QAYNAR
QAYNAR
OBASTAN VİKİ
Qaynar (Mərənd)
Qaynar (fars. قينر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 435 nəfər yaşayır (101 ailə).
Qaynar klaviş
Qaynar klaviş (hot key) – bir-iki klavişin basılması ilə gerçəkləşən və istifadəçi tərəfindən, adətən, yaddaşda rezident olan başqa bir proqrama (kalkulyator, bloknot, nömrəyığan, terminal emulyatoru) keçid üçün istifadə olunan komandadır. Rezident proqram, yaxud TSR-proqram (TERMINATE-AND-STAY-RESIDENT PROGRAM) yaddaşa yüklənir və çağrılanadək orada passiv rejimdə qalır. İstifadəçiyə belə proqram lazım olduqda o, “qaynar” klavişi basmaqla komanda verir: adətən, bu kombinasiya Alt və ya Control klavişlərinin iştirakı ilə olur, ancaq bu məqsədlə klaviaturada olan istənilən klaviş istifadə oluna bilər. “Qaynar” sözü onu göstərir ki, keçidin baş verdiyi proqram istifadə üçün tam hazırdır və öz növbəsini gözləyir, başqa sözlə, tam “qızıbdır”. MS-DOS mühitində bəzi proqramlarda əməliyyat sisteminə çıxış üçün də “qaynar” klavişlər nəzərdə tutulur. Başqa tətbiqi proqramlarda istifadəçilər özləri bir klaviş basmaqla başqa proqramları başladan (məsələn, verilənlərin ötürülməsi proqramından mətn prosessorunu başladan) “qaynar” klavişlər təyin edə bilərlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qaynar-i Ülya (Xoy)
Qaynar-i Ülya (fars. قينرعليا‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Vaşinqton-Moskva qaynar xətti
Vaşinqton-Moskva "qaynar xətti" — ABŞ prezidenti ilə SSRİ rəhbərliyi arasında birbaşa əlaqə xətti. Hal-hazırda birbaşa şifrələnmiş rabitə sistemi adlanır, əvvəllər: birbaşa rabitə xətti, təsnif edilmiş telefon rabitəsi. O, 1963-cü ildə Karib böhranından sonra Soyuq müharibə dövründə rəqabət aparan o dövrün iki potensial təhlükəli supergücü olan SSRİ və ABŞ arasında təcili əlaqə yaratmaq üçün yaradılmışdır. Karib böhranı zamanı N. Xruşşovun C.Kennediyə göndərdiyi 3000 sözdən ibarət məktubunu amerikalılar 12 saata deşifrə etmişdilər. Buna görə də, 1963-cü il iyunun 20-də Cenevrədə fövqəldövlətlərin liderləri arasında birbaşa əlaqə xəttinin yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalandı.
Aşağı Qaynarca (Çaroymaq)
Aşağı Qaynarca (fars. قينرجه سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (17 ailə).
Kiçik Qaynarca sülhü
Kiçik Qaynarca sülhü (türk. Küçük Kaynarca Antlaşması, rus. Кючук-Кайнарджийский мир) — Osmanlı və Rusiya imperiyaları arasında 10 (21) iyul 1774-cü ildə imzalanmış və 1768–1774-cü illər rus-türk müharibəsini başa çatdıran sülh müqaviləsi. == Tarixi şərait == XVIII əsrin II yarısında Rusiya Sağsahil Ukraynası və Belorusiyanı Polşadan geri almaq, Baltik dənizində yeni ərazilər tutmaqla yanaşı Litva və Latviyanı da işğal etmək və Qara dəniz ətrafındakı torpaqlara yiyələnmək siyasəti aparırdı. Rusiyanın Qara dənizdə möhkəmlənmək siyasəti daha çox Osmanlı dövlətini narahat edirdi. == Müharibənin gedişi == 1768-ci ildə Osmanlı Rusiyaya müharibə elan etdi. 1770-ci il Larqa və Kaqul döyüşlərində və eyni zamanda 1770-ci il Çeşmə dəniz döyüşündə Osmanlı ordusu məğlub oldu. == Müqavilə şərtləri == 1774-cü ildə hər iki dövlət arasında Bolqarıstan ərazisindəki Kiçik Qaynarca kəndində sülh müqaviləsi bağlandı. Müqavilə Rusiyanın müharibə zamanı əldə etdiyi bəzi ərazi uğurlarını təsdiq etdi: Kerç, Yeniqala və Kinburn əraziləri Rusiyaya verildi; Rus gəmilərinə Qara dənizdə sərbəst üzmək hüququ verildi (Beləliklə, Rusiya Qara dəniz dövlətinə çevrildi) Rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ verildi; Valaxiya və Moldaviya Rusiyanın himayəsinə keçdi; Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil oldu (1783-cü ildə Rusiya Krım xanlığını ləğv edərək "Tavrida" adı ilə özünə birləşdirdi); Dnepr və Buq çayları arasındakı ərazilər Rusiyaya keçdi. Müqavilə 1700-cü il İstanbul müqaviləsi istisna olmaqla, Osmanlı və Rusiya imperiyaları arasında əvvəlki bütün müqavilələri ləğv etdi.
Qaynararxac
Qaynararxac — Oğuz rayonu ərazisində dağ. Qaynararxac Xalxalçayın sahilindədir. Qaynar (şen, qalabalıq) və arxac (yay mövsümündə mal-qaranın köçdüyü yer) sözlərinin birləşməsindən yaranmışdır, "çoxlu adamı olan, qaynar həyatlı, qalabalıq olan arxac" mənasındadır. Oronimi "çeşməli arxac" kimi də izah edirlər. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, 2007.
Qaynarca
Qaynarca (Sayınqala) Qaynarca (Tikantəpə) Qaynarca (Meşkinşəhr) ‎Qaynarca (Xudabəndə) Aşağı Qaynarca (Çaroymaq) Yuxarı Qaynarca (Çaroymaq) Təxəllüslər Oqtay Qaynarca Digər Kiçik Qaynarca sülhü Qaynarca — Dəvəçi rayonu ərazisində palçıq vulkanı. Qaynarca — Mingəçevirdə, Kür çayı ilə Yevlax-Şəki avtomobil yolu arasında algaq dağ silsiləsinin bir hissəsinin adı. Qaynarca — Xızı rayonu ərazisində şirinsulu, axarlı kiçik göl.
Qaynarca (Meşkinşəhr)
Qaynarca (fars. قينرجه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 192 nəfər yaşayır (37 ailə).
Qaynarca (Sayınqala)
Qaynarca (fars. قينرجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 201 nəfər yaşayır (42 ailə).
Qaynarca (Tikantəpə)
Qaynarca (fars. قينرجه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 907 nəfər yaşayır (201 ailə).
Qaynarca (Xudabəndə)
Qaynarca (fars. قينرجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 597 nəfər yaşayır (121 ailə).
Yuxarı Qaynarca (Çaroymaq)
Yuxarı Qaynarca (fars. قينرجه عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (13 ailə).
Oqtay Qaynarca
Oqtay Qaynarca (türk. Oktay Kaynarca; 27 yanvar 1965, İstanbul) — türk aktyor. Oktay Kaynarca İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Anasənət Budağı magistratura fakültəsinin məzunudur. Oktay Kaynarca 27 yanvar 1965-ci ildə Üsküdarda anadan olub. Uşaqlığının bir dövrü Berlində keçib. Konservatoriyaya girməzdən əvvəl Egey Dənizi teatrında Turqut Özakmanın Divarların Xaricində adlı oynunda oynayıb. Sonra bir neçə uşaq oyunlarında yer alıb. 2003-cü ildə başlayan Qurdlar Vadisi serialında Süleyman Çakır rolu ilə görkəminə görkəm qatdı. 2008-ci ildə Adanalı serialında Adanalı Yavuz rolu ilə tamaşaçı tərəfindən çox sevilib.
Qaynarca palçıq vulkanı
Qaynarca palçıq vulkanı– Şabran rayon mərkəzindən 8-10 km cənub-qərbdə, miosenin pont çöküntüləri üzərində nisbi yüksəkliyi 60 m olan yüksəklik əmələ gətirir. Diametri 100 m olan Qaynarca palçıq vulkanı krater sahəsində çoxsaylı, hündürlüyü 2-3 m-ə qədər, oturacağının diametri 1.5-2.0 m olan qrifonlar, diametri 3.0-3.5 m olan salzalar qeyd olunur. Vulkan Talabi-Zarat-dəniz antiklinal qurşağının mərkəzi hissəsi olan, şimal-şərq istiqamətində uzanan eyniadlı qırışıqda yerləşir. Qırışıq asimmetrik olub, dik (55-60°)şimal-şərq və nisbətən meyilli (40-50°) cənub-qərb qanadlara malikdir. Tağ hissəsində üstəgəlmə xarakterli iki uzununa pozulma izlənir. Qaynarca vulkanında çoxsaylı fəaliyyətdə olan mərkəzlər qaz və palçıq çıxarırlar. Qaynarca vulkanının brekçiyasında kaynazoyun bütün stratiqrafik vahidlərinin süxurları iştirak edir. Boz əəhəgli qumdaşı, əhəngdaşı, mergel, tünd boz gil və b. qırıntılar rast gəlir.

Digər lüğətlərdə