatı qurub. Bir qızı və bir oglu var. 2006 ilde “Bir möcüzə idi” mahnısı ilə “Qala” qrupuna gəlib.
Cinli qala
Cinli qala — Qax rayonu ərazisində, Qax-İlisu şossesinin 7-ci kilometrində yolun sağ tərəfində Kürmükçay yatağına yaxın ərazidə dağ qolunun üzərində yerləşir. Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır.
Dördbucaqlı qala
Dördbucaqlı qala — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan qala. Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən ikiqat nəhəng qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra qala divarlarında 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı qala tipli bürc ("donjon" və yaxud "cəbəxana") qalmışdır. Əbdürrəşid Bakuvi şəhərin qala divarları haqqında maraqlı məlumat verərək yazır: Burada şübhəsiz, Bakuvinin qeyd etdiyi birinci qala Qız qalasıdır. İkinci qalanın isə Dördbucaqlı qala bürcünun olduğu ehtimal edilir. Dördbucaqlı qala bürcü öz təbii-coğrafi mövqeyinə və şəhərin relyefinə görə Qız qalasından daha hündürdə yerləşir. Ə. Bakuviyə görə də Qız qalası şəhəri cənubdan, Dördbucaqlı qala isə şimaldan qoruyurdu. Orta əsr müəlliflərinin də yazdıqlarına görə, Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində 1 ədəd dördkünc qala tipli bürc (donjon və ya cəbbəxana) mövcud olmuşdur.
Köhnəqala (qala)
Köhnəqala, Yezidabad qalası və ya Naxçıvanqala— Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957–1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III–II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632–51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.
Murtuz qala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Narın-Qala
Narınqala və ya İçqala — Dərbənd qalasının mərkəzini təşkil edən islamdan əvvəlki dövrə aid qədim qəsrdir. Sasanilər imperiyasının Kaspi qapısını bağlayan qoşa qala divarları vasitəsilə Xəzər dənizi ilə əlaqələndirilmişdir. Abidə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qalanın adının mümkün tərcümələrindən biri "Günəşli qala" kimi qeyd edilir. Digər məlumata görə, qala Sasani şahının qızının şərəfinə "Narın" – "incə", "gözəl" adlandırılmışdır. Dərbənd, Böyük Qafqaz dağlarının Xəzər dənizinə yaxınlaşaraq 3 km-lik ensiz düzən formalaşdırdığı Böyük Qafqaz keçidinin ən zəif müdafiə olunan ərazisində yerləşir. Dərbənd qalası Cənubi Qafqaz (xüsusilə Qafqaz Albaniyası) və Ön Asiya xalqlarınıköçəri türk xalqlarının hücumlarından qoruyan nəhəng müdafiə sisteminin bir hissəsidir. Müdafiə sisteminə Narınqala ilə yanaşı Dərbənd qala divarları, Dağ barısı, Gilgilçay səddi, Beşbarmaq səddi və Çıraqqala da daxildir. Qərb tərəfdən Dərbənd divarları Narınqala qəsrinə birləşir, qəsrin inşa edilməsinə kimi, həmin hündür təpə ərazisində düşmənin yaxınlaşmasını bildirən tonqallar qalanırdı. Dərbənd qalasının inşasına VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvanın göstərişi ilə Calqan vadisində başlanılmışdır.
Qala-Arı
Qala-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Ovalvari formaya malik olan ada, qərbədən şərqə doğru uzanır. Səthi hamardır. Qərbində yerləşən dil su altında qalmışdır.
Qala-Köreyş
Qala-Köreyş — orta əsrlərdə böyük feodal mülkünün Kaytaq üsmiliyinin paytaxtı. Qala-Köreyş kəndinin əsas görməli yerləri arasında məscid (XI əsrə aid), şeyxlərin məqbərəsi və karvansara var. XVIII-XIX əsrlərdə Dağıstan ovalığının inkişafı ilə Qala-Köreyşin əhəmiyyəti azalmağa başladı və 1930-cu illərdə Sovet hakimiyyəti altında olan ərazidən sakinləri çıxarılmağa başlandı. Ziyarətgaha çevrilmiş bir qəbiristanlığı var. XII-XIX əsrlərdə hökmdarları bu qəbiristanlıqda dəfn edirdilər. İndi Qala-Köreyş, dağın zirvəsindən enən terrasları olan qədim binaların labirintidir, burada bərpa edilmiş bir muzey və Kaytaq üsmiliyi türbəsi də var. Ərəblərin gəlişindən əvvəl kənd Üsmülüy adlanırdı, sığınacaqlı ərazidə yerləşirdi və güclü möhkəmləndirilmişdi. Əfsanəyə görə, yalnız kənd tərəfindən hər il seçilən ağsaqqallar məclisinə tabe olan azadlığı sevən camaat- dağlılar yaşayırdı. İslamlaşma və Köreyşlilərin bu kəndə köçürülməsindən sonra kənd Köreylilərin qalası kimi tərcümə olunan "Qala-Köreyş" adını daşımağa başladı. Qala-Köreyşdə bir qala və müdafiə qüllələri var idi.
Qala (Dərbənd)
Qala - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Sakinləri etnik azərbaycanlılar, darginlər, ağullar, tabasaranlılar və ləzgilərdən ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,610 nəfər azərbaycanlı yaşamaqda idi.
Qala (Kronin)
Qala (ing. Hatter's Castle) — Arçibald Kroninin ilk dəfə 1931-ci ildə nəşr edilmiş ilk romanı. Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. Əsər Tələt Ələkbərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2019-cu ildə Bakı Kitab Klubunda 404 səhifədə nəşr edilib. "QALA (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Qala (Nəmin)
Qala (fars. قلعه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (11 ailə).
Qala (Qürvə)
Qala (fars. قلعه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 4,029 nəfər yaşayır (995 ailə). Əhalisini kürdlər təşkil edir.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Qala (Sultaniyə)
Qala (fars. قلعه‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (83 ailə).
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qala (dəqiqləşdirmə)
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış istehkam. Qala (Dərbənd) — Dağsıtan Respublikasının Dərbənd rayonunda kənd. Qala (Rutul) — Dağsıtan Respublikasının Rutul rayonunda kənd. Qala (Astara, İran) Qala (Qürvə) Qala (Xəzər) — Xəzər rayonunda qəsəbə. Qala (Əzizbəyov) — İkinci Qala — Qala bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. Qala (film, 2008) — 2008-ci ildə çəkilmiş tammetrajlı Azərbaycan filmi. Qalaçay — Qala (Kronin) Qala (stansiya) — Bakı-Mərdəkan dəmiryolu xətti üzərində stansiya.
Qala (Əzizbəyov)
Qala — Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qədim Qala
Qədimqala (Şəmkir)
Rəqəmsal qala
"Rəqəmsal qala" — Den Braun tərəfindən 1998-ci ildə yazılmış detektiv roman. ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir. Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir.
Se Qala
Səqala — İranın Cənubi Xorasan ostanının Sarayan şəhristanının Səqala bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,036 nəfər və 1,225 ailədən ibarət idi.
Təzə Qala
Təzəqala (Bukan)
Xumar (qala)
Xumar və ya Xumarinskoye qorodişe (rusca:Хумаринское городище) — dövrümüzə yalnız xarabalıqları gəlib çatmış orta əsrlər qalası. Qala Kalez dağının zirvəsində, Böyük Qafqazdakı Kuban çayının yuxarısında yerləşir. Qalanın yaxınlığında Xumara kəndi yerləşir. Qala inzibati baxımdan Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Qaraçay rayonu ərazisinə aiddir. Qalanın qalıqları 1960–1962-ci illərdə V.A. Kuznetsov tərəfindən araşdırılmışdır. Araşdırılma zamanı runik əlyazmaları aşkar edilmişdir. Lakin bu ekspedisiya zamanı qazıntılar aparılmamışdır. 1963–1964-cü illərdə həyata keçirilmiş arxeologi qazıntılar zamanı isə artıq qazıntılar aparılmışdır. Bu ekspedisiya Qaraçay-çərkəz Respublikasının araşdırma inistitutunun əməkdaşı E.P. Alekseyeva tərəfindən həyata keçirilmişdir. O, üzə çıxarmışdır ki, orta əsrlərə aid qatların altında eradan əvvəl 8–6-cı əsrlərə aid qatlar yatmaqdadır.
Yeddibürclü qala
Yeddibürclü qala — Qazax rayonu ərazisindəki Göyəzən dağınin ətəyində yerləşən qala. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona yeddibürclü qala da deyirlər. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi söylənir. Ətrafda qazıntı işləri aparılmışdır.
Azərbaycan qalaları
Azərbaycan qalaları — Azərbaycan Respublikasının ərazisində yerləşən qalalar.
Azərbaycan qalaları (film, 2008-2010)
Azərbaycan qalalarının siyahısı
Azərbaycan qalaları — Azərbaycan Respublikasının ərazisində yerləşən qalalar.
Ağca Qala (Urmiya)
Ağca Qala (fars. اغچه قلعه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 903 nəfər yaşayır (224 ailə).
Ağdam Dövlət Rəsm Qalareyası
Ağdam Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. Qalereyanın yaradılması ilə bağlı idea 1990-cı ildə meydana gəlir və 1991-ci ilin əvvəllərində rəsmi əmr imzalanaraq strukturu təsdiq edilir. Ağdam rayon Dövlət Rəsm Qalereyasının ilk direktoru vəzifəsinə İlqar İsmayılov təyin edilir. Qalereyanın fəaliyyəti üçün inzibati bina təyin olunmağına baxmayaraq, rayonun münaqişə zonasında yerləşməsi onun fəaliyyətinə maneçilik törədirdi. Bu səbəbdən qalereya fəaliyyətini dayandıraraq 2008-ci ildən yenidən fəaliyyətə başlamışdır. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Hazırda 4-ü əsas, 4-ü texniki işçi olmaqla 8 işçi fəaliyyət göstərir. Qalereya binası 1 mərtəbədən ibarətdir — 4 otaq, 1 zal. Ümumi ərazisi isə 560 km²-dir. Binanın nəzdində bir kitabxana, bir dərsanə və əyləncə zalı yerləşir.
Ağdam Qalal
Ağdam Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun Gözbaraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Gözbaraq kənd inzibati-ərazi vahidi tərkibindəki Ağdam Qalal kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Babək (Bəzz) qalası
Bəzz qalası — İranın Şərqi Azərbaycan ostanının Qaradağ vilayətindəki Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala. Xürrəmilər hərəkatının rəhbəri Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300–2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400–600 metr dərinlikdə dərələr əhatə edir. Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb". Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı Bizans İmperiyası və Azərbaycan Atabəyləri dövlətinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.
Babək Qalası Qurultayı
Babək Qalası Qurultayı — Azərbaycanın milli qəhrəmanı Babək Xürrəminin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş zamanı keçirilən tədbir. Qurultay ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir. Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir. Babək Xürrəminin ad günü kimi qəbul edilən tarix adətən Kəleybər şəhərinin yaxınlığındakı Bəzz, yaxud Babək qalasında qeyd edilir. Lakin, son illər ərzində İran hökumətinin məntəqədə hərbi manevrlər keçirməsinə görə qalanın ətrafında toplaşmağa imkan tapa bilməyən əhali bu mərasimi şəhər mərkəzlərində qeyd edir. Babək qalasın illik qurultayının qadağan olunmasından sonra, Traktor Sazi klubunun tərəfdarları hər həftə Təbrizin Səhənd stadionunda toplaşıb milli şuarlar səsləndirirlər.
Babək qalası
Babək qalası, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Biləv kəndi yaxınlığında, Gilançayın sağ sahilində 2–14 əsrlərə aid arxeoloji abidə. İnşa edlmə tarixi Xürrəmilər hərəkatı ilə bağlı olan, xalq arasında Bаbək qаlаsı adlanan qala Оrdubаd rаyоnunun Biləv kəndindən cənub-qərbdə yеrləşir. Hər tərəfdən sıldırım qаyаlаrlа əhаtə оlunmuşdur. Gilаnçаyın sаğ sаhilində yеrləşən qаlаyа еnsiz dаr cığırlа qаlхmаq mümkündür. Strаtеji bахımdаn əlvеrişli mövqеdə yеrləşən Bаbək qаlаsının divаrlаrı bəzi qismlərdə yоnulmuş dаşlаrdаn inşа оlunmuşdur. Bir-birinə bitişik, dördkünc fоrmаlı binа qаlıqlаrı, bаşlıcа оlаrаq qаlа divаrınа bitişik fоrmаdа inşа оlunmuşdur. Bu üslub Аzərbаycаnın qədim və Оrtа əsr qаlаlаrı üçün хаrаktеrikdir. Qаlаdа dаirəvi fоrmаlı binаlаrın dа qаlıqlаrı vаrdır. Divаrlаr 0,8 – 1 m hündürlükdə sаlаmаt qаlmışdır.Yаşаyış yеrinin şimаl tərəfində qаyаdа qаzılmış, qərb divаrı dаşlа hörülmüş dördkünc fоrmаlı tikintiyə rаstlаnmışdır. Еhtimаl ki, оndаn su hоvuzu kimi istifаdə оlunmuşdur.
Babək qalası (Naxçıvan)
Babək qalası, Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Biləv kəndi yaxınlığında, Gilançayın sağ sahilində 2–14 əsrlərə aid arxeoloji abidə. İnşa edlmə tarixi Xürrəmilər hərəkatı ilə bağlı olan, xalq arasında Bаbək qаlаsı adlanan qala Оrdubаd rаyоnunun Biləv kəndindən cənub-qərbdə yеrləşir. Hər tərəfdən sıldırım qаyаlаrlа əhаtə оlunmuşdur. Gilаnçаyın sаğ sаhilində yеrləşən qаlаyа еnsiz dаr cığırlа qаlхmаq mümkündür. Strаtеji bахımdаn əlvеrişli mövqеdə yеrləşən Bаbək qаlаsının divаrlаrı bəzi qismlərdə yоnulmuş dаşlаrdаn inşа оlunmuşdur. Bir-birinə bitişik, dördkünc fоrmаlı binа qаlıqlаrı, bаşlıcа оlаrаq qаlа divаrınа bitişik fоrmаdа inşа оlunmuşdur. Bu üslub Аzərbаycаnın qədim və Оrtа əsr qаlаlаrı üçün хаrаktеrikdir. Qаlаdа dаirəvi fоrmаlı binаlаrın dа qаlıqlаrı vаrdır. Divаrlаr 0,8 – 1 m hündürlükdə sаlаmаt qаlmışdır.Yаşаyış yеrinin şimаl tərəfində qаyаdа qаzılmış, qərb divаrı dаşlа hörülmüş dördkünc fоrmаlı tikintiyə rаstlаnmışdır. Еhtimаl ki, оndаn su hоvuzu kimi istifаdə оlunmuşdur.
Balabür qalası
Bəlləbur qalası və ya Balabür qalası — Lənkəran şəhərindən 9 km. cənub-qərbdə, Bəlləbur kəndi yaxınlığında yerləşən qala. Abidə VIII-IX əsrlərə aiddir. Qala təxminən 1 hektar ərazinin əhatə edir. Hündürlüyü 4–5 metr, eni 2 metrdir. 1869-cu ildə Səidəli Kazımbəyoğlu tərəfindən qələmə alınmış "Cavahirnameyi-Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. Qalanın ərazisində saxsı su boruları olan məişət binalarının qalıqları durur. Aqşin Mistanlı. Cənub Bölgəsi Abidələri Ensiklopediyası., B.2018. nəşr)) Агшин Алиев.Бахрамнаме(I Часть) Səidəli Kazibekov.
Balçılı qalası
Balçılı qalası — Göygöl rayonu Balçılı (Göygöl) ərazisində yerləşir. XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır.
Bayat qalası
Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Qarabağın Kəbirli mahalında 1748-ci ildə inşa edilmiş qalanın memarı bəlli deyil. Pənahəli xan onun yerinin düzgün olmadığını fikirləşərək xanlığın mərkəzini Şahbulaq qalasına dəyişir. Pənahəli xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: "Məşvərətdən sonra, indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan, bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir.
Bayburt qalası
Bayburt qalası və ya Çinimaçin qalası - Türkiyənin Bayburt ilində yerləşən qala. Bayburt şəhərinin şimalında qayalar üzərində tikilən qalanin kimlər tərəfindən tikildiyi dəqiq bilinmir. Baqrat sülaləsi (885-1044) dövründə varlığından söz açılan qalanın eramızdan əvvəl də tikildiyi istisna olunmur. Qala türklərin əlinə keçməmişdən qabaq Bizansın, ermənilərin hakimiyyəti altında olub. Mənbələrdə bir çox dəfə təmir olunduğu qeyd olunub. Xalq arasında Çinimaçin qalası kimi də tanınan qalanın adı "Kitabi Dədə Qorqud" dastanında çəkilir. Osmanlı dövründə qalanın rəsmi adı da Çinimaçin olub. Qalanın şərqində XIV-XVIII əsrlərdə tikilən kilsə qalıqları var. Qərb tərəfində isə mağara yerləşir.
Bayramkoxa qalası
Bayramkoxa qalası — Göyçay dərəsindən qərbdə, Kələş düzündən cənubda, Kilsədağ məbədi yaxınlığında olan bu abidə ərazisində olduğu kəndin adı ilə Bayramkoxa qalası adlanır. Abidənin yerləşdiyi ərazi həm də, Təpələr, yaxud da Yeddi təpə adı ilə məlumdur. 1972-ci ildə Firidun Qədirov tərəfindən orada ilkin arxeoloji tədqiqat işləri aparılmışdır. Məhz həmin qazıntılar nəticəsində müəyyənləşdirilmişdir ki, oradakı təpələr əslində, qalanın ayrı-ayrı bürclərinin qalıqlarıdır. 45x42x 10 sm ölçülü çiy kərpiclə hörülmüş qala bürclərinin qalıqlarının hündürlüyü 5–6 m, diametri isə 15 m-dir. Hər tərəfdə 3 bürc olmaqla, cəmi 8 bürcü var. Qala quruluş etibarı ilə kvadrat formasındadır. Onun tərəflərinin uzunluğu 90 m, ümumi uzunluğu isə 360 m-dir. Bürclər arası hissədə qala divarları daha çox dağıldığından, onların yeri alçaq köbərə bənzəyir. Qaladan təqribən 100 m şərqdə daha iki təpə mövcuddur.
Bayıl qalası
Bayıl qalası və ya Bayıl qəsri– Bakının Bayıl burnu yaxınlığında, Karvansaray adasında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və 13-cü əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var. Qalanın uzunluğu 180 m, orta eni isə 35 m-dir. Qala divarları şərqdə altı, qərbdə isə beş yarımdairəvi (Bakı qalasındakı kimi) bürclə möhkəmləndirilmişdir. Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234–1235-ci illərdə) başa çatmışdı. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olmuşdur. Alimlərin fikrincə, o, 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batmışdır. Arif Ərdəbili 1369-cu ildə yazdığı "Fərhadnamə" poemasında gördüklərini belə qələmə almışdı: Bu misralarda şairin Bayıl qəsrindən bəhs etməsi şübhə doğurmur.
Bağaberd qalası
Oxçu qalası (erməni mənbələrində "Baqaberd") — Qafan rayonunda Oxçuçay və Kığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini — Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir Qalanın inşa olunma tarixi VI–VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur. Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26–27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır.
Beyləqan qalası
Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, Kür və Arazın qovuşduğu yerə yaxın, tarixi Arran bölgəsində (klassik Qafqaz Albaniyası), hal-hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi. Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib. Əhmədov Q.M. Örnəqala.
Bitlis qalası
Bitlis qalası — Türkiyənin cənub-şərqində yerləşən Bitlis ilçəsində bir qala. Tikilmə tarixi tam olaraq bilinməməklə yanaşı miladdan əvvəl III-IV əsrlərdə inşa edildiyi ehtimal edilir. Makedoniyalı İskəndər tərəfindən sərkərdə Bedlisə inşa etdirilmişdir. Sərt qayalıqlara inşa edildiyi üçün qalanın ətrafında müdafiə xəndəyi yoxdur. Yazılı mənbələrdə e.ə. 330-cü ildə Makedoniyalı İskəndərin sərkərdələrindən Leys Bedlis tərəfindən inşa etdirildiyi bildirilir. Bitlis adını bu qalanı inşa edən Bedlis adlı sərkərdədən almışdır. Qalanı Bedlis adlı sərkərdənin inşa etməsi sonrakı illərdə türklərin qalanın olduğu bölgəyə Bitlis adını qoymasına səbəb olmuşdur. Bitlis qalası şəhər mərkəzində sərt bir qaya bloku üzərindədir. İndiyə qədər elmi araşdırma istiqamətli hər hansı bir iş görülmədiyi üçün, içində saxladığı bütün tarixi sirləri ilə öz möhtəşəmliyini saxlayır.
Bodrum qalası
Bodrum qalası — Bodrumun simvolu halına gəlmiş və bu gün Sualtı Arxeologiya Muzeyi kimi istifadə olunan qala. Sent Con Cəngavərləri tərəfindən Zephyiria deyə bilinən keçmiş adda, ancaq günümüzdə yarımada kimi tanınan ərazidə inşa edilmişdir. Bodrum qalası iki liman arasında qayalıq bir sahə üzərində qurulmuşdur. Antik dövrdə əvvəl ada olan bu sahə sonra şəhərə bağlanaraq yarımada vəziyyətinə gəlmişdir. 1523-cü illər arasında inşa edilən St. Jan Cəngavərlərinin qalası, kvadrat planlı, 180 x 185 mt həddindədir. İç qala içində müxtəlif ölkə adları verilmiş qurğular yerləşir. Ən hündür qüllə dəniz səviyyəsindən 47,50 mt hündürlükdə olan Fransız qülləsidir. Digər qüllələr İtalyan qülləsi, Alman qalası, İlanlı qüllə və İngilis qülləsidir. Şimalda, antik dünyanın yeddi möcüzəsindən biri olan Kral Mousollosun Mausoleum (indi "mozole" deyilir) bir zəlzələ nəticəsində az qala yerlə bir olmuşdur.
Brest qalası
Brest qalası və ya köhnə adı ilə Brest-Litovsk qalası — Brest, Belarusiyada və ya əvvəlki adı ilə Belorusiya Sovet Sosialist Respublikasında yerləşən 19-cu əsrdə aid Rusiya qalası. 1941-ci il iyunun 22-də İkinci Dünya Müharibəsində Barbarossa əməliyyatının başlaması ilə faşist Almaniyası Sovet İttifaqını işğal etdi. Brest qalasına 1965-ci ildə müharibənin şərq cəbhəsində Brest-Litovsk döyüşündə göstərdiyi müdafiəyə görə Qəhrəman qalası adı verilmişdir. Qəhrəman qalası adı Qəhrəman şəhər tituluna uyğun gəlirdi. 12 sovet şəhəri bu ada layiq görülüb. Brest qalası 135 metr yüksəklikdə yerləşir. Brest qalası 19-cu əsrin əvvəllərində tikildiyindən Ulduz qalasının konturlarını qoruyub saxlamışdır. Qalanın özəyini təşkil edən Hisar qalası, Buq çayının və Muxavets çayının iki qolunun ortasındakı adada yerləşir. Adada 4 mərtəbəli yarımqüllələr və iki mərtəbəli kazarmalar tikilib. 1,8 km uzunluğunda olan kazarmada 500 otaq var və çox möhkəm qırmızı bloklardan ibarət qalın divarları ilə 12.000 əsgər qəbul edə bilir.
Brest qalası mağarası
«Brest qalası» (МН-54) mağarası Gürcüstan Respublikasının şimal-qərbində, Abxaziyanın Qaqra şəhəri yaxınlığında, Arabika dağ massivinin şərq hissəsində yerləşir. Mağaranın təxmini dərinliyi 420 metrdir. Çətinlik dərəcəsinə görə mağara 3Б—4А kateqoriyasına daxildir. Bəzi mənbələrdə mağaranı alternativ olaraq МН-54 adlandırırlar. ( bax. sxemi ) (pol.) Mağaraya giriş çox dar olub meyillidir. Girişdə güclü hava axını müşahidə olunur. 4-5 metrdən sonra çox da dərin olmayan və kor qurtaran quyu gəlir. Quyu üzərindən əsas zala keçən bir neçə giriş mövcuddur. Zalda mağaranın öyrənilməsi zamanı əsas düşərgə yerləşirdi.
Brest qalasının müdafiəsi
Brest qalasının müdafiəsi (rus. Оборона Брестской крепости) — 1941-ci ilin 22-29 iyun tarixlərində baş vermişdir. Barbarossa əməliyyatının ilk döyüşlərindən biri idi. Brest qalası Vermaxt ilə mübarizədə Qızıl Ordu tərəfindən müdafiə edilmiş, gözləniləndən də çox düşmən hücumuna müqavimət göstərmiş və İkinci dünya müharibəsi bitəndən sonra sovet müqavimətinin rəmzinə çevrilmişdir. 1965-ci ildə Qəhrəman qala adına layiq görülmüşdür. XIX əsrə aid Brest qalası, Nasist Almaniyası Polşa ilə müharibədə olarkən baş vermiş Brest-Litovsk döyüşünün ərazisi olmuşdu. Halbuki, 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən, Brest ətrafı, eləcə də Polşanın ərazisinin 52%-i SSRİ-yə birləşdirildi. 1941-ci ilin yayında, almanlar qalanı yenidən, lakin bu dəfə SSRİ ilə mübarizədə tutmağa çalışdılar. Almanlar, Barbarossa əməliyyatının ilk saatları ərzində Mərkəz Ordular Qrupunun hücumu istiqamətində yerləşən Brest şəhərini və Brest qalasını tutmağı planlaşdırırdılar. Qala və şəhər Buq çayı, eləcə də Varşava–Moskva dəmiryolu xəttinin və magistralının üzərində yerləşirdi.
Böyük qalanqa
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.

Digər lüğətlərdə