Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anafora
Anafora (yun. "anaphora" - təkrir) — şeirdə misraların, nəsrdə isə cümlələrin əvvəlində eyni söz və ifadənin təkrarı yolu ilə yaranan bədii ifadə vasitəsidir. Yaraman tərzinə görə ədəbiyyatımızda fonetik, leksik və sintaktik anaforaya tez-tez təsadüf edilir. Səməd Vurğun poeziyasından gətirdiyimiz aşağıdakı nümunə leksik anaforaya aiddir.
Anafaza
Anafaza — (yunan. - yuxarı) - hüceyrənin mitoz bölünməsində bir faza. Bölünmənin bu mərhələsində hüceyrənin ekvatorunda yerləşən ikiləşmiş xromosomlara sürətlə aralanır və qütblərə çəkilir. == Mənbə == "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi, 2011, səh. 63 == Xarici keçidlər == Mitosis Animation. Mitosis (Flash Animation) Video of a live amphibian lung cell undergoing mitosis.
Antofora
Antofora (lat. Anthophora) — Apidae fəsiləsinə mənsub arı cinsi. Dunyanın arılar faunasında bu cinsin 14 yarımcinsinə daxil olan 348 növü məlumdur. == Biologiyası == Tək yaşasalarda koloniya şəklində yayılırlar. Torpaqda olan boş yarıqlarda yuva qururlar. == Yayılması == Demək olar ki, Antarktidadan və Avstraliyadan başqa dünyanın hər yerində yayılmışlar. Ən çox növlərinə Afrikada rast gəlinir. Palearktikada 203, Rusiyada 42 , Azərbaycanda, o cümlədən Naxçıvan MR-də 27 növü yayılıb == Xarakteristikası == İri və orta ölçülü arılardır. Xortumu uzun olur.
Manafoba
Manafoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 dekabr 2002-ci il tarixli 415-IIQ saylı qanunu ilə Manafoba kəndi Qusarçay kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çinartala kəndi mərkəz olmaqla, Çinartala kənd inzibati ərazi dairəsinə verilmişdir.
Amfora
Amfora (yun. Αμφορέας; azərb. iki tərəfdən daşınan‎) - Qədim Yunanıstanda istifadə olunmuş əsasən gildən, bəzən də metaldan hazırlanan dar boğazlı iki qulplu antik qab. Arxeoloji qazıntılar e.ə. 2-ci minilliyin 2-ci yarısından etibarən Amforanınnın məişətdə istifadə edildiyini göstərir. Amforalar maye və yağların daşınması və saxlanması üçün, həmçinin ziyafətlərdə istifadə olunurdu. == Qalereya == Amforalar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
NAYORA
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) — 154 gənclər təşkilatını birləşdirən qurumdur. == Haqqında == Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci il 21 noyabr tarixində 11 gənclər təşkilatının təşəbbüsü ilə təsis olunmuş, Azərbaycanın vahid gənclər platforması və aparıcı gənclər təsisatı olaraq ətrafında regional, milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Milli Şura Azərbaycanın gənclər təşkilatlarının vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olmaqla onların eyni zamanda gənclər təşkilatlarının beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. == Məqsəd == Gənclər Təşkilatları Milli Şurası öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərinin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir. == Struktur == Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası qarşısına qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün Əsasnamə və Nizamnaməyə uyğun olaraq xüsusi struktura malikdir. === Qurultay === Gənclər Təşkilatları Milli Şurasının ali qərarverici orqanıdır və ən azı 2 ildə 1 dəfə çağrılır. Qurultay Nizamnaməni, təşkilatın fəaliyyətini tənzimləyən əsasnamə qəbul edir, ona əlavə və dəyişikliklər edir, üzvlərin qəbul və xaric edilməsi ilə bağlı Məclisin qərarlarını təsdiq edir, sədr və müavinləri, büro üzvlərini, MNTK üzvlərini seçir, NAYORA-nın əsas fəaliyyət istiqamətlərini müəyyən edir. === Məclis === Qurultaylararası dövrdə ARGTMŞ-ın qərarverici orqanıdır və ən azı 6 ayda 1 dəfədən az olmayaraq çağırılır. Məclis Milli Şuranın fəaliyyətini tənzimləyən qərarlar, fəaliyyət proqramını qəbul edir, üzvləri qəbul və ya xaric edir.
Anambra ştatı
Anambra ştatı (ing. Anambra Ibom) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Britaniya kolonial ofiserləri tərəfindən işlənilən Anam branch ifadəsindən gəlir. Anam yerli bir klan adıdır, branch isə ingiliscə budaq demək.
Asya Manafova
Asya Sərdar qızı Manafova (3 yanvar 1941, Qusar) — Qusar Rayon İcra Hakimiyyətinin başçısı (1991), Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi (1990–1991), Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1985). == Həyatı == Asya Sərdar qızı Manafova 3 yanvar 1941-ci ildə Qusarda anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959-cu ildən başlamış, 1965-ci ildən Azərbaycan EA Elmi-Tədqiqat "Olefinlər" İn-tunda, təcrübə zavodunda, 1969-cu ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974-cü ildən Azərbaycan KP Qusar RK-nın katibi, 1979-cu ildən Azərbaycan KP MK-da məsul işçi, 1981-ci ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990-cı ildən Azərbaycan KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan. Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi işləmişdir.. Azərbaycan SSR Ali Sovetinin (12-ci çağırış) və Azərbaycan Respublikası Milli Məclisini (1 və 2-ci çağırış) deputatı. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995-ci ildən) olmuşdur. Etnik ləzgidir. == Mükafatları == 3 yanvar 1991-ci ildə Respublikanın partiya və sovet orqanlarında uzun illər fəal işlədiyinə görə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilmişdir.
Ataqora departamenti
Ataqora departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Ataqora departamentinin ərazisi 20 499 km2-dır. Ataqora departamentinə 9 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Ataqora departamentinin əhalisi 769 337 nəfərdir.
Banksia anatona
Dryandra anatona (lat. Dryandra anatona) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Dərya Alabora
Dərya Alabora (türk. Derya Alabora; doğum adı Dərya Harupçu, Derya Harupçu; 19 avqust 1959, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Dərya Alabora 19 avqust 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Memar Sinan İncəsənət Universitetinin konservatoriyasının teatr fakültəsini bitirmişdir. O, Alabora "Məsumiyyət" və "Yencək səbəti" filmlərində oynadığı rollara görə iki dəfə "Qızıl portağal" mükafatına layiq görülmüşdür.
Qüvvətli antofora
Qüvvətli antofora (lat. Anthophora robusta) — Antofora cinsinə aid növ. Uzunluğu 16-18 mm-dir. Üz, üst dodaqlar və üst çənələr sarı ləkəlidir. Döş tamamilə sıx, sarımtıl ağ tüklərlə örtülmüşdür. Qarıncığın ilk 2 tergiti qısa sarımtıl tüklərlə örtülüdür. Arxa ətraflarda “səbətciyin” tükləri ağ, qanadları isə şəffaf ağdır. Cənubi Avropa, Kiçik Asiya, Qafqaz, Rusiya, Suriya, İsrail, İran, Türkmənistanda yayılmışdır . Azərbaycanda Şamaxı, Lerik, Naxçıvan MR-də rast gəlinir. Aşağı dağlıq çöl və yarımsəhra landşaftlarında rast gəlinir.
Maral Manafova
Manafova Maral Cəbrayıl qızı (3 iyul 1947, Bakı) — Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor == Əmək fəaliyyəti == Maral Manafova 1970-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Mədəniyyət və İncəsənət Universitetində müəllim (1985), baş müəllim (1992) kimi fəaliyyət göstərib. 1993-cü ildə müsabiqə yolu ilə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasına dosent vəzifəsinə seçilib. 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Pedaqogika üzrə fəlsəfə doktorudur. 1996–2007-ci illər ərzində "Mədəniyyətşünaslıq" kafedrasının müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsində çalışıb. 2014–2022-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının "İctimai fənlər" kafedrasının müdiri vəzifəsində çalışaraq mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına böyük töhfə verib. == Elmi fəaliyyəti == M. Manafova 11 dərsliyin, 6 dərs vəsaitinin, 1 monoqrafiyanın, 7 metodiki işin, 50 proqramın, 150-dən çox elmi-nəzəri məqalələrin müəllifidir. M. Manafova respublikada və xarici ölkələrdə keçirilən beynəlxalq elmi-nəzəri konfransların və simpoziumların iştirakçısı olmuşdur.
Dryandra anatona
Dryandra anatona (lat. Dryandra anatona) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Aconitum anthora
Aconitum anthora (lat. Aconitum anthora) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Memet Ali Alabora
Məmət Əli Alabora (25 noyabr 1977, İstanbul) — türkiyəli aktyor. Məmət Əli Alabora 1977-ci il noyabrın 25-i Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. Alabora, mülki hüquqlar və ətraf fəalıdır. 2013-cü ildə Gəzi parkı etirazlarına dəstək vermişdir. 2018-ci ilin dekabr ayında Məmət Əli Alabora haqqında Gəzi parkı fəaliyyətlərinə görə "Türkiyə Respublikası Hökumətini devirməyə və ya vəzifələrini yerinə yetirməməsinə cəhd" ittihamı üzrə həbs edilmə qərarı verilmişdir. 2020-ci ilin fevral ayında Gəzi parkı davasında bəraət qazandığı deyildi. Məmət 2009-cu il noyabrın 19-u aktyor Pınar Öğün ilə ailə həyatı qurmuşdur. Gəzi parkı hadisələrindən sonra Türkiyədən ayrılıb İngiltərəyə köçən Məmət Əli Alabora, 2020-ci ilin oktyabr ayında qatıldığı bir yayımda Uelsin Kardiff şəhərində məskunlaşdığını demişdir.
Məmət Əli Alabora
Məmət Əli Alabora (25 noyabr 1977, İstanbul) — türkiyəli aktyor. Məmət Əli Alabora 1977-ci il noyabrın 25-i Türkiyənin İstanbul şəhərində dünyaya gəlib. Alabora, mülki hüquqlar və ətraf fəalıdır. 2013-cü ildə Gəzi parkı etirazlarına dəstək vermişdir. 2018-ci ilin dekabr ayında Məmət Əli Alabora haqqında Gəzi parkı fəaliyyətlərinə görə "Türkiyə Respublikası Hökumətini devirməyə və ya vəzifələrini yerinə yetirməməsinə cəhd" ittihamı üzrə həbs edilmə qərarı verilmişdir. 2020-ci ilin fevral ayında Gəzi parkı davasında bəraət qazandığı deyildi. Məmət 2009-cu il noyabrın 19-u aktyor Pınar Öğün ilə ailə həyatı qurmuşdur. Gəzi parkı hadisələrindən sonra Türkiyədən ayrılıb İngiltərəyə köçən Məmət Əli Alabora, 2020-ci ilin oktyabr ayında qatıldığı bir yayımda Uelsin Kardiff şəhərində məskunlaşdığını demişdir.
İvan Mazepaya anafema qoyulması
Getman Mazepaya anafema qoyulması – 12 noyabr 1708-ci ildə rus pravoslav kilsəsi Şimal müharibəsi zamanı İsveç kralı XII Karlın tərəfinə keçərək dövlətə xəyanət etmiş getman İvan Mazepaya anafema ( kilsədən uzaqlaşdırma) qoymuşdur. XX əsrin əvvəllərində (Ukrayna Xalq Respublikası dövründə) və indiki dövrdə bir sıra ukraynalı ictimai xadim, müxtəlif kanonik statusa malik dini təşkilatlar İvan Mazepaya verilən anafemanı siyasi akt kimi tənqid etmiş və rus pravoslav kilsəsinə bu qərarın rəsmi şəkildə ləğvi barədə tələb irəli sürülmüşdür.. 29 oktyabr 1708-cu ildə I Pyotr Mazepanın xəyanəti barədə xəbər aldıqdan sonra növbəti gün təşkil olunmuş hərbi iclasda Baturini kökündən məhv etmək, Getmanşinanın paytaxtını [[Rusiyanın sərhədində yerləşən Qluxov şəhərinə köçürmək qərara alınmışdır. Qluxovda yeni getman seçkiləri keçiriləcəkdi. 7 noyabrda seçkilər baş tutmuş, 8 noyabr tarixində isə “Kiev, Çerniqov, Pereyaslavl Arxiyereyləri” Qluxova çağırılmışdır.. 12 noyabr 1708-ci ildə Qluxovda yerləşən Troiça soborunda I Pyotrun iştirakı ilə Kiev, Qaliç və Malaya Rusiyanın əslən Lvovdan olan mitropoliti İoasaf digər arxiyeraların: Çerniqovsk və Novqorod-Severskinin arxiyepiskopu İohann və Pereyaslavl yepiskopu Zaxariya lituriya həyata keçirərək “Mazepa və onun tərəfdarlarını əbədi lənətləyirlər". Həmin gün Qluxovda keçmiş getmanın simvolik olaraq edamı həyata keçirilir. Həmin hadisə belə təsvir edilmişdir: “Mazepanın döyülmüş müqəvvasını meydana gətirdilər. İlk öncə getmanın cinayəti və cəzası haqda hökm oxundu;daha sonra knyaz Menşikov və qraf Qolovkin ona verilən getman rütbəsi, mövcud gizli məsləhətçi çini vəAndrey Pervozvannı ordenini qopararaq, həmçinin müqəvvadakı ordenin lenti də çıxartdılar. Sonra satqının təsvirini cəllada tulladılar; hamı onu ayaqladı, cəllad isə ipə bağlanmış müqəvvanı şəhərin küçə və meydanlarından edam yerinə qədər sürüyərək gətirdi.