Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adonis
Adonis (yun. Άδωνις)- Qədim Yunanıstanda və Finikiyada bitki və bərəkət tanrısı. Adonis təbiətin hər il canlanması ilə bağlıdır. Adonisə sitayiş e.ə. 2-ci minillikdən məlumdur. Aralıq dənizin dəki Finikiya koloniyalarında, sonradan Qədim Yunanıstanda, Babilistan, Suriya, Misir, Kipr və Lesbosda da yayılmışdır. Yunan mifologiyasına görə, Afroditanın sevgilisi idi. Rəvayətə görə, Adonisi qısqanc Artemidanın göndərdiyi çöldonuzu öldürmüşdür. Başqa bir rəvayətə görə, Apollon, oğlunun gözlərini çıxaran Afroditadan qisas almaq üçün Adonisi öldürmüşdür. Adonisə sitayişin xristianlığa təsiri olmuşdur.
Adonis (bitki)
Xoruzgülü və ya dağçiçəyi (lat. Adonis) — qaymaqçiçəklilər fəsiləsindən bitki cinsi. Bir və ya çoxillik ot bitkisidir. Yarpaqları çox bölümlüdür. 20-dək, Azərbaycanda 5 növü məlumdur. Zəhərli olduğundan heyvanlar yemir. Ən çox yayılanı bahar xoruzgülüdür (Adonis vernalis). Otunun və çiçəyinin sulu cövhərindən ürək və ürək-damar nevrozlarında istifadə olunur. == Növləri == Adonis aestivalis L. — Yay xoruzgülü Adonis amurensis Regel & Radde — Amur xoruzgülü Adonis annua L. — Payız xoruzgülü [syn. Adonis autumnalis L.] [syn.
Adonis (şair)
Əli Əhməd Səid Əsbər (ərəb. علي أحمد سعيد إسبر‎‎; 1 yanvar 1930[…]) — Əsl adı Əli Əhməd Səid Əsbər olan hal-hazırda dünyanın yaşayan ən yaxşı ərəb şairlərindən biri, publisisti olan Adonis 1930-cu ildə işığı, məktəbi, yolu olmayan Suriyanın yoxsul Qəssabin kəndində, şiə təriqətli bir ailədə doğulmuşdur. Həyatının böyük hissəsini Livan və Fransada keçirən Adonis əsərlərini doğma ərəb dilində yazır, 20-dən artıq kitabın müəllifidir və “Yeni poeziya” hərəkatının öndə gedən nümayəndələrindən biri hesab olunur. == Həyatı və təhsili == Adonis, uşaq yaşlarından tarlada çalışmış, bununla yanaşı atası onu şeirlər əzbərləməyə həvəsləndirmiş və beləliklə, o öz şeirlərini yazmağa başlamışdır. Bu dövrdə onun əldə etdiyi bilik ərəb şeiri vurğunu olan atasınınn ona öyrətdiyi şeirlər və Quran bilgisiydi. Tarlada işlədiyi vaxtdan əlavə kənddə, böyük bir ağacın ətrafına toplaşan uşaqlara qoşularaq onlarla birlikdə ərəbcə yazmağı öyrənirdi. Bir gün yenicə müstəqillik qazanmış Suriyanın ilk prezidenti Şükrü əl-Qüvvətlinin kəndlərinə gələcəyini öyrəndikdə ona bir şeir yazmağı və onun qarşısında oxumağı, şeirini bəyənən Qüvvətlinin “oğlum, sənin üçün nə edə bilərəm?” deməyini xəyal etdi. Adonisin bu xəyalı ən bəsit filmlərdə olduğu kimi reallaşdı. Suriyanın türk əsilli prezidenti qarşısında öz yazdığı şeirini oxuyan 12 yaşlı oğlanı prezident, çox bəyəndi. Prezidentin “sənin üçün nə edə bilərəm?” sualına “oxumaq istəyirəm” cavabını verən Əli Əhməd Səid Əsbərin bundan sonrakı həyatı dəyişir.
Adonis aestivalis
Yay xoruzgülü (lat. Adonis aestivalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis alpina
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis amurensis
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis apennina
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis chrysocyathus
Qızılı xoruzgülü (lat. Adonis chrysocyatha) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis flammea
Alovlu xoruzgülü (lat. Adonis flammea) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis parviflora
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Adonis pyrenaica
Adonis pyrenaica (lat. Adonis pyrenaica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis sibirica
Sibir xoruzgülü (lat. Adonis sibirica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. == Sinonimləri == Sibir xoruzgülünün sinonimləri aşağıdakılardır: : Adonanthe apennina (L.) Sennikov Adonanthe sibirica (Patrin ex DC.) Spach Adonis apennina var. dahurica Ledeb. Adonis apennina var. sibirica (Patrin ex DC.) Ledeb. Adonis apennina subsp. sibirica (Patrin ex DC.) Korsh. Adonis ircutiana Fisch. ex DC. Adonis sibirica Patrin ex Ledeb.
Adonis turkestanica
Türküstan xoruzgülü (lat. Adonis turkestanica) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Adonis vernalis
Bahar xoruzgülü (lat. Adonis vernalis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü. (Dərman xoruzgülü, qaradağlı, dərman bahargülü, xoruzgülü, ağ hərif, pörtmə otu, dovşan laləsi, tüklü, xovlu, liflicə, dovşan laləsi, ovçu otu) == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Kökümsovları qısa, tünd-qəhvəyi olub, sıxtükcüklü kökləri vardır. Gövdəsinin hündürlüyü 20-50 sm, budaqlanan, bəzən sadə, yan budaqları əsas gövdədən inkişaf edir. Gövdənin aşağı hissəsində qoltuq tumurcuqlarının pulcuqları vardır. Gövdənin yuxarı hissəsində oturaq yaşıl yarpaqlar, güclü şaqqalanmış çox kiçik (1 mm-ə qədər) yarpaqcıqları vardır. Gövdəsinin qurtaracağında iri çiçəkləri (diametri 2-7 sm) vardır. Kasayarpağı 5, yaşıl, bəzən çəhrayı və ya qəhvəyi çalarlı olmaqla, azacıq tükcüklüdür. Birtoxumlu mürəkkəb meyvələrdən ibarətdər.
Adonis wolgensis
Volqa xoruzgülü (lat. Adonis volgensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Nikolay Adonts
Nikolay Georgiyeviç Adonts (rus. Никола́й Гео́ргиевич Адо́нц, erm. Նիկողայոս Գեորգիի Ադոնց; əsl adı Nikolayos Ter-Avetikyan; rus. Николайос Тер-Аветикян, rus. Նիկողայոս Տէր-Աւետիքեան; 10 (22) yanvar 1871, Brnakot, Zəngəzur qəzası – 27 yanvar 1942[…], Brüssel) — erməni əsilli Rusiya Bizansşünası və ermənişünası, ictimai xadimi və tarixçisi. 1920-ci ildən xaricdə, 1930-cu ildən Brüssel Universitetinin professoru olmuşdur. Ermənistan tarixi, erməni–Bizans münasibətləri üzərində ixtisaslaşmışdır. 2000-ci ildə Ermənistanda Adontsa həsr olunmuş poçt markası buraxılmışdır. Filologiya elmləri doktoru (1916). Sankt-Peterburq Universitetinin professoru (1916).
Acomis
Acomis (lat. Acomis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Acomis acoma (F.Muell.) Druce Acomis bella A.E.Holland Acomis kakadu Paul G.Wilson Acomis macra F.Muell.
Adenin
Adenin — cəmi 5 azot əsası olan kimyəvi birləşmə. Tərkibinə görə isə 8 azot əsası vardır. Bunlardan biridə adenindir. Adenin A hərfi ilə işarə olunur. DNT -nin ikiqat zəncirində azot əsasları daxilə doğru yönələrək hidrogen (H) rabitəsi yaradır bu , zaman Adeninin komplementarı Timin (T) olur. Adenin və timin arasında 2 qat rabitə olur.
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Anonim
Anonim (yun. ανώνυμος - adsız, imzasız və ya biimza — müəllifinin adı bəlli olmayan, yaxud göstərilməyən əsər. İmzasız mətn kimi məktub, SMS, şikayət, məlumat ola bilər."Anonim" kimi həm imzasız və ya digər adla imzalanma götürülə bilər. Əsas motiv kimi imzalayan şəxsin qeyri-müəyyənliyi götürülür. Ədəbiyyatda anonim kimi imzası olmayan əsər götürülür. Ləqəb və şərti ad anonim hesab edilmir. Müəllif mürtəce qüvvələrin, senzuranın təqibindən qorunmaq məqsədilə, yaxud bu və ya başqa bir səbəbə görə öz müəllifliyini bildirmək istəmədikdə əsərlərini anonim – adsız, imzasız nəşr etdirməli olur. M. F. Axundzadə istibdad və fanatizm əleyhinə yazılmış "Kəmalüddövlə məktubları" adlı fəlsəfi əsərində müəllifliyini gizlətməyə məcbur olmuşdur. "Molla Nəsrəddin" jurnalında satirik yazıların və miniatürlərin çoxu imzasız dərc edilmişdir. Anonim əsərin müəllifinin müəyyənləşdirilməsi tarixi sənəd və məxəzlərin dərindən araşdırılmasını, əsərin dil və üslubunun müqayisəli təhlil olunmasını tələb edir.
Apofis
99942 Apofis — Misir mifologiyasında pisliyin simvolu, qaranlıqlar və xaos tanrısı Apofisin adı verilən, "Qitə qatili" ləqəbli meteorit Çəkisi 20 milyon ton, diametri 300 metrdir. 99942 Apofis, Dünyaya yaxın bir orbiti olan meteordur.NASA tərəfindən edilən dəqiq hesablamalarda,2029 və 2036-cı illərdə Dünyamızın çox yaxınından keçəcəyi təsbit edilmişdir.Saatda 37 min km sürətlə hərəkət edən və 2029-cu ildə Yerin 32 min kilometrliyindən keçəcək göy cismi 7 ildən sonra,2036-cı ildə isə 30-40 min kilometr yaxından keçəcək.7 Oktyabr 2009 tarixində edilən hesablamalara görə 13 aprel 2036-cu ildə Dünya ilə toqquşma ehtimalı 250.000 'də 1-dir.Bir başqa mümkün toqquşma tarixi isə 2037-dir.Bu tarixdə toqquşma ehtimalı 12,3 milyonda 1 olaraq təyin olunmuşdur.Şəkildə toqquşma riski olan bölgələr göstərilmişdir.
Ardanış
Ardanış — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Çəmbərək rayonunda kənd. == Tarixi == Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin ətəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə yerləşən Çəmbərək rayonunun böyük və qədim kəndlərindən biridir. Şərqdən Cil, qərbdən Şorca kəndləri ilə həmsərhəddir. Çəmbərək (indiki Krasnoselo) rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşir. Ərazisi 45.5 kv. km-dir. 1986-cı ildə 2500 nəfər əhalisi olub. Kəndin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub (Bu dövrdə Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində Ardanış əsilli 7 mindən çox insan yaşayırdı). Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Dionis
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Ononis
Paxlakolu (lat. Ononis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.