Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsnəd Əbu Əvani
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Müsnəd Əbu Əvanə
Müsnəd Əbu Əvanə (ərəb. مسند أبي عوانة‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair Hafiz Əbu Avani əl-İsfərayeni tərəfindən tərtib edilmiş hədislər toplusu. Əbu Avanə Xorasan, İraq, Hicaz, Yəmən, Şam, Ərəbistan yarımadası, Fars, İsfahan və Misiri gəzərək hədisləri toplayıb öyrənirdi. Əbu Avanə əl-İsfərayeninin tələbələri Əbu Əli ən-Neysaburi, İbn Ədi və ət-Təbərani idi. O, Şafii məzhəbini əl-Muzani və ər-Rəbi ibn Süleymandan (İmam Şafiinin şagirdləri) götürərək İsfareyndə ilk yayan şəxs olmuşdur. Əbu Əvanənin "Müsnədi" Müslim ibn əl-Həccac tərəfindən təkrar nəzərdən keçirilmiş Səhihi Müslim kimidir. Məcmuədə Müslimdən gələn hədislərlə yanaşı, Əbu Avanənin özündən də az sayda hədislər vardır. Buda Müsnəddə təkcə etibarlı (səhih) deyil, həm də yaxşı (həsən) və hətta zəif (daif) hədislərin olmasını izah edir.
Avan
Avan (Ermənistan)
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Çəvan
Çəvan (Marağa)
İvan
İvan — slavyan kişi adı. İvan Turgenev — Rusiya yazıçısı. İvan Poddubnı — kazak əsilli SSRİ pəhləvanı. İvan Ayvazovski — erməni əsilli Rusiya rəssamı. İvan Kramskoy — Rusiya rəssamı. İvan Qabışev — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Fioletov — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Nokolayşvili — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Malıqin — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Mazepa — Zaporojya ordusunun getmanı.
Əlvan
Əlvan— İranın Xuzistan ostanının Dəşt Azadegan şəhristanının Əlvan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,100 nəfər və 1,081 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Əsvan
Əsvan (ərəb. أسوان‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 267.913 nəfərdir (2006).
Evan Qoldberq
Evan Qoldberq (d. 11 may 1982) — Kanadalı film ssenari müəllifi və rejissorudur.
Van
Van(türk. Van, erm. Վան, — Van ilinin mərkəzi, Türkiyədə şəhər. “Van və Bitlisdə müsəlman əhalisinin cəmi 10 faizi sağ qalmışdı. Maddi dəlillər bizi belə bir ümumi faktlar həqiqətinə gətirib çıxarır ki, ermənilər müstəsna qəddarlıqla geniş miqyasda müsəlmanları qırmışlar. Nəticədə əhalinin dörddə bir qismi ancaq sağ qalmışdı. Ölkə dağılmışdı . Van Türkiyənin şərqində yerləşən bir şəhərdir. Tarixi eramızdan 7 min əvvələ gedib çıxır. Əhalisi təqribən 1,2 milyon nəfər, ərazisi 19 min km²-dır.
III İvan
III İvan Vasilyeviç (rus. Иван III Васильевич) və ya Böyük İvan (rus. Иван Великий; 22 yanvar 1440, Moskva, Böyük Moskva Knyazlığı – 27 oktyabr 1505, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının böyük knyazı, bütün Rus dövlətinin hökmdarı (rus. Государь всея Руси). III İvanın dövründə, ölkənin xarici siyasətinin əsas məqsədi şimal-şərqi Rusu vahid dövlətə birləşdirmək idi. Qeyd etmək lazımdır ki, bu siyasət çox uğurlu olmuşdur. İvan hökmranlığının əvvəlində Moskva prinsipliyi digər rus hökmdarı torpaqları ilə əhatə olunmuşdu; ölür, o, bu padşahların əksəriyyətini birləşdirən oğlu Vasiliyə təslim etdi. Yalnız Pskov, Ryazan, Volokolamsk və Novqorod-Seversky nisbi (çox geniş deyil) müstəqillik qorudu. III İvanın hökmranlığından bəri Böyük Litva knyazlığı ilə əlaqələr xüsusilə kəskin olmuşdur. Moskvanın Rus torpaqlarını birləşdirməyə inteqrasiyası Litvanın mənafeyinə zidd idi və sərhədlərarası münaqişələr və sərhəd şahzadələri və boyarların dövlətlər arasında keçid müttəfiqlərinə kömək etməmişdi.
Hvan Hyuncin
Hwang Hyunjin (azərb. Hvan Hyoncin‎) və ya səhnə adı ilə Hyunjin (20 mart 2000, Seul) — Cənubi Koreyalı oğlan qrupu Stray Kids-in üzvüdür.Koreya Musiqi Müəllif Hüquqları Assosiasiyasına (KOMCA) görə, onun adına 17 mahnı var. Hyunjin (현진) 20 mart 2000-ci ildə Cənubi Koreyaın Seul şəhərində anadan olub.Seul Sonqil İbtidai Məktəbini və Seul Songne Liseyini bitirib. O, bəzən Las-Veqası ziyarət edirmiş, burada Sam adını istifadə edirdi.O, JYP Entertainment-ə orta məktəbin üçüncü sinfində oxuyarkən qoşulub. Bir dəfə anası ilə alış-veriş edərkən JYP Entertainment tərəfindən stajyer olmaq üçün ona təklif göndərilib.2 il stajçı olmuşdur. Qrupun vizualı, əsas rəqqası, repçisidir. Stajçı olaraq Hyunjin Stray Kids realiti şousunda Stray Kids üzvləri və İtzy üzvləri ilə birlikdə iştirak etdi.Hyunjin-in dediyinə görə, JYP Entertainment-ə qoşulduqda heç bir şeydə lazımi bacarıqları yox idi, ona görə də hər şeyi sıfırdan öyrənməli idi. Hyunjin debütünü görünüşünə görə deyil, bacarığına görə etmək istəyirdi. Təcrübə illəri asan keçmədi, ilk vaxtlar rəqsdə o qədər də yaxşı deyildi və ona nifrət edirdi. Ancaq sonralar bu fikri dəyişdi, birlikdə məşq etdiyi təcrübəçilər sayəsində rəqsdən necə həzz alacağını öyrəndi.
Ivan Bohun
İvan Bohun (ukraynca; Iван Богун, polyakca; Iwan Bohun; 1618, Bratslav[d] – 27 fevral 1664, Novhorod-Siverskyi[d]) — Ukrayna kazaklarının polkovniklərindən biri. 1654-1667-ci illər arasında Polşa-Litva İttifaqının Rus Çarizmi ilə müharibəsində Polyaklarla birlikdə iştirak etmişdir. İvan Bohunun ölümü hər il Lvovda xatırlanır.
Ivan Kromskoy
İvan Nikolayeviç Kramskoy (27 may (8 iyun) 1837, Ostroqojsk[d], Voronej quberniyası[d] – 24 mart (5 aprel) 1887, Sankt-Peterburq)—rus rəssamı. 1837-ci il 27 may tarixindən rusiyada anadan olmuş İvan Nokalayeviç Komskoy rəssam olmaqla yanaşı sənətşünas olmuşdur. Özu xırda burjuaziya ailəsindən olmasına baxmayaraq, İ. Kromskoyu məşhurləşdirən onun əsərləri olmuşdur. Özunun yaratdığı mədəniyyət xadimlərin portretləri ilə yanaşı rus kəndlilərin portretləri üzərində çox böyük həvəslə işləyirdi. Onun yaratdığı portretlərdən biri də "Naməlum Qadın" adlanan portretidir. Portreti 1883-cü ildə çəkmişdir. Portret Pavel Tretyakova məxsusdur. Yəni portreti rəssam çəkəndən sonra onun sahibi Pavel olmuşdur. Portretdə təsvir olunan qadının şəxsiyyəti məlum deyildir. Qadın portretdə sakit ruha malik, cəsarətli təsvir olumuşdur.
Ivan Miljković
İvan Milkoviç (13 sentyabr 1979, Niş[d]) — serb voleybolçu. Voleybola 1992-ci ildə başlayıb. Onun peşəkar voleybol karyerası 1997-ci ildən Belqrad "Partizan"ından başlayır. İlk dəfə milli komanda formasını 1998-ci il 4 oktyabrda Yaponiyada keçirilən Dünya Çempionatında geyinib. Elə həmin mundialın gümüş mükafatçısı olub. Yuqoslaviya forması ilə 2000-ci il Sidney Yay Olimpiyadasında çempionluq yaşayıb. Yuqoslaviya millisinin ən gənc üzvü olan 21 yaşlı İvan Rusiya millisinə qarşı olan final matçında 19 xalla komandasının ən yaxşı nəticə göstərən oyunçusu olur. Bundan 1 il sonra 2001-ci il Avropa Çempionatında da çempionluq yaşayan İvan artıq klub karyerasını İtaliyada davam etdirirdi. 1997-ci ildən başlayan klub karyerasında öz vətənindən əlavə İtaliya, Yunanıstan və Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayıb. 8 il İtaliyada oynayan İvan italyan liqasındakı maddi məsələlərlə əlaqədar növbəti 2 ilini Yunanıstanda keçirmək qərarına gəlir.
Ovan Simonyan
Ovan Simonyan (erm. Յովան Սիմոնեան; 1967, Beyrut) — Ermənistanın tarixi, tarixi coğrafiyası və mədəniyyəti üzrə ixtisaslaşmış erməni əsilli İsveçrə alimi. O, Livanın Beyrut şəhərində, bir erməni ailəsində anadan olmuşdur. Simonyan 1975-ci ildə Livanda vətəndaş müharibəsi başlayanda ailəsi ilə birlikdə İsveçrəyə köçmüşdür. O, "The Hemshin: History, Society and Identity in the Highlands of Northeast Turkey" kitabının redaktoru və Riçard Dəkməçiyan ilə "Troubled Waters: the Geopolitics of the Caspian Region" kitabının həmmüəllifi, həmçinin Piter Qreçdakyan və Mark Arslan ilə birlikdə "Armenian DNA Project"in idarəçisidir.
Ovan gölü
Ovan gölü — Qəzvin ostanının Ələmut bölgəsində yerləşən kiçik dağ gölüdür. Göl Əlburz silsiləsində yerləşir. Gölə tökülən yeganə çay da, elə Ovan adlanır və şimal dağlarından axır. Gölün şimalı şərqdən qərbə doğru üç kəndlə əhatələnib. Bu kəndlər, Barbon, Ovan və Zərabad kəndləridir. Göl dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Onun maksimum uzunluğu 325 metr maksimum dərinliyi isə 275 metrdir. Gölün ən dərin yeri 7.5 metrdir. Gölün suyu yağış sularının və yeraltı suların hesabına formalaşır. Suyu çox təmiz və şəffafdır.
Pop-İvan
Pop-İvan (ukr. Піп Іван) — İvano-Frankovsk və Zakarpatya vilayətlərinin sərhədindəki silsilənin cənub-şərq ucunda yerləşən Çornoqora silsiləsinin ən yüksək zirvələrindən biridir. Hündürlüyü 2020.5 m-dir. Pop-İvan Çernoqorski dağını, Karpatların başqa bir zirvəsi - Ukrayna və Rumıniya sərhədində yerləşən Pop-İvan Marmaroşski ilə qarışdırılmamalıdır. Piramidal formaya malikdir, yuxarı hissəsində daş töküntüləri var. Qum daşlarından əmələ gəlmişdir. Karpat Dövlət Milli Parkı içərisindədir. Müharibədən əvvəl Polşa xəritələrində dağ 16 nömrəli sütun olaraq təyin edilmişdir. Əsasən subalp bitki örtüyü ilə örtülmüşdür. Kollar (Sibir ardıç, rododendron) və şam meşələri (1500-1600 m yüksəklikdə) geniş yayılmışdır.
Rəvan Alxaslı
Rəvan Bağırov
Rəvan Aydın oğlu Bağırov (30 oktyabr 1986, Bakı, Azərbaycan SSR) — azərbaycanlı radioaparıcı, kreativ direktor, bloqqer, qrafik dizayner, peşəkar fotoqraf, MANPASI səhər radio şousu və YouTube layihəsinin yaradıcısı və aparıcılarından biri. Rəvan Bağırov 30 oktyabr 1986-cı ildə Bakı şəhərində Aydın və İradə Bağırovlar ailəsində anadan olmuşdur. Atası Aydın Bağırov ümumi cərrah, anası İradə Bağırova orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır. 1993-cü ildə ibtidai təhsili N. Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə almışdır. Orta təhsilini 2004-cü ildə N. Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə əlaçı kimi bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2008-ci ildə ali bakalavr təhsilini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə hərbi xidmətə yollanıb, 2009-cu ildə hərbi xidmətini bitirmişdir. 2009-2010-cu illərdə ANS televiziyasında, proqramlaşdırma departamentində, anstv.ws rəsmi veb saytının administratoru, kontent meneceri vəzifəsində çalışmışdır. 2010-2012-ci illərdə frilans qrafik dizayner və fotoqraf kimi çalışmışdır.
Rəvan Bünyadlı
Rəvan Cabbarov
Rəvan Daşdəmirov
Rəvan FK
"Rəvan" futbol klubu — Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır. "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür. 2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər. "Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.
Rəvan Həsənov
Rəvan Vaqif oğlu Həsənov (2 iyun 1989, Ağdam) — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru. Həsənov Rəvan Vaqif oğlu 2 iyul 1989-cu il tarixində Ağdam şəhərində dünyaya göz açmışdır. 1996-2007-ci illərdə orta təhsilini Tahir Həsənov adına 23 nömrəli məktəbdə almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2010-cu ildə Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Prokurorluğu və Nəsimi Rayon Məhkəməsində istehsalat təcrübəsində olan Rəvan Həsənov 2011-2012-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər kimi hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Almaniyanın Potsdam Universitetinin hüquq fakultəsində magistr (LL.M) təhsili almış və Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika bölməsini uğurla başa vurmuşdur. 16 fevral 2018-ci il tarixində “Cinayət hüquq və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə AMEA Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilib. Rəvan Həsənov 1 yanvar 2018-ci ildə ABŞ-nin İllinois Texnologiyalar Universitetinin “Kent Hüquq Kolleci” tərəfindən qonaq elmi araşdırmaçı olaraq dəvət olunsa da, əmək fəaliyyəti ilə əlaqədar olaraq proqramda iştirak edə bilməyib. Rəvan Həsənov 13 noyabr 2014-cü ildən 2 mart 2016-cı il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2 mart 2016- 11 aprel 2017-ci il tarixlərində isə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətinin baş mütəxəssisi, 11 aprel 2017- 8 iyul 2017-ci il tarixlərində isə məsləhətçi vəzifəsində işləmişdir.
Rəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
Rəvan Lətifov
Rəvan Ömür oğlu Lətifov (26 avqust 1991, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Xaçmaz kəndinə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına daxil olmuşdur. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun "N" saylı hərbi hissəsində Tank əleyhinə batareyada hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışmışdır. Rəvan Lətifov təvəzökar, ailəcanlı və vətənpərvər insan idi. 1990-cı ilin Qanlı Yanvar hadisələri, 1992-ci ilin fevralın 25–26-da baş verən Xocalı soyqırımı və ümumilikdə Birinci Qarabağ müharibəsində Azərbaycan xalqının yaşadığı faciələr onun milli ordu sıralarına qoşulmasına böyük təsir göstərmişdir. Atası Lətifov Ömür meşə təsərrüfatı üzrə mütəxəssis, anası Gültəkin xanım müəllimə idi. Bir qardaşı və iki bacısı var.
Evan Siegel
Evan Siegel (1954) — Riyaziyyat və Kompüter Elmləri üzrə professordur. Evan Siegel 2000-ci ildə CUNY Graduate Center- də riyaziyyat üzrə fəlsəfə doktoru, Nyu-York Universitetində riyaziyyat üzrə magistr dərəcəsi və MIT-də riyaziyyat üzrə bakalavr dərəcəsi alıb. Hal-hazırda Nyu Cersi Siti Universitetində riyaziyyat üzrə dosentdir. Riyaziyyata olan marağı ilə yanaşı, Siegel Yaxın Şərqin tarixi və mədəniyyəti ilə də maraqlanır və bu mövzuda çoxsaylı nəşrləri var. Siegel fars, fransız, ərəb, türk, rus, alman və gürcü dillərindəki mənbələrdə araşdırma aparır. 1998–2000-ci illərdə Azərbaycanşünaslıq jurnalının redaksiya heyətinin üzvü, 1994–2002-ci illərdə isə Beynəlxalq Azərbaycanşünaslıq Cəmiyyətinin müxbir katibi vəzifəsində çalışın.
Qüdrətli Evan
Qüdrətli Evan (ing. Evan Almighty) — 2007-ci ildə çəkilmiş ABŞ filmidir. 2003-cü ildə çəkilmiş Qüdrətli Brus filminin davamıdır. Allahın çox xüsusi bir vəzifəyə təyin etdiyi yeni şəxs bu dəfə jurnalistikadan ayrıldıqdan sonra siyasətə qədəm qoyan və Konqresə yeni seçilən Evan Baksterdir. O Buffalodakı keçmişini tərk edərək ailəsi ilə bərabər Virciniyaya köçmüşdür. Lakin oradakı yeni həyatında qəfildən Allah (Morgan Freeman) onun qarşısına çıxıb Nuhun gəmisi kimi bir şey tikməyi əmr edəndə həyatı birdən-birə alt-üst olur. Ailəsi də bu vəziyyətdən çaşbaş qalır. Evan həqiqətən Allahdan aldığı əmrə müvafiq olaraq hərəkət edirmi? Yoxsa onun bu qəribə davranışları təbii olan orta yaş böhranından və ya psixi problemlərdən xəbər verir?
Etan
Etan — alkanlar sinfinə daxil olan üzvi birləşmə. Təbiətdə təbii qaz, neft və digər karbohidratların tərkibində rast gəlinir. Maraqlıdır ki, Saturn planetinin təbii peyki olan Titanın səthində aşağı temperatur (−180 °S) şəraitində metan-etan qarışığından ibarət olan maye göllər mövcuddur. Etan ilk dəfə 1834-cü ildə Maykl Faradey tərəfindən kalium asetatın suda məhlunun elektrolizindən almışdır. Ancaq o bu reaksiya məhsulunun metan olduğunu düşünərək araşdırmalara son verdi. Etan rəngsiz, iysiz qazdır. T=-100 °S temperaturda sıxlığı ρmaye.=0,561 q/sm³-dir T=25 °S temperaturda sıxlığı ρqaz.=0,001342 q/sm³ və ya 1,342 kq/m³-dir. Etanın kimyəvi formulu C2H6-dır. Etan karbonla hidrogenin birləşməsindən əmələ gəlib.
Evax
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Evian
Evian — Cenevrə gölünün cənub sahilindəki Évian-les-Bains yaxınlığında müxtəlif mənbələrdən gələn bir qablaşdırılmış mədən suyu markasıdır. Evian, Fransız Danone şirkətinə aiddir. Qablaşdırılmış suya əlavə olaraq, Danone Evian adını bir sıra üzvi dəriyə qulluq məhsulları və Fransadakı lüks kurort üçün istifadə edir.
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Levan
Levan (Kartli)
Sevan
Sevan (Ermənistan)
Evan Reyçel Vud
Evan Reyçel Vud (ing. Evan Rachel Wood; 7 sentyabr 1987, Roli, Şimali Karolina) — ABŞ aktrisası. O, "Emmi" və "Qızıl qlobus" mükafatlarına namizəd göstərilmişdir.
Lenn Evan Qudman
Lenn Evan Goodman (21 mart 1944, Detroyt, Miçiqan) — ABŞ-lı filosof və fəlsəfə tarixçisidir. Goodman 1994-cü ildən Vanderbilt Universitetinin fəlsəfə kafedrasının professorudur. Onun fəlsəfi yaradıcılığında metafizik və etik məsələlərə diqqət yetirilir. Zaman keçdikcə o, daha çox İslam və yəhudi düşüncəsinə diqqət yetirdi və onların bir-biri ilə yaradıcı qarşılıqlı əlaqəsini araşdırmağa çalışdı. Onun ərəb ədəbiyyatında yunan təsiri ilə bağlı əsəri var. Goodman, Lenn E., "Arap Edebiyatındaki Yunan Etkisi", Nüsha: Şarkiyat Araştırmaları Dergisi, (Tərcüməçi: Esat Ayyıldız), 18.47 (2018): 15–44.
Evans Kiplaqat
Evans Kiplaqat (5 mart 1988, Keniya) — Azərbaycanı təmsil edən yüngül atlet. Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, marafon turnirində 2:15:32 saat nəticə göstərdi və olimpiadanı 155 atlet arasında 28-ci pillədə başa vurdu.
Evans burnu
Evans burnu (ing. Cape Ewans) — Mak-Medro boğazında, Ross adasının qərb sahilərində yerləşən burun. Burun qayalıqdan ibarətdir və şimal hissəsində Erebus buxtası yerləşir. Burun ilk dəfə 1901-1904-cü illər təşkil olunmuş «Diskaveri» ekspedisiyası zamanı Robert Skott tərəfindən Skuary burnu olaraq adlandırılmışdır. Skottun ikinci «Terra Nova» (1910—1913) ekspedisiyası zamanı isə burunun adı Kral donanmasının leytenantı Edvard evansın şərəfinə adlandırılmışdır. Burun Robert Skottun ikinci ekspedisiyası zamanı qərargah olmuşdur. Bu baza 1914—1917-ci illər Ernest Şekltonun rəhbərlik etdiyi Britanoiyanın Transantartika ekspedisiyası zamanı istifadə edilmişdir.Tikili hal-hazırda da qalır və Skott daxması (ing. Scott's Hut) adlanır 1987 - 1992-ci illər ərzində Beynəlxalq Qeryi-Hökumət ekologiya təşkilatı olan Qrinpisə aid Dünya Okeanı vbazası fəaliyyət göstərmişdir. Evans burnu insanın Antrakridada ilk addımları baxımından olduqca əhəmiyyətli ərazidir. Bu səbəbdən bölgə 1997-ci ildə Antraktidanın xüsusi qorunan ərazisi elan edilmişdir.
Evans qambiti
Evans qambiti — şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-c4 Ff8-c5 4. b2-b4. gedişləri ilə başlanan debüt 1824-cü ildə ingilis V. Evans kəşf edib.
Evax discolor
Eyvan şəhristanı
Eyvan şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Eyvan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,380 nəfər və 10,040 ailədən ibarət idi.