Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akvalanq
Akvalanq (lat. aqua, su + lung, ağ ciyər) və ya skuba (ing. scuba) — su altında nəfəs almağa imkan yaradan fərdi dalğıc aparatı. 1943-cü ildə Fransada kəşf olunmuşdur. Akvalanq sıxılmış hava (təzyiqi 20–60 MPa) doldurulmuş iki balondan, hava verişini tənzim edən tənəffüs avtomatından ibarətdir. Sıxılmış hava reduktordan keçərək tənəffüs avtomatına daxil olur. Tənəffüs avtomatı dalğıcın nəfəs aldığı havanın təzyiqini tənzimləyir, nəfəslə verilən havanı isə suya buraxır. Akvalanq dalğıcın kürəyinə qayışla bağlanır. Ondan istifadə etməklə su altında 40 m dərinlikdə 8–10 dəq, 5 m-dən az dərinlikdə 1 saat qalmaq olur. Sıxılmış havanın tərkibindəki azot dalğıca narkotik təsir göstərdiyindən 40 m-dən çox dərinə üzmək məsləhət görülmür.
Akvaplan
Akvaplan — su idmanında işlədilən kiçik taxta sal. Motorlu qayığın yedəkdə çəkdiyi akvaplan suyun üzəri ilə şütüyür. Ən əlverişli sürəti saatda 30–40 kilometrdir. İdmançı akvaplanda, dizləri azca bükülmüş halda, ayaq üstə dayanaraq qayığa bağlanmış 10–15 metrlik kəndirdən tutur. Akvaplan gedərkən idmançı müxtəli gimnastika hərəkətləri edir. Akvaplanlar ilk dəfə 1914-cü ildə Birləşmiş Krallıqda peyda olmuşdur və indi nisbətən nadirdir. Akvaplaninqin müasir analoqu, idmançının əlində çəpərli qayığın arxasına çəkilən diskoplandır.
Akvadaq
Akvadaq — qrafitin suda suspenziyası. Elektron-şüa borusunun iç səthində elektriki keçirən təbəqə yaratmaq üçün işlədilir. == Tarixi == Qrafitin suda suspenziyasını sabitləşdirmək üçün bir üsul olan akvadaq 1906-cı ildə ABŞ kimyaçısı və sənayeçisi Edvard Açeson tərəfindən patentləşdirilmişdir və əvvəlcə sürtkü kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdur. "Akvadaq" sözü "Aqueous Deflocculated Acheson Graphite" ("suda deflokulyasiya edilmiş Açeson qrafiti") ifadəsinin qısaltmasıdır. İxtiraçı daha sonra ixtirasını 23 sənayeləşmiş ölkədə patentləşdirdiyindən və məhsul ixtiraçının rəhbərlik etdiyi "Acheson Industries" tərəfindən eyniadlı ticarət nişanı altında istehsal olunduğundan, ad qısa müddətdə məşhurlaşmış və dünyanın bütün dillərinə daxil olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Аквадаг // Большая Энциклопедия Нефти Газа Аквадаг // Большой энциклопедический политехнический словарь. — 2004. // Большой энциклопедический политехнический словарь. 2004.
Kalanq
Kalanq (ing. Kallang River, çin. 加冷河) — Sinqapurda çay. Çay öz başlanğıcını Aşağı Pirsa su anbarından götürür. Kalanqanın mənsəbi Sinqapur boğazıdır. Uzunluğu 10 km olan Kalanq Sinqapurun ən uzun çayıdır. == Tarixi == Kolonializm dövrünə qədər Sinqapurun yerli əhalisi bataqlaşmış Kalanqa çayı mənsəbində yaşayırdı. Əsas məşğuliyyəti balıqçılaq olsa da nadir hallarda açıq dənizə çıxardılar. 1819-cu ildə adaya Stemford Rafflz yan almış və adanın o zamanlar kı əhalisindən yarısı aborigenlər idi. İlk zamanlar Kalanq çayı Sulavesi adasından olan tacirlərin yük boşaltma yeri idi.
Avalan (Hurand)
Avalan (fars. آوالان‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (25 ailə).