AZNAUR

qəhrəman. Az tayfasının yaşadığı yer.
AZMİYƏ
AZNAVUR
OBASTAN VİKİ
Aznauri
Aznauri (gürc. აზნაური; cəmi aznaurni, აზნაურნი, və ya aznaurebi, აზნაურები) — Gürcüstan zadəganlarının bir sinfi idi. Adı V əsrdən məlumdur. Aznaurilər kral, knyaz və kilsəyə bölünürdülər. İrsi və xidməti Aznauri fərqlənirdi. Onlar torpaq sahibi idilər, məcburi hərbi xidmət keçirdilər. XIX əsrin əvvəllərində Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə aznaurilər rus zadəganlarının hüquqlarını almışdır.
İsgəndər Aznaurov
İsgəndər Aznaurov və ya Topçu İsgəndər (tam adı: İsgəndər Söhrab oğlu Aznaurov; 16 avqust 1956, Buxara – 18 aprel 1993, Gədəbəy rayonu) — Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.