Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İtirilmiş Pleyada
İtirilmiş Pleyada (ing. The Lost Pleiad, fr. L'Etoile Perdue) — Vilyam Buqronun çəkdiyi rəsm əsəri. əsər 1884-cü ildə tamamlanmışdır. Tablo 195,5 × 95 sm ölçüyə malikdir. Əsərdə yunan mifologiyasında Artemidanın rəfiqələri olmuş və sonradan hər biri ulduza dönərək göyə qalxmış yeddi bacılardan — Pleyadalardan biri təsvir edilmişdir. Əsər hazırda şəxsi kolleksiyada saxlanılır.
İtirilmiş cənnət
"İtirilmiş cənnət" (ing. Paradise Lost) — Con Miltonun ilk dəfə 1667-ci ildə nəşr edilmiş epik poeması. 1674-cü il nəşrində poema on iki nəğmə və bu nəğmələri təşkil edən on bir min misradan ibarət idi. 1658–1667-ci illərdə yaradılan bu əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi. Şeirdə ilk insan Adəmin hekayəsi boş beytlə təsvir edilmişdir. Milton həmçinin, əsərini davamını "Qaytarılmış cənnət" poeması ilə gətirmişdir. Hər iki poema həm bibliya tarixini, həm də XVII əsrdə İngiltərədəki təlatümlü siyasi həyatı və müəllifin şəxsi taleyini əks etdirdiyi güman edilir. == Məzmun == Poemanı 1640-cı illərin inqilabi hadisələri ilə qismən paraleldir. Şair bibliya əfsanələri vasitəsilə böyük ümumiləşdirmələr aparır, bəşəriyyətin çətin, əzablı yollarla inkişafa, tərəqqiyə doğru getdiyini təsdiq edir. Poema allaha qarşı üsyan etmiş mələklərin məğlu-biyyətinin təsviri ilə bağlayır.
İtirilmiş klaster
İtirilmiş klaster (en. lost cluster) – əməliyyat sistemi tərəfindən istifadədə olan kimi qeyd olunmuş, ancaq heç bir faylın yerləşmədiyi klaster (diskdə yaddaş fraqmenti). İtirilmiş klaster, adətən, xidməti əməliyyatların düzgün olmayan şəkildə bitirilməsi nəticəsində (məsələn, sistemdən “kobud” surətdə çıxılması, tətbiqi proqramın asılıb qalması və ya yarıda kəsilməsi) yaranan verilənlər “qırıqlarından” ibarət olur. İtirilmiş klasterlər istifadə olunası disk yaddaşının həcmini azaldır. Belə klasterləri aşkarlamaq və onların istifadəsiz olduğunu qeyd etmək üçün Norton Utilities paketinə daxil olan Disk Doctor, Windows əməliyyat sisteminin xidməti utilitlərindən olan SCANDISK kimi proqramlardan istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İtirilmiş nəsil
İtirilmiş nəsil (fr. Génération perdue, ing. Lost Generation) — Birinci Dünya Müharibəsindən sonra meydana çıxmış ifadə. Buradakı “itirilmiş” sözü müharibədən sağ qayıtmış insanların “yönünü itirmiş, sərgərdan, didərgin düşmüş” ruhlarına istinad edir. Belə ki, bu nəslin nümayəndələri hələ gənc yaşlarında müharibəyə getməli olmuş, onun dəhşətlərini öz gözləri ilə görmüş, müharibədən sonra isə həyata uyğunlaşa bilməmiş, içkiyə qurşanmış və ya intihar etmişdilər. İfadə əsasən 1920-ci illərdə vətənini tərk edib Parisdə yaşayan amerikalı yazıçılara aid edilir. İfadənin yaranması amerikalı romançı və şairə Gertruda Staynın adı ilə bağlı olsa, Ernest Heminqueyin 1926-cı ildə yazdığı Fiesta romanının epiqrafında işlətdiyi “Siz hamınız itirilmiş nəsilsiniz” cümləsi sayəsində məşhurlaşmışdır. Stayn "siz hamınız itirilmiş nəsilsiniz" cümləsini ilk dəfə Heminqueylə söhbət edərkən səsləndirmişdir. Ümumi götürdükdə, “İtirilmiş nəsil” ifadəsi 1883-1900-cü illər arasında dünyaya göz açmış nəslə istinad edir."İtirilmiş nəsil" dedikdə Birinci Dünya müharibəsi və ondan bir qədər sonrakı dövrdə yazıb-yaradan insanlar nəzərdə tutulduğu üçün bu nəslə bəzən "Birinci Dünya müharibəsi nəsli" də deyilir. Avropada bu yazıçılar daha çox "1914-cü il nəsli" adı ilə tanınır.
İtirilmiş simvol
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. == Məzmun == Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... == Xarici keçidlər == "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
İtirilmiş həftəsonu
"İtirilmiş həftəsonu" (ing. The Lost Weekend) — rejissor Billi Uaylderin filmi. == Məzmun == Filmdə içki düşkününün faciəsindən danışılır. Bu içki düşkünü, Don Birnam adlı yazıçıdır. Onun qardaşı Vik və rəfiqəsi Helen birlikdə həftəsonu planlaşdırırlar. Pulsuz qalmış Donun artıq 10 gündür ki, spirtli içki içmədiyini zənn edərək, çıxıb gedirlər, lakin Don işləmək bəhanəsiylə getmir və yenidən içib əyyaşlıq etməyə başlayır. == Film haqqında == Film Amerika yazıçısı Çarlz Ceksonun 1944-cü ildə yazdığı eyniadlı romanı əsasında çəkilmişdir.
Əyilmiş dəvəqıran
== Təbii yayılması: == Krım, Qara dəniz ətrafı, Don, Volqa çaylarının kənarları, Dağıstan, Şərqi Zaqafqaziya, Emba və Ural çayları ətrafında yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 50-80 sm olan, şaxələnmiş budaqlı, alçaq koldur. Budaqları nazik, düz, uzunsov, yuxarıya istiqamətlənmiş, əsasən iynəsizdir. Üzəri sarımtıl və ya qırmızımtıl-qonur, qabığı isə ağımtıl, çatlayan üst qabıqla örtülmüşdür. Yarpaqları qısa saplaqlı, xırda, uzunluğu 4-8 mm, yumru-ürəkvari, oval, ellipsvaridir. Çiçək qrupu yan salxımdır. Bir neçə, əsasən 2-6 salxım dəstələrlə yarpaqların qoltuqlarında yığılmışdır. Çiçəkyanlığı parlaq, çəhrayı, ağ kənarlı, meyvələrdə uzunluğu təxminən 8 mm-dir. Meyvəsinin ucu biz, bir az hamar, açıq qonur, yumurtavari qozadır. May-iyulda çiçəkləyir, meyvəsi avqustda yetişir.
Əyilmiş karpezium
Əyilmiş karpezium (lat. Carpesium cernuum) — bromeliyakimilər fəsiləsinin karpezium cinsinə aid bitki növü.
Əyilmiş kladoniya
Əyilmiş kladoniya (lat. Cladonia strepsilis) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin cladoniaceae fəsiləsinin cladonia cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Üfüqi tallomu diamteri 5–25 mm olan lövhəciklərdən ibarətdir. Lövhəciklərin üst səthi zeytuni –boz, alt tərəfi ağımtıldır. Sıx çim qatı əmələ gətirir. Podesiləri qısa, silindrik, hamar, uc hissəi qıf şəklində qalınlaşmışdır. Hündürlüyü 0,5-2,5 sm-dir. Podesilərin üzərində pulcuq formalı fillokladi çıxıntıları əmələ gəlir.
Əyilmiş zirinc
Əyilmiş zirinc (lat. Berberis aggregata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları bir az künclü, çılpaq, sarımtıl-qonur və ya tünd qonurdur. İynələri əsasən sadə, bəzən 2,5 sam-dək uzunluqdadır. Yarpaqları enli, oval və qısa, uzunluğu 3 sm-ə qədər olan biz, dişli, üstü tünd-yaşıl təxminən çılpaq, alt tərəfi tükcüklü və parlaq yaşıl, salxımlara yığılmış çiçəkləri ilə fərqllanir. Çiçəkləri açıq-sarı, diametri 0,9 sm-dəkdir. Meyvələri oktyabrda yetişir. == Ekologiyası == Torpağa tələbkar deyil, quraqlığa, soyuğa davamlıdır.
Pandemonium (İtirilmiş cənnət)
Pandemonium (ing. Pandæmonium) — Con Miltonun "İtirilmiş cənnət" epik poemasında cəhənnəmin paytaxtı. "Pandemonium" yunan dilində "hamısı" və ya "hər biri" mənasını verən "παν" və "kiçik mələk" və ya "kiçik ruh" demək olan "δαιμόνιον" sözlərindən gəlir. Xristianlar ikinci sözü "kiçik cin", daha sonra isə "demon" kimi təfsir etmişdir.. Beləliklə, bu söz "Bütün demonlar" kimi tərcümə olunur, lakin "Παν-δαιμον-ειον", yəni "pandemoneyos" sözü "bütün iblislər yeri" kimi də şərh edilir. Con Milton cəhənnəmin paytaxtının adını"İtirilmiş cənnət" əsərində birinci nəğmənin (1667) sonunda yaratmışdır. Burada Mamonanın təklifi ilə "Şeytanın və onun tərəfdaşlarının uca paytaxtı" tikilmişdir. Əvvəl cənnətdə sarayların dizayneri olmuş memar Mulsiber tərəfindən hazırlanmışdır. Roma dövründə Mulsiber tanrı Vulkanın başqa adı idi.
İtirilmiş simvol (kitab)
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. == Məzmun == Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... == Xarici keçidlər == "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
İtirilmiş zamanın axtarışında
İtirilmiş zamanın axtarışında — Marsel Prust həyatının son 17 ilində yazdığı nəhəng romandır. Roman ümumilikdə 4215 səhifədən ibarətdir. XX əsr ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur.
İtirilmiş həftəsonu (film, 1945)
"İtirilmiş həftəsonu" (ing. The Lost Weekend) — rejissor Billi Uaylderin filmi. == Məzmun == Filmdə içki düşkününün faciəsindən danışılır. Bu içki düşkünü, Don Birnam adlı yazıçıdır. Onun qardaşı Vik və rəfiqəsi Helen birlikdə həftəsonu planlaşdırırlar. Pulsuz qalmış Donun artıq 10 gündür ki, spirtli içki içmədiyini zənn edərək, çıxıb gedirlər, lakin Don işləmək bəhanəsiylə getmir və yenidən içib əyyaşlıq etməyə başlayır. == Film haqqında == Film Amerika yazıçısı Çarlz Ceksonun 1944-cü ildə yazdığı eyniadlı romanı əsasında çəkilmişdir.
İtirilmiş həyat (teleserial, 2017)
== Məzmun == Gənc qız illər öncə unudulmayan bir səhv edir. Bu səhv onun keçmişi və gələcəyi arasında sanki bir körpü rolunu oynayır. Bu elə bir səhvdir ki, keçmişinə baxanda keçmişini, gələcəyə baxanda gələcəyini itirməkdən qorxur. Etdiyi səhvə görə bütün doğmalarını itirir. O bir övladı ilə çıxılmaz vəziyyətdə qalır. Nəhayət bir gün özünə iş axtaran zaman keçmişi ilə üzləşir. Bu hadisədən sonra onun əsl həyat mübarizəsi başlayır. == Yaradıcı heyət == Qeyd: Obrazların adı titrlərdəki kimidir.
Atlantida: İtirilmiş imperiya (cizgi filmi, 2001)
Atlantida: İtirilmiş İmperiya (ing. Atlantis: The Lost Empire) — 15 iyun 2001-ci ildə Volt Disney tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. == Məzmun == Minlərlə il əvvəl Atlantida, əzəmətin zirvəsini yaşayan çox güclü bir xalq idi. Ancaq Kral və ətrafındakılar, əllərindəki bu yüksək gücü dünyaya hökm etmə məqsədiylə istifadə etmək üçün cəhd etdilər. Bu səbəbdən çox böyük bir döyüş çıxdı və böyük sivilizasiya yer üzündən yox oldu. Nəhəng bir qabarma-çəkilmə dalğası okeanın dərinliklərinə basdırılan sivilizasiya sanki heç vaxt mövcud olmamış kimi itkin düşdü. 1914-cü ildə Xəritə və Dilçilik mütəxəssisi cavan ABŞ alimi Maylo Ceyms Tetç Vaşinqton Muzeyində, itkin qitə Atlanıldısan yerini bildiyi mövzusunda Muzeydəki həmkarlarını razı salmağa çalışır. Babası Taddeus Tetç ona əsrarəngiz bir sivilizasiyadan söz etmiş və "Çobanın gündəliyi" adını daşıyan bu antik kitabın içində qitənin yerinə bağlı açar məlumatın olduğunu izah etmişdir. Ancaq gənc Tetçin ətrafındakı insanlar, eynilə bir zamanlar ulu babalarına baxdıqları kimi ona da ağlını itirmiş kimi baxırlar… == Xarici keçidlər == «Atlantida: İtirilmiş İmperiya» — Internet Movie Database saytında.
İtirilmiş vaxt haqqında nağıl (film, 1964)
İtirilmiş vaxt haqqında nağıl (rus. Сказка о потерянном времени) — rejissor Aleksandr Ptuşkonun 1964-cü ildə çəkdiyi sovet bədii filmi. == Məzmunu == Filmin baş qəhrəmanı tənbəl üçüncü sinif şagirdi Petya Zubovdur (Qrigory Plotkin). Vaxtını boş yerə keçirən Petya Zubov və digər 3 şagirdin vaxtları şər sehirbazlar tərəfindən "oğurlanır". Filmin əsas ideyası izləyicilərə vaxtı düzgün dəyərləndirmək və onu boş yerə xərcləməməyi çatdırmaqdır.
Evdə tək 2: Nyu-Yorkda itirilmiş
Evdə tək 2: Nyu-Yorkda itirilmiş — 1992-ci ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Kevin (Makaley Kalkin) ailəsi bu dəfə Milad bayramında Çikaqodan Floridaya getmək üçün hazırlaşırlar.9 yaşlı Kevin MkKallisters (Makaley Kalkin) məktəbli tamaşası zamanı Kevin (Makaley Kalkin) böyük qardaşı Baz (Devin Retrey) onu solo zamanı alçaldır və Kevin (Makaley Kalkin) onu vurur. O, öz hərəkətlərinə görə üzr istəmir və üçüncü qatda yatmağa cəzalandırılır. Səhərisi gün, hər kəs Hava limanına çatır. Kevin (Makaley Kalkin) isə atası Piter (Con Hed) çantasından baterika daşı axtaraq geridə qalır və başqa təyarəyə minir. Təyarədən enəndən sonra bilir ki, Floridaya yox Nyu-York enib. Bundan sonra o, Midtovn Manhettan Plaza hotelində ev sifariş edir. Daha sonra isə, təsadüfən həbsxanadan yenicə çıxmış Harri (Co Peşi) və Marv (Deniel Ştern) onu görürlər və onu tutmağa hazırlaşırlar. Artıq, bu dəfə Kevin (Makaley Kalkin) evdə deyil, əmisinin evində Harri (Co Peşi) və Marv (Deniel Ştern) qarşı planlar qurur və onların qarşısını alır. Sonda isə anası Keit (Ketrin O'Hara) onu tapır.
Evdə tək 2: Nyu-Yorkda İtirilmiş (film, 1992)
Evdə tək 2: Nyu-Yorkda itirilmiş — 1992-ci ildə çəkilmiş ABŞ filmi. == Məzmun == Kevin (Makaley Kalkin) ailəsi bu dəfə Milad bayramında Çikaqodan Floridaya getmək üçün hazırlaşırlar.9 yaşlı Kevin MkKallisters (Makaley Kalkin) məktəbli tamaşası zamanı Kevin (Makaley Kalkin) böyük qardaşı Baz (Devin Retrey) onu solo zamanı alçaldır və Kevin (Makaley Kalkin) onu vurur. O, öz hərəkətlərinə görə üzr istəmir və üçüncü qatda yatmağa cəzalandırılır. Səhərisi gün, hər kəs Hava limanına çatır. Kevin (Makaley Kalkin) isə atası Piter (Con Hed) çantasından baterika daşı axtaraq geridə qalır və başqa təyarəyə minir. Təyarədən enəndən sonra bilir ki, Floridaya yox Nyu-York enib. Bundan sonra o, Midtovn Manhettan Plaza hotelində ev sifariş edir. Daha sonra isə, təsadüfən həbsxanadan yenicə çıxmış Harri (Co Peşi) və Marv (Deniel Ştern) onu görürlər və onu tutmağa hazırlaşırlar. Artıq, bu dəfə Kevin (Makaley Kalkin) evdə deyil, əmisinin evində Harri (Co Peşi) və Marv (Deniel Ştern) qarşı planlar qurur və onların qarşısını alır. Sonda isə anası Keit (Ketrin O'Hara) onu tapır.
Ayrılmış simvol
Ayrılmış simvol (ing.Reserved character, ru. зарезервированный символ) – klaviaturadan daxil edilən və proqramda xüsusi anlamı olan simvol; məsələn, ulduz işarəsi (*), əyik cizgi (/), sola əyik cizgi (\), sual işarəsi (?) və şaquli ayırma işarəsi (|) ayrılmış simvollara aiddir. İstifadəçinin yaratdığı fayllara, sənədlərə, makroslara və başqa obyektlərə ad verərkən bu simvollardan geniş istifadə olunmur. == Vikidə ayrılmış simvoldan istifadə == Şaquli ayırma işarəsi (|) viki kodlarında da geniş istifadə olunur. Əsasən şablonlarda və cədvəllərin yaradılmasında ən çox istifadə olunan işarədir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yarılmış meandr
Yarılmış mean­dr – (rus. прорванный меандр, ing. cut-off meander) adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.
Sıyrılmış qılınc (roman)
Sıyrılmış qılınc — Cəlal Bərgüşadın Babək Xürrəmidən bəhs edən, ilk dəfə 1981-ci ildə Bakıda nəşr edilmiş tarixi romanı. == Məzmun == Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur. == Nəşr və tərcümə == Əsər ilk dəfə Bakıda Kiril qrafikalı Azərbaycan əlifbası ilə 1981-ci ildə, Gənclik nəşriyyatında 375, latın qrafikalı Azərbaycan əlifbası ilə isə 2017-ci ildə Bakı Kitab Klubunda 436 səhifədə nəşr edilib.Roman azərbaycanlı tarixçi Zülfiyyə Vəliyeva tərəfindən türk dilinə tərcümə edilib, "Sıyrılmış Kılıç Babek" adı ilə 17 oktyabr 2005-ci ildə Ankarada "Yurt Kitap-Yayın"da 472 səhifədə nəşr edilib. == Tədqiq və tənqidi == Azərbaycanlı filoloq Nigar Göyçayskaya 2005-ci ildə “Ərəb və azərbaycan nəsrində Babək və xürrəmilər obrazı (Circi Zeydanın “Fərqanə gəlini” və Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanları əsasında)” mövzusunda olan namizədlik dissertasiyasının müdafiə edib.Asif Ata "Babəkliyimiz: Xəlifət boşluğu" məqaləsində Cəlal Bərgüşadın "Sıyrılmış qılınc" romanı barədə belə qeyd edir: «Sıyrılmış qılınc» romanının müəllifi tarixə daxili göz ilə baxa bilmir, hadisələri nəql eləyir, mahiyyətə varmır, mütəfəkkirlikdən uzaqdır, bu səbəbdən də Xəlifəlik bilinir – dərk olunmur... «Sıyrılmış qılınc»da Babəkin ayrı-ayrı nişanələri görünürsə də, bütöv Babək görünmür; dahilik, qeyri-adilik, bənzərsizlik dərk olunmur, açılmır, idraki, ilahi Qəhrəmanlıq İntiqamçılıq kimi qiymətləndirilir, Babək kiçilir... Babək romanda Qisas andıyla tarixi səhnəyə atılır; «Sıyrılmış qılınc» əsərdə ən çox intiqam rəmzi kimi canlanır, əslində isə o, azadlıq rəmzi kimi canlanmalıydı... == İstinadlar == == Xarici keçidlər == Google Books-da — Siyrilmiş qilinc: tarixi roman Goodreadsdə Sıyrılmış qılınc "Sıyrılmış qılınc" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Qətlə yetirilmiş səfirlərin siyahısı
1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten qətlə yetirilib.1927-ci il 7 iyun tarixində isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb. 2003-cü il martın 28-də Fil Dişi Sahilində Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb. 2003-cü il dekabrın 29-da Burundi paytaxtı Bujumburanın 40 kilometrliyində Vatikan səfiri, milliyətcə irlandiyalı Maykl Kortni silahlı hücumla qətlə yetirilib. 2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif Bağdaddakı evindən qaçırılmışdı. Ölkədəki radikal qruplaşmalardan biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək, diplomatı edam etdiklərini açıqlamışdı. 2005-ci il 27 iyulda Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi Bağdadda oğurlanaraq edam olunub. 2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda Mariott mehmanxanası partladılıb. Hadisə zamanı 53 nəfər, o cümlədən Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek həlak olub. 2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülüb.
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı
İraqda qətlə yetirilmiş əcnəbi jurnalistlərinin siyahısı — İraqda peşə vəzifəsini yerinə yetirmiş əcnəbi media orqanlarının nümayəndələri müxtəlif qruplar tərəfindən fərqli səbəblərə görə edam edilmiş, bəzisi qaçırılaraq öldürülüb, bəzisi də peşə vəzifəsini yerinə yetirərkən baş vermiş partlayışlar nəticəsində həyatlarını itirmişlər.