ELAN (müxtəlif mənalarda) Bu elan məclisin heç də istəyinə uyğun deyil (S.Rəhimov); AFİŞA (tamaşa, konsert və s. haqqında divara vurulan elan) O gün Həmidin uçmağa qanadı yox idi, şəhəri gəzir, küçələrə vurulmuş afişalarına uzaqdan baxırdı (H.Abbaszadə); ANŞLAQ (teatrda, kinoda, sirkdə və s.-də biletin qurtardığını bildirən elan) ..bəzən teatr tamaşaya iki gün qalmış anşlaq asmalı olur (Ə.Haqverdiyev); ANONS (qabaqcadan yapışdırılmış elan); BİLDİRİŞ.