Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avto FM
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır. Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Avto Radio
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır. Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Avto idman
Avtomobil idmanı və ya avtoidman — ilk dəfə 1894-cü ildə Fransada avtomobillərin iştirakı ilə keçirilmiş idman yarışlarının bir növüdür. Bu gün dünyanın ən populyar idman növlərindən biridir. == Tarix == İlk rəsmi avtomobil yarışı 22 iyul 1894-cü ildə təşkil edilmiş və Paris-Ruan şəhərləri arasındakı 126 km-lik məsafəni əhatə etmişdir. "Le Petit Journal" qəzetinin təşkil etdiyi yarışda buxar, elektrik, dizel və benzin mühərrikli 19 avtomobil iştirak etmişdir. Avtomobillər saatda 18 km orta sürət nümayiş etdirə bilmişdilər. Sonrakı illərdə avtomobil idmanının fərqli sahələri inkişaf etmişdir.
Avto qəza
Avtomobil qəzası — bir quru yolu nəqliyyat vasitəsinin digər bir, piyadaya, heyvana ya da hər hansı bir əşyaya dəyməsidir. Avtomobil qəzaları nəticəsində yaralanma, maddi zərər və ölüm meydana gələ bilər. Avtomobil qəzaslarının baş verməsinə başda sürücü, avtomobil və yol olmaqla bir çox şey səbəb ola bilər. Quru yolunda ölümlü bir avtomobil qəzası ilk dəfə 31 Avqust 1896-cı ildə baş vermişdir. İrlandiyalı səma cisimləri alimi Mary Ward, qohumunun buxarlı avtomobilindən düşmüş və avtomobil tərəfindən əzilərək vəfat etmişdir.
Avto-tamamlama
Avtotamamlama və ya avtodoldurma — tətbiqin istifadəçinin yazdığı sözün qalan hissəsini təxmin etdiyi xüsusiyyət. Android və iOS smartfonlarında buna "təxmin edilən mətn" deyilir. Qrafik istifadəçi interfeyslərində istifadəçilər adətən təklif edilən mətni qəbul etmək üçün tab düyməsini və ya bir neçəsi arasından birini seçmək üçün aşağı ox düyməsinə basa bilərlər. Avtomatik tamamlama mətn daxiletmə sahəsinə bir neçə simvol daxil edildikdən sonra istifadəçinin daxil etmək niyyətində olduğu sözü düzgün təxmin etdikdə insan-kompüter qarşılıqlı əlaqəsini sürətləndirir. O, məhdud sayda mümkün sözlər olan yerlərdə (məsələn əmr sətrində), daha ümumişlək sözlər istifadə olunduqda (məsələn, e-poçt yazarkən) və ya strukturlaşdırılmış və təxmin edilə bilən mətnin yazılmasında (mənbə kodu redaktorlarında olduğu kimi) daha yaxşı işləyir. İstifadəçilər sözləri bir neçə dəfə yazdıqdan sonra bir çox avtomatik tamamlama alqoritmləri həmin sözləri öyrənir və istifadəçinin öyrənilmiş vərdişləri əsasında alternativlər təklif edə bilir. == İzahı == === Əsas məqsəd === Sözlərin təxmin edilməsi proqramının ilkin məqsədi fiziki qüsurlu insanlara yazma sürətini artırmaqda kömək etmək, həmçinin bir sözü və ya cümləni tamamlamaq üçün basılacaq düymələrin sayını azaltmağa kömək etmək idi. Sürətin artırılması zərurəti, nitq aparatlarından istifadə edən insanların şifahi nitqdən istifadə edən insanlardan 10%-dən az sürətlə nitq istehsal etməsi ilə yaranır. Lakin bu funksiya mətn yazan hər kəs, xüsusən də texniki və ya tibbi xarakter daşıyan uzun, çətin terminologiyadan tez-tez istifadə edən həkimlər kimi insanlar üçün çox faydalıdır. === Açıqlama === Avtomatik tamamlama və ya sözü tamamlama sözün ilk hərfi və ya hərfləri yazıldıqda proqramın bir və ya bir neçə mümkün sözü təxmin edə bilməsidir.
Avro
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. === Avro bölgəsi === Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan == Mənbə == Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Avqo
Avqo (yun. Αυγό — "yumurta") — Yunanıstanda dağ, Cənubi Pind dağlarından biri. Dəniz səviyyəsindən yüksəklyi 2146 metrdir.
Avto Radio (Azərbaycan)
Avto Radio – 3 oktyabr 2013-cü il tarixində Avto FM adı ilə fəaliyyətə başlayıb 1 sentyabr 2016-cı il tarixində Avto Radio adı ilə yayımlanan radio kanalıdır. Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.
Alto-Vinalopa
Alto-Vinalopa (isp. Alto Vinalopó) — İspaniyada yerləşən rayon.
Android Auto
Android Auto — Google tərəfindən təkmilləşdirilən əməliyyat sistemidir. Sistem android versiyası 5.0 "Lollipop" və daha yuxarı olan ağıllı telefonları dəstəkləyir. Android Auto ilk dəfə 25 iyun 2014-cü ildə Google I/O tərəfindən elan edildi. 19 mart 2015-ci ildə sistemin mobil versiyası xalqa təqdim edildi. Sistemin funksiyalarına aiddir: GPS, naviqasiya, musiqi player'i, SMS, zəng etmək və veb axtarış dəstəkləyir. Sistem həm səsli, həm də sensor (toxunma ilə) idarəetmə üsulları ilə işləyəcək. Sistemin dəstəklədiyi proqramlar: Google Maps, Google Play Music, Spotify, Songza, Stitcher Radio, iHeartRadio və TuneIn, MLB at Bat dəstəkləyir. Android'in rəsmi saytı Android Auto'nu dəstəkləyən ən çox avtomobil istehsalçı şirkətlərin siyahılarını yığarkən, 2015 və 2016-cı illərin versiyalarını bir çox avtomobil dəstəkləmədi. Android Auto 6 yanvar 2014-cü ildə elan edilmiş Open Automotive Alliance'nın bir parçası və 28 avtomobil istehsalçı şirkətləri və ağıllı telefon tədarükçüsü Nvidia ilə birlikdə hazırlandı. 2015-ci ilin mayında Hyundai şirkəti Hyundai Sonata avtomobili Android Auto'nu dəstəkləyən ilk avtomobil və xidmətə təqdim edən ilk istehsalçı şirkət oldu.
Antonen Arto
Antonen Arto (4 sentyabr 1896[…], Marsel, Buş-dü-Ron, Fransa – 4 mart 1948[…], Paris və ya İvri-sür-Sen) — "Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. Burada o, magiya və dini ayinlərə qayıdış hesab"Qəddarlıq" və ya "kryuotik teatr" konsepsiyasının müəllifi Antonen Arto (1896–1948) teatr dilinin novatoru hesab olunur. Fransız yazıçısı, şair, dramaturq, kinossenarist, rejissor və teatr nəzəriyyəçisi A. Artonun tanınmış "Teatr və onun oxşarı" (1938) adlı əsərində "Qəddarlıq teatr"ının iki manifestini elan olunur. == Həyatı == Marsel şəhərində doğulmuşdu. Dörd yaşı olanda minenqitə tutuldu ki, bunun nəticəsində bütün ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkdi. İlk ədəbi yazılarını, şerlərini erkən gəncliyində yazan Arto 1914-cü ildə böyük bir depressiya keçirdi və yazdıqlarının hamısını yandırdı. Şeirlərində Edqar Ponun, Andre Bretonun təsirləri hiss olunurdu. Onun işləri uğursuzluqla nəticələnirdi. Arto özü də çox ziddiyyətli adam idi.
Avro Vulcan
Avro Vulcan (ing. Avro Vulcan) — İngiltərə istehsalı, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən 1953-1984 illər arası istifadə edilmiş delta qanadlı subsonik bombardman təyyarəsidir. Vulcan, soyuq döyüş əsnasında RAF'ın SSRİ-yə qarşı daşındırıcı bombardman donanmasının bir parçası idi. Folklend müharibəsi əsnasında Argentinaya qarşı da şərti bombardman məqsədiylə istifadə edilmişdir. İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Hərbi Hava Qüvvələri, artan Sovet nüvə təhdidinə qarşı yeni bir nüvə və strateji bombardman təyyarəsi ehtiyacı hissedildi. Bu ehtiyacın nəticəsi olaraq 1947-ci ildə baş dizayner Roy Chadwick liderliyində, Avro Aviasiya firması bir neçə ay içərisində delta qanadlı təyyarənin ilk layihəsini Böyük Britaniya Hərbi Hava Qüvvələrinə təqdim etdi. Qəbul edilən bu layihə nəticəsində ardıcıl istehsala başlandı. Təyyarə 30 avqust 1952-ci ildə ilk uçuşunu reallaşdırdı və 1956-ci ildə xidmətə başladı. Xidmətə verdiyi illər üçün ümumi mənada təmin edici bir təyyarə olsa da, təhdidinə qarşı inkişaf etdirildiyi Sovetlər Birliyi coğrafiyasının böyüklüyü və inkişaf edən hava müdafiə sistemlərinə qarşı, əskikliklərini aradan qaldırmaq məqsədi ilə davamlı bir modernizasiya proqramına tabe tutulmaq məcburiyyətində qaldı. Bu səbəblə yeni və daha güclü mühərriklər ilə inkişaf etdirilmiş yanacaqdoldurma və erkən xəbərdarlıq sistemləriylə təchiz olunmuş 2-ci versiya Avro Vulcan istehsalına keçildi.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Vato Arveladze
Vato Arveladze (4 mart 1998) — gürcüstanlı futbolçu. 8 avqust 2022-ci ildə "Neftçi" ilə 1+1 illik müqavilə imzaladı. "Neftçi" də ilk matçına 14 avqust 2022-ci ildə keçirilən Neftçi-Kəpəz matçının 75-ci dəqiqəsində çıxıb. Matç Neftçinin 5–2 hesablı qələbəsi ilə başa çatıb. 22 iyun 2023-cü ildə "Neftçi" Vato Arveladze ilə yolları ayırdığını açıqladı.
Xerox Alto
Xerox Alto — Qrafikli İstifadəçi İnterfeysi (GUI - Graphic User Interface) istifadə edən ilk kompüter. 1973–cü ildə Xerox Palo Alto Araşdırma mərkəzində inkişaf etdirilib. Bu kompüterin çox tanınmamasının əsas səbəbi onun ticari məqsədlə istehsal edilməməsi idi. Ondan sadəcə 2000 ədəd istehsal edilmiş, Xerox və başqa universitetlərdə istifadəyə verilmişdi. Buna baxmayaraq, Xerox 1981–ci ildə Star adı altında xüsusi bir iş stansiyası ilə şərik bu kompüteri 16000$–a bazara təqdim etdi. Xerox Star və Apple Lisa kimi ilkin nümunələr çox baha olmağı səbəbi ilə çox satmadı.
Škoda Auto
Şkoda Avto — Çex avtomobil istehsalçısı, ən köhnə avtomobil istehsalçılarıdan biri. 1991-də Volkswagen Qrupu tərəfindən satın alınıb. Şirkət 1895-ci ildə Laurin & Klement adlı ailə şirkətində işləyən 2 adamın velosiped düzəltmək üzrə ortaqlıq qurmaları ilə quruldu. 1899-cu ildə motosiklet, 6 il sonra da avtomobil düzəltməyə başladılar. Mlada Boleslav şəhərində fabrik qurdular. "Škoda" Çex dilində "zərər" deməkdir. Mladá Boleslav şəhəri və avtomobil istehsalçısı “Škoda Auto” 100 ildən çoxdur ki, birlikdə inkişaf edir. Škoda Auto, şəhərin səthinin üçdə birindən çoxunu əhatə edir və şəhərin ayrılmaz hissəsidir. Əsas istehsal əməliyyatı tədricən fabrikin yeni hissələrinə keçirildi və köhnə fabrik, orijinal şəklində qorunub saxlanılaraq, şəhərin avtomobil istehsalçısının tarixi siması halına gəldi. 1895-ci il dekabr ayının əvvəllərində velosiped həvəskarı olan mexanik Václav Laurin və kitab satıcısı Václav Klement, dizayn etdikləri və XIX əsrin millətçi ruhuna uyğun Slaviya adlandırdıqları velosipedlərin istehsalına başladılar.
Auto-GPT
Auto-GPT — təbii dildə məqsəd qoyulduqda, bu məqsədləri alt tapşırıqlara bölərək, onlara internet və digər vasitələrdən avtomatik dövrədə istifadə etməklə nail olmağa çalışan açıq mənbəli "Sİ agenti". Bu, "OpenAI"ın GPT-4 və ya GPT-3.5 API-lərindən istifadə edir və avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələri arasındadır. == Zəmin == "Auto-GPT" 30 mart 2023-cü ildə "Significant Gravitas Ltd." videooyun şirkətinin aparıcı oyun tərtibatçısı Toran Brüs Riçards tərəfindən buraxılmışdır. "Auto-GPT" 14 mart 2023-cü ildə buraxılmış geniş dil modelidir. Bu, "OpenAI"ın GPT-4 üçün API-yə əsaslanan açıq mənbəli avtonom "Sİ agenti"dir. "Auto-GPT" avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələrindən biridir. Riçards real zamanda geribildirimə və uzunmüddətli perspektivləri ehtiva edən tapşırıqlara cavab verə biləcək bir model yaratmaq üçün "Auto-GPT"ni inkişaf etdirmişdir. İstifadəçilərdən "Auto-GPT" agentinin adını, rolunu və məqsədini təsvir etmələri və bu məqsədə çatmaq üçün beşə qədər yol göstərmələri xahiş olunur. Bundan sonra "Auto-GPT", istifadəçi hər addımda bir sorğu təqdim etmədən öz məqsədinə çatmaq üçün müstəqil şəkildə işləyir. "Auto-GPT" "GitHub"da hər kəs üçün əlçatandır.
Avro 2024
2024 UEFA Avropa Çempionatı və ya qısaca UEFA Avro 2024, (ing. UEFA Euro 2024 və ya UEFA EURO 2024) — futbol üzrə UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən 17-ci buraxılışı. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparır. Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq. Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq. İngiltərəni penaltilər seriyasında məğlub edərək 2020-ci il turnirinin qalibi olan İtaliya sonuncu Avropa çempionu idi.
Dinamo-Avto Tiraspol FK
Dinamo-Avto Tiraspol FK — Moldovanın Tiraspol şəhərinin Sloboziya regionunun Tirnauka kəndini təmsil edən Moldova futbol klubudur. Klub hal-hazırda Moldovanın ən yüksək liqası olan Moldova Milli Diviziyasında mübarizə aparır.
Alto Adice əyaləti
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. == Coğrafiyası == Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Alto Senepa müharibəsi
Alto-Senepa (1995-ci il 26 yanvar-28 fevral) Ekvador və Peru arasında mübahisəli torpaqlara sahib olma üçün başlanan müharibə. İki ölkə arasında 1941-ci ildə sərhəd anlaşması imzalanır. 1960-cı ildə Ekvador bu anlaşmanı tanımadığını bildirdi. 1981-ci ildə Pakuişa müharibəsi Perunun qalibiyyətilə başa catsada.Konflikt həll olunmamış qalır. 1995-ci ildə cözülməmiş ərazi problemi növbəti hərbi toqquşmaya səbəb olur. Sonuca əsasən hər iki tərəf özünü qalib elan elan etdi. Qərb yarımkürrəsinin ən uzun sürən konflikti 1998-ci ildə Argentina,Braziliya,Çili və ABŞın təziqi ilə tamamən həll edilir. == Müharibəyə aparan yol == Hərbi əməliyyatlar əsasən Senepa çayı hövzəsində baş verir. Bu 78 km uzanan sərhəd ərazisi 1948-ci ildən dondurulmuş vəziyyətdə həll edilməmiş olaraq qalır. Bu ərazini hər iki tərəf öz ərazisi olduğunu deyir.
Grand Theft Auto
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun. Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir. == Oyun prosesi == Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur. Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir. == Xəritə == Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami). == Polislər == Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.
Trentino-Alto Adice
Trentino-Alto Adice və ya Trentino-Cənubi Tirol (alm. Trentino-Südtirol‎, 1972-ci ilə kimi alm. Trentino-Tiroler Etschland‎) — İtaliya muxtar vilayətlərindən biri. 1972-ci ildən əsas inzibati idarə funksiyası 2 muxtar əyalətə verilərək bölünmüşdür: Boltsano-Botsen-Cənubi-Tirol və Trento. Trentino-Alto Adice muxtar qrumunun ərazisi şimaldan Alp sıra dağları vasitəsilə Avstriya, qərbdən İsveçrə və İtaliyanın Lombardiya regionu ilə, cənub-şərqdən isə Veneto regionu ilə həmsərhəddir.
UEFA Avro 2008
UEFA Avropa Kuboku 2008 — 2008-ci il iyunun 7-dən 29-a qədər Avstriya və İsveçrədə keçirilmiş (ev sahibi ölkələr 2002-ci il dekabrın 12-də müəyyənləşmişdir) futbol turniri. Turnirin qalibi İspaniya millisi olmuşdur. Turnirdə 2-si ev sahibi olmaqla 16 komanda iştirak etmişdir (iştirak haqqı 7,5 milyon avro olmuşdur). Komandalardan hər biri iştiraka görə 184 milyon avro almışdır. Avstriyadakı qrup mərhələsi oyunları Vyanada, İsveçrədə isə Bazeldə keçirilmişdir. Çempionat üçün on iki hakim seçilmişdir. Qrup mərhələsində hər oyunda qalib gələn komanda bu qalibiyyətə görə 1 milyon, 1/4-də 2 milyon, 1/2-də 3 milyon almışdır. Final iştirakçısı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avroya sahib olmuşdur. Qalib komanda UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etmişdir. Yarışın topu Adidas Avropas, rəsmi tilsimləri tülkülər Triks və Fliks, rəsmi şüarı isə – "expect emotions" (emosiyaları gözlə) olmuşdur.
Kosovo və avro
Kosovo Respublikası 2008-ci ildə müstəqilliyini elan etdikdən daha öncə, 2002-ci ildə birtərəfli qaydada avronu öz valyutası kimi qəbul etdi. Baxmayaraq ki, Kosovo Avrozonanın və ya Avropa İttifaqının üzvü deyildi. == 1999-cu ildən əvvəlki vəziyyət == Birləşmiş Millətlər Təşkilatının Kosovodakı Müvəqqəti İdarə Heyətinin təyin olunmasından öncə Kosovo, Yuqoslaviya ilə iqtisadi əlaqədə idi və valyuta kimi Yuqoslaviya dinarı istifadə olunurdu, lakin Yuqoslaviyadakı inflyasiya və gərginlik Yuqoslaviya dinarına olan etibarı azaltdı. Bunu görən əhali öz səhmlərini xarici valyutalarda saxlamağı üstün tuturdu. Əsasən alman markı, ABŞ dolları və isveçrə frankı istifadə olunurdu. == Alman markının istifadəsi == Müxtəlif valyutaların istifadə olunmasına baxmayaraq, alman markası üstünlük təşkil edirdi. 1999-cu ilin sentyabrında BMT-nin administrasiyası digər valyutaların istifadəsini tənzimləyən qərar qəbul etdi. Yuqoslaviya dinarı rəsmi olaraq dövriyyədən çıxarılmadı, lakin istifadəsi "məsləhət görülmürdü". Digər valyutaların istifadəsi isə davam edirdi. Almaniya Federal Bankı vəziyyətdən gec xəbər tutduğuna görə Kosovaya əvəz olunması üçün yeni əskinsalar göndərməmişdi, lakin alman markının idxalına və ixracına heç bir qadağa qoyulmadığına görə xaricdə işləyən bir çox kosovalı ölkəyə bu valyutada pul göndərirdi ki, bu da Kosovada pul kütləsinin artmasına səbəb oldu.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.