akvapark
akvapoetik
OBASTAN VİKİ
Akvaplan
Akvaplan — su idmanında işlədilən kiçik taxta sal. Motorlu qayığın yedəkdə çəkdiyi akvaplan suyun üzəri ilə şütüyür. Ən əlverişli sürəti saatda 30–40 kilometrdir. İdmançı akvaplanda, dizləri azca bükülmüş halda, ayaq üstə dayanaraq qayığa bağlanmış 10–15 metrlik kəndirdən tutur. Akvaplan gedərkən idmançı müxtəli gimnastika hərəkətləri edir. Akvaplanlar ilk dəfə 1914-cü ildə Birləşmiş Krallıqda peyda olmuşdur və indi nisbətən nadirdir. Akvaplaninqin müasir analoqu, idmançının əlində çəpərli qayığın arxasına çəkilən diskoplandır.