Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əvarif əl-Məarif
“Əvarif əl-məarif”, təsəvvüf sahəsində yazılmış qiymətli mənbələrdən sayılır. Əsər Azərbaycanlı müəllif, böyük təsəvvüf alimi Əbu Həfs Ömər Sührəvərdiyə aiddir. Əsər həm tarixilik, həm də mənbə xüsusiyyəti baxımından vacib əhəmiyyətə malikdir. Əsərdə təsəvvüfün bütün sahələrinə toxunulmuş, təsəvvüf anlayışlarının, istilahlarının dərin izahı verilmiş, Quran ayələri və peyğəmbər hədislərindən nümunələr gətirilərək oxucular üçün aydınlaşdırılmışdır. Həqiqətən cəhalət bir zülmətdir. Nur, bu zülmət içərisində ağlın bəsirətini bürüdükcə qaranlıqlar çəkilib gedər və ağıl Haqqı göstərər.
Elariz Məmmədoğlu
Elariz Məmmədoğlu (tam adı: Elariz Məmməd oğlu Salmanov; 17 dekabr 1964, Bakı) — azərbaycanlı müğənni. == Həyatı == Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda doğulub. Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1983–1985-ci illərdə Leninqrad, Petrozavodsk, Murmansk şəhərlərində hərbi xidmət keçib. İlk dəfə səhnəyə 16 yaşında müğənni kimi çıxıb. Məktəbdə fəaliyyət göstərən xor dərnəyində vokalçı-solist olub. 1992-1994-cü illərdə musiqiçi kimi çalışıb. 1994-cü ildən mügənnilik sənətini davam etdirib. Müğənni kimi peşəkar fəaliyyətə 1997-ci ilin yanvarında başlayıb.
Avarim
Avarim — İordaniyada dağ silsiləsi. İordan çayının şərq sahilində, keçmiş Moav torpağında, israillilərin səhrada 40 illik səfərinin sonunda düşərgə saldıqları yerdədir. Bu silsilənin Nevo adlanan zirvələrindən birində Musa ölümündən əvvəl dayanmış və son dəfə İsrail torpaqlarını seyt etmişdir. O, orada vəfat etmiş və ərazidəki vadidə basdırılmışdır.
Ovaria
Quşüzümü (lat. Solanum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi.
Əvasim
Əvasim (ərəb. العواصم‎, hərf. "müdafiələr, istehkamlar"; təkdə Asimə, اَلْـعَـاصِـمَـة, hərf. "müdafiəçi") — Kilikiya, Suriyanın şimalı və Yuxarı Mesopotamiyada Bizans imperiyası ilə Əməvi və Abbasi xilafətləri arasındakı sərhəd zonasının müsəlman tərəfinə istinad etmək üçün istifadə olunan ərəbcə termin. Bu, VIII əsrin əvvəllərində, müsəlman fəthlərinin ilk dalğası azaldıqdan sonra qurulmuş və Bizans irəliləyişləri tərəfindən əzilən X əsrin ortalarına qədər davam etmişdir. Bu, suğur (اَلـثُّـغُـوْر; təkdə səqr, اَلـثَّـغْـر, hərf. "yarıq, açılış") kimi tanınan möhkəmləndirilmiş istehkamlar zəncirindən yaranmış irəli markalardan, həmçinin əsas əvasim olaraq bilinən sərhəd zonasının arxa və ya daxili sahələrindən ibarət idi. Suğur termini Əndəlus və Mavəraünnəhr yürüşlərində də istifadə edilmişdir. Bu, XIV əsrdə Misir Məmlükləri tərəfindən yenidən canlandırılmaq üçün Fərat regionunda bərpa edilmişdir. Qazi (islam) Honigmann, Ernst (1935). Byzance et les Arabes, Tome III: Die Ostgrenze des Byzantinischen Reiches von 363 bis 1071 nach griechischen, arabischen, syrischen und armenischen Quellen. Corpus Bruxellense Historiae Byzantinae (in German). Brussels: Éditions de l'Institut de philologie et d'histoire orientales.
Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Fariz
Fariz — ad. Fariz Əhmədov (rejissor) — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-ci ildən). Fariz İbrahimov — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri Fariz Nəcəfov — Azərbaycanı təmsil edən karateçi Fariz Cəbrayılov — Qarabağ müharibəsi iştirakçısı, şəhid. Fariz Yusifov — Azərbaycanlı futbol hakimi.
Kariz
Kariz — İranın Rəzəvi Xorasan ostanının Taybad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,565 nəfər və 1,988 ailədən ibarət idi.
Pariz
Pariz və ya Bariz— İranın Kirman ostanının Sircan şəhristanının Pariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,527 nəfər və 1,231 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Cibal Bariz elindən ibarətdir, fars dilində danışırlar və şiəmüsəlmandırlar.
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Əvrəz
Əvrəz — Azərbaycanda insanlar arasında tarixən təşəkkül tapmış və geniş yayılmış qarşılığlı yardım formalarından biri. Azərbaycanda qarşılıqlı yardımın çox geniş yayılmış formalarından biri də əvrəz olmuşdur. Bu el köməkliyinin adı ərəbcə "təsadüfi" "fövqəladə hadisələr" mənasını verən "əvariz" sözündən götürülmüşdür. Görünür, Azərbaycanın Kəlbəcər və Qazax rayonlarında yaşayan ayrımlar arasında bu qarşılıqlı yardım formasının "avaya" adı ilə tanınması da bununla əlaqədardır. "Əvrəz" Azərbaycanın əksər bölgələrində "iməcilik" anlayışının sinonimi kimi işlədilsə də, bəzi bölgələrdə, o cümlədən Şirvan və Quba bölgələrində əsasən ağır zəhmət tələb edən təsərrüfat işlərində yalnız kişilərin iştirakı ilə təşkil edilən el köməkliyinə deyilirdi. Azərbaycan tarixşünaslığında əvrəzdən, yanlış olaraq feodal mükəlləfiyyətlərindən biri kimi bəhs olunur. Rus alimi İ. Petruşinski Azərbaycanda feodal münasibətlərindən bəhs edərkən əvrəzi Səfəvilər dövlətində feodal mükəlləfiyyətlərindən biri hesab etmişdir. O daha sonra qeyd edir ki, Azərbaycanda kəndlilər XVIII–XIX əsrlərdə bəy və mülkədarların xeyrinə məcburi işlədikləri "biyar"dan əlavə ildə iki gün "əvrəz"ə də çıxmalı idilər. Azərbaycan alimlərindən M. Əfəndiyev və İ. Həsənov da bu səhv müddəaya əsaslanaraq öz tədqiqatlarında əvrəzi XVIII–XIX əsrlərdə Azərbaycan feodal mükəlləfiyyətlərindən biri kimi təhlil etmişlər. Əvrəzin feodal mükəlləfiyyəti olması haqqında yanlış fikir öz əksini 7 cildlik "Azərbaycan tarixi"ndə də tapmışdır.
Həvari Andrey
Andrey (q.yun. Ἀνδρέας Andréas) — İsanın on iki həvarisindən biri. Simonun qardaşı, Cəliləli balıqçı. X şəklindəki çarmıxda ölmüşdür. Şotlandiya və Rusiyanın baş əzizi. 30 noyabr Əziz Andrey günüdür.
Həvari Barnaba
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Həvari Bartalmay
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Həvari Filipp
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Həvari Foma
Həvari Foma (yun. Θωμάς Thōmás) — xristianlıqda on iki həvaridən biri.
Həvari Matfey
Həvari Matfey (yun. Ματθαίος Matthaíos) — xristianlıqda on iki həvaridən biri.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Həvari Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Həvari Varfolomey
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa Məsihin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Yuhənna
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İohann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari Yəhya
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Evarist
Evarist — 17 Aprel 44-cü ildə indiki Fələstin ərazisində yerləşən Yəhudiyə əyalətində doğlmuşdur və Romanın 5-ci Papasıdır. 97-105-ci illər aralığında Romada papalıq vəzifəsini icra etmişdir. Müqəddəs Evarist haqqında günümüzə çox az məlumat gəlib çıxmışdır. Papalıq dövrü Roma imperatoru Trayanın hökmranlıq etdiyi dövrə təsadüf etmişdir. Bu dövr Romanın ən zülmlü dövrü hesab edilir. == Papalıq və yepiskopluq dövrü == Papa olmamışdan əvvəl, Roma yepiskopluğunu icra etməkdə idi. Eyni zamanda da "Papa" olaraq seçilmiş və beləcə həm Papalığı həm də Roma yepiskopluğunu icra etməyə davam etmişdir. 8 il ərzində bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmişdir. Bir çox mənbədə 105-ci ilin 26 oktyabr tarixində, sui-qəsd ilə şəhid edildiyi qeyd olunur. Bu səbəblə 26 oktyabr, Papa Evaristin anım günü olaraq qeyd olunmuşdur.
Revari
Revari (hind. रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir. Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır. Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir.
Gevarizm
Gevarizm və ya gevaraçılıq (isp. Guevarismo) — Argentina və Kuba inqilabçısı Ernesto Çe Gevara tərəfindən təklif edilən və inkişaf etdirilən marksist nəzəriyyə ilə əlaqəli fəlsəfi və praktiki konsepsiyaların ümumi adı. Gevarizm leninizm və ekzistensializmin xüsusi şərhini və praktik sahədə fokizm vasitəsilə partizan müharibəsinin maoçu konsepsiyasının inkişafını özündə birləşdirirdi. Gevarizm tam sistem olmasa da, yeni sol hərəkatların və qrupların ideologiyasının tərkib hissələrindən biridir. == İstinadlar == == Əlavə ədəbiyyat == Че Гевара. Эпизоды революционной войны. АСТ, Мидгард, 2005 г. ISBN 5-17-029024-1 Эрнесто Че Гевара. Статьи, выступления, письма. Культурная Революция, 2006 г.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Carız
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Sarız
Sarız (türk. Sarız) — Kayseri ilinin ilçəsi.
Elbariz Məmmədli
Elbariz Məmmədli — şair, publisist. == Həyatı == Elbariz Məmmədli 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiridir. 1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb. "Durna harayı" adlı kitabı 1993-cü ildə, "Mən savaşa çağırıram" kitabı 2006-cı ildə, "Dünya iki rəngdədir" kitabı 2010-cu ildə çap olunub.Sonrakı illərdə Vasif Sülüymanla birgə yazdığı, dəmiryolçuların fəaliyyətindən bəhs edən "Məxmər yolların sirri" , " Bitməyən ömür karvanı" və "Mənim nağıllı dünyam" (2023) kitabları nəşr olunub.
Evarist Ndayişimiye
Evarist Ndayişimiye (ing. Évariste Ndayishimiye; fr. Évariste Ndayishimiye; kir. Évariste Ndayishimiye; təq. 17 iyun 1968, Giheta kommunası[d], Giteqa vilayəti[d]) — 18 iyun 2020-ci ildən etibarən Burundi Prezidenti vəzifəsində çalışan Burundi siyasətçisi. == Həyatı == Evarist Ndayişimiye 1968-ci ildə Burundinin Giteqa vilayətinin Giheta şəhərində anadan olmuşdur. Onun məzhəbcə katolik olduğu düşünülür. Burundi Universitetində hüquq təhsili almağa başlamışdır. Burundi Vətəndaş Müharibəsi zamanı ölkədən qaçdı. Bir müddət sonra ölkəsinə geri dönən Ndayişimiye vətəndaş müharibəsi dövründə qrup sıralarına yüksələrək hərbi qruplaşmalara rəhbərlik etdi.
Evarist Qalua
Evarist Qalua (fr. Évariste Galois; 25 oktyabr 1811[…], Bur-la-Ren – 31 may 1832[…], Paris) — fransız riyaziyyatçısı, müasir cəbrin və qrup nəzəriyyəsinin banisi. Onun cəbri tənliklərə aid əsərləri müasir cəbrin əsaslarını qoymuşdur; cəbrin əsas anlayışlarından olan qrup, sahə və s. Qaluanın ideyaları ilə bağlıdır. == Həyatı == Riyaziyyata kiçik yaşlarından meyl edib. O, dörddən yüksək dərəcəli cəbri tənliyin radikallarla ümumi şəkildə həll edilmədiyini Paolo Ruffini və Nils Hendrik Abeldən asılı olmadan göstərmişdir. Qalua yüksək dərəcəli cəbri tənliklərin radikalla həlli üçün zəruri şərtləri tapmış və Paris Elmlər Akademiyasına göndərmişdir. Qaluanın işləri yalnız XIX əsrin 70-ci illərində Jozef Liuvillin 1846-cı ildə çap olunmuş əsərlərindən sonra geniş yayılmışdır. Qalua cəbri funksiyaların inteqralı haqqında əsas teoremləri ifadə etməklə bərabər, riyaziyyata qrup, altqrup, normal bölən və meydan anlayışlarını da gətirmişdir. Onun ideyaları təkcə cəbrin yox, bütün riyaziyyatın inkişafına təsir göstərmişdir.