XƏLVƏTSƏRA
XƏMBƏXƏM
OBASTAN VİKİ
Badam xəmiri
Badam xəmiri, Badam əzməsi, Marzipan, Marsipan və ya Martsipan — Badam tozu, yumurta sarısı və şəkər ya bal qarışıqından hazırlanır və tortlar və şokoladlarda istifadə olunur.
Bəndər Xəmir
Bəndər Xəmir — İranın Hörmüzgan ostanının şəhərlərindən və Xəmir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,307 nəfər və 2,441 ailədən ibarət idi.
Elçin Xəmmədov
Elçin Bayram oğlu Xəmmədov (21 yanvar 1974; Bakı, Azərbaycan İmişli rayonu— 07.03.1994 Füzuli rayonu, aşağı Seyidəhmədli Azərbaycan — Quru qoşunları == Həyatı == Elçin Xəmmədov 1974-ci il yanvarın 21-də İmişli rayonu aşağı Sarxanlı kəndində anadan olub. Elçin Xəmmədov 1982 - ci ildə İmişli rayon aşağı Sarxanlı kəndində Əlixankişiyev adına tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elçin Xəmmədov 1993-ci ilin noyabr aylarında Qarabağ müharibəsində savaşıb. Elçin Xəmmədov 1993-ci il noyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Qatı xəmrə
Qatı xəmrə – nəmliyi 48-50%, son turşuluğu: kəpəkli çovdar unundan hazırlandıqda 13-180N, kəpəksiz çovdar unundan hazırlandıqda isə 11-140N, “kürəciyin suyun üzünə çıxmasına” görə qaldırma qüvvəsi 18-25 dəq. olan qatı konsistensiyalı yarımfabrikatdır (fazadır).. == Qatı xəmrənin hazırlanması == Qatı xəmrə əvvəlcə becərmə dövründə, sonra istehsalat dövründə hazırlanır. Becərmə dövründə qatı xəmrə yalnız bir dəfə hazırlanır, sonrakı istehsalat dövründə isə təkrar istehsal olunaraq təzələndirilir və bu yolla fəal vəziyyətdə saxlanılır. === Becərmə dövrü === Becərmə dövründə qatı xəmrə üç fazada hazırlanır: I fazada – mayalı xəmrə, II fazada – aralıq xəmrə, III fazada – əsas xəmrə. I fazanın xəmrəsi üç variantda hazırlanır. Birinci variantda mayaların və süd turşulu bakteriyaların təmiz kulturalarından, ikinci variantda quru laktobakterindən, üçüncü variantda isə əvvəl hazırlanmış istehsalat xəmrəsindən (yetişdirilmiş xəmrədən) və preslənmiş mayalardan istifadə edilir. I fazanın xəmrəsini hazırlamaq üçün mayaların və süd turşulu bakteriyaların təmiz kulturaları, yaxud əvvəl hazırlanmış istehsalat xəmrəsi və preslənmiş mayalar müəyyən miqdarda su və un ilə yoğrulur, qıcqırmağa qoyulur. Müəyyən qıcqırma müddətindən sonra I fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və II fazanın xəmrəsi alınır. Müəyyən qıcqırma müddətindən sonra II fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və III fazanın xəmrəsi alınır.
Xəmir
Xəmir — çörək-bulka, qənnadı və makaron sənayesində istifadə olunan yarımfabrikat. Un, su, maya, duz və s.-nin müəyyən nisbətdə qarışığından hazırlanır. Bulka və s. məmulatların dad və ətrini yaxşılaşdırmaq üçün xəmirə yağ, şəkər, yumurta və ətirli-ədviyyəli maddələr də qatılır. Çörəkbişirmədə buğda unu xəmirini acıtmaq üçün ona quru, preslənmiş və ya duru maya, çovdar xəmirinə isə xəmrə əlavə edilir. Unlu qənnadı məmulatlarının əksəriyyətinin hazırlanmasında xəmirdə yumurta, süd, yağ, şəkər və s.-nin miqdarı çoxaldılır və ona maya vurmurlar. Azərbaycanda unlu şirniyyatının (şəkərbura, şorqoğalı, paxlava, kətə və s.) xəmiri xüsusi reseptlə və texnologiya ilə hazırlanır. == Xəmirin hazırlanması == Çörəkbişirmə istehsalında texnoloji prosesin birinci və əsas mərhələsi xəmirin hazırlanmasıdır. Bu mərhələ texnoloji prosesin ən uzunmüddətli mərhələsidir. Sonrakı mərhələlər (bölmə, bişirmə) və hazır məhsulun keyfiyyəti daha çox bu mərhələdən asılıdır.
Xəmir şəhristanı
Xəmir şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Xəmir şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,545 nəfər və 10,320 ailədən ibarət idi.
Xəmiraşı
== Tərkibi == Qoyun əti – 163q. Buğda unu – 35q. Yumurta −1/4 ədəd. Ərinmiş yağ – 10q. Ağ lobya – 20q. Şərab sirkəsi – 10q. Baş soğan – 20q. keşniş – 20q. Quru nanə – 1q. İstiot – zövqə görə.
Xəmis (Ərdəbil)
Xəmis və ya Xəms (fars. خمس‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,051 nəfər yaşayır (295 ailə).
Xəmis Qəddafi
Xəmis əl-Qəddafi (ərəb. خميس القذافي‎; 27 may 1983, Tərabülüs əl-Qərb – 29 avqust 2011, Tarhuna) — Müəmmər əl-Qəddafinin övladlarından biri. Hərbi təhsilini Rusiyada alıb, polis zabitidir. Özəl hərbi dəstənin komandanıdır. 2011-ci ilin fevralında Liviyanın Benqazi şəhərində Qəzzafi hakimiyyətinə etiraz edən aksiyaçılara qarşı silahlı əməliyyatlara komandanlıq edib.
Xəmis Qəzzafi
Xəmis əl-Qəddafi (ərəb. خميس القذافي‎; 27 may 1983, Tərabülüs əl-Qərb – 29 avqust 2011, Tarhuna) — Müəmmər əl-Qəddafinin övladlarından biri. Hərbi təhsilini Rusiyada alıb, polis zabitidir. Özəl hərbi dəstənin komandanıdır. 2011-ci ilin fevralında Liviyanın Benqazi şəhərində Qəzzafi hakimiyyətinə etiraz edən aksiyaçılara qarşı silahlı əməliyyatlara komandanlıq edib.
Xəmit (Əbyəlil)
Xəmit kəndi (başq. Хәмит) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəmit kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Xəmit kəndinin milli tərkibi: başqırdlar 100%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 70 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 117 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Xəmriyyə
Xəmriyyə (ərəb. خمريات‎, fars. خمریه‎ — şərab poeziyası) - ərəbdilli və farsdilli ədəbiyyatda İslamın qadağan etdiyi şərabı mədh edən ədəbi hərəkatdır. == Həmçinin bax == Esat Ayyıldız, "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18/18 (Aralık 2020): 147-173.
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. == Xəmrənin hazırlanması == Qatılığına görə xəmrə iki cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Xəms-əl-Xəşna
Xəms-əl-Xəşna (ərəb. خميس الخشنة‎, fr. Khemis El Khechna) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin qərb hissəsində, dəniz səviyyəsindən 77 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 35 kilometr cənub-şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 27 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 76,474 nəfər idi.
Xəmsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
Xəmsin
Xəmsin – Misirdə cənubdan əsən quru küləyin adıdır. Xəmsin yazda Aralıq dənizi üzərində havanın təzyiqi alçaq Nilin yuxarısında isə yüksək olanda əsir, özü ilə çoxlu toz və qum gətirir.
Xəmsə
Xəmsə – "Pənc gənc" ümumi adı ilə fars dilindən tərcümə olunan Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin (1141–1209) beş əsas əsəridir. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatında tamamilə yeni bir səhifə açdı. Nizaminin beş poeması sonralar "Xəmsə" (ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎ xəmsə həmayili) "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmağa çalışmış, ancaq baş şairə nəsib olmuşdur. == Ümumi məlumat == Nizami Gəncəvi nin "Xəmsə"si Avstriya Milli Kitabxanasının "Azərbaycan əlyazmaları" sərgisində nümayiş etdirilir. Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət "Xəmsə"sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Bu qiymətli əsərin bərpa prosesi 2002-ci ildə başlanıb. Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərilib.
Xəmsə (Qarabağ)
Xəmsə (erm. Խամսայի մելիքությունները) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermənilərin Qarabağa köçürülməsindən əvvəl burada az sayda yerli ermənilər mövcud idi ki, sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermənilərlə qarışaraq sayları artdı. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın 1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.
Xəmsə (dəqiqləşdirmə)
Xəmsə — Nizami Gəncəvinin beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") Xəmsə (oyun) — beynəlxalq statuslu milli intellektual komanda oyunu. Xəmsə (Qarabağ) — Qarabağ məlikliyi. Xəmsə həmayili — Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayil.
Xəmsə (oyun)
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. == Oyunun tarixi == Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Xəmsə Milli İntellektual Oyunu
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. == Oyunun tarixi == Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
Xəmsə həmayili
Xəmsə -(ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎) — qoruyucu амулет həmayil Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayildir.Onun digər adı Allahın əlidir. "Xəmsə" sözünün mənşəyi sami dil ailəsinə aiddir və "beşlik" deməkdir. Bir qayda olaraq, simmetrik olur, böyük və çeçələ barmaq kənardan ,bərabər uzunluqda görünür və ovuc içinin anatomik formasını təkrarlamır. Buna baxmayaraq, onu həm yəhudilər, həm də müsəlmanlar geniş istifadə edirlər. Məlumdur ki, o, səmavi dinlərin yaranışına qədər mövcud olmuş və qədim finikiyalıların Ay ilahəsi , və Karfagen şəhərinin himayədarı Tanrıça Tanit ilə əlaqədar olmuşdur. == Mənşəyi == Arxeoloji məlumatlar ona dəlalət edir ki, üzü aşağı istiqamətlənmiş Xəmsə regionda hələ monoteist (təkallahlı) dinlərin ardıcılları gəlməmişdən əvvəl istifadə olunub. Universal müdafiə işarəsi , sağ əlin açıq ovcunun obrazı hələ qədim Mesopotamiya artefaktları və Buddanın qoruma təlimində - Dxarmaçakra-mudrasında göstərilmişdir. İlahi müdafiənin əl təsvirinə əsaslanan digər rəmzləri Veneranın əli (Zöhrə və ya Afrodita) və Müqəddəs Məryəmin əlidir ki, onlar da qadınların şər qüvvələrdən müdafiəsi , doğum artımı, laktasiya (süd vermə) , sağlam hamiləliyin təmini , zəif orqanizmin möhkəmlənməsi üçün istifadə olunurdu.
Xəmsə məliklikləri
Xəmsə (erm. Խամսայի մելիքությունները) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermənilərin Qarabağa köçürülməsindən əvvəl burada az sayda yerli ermənilər mövcud idi ki, sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermənilərlə qarışaraq sayları artdı. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın 1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.
Xəmşivəng kompleksi
Həmşivəng monastırı – Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir. Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür. Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır. == Tarixi == Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir: XIII əsrin 20-ci illərindən XIV əsrin əvvəllərinə kimi Həmşivəng monastırı Alban Katolikoslarının iqamətgahı kimi statusunu saxlayır. XIV əsrin əvvəllərində isə iqamətgah Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırına köçürülür. == Memarlıq xüsusiyyətləri == Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına (15.6x9.80 m) malikdir.