Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ariya
Ariya (it. aria – hava, təranə) — operanın və ya iri həcmli vokal-instrumental əsərin tərkibində vokalist tərəfindən orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna görə bitkin, geniş oxuma tərzli vokal əsər növü. Adətən ariyadan əvvəl orkestr girişi və reçitativ səslənir.
Ariya (qrup)
«Ariya» — (rus. Ария) SSRİ dövründə 1985-ci ildə yaradılmış Rusiyalı heavy metal qrupu, Ariya qrupu Rusiyanın dünyaca ən məşhur metal musiqi qruplarındna biridir.Qrupun üslubu hər zaman Britaniyalı metal qrupların üslublarına bənzədilib. == Yaranışı == Ariya qrupu (gitarist) Vladimir Xolstinin və (barabançı) Alik Qranovskiy tərəfindən yaradılıb.Hər ikisidə keçmiş Alfa qrupunun üzvləri idi.Geriyə vokal üçün üzv qalmışdı,bu yeri doldurmaq üçün Valeri Kipelov daxil olaraq Ariya, qrup olaraq formalaşdı. Ariya qrupun əsas yaradıcısı Xolstinin qrupun adını bu sözlərlə demişdir: Qrupun adının heç bir mənası yoxdur, sadəcə olaraq qrupun adını bu adda qoydum ki, bizim əlfbamız kirilcədir.Bəlkə biz məşhur olacağıq deyə düşündüm və qrupun adını bu cür sadə adı seçdim.Latın əlifbası ilədə yazılanda çətinlik çəkilməsin.Hər bir musiqiçinin bir arzusu var,buda mənim arzum idi. Xolstinin daha əvvəl musiqi bəstələri etdiyi üçün qrup 1985-ci ildə ilk debüt albomları "Мания величия" adlı albomlarını buraxdı.Bu albom uğurlu olaraq qrupa konsertlərdə çıxış etməyə şans yaratdı.Çünki albomun musiqiləri Iron Maiden və Black Sabbath tipli dəbdə musiqilər idi. İkinci gitaraçı konsert fəaliyyəti üçün Andrey Bolşakov (keçmiş Ziqzaq, keçmiş Kokteyl) qrupundan dəvət olunub, . Bundan başqa, ikinci barabançı olaraqda İqor Molçanov (keçmiş Alfa) qrupundan dəvət edilib. İlk konsert 5 fevral 1986-ci ildə "CDK МАИ" də keçirildi. Elə həmin ildə qrup, artıq festivallarda iştirak edərək: May ayında və iyunun 7-8-də "Rok-panorame-86" və "Lituanike-86" mükafatlarını qazanmışdır. Qrupun əsas vokalisti Valeri Kipelov qrupda yaşadığı müəyyən problemlərdən ötrü qrupdan ayrılaraq 2002-ci ildə özünün Kipelov qrupunu quraraq fəaliyyətinə orda davam etmişdir.Valerinin yerinə 2002-ci ilin noyabr ayından Artur Berkut Ariya qrupun vokalçısı olub.
Ariya Fişer
Ariya Fişer (2 mart 1999) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Ariya Fişer, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Arika(Çili)
Arika, Cənubi Amerikanın geniş bir iç bölgəsi üçün önəmli bir limandır. Şəhər, Boliviya üçün sərbəst bir liman xidməti verir və o ölkənin ticarətinin önəmli bir bölümünü idarə edir. Ayrıca Oruroda başlayan Boliviya neft boru xəttinin son stansiyasıdır . Şəhərin strategik mövqeyi, Pan-Amerikan Avtomobil yolunun yanında olması, həm Perudakı Taknaya həm də Boliviyadakı La Pasa dəmiryolu ilə bağlanması və beynəlxalq bir hava limanı tərəfindən xidmət verilməsi ilə gücləndirilmişdir . Arika , demək olar ki, heç yağış almayan son dərəcə quru bir iqlimə sahipdir . Buna baxmayaraq, yaxınlardakı soyuq sulardan gələn sıx dəniz küləkləri, mülayim bir çöl iqlimi yaradır. Mülayim havası Arikanı Çilidə "əbəi baharın şəhəri" olaraq tanıdır. Plajları Boliviya sosyətesinin uğraq yeridir. Şəhər, İspaniya müstəmləkə idarəsi sırasında önemli bir limandı . Çili, 1880-də Sakıt okean döyüşü sırasında şəhəri Perudan aldı və 1929-da Peru tərəfindənn Çili olaraq tanındı .
Arika (Çili)
Arika, Cənubi Amerikanın geniş bir iç bölgəsi üçün önəmli bir limandır. Şəhər, Boliviya üçün sərbəst bir liman xidməti verir və o ölkənin ticarətinin önəmli bir bölümünü idarə edir. Ayrıca Oruroda başlayan Boliviya neft boru xəttinin son stansiyasıdır . Şəhərin strategik mövqeyi, Pan-Amerikan Avtomobil yolunun yanında olması, həm Perudakı Taknaya həm də Boliviyadakı La Pasa dəmiryolu ilə bağlanması və beynəlxalq bir hava limanı tərəfindən xidmət verilməsi ilə gücləndirilmişdir . Arika , demək olar ki, heç yağış almayan son dərəcə quru bir iqlimə sahipdir . Buna baxmayaraq, yaxınlardakı soyuq sulardan gələn sıx dəniz küləkləri, mülayim bir çöl iqlimi yaradır. Mülayim havası Arikanı Çilidə "əbəi baharın şəhəri" olaraq tanıdır. Plajları Boliviya sosyətesinin uğraq yeridir. Şəhər, İspaniya müstəmləkə idarəsi sırasında önemli bir limandı . Çili, 1880-də Sakıt okean döyüşü sırasında şəhəri Perudan aldı və 1929-da Peru tərəfindənn Çili olaraq tanındı .
Ariya (musiqi qrupu)
«Ariya» — (rus. Ария) SSRİ dövründə 1985-ci ildə yaradılmış Rusiyalı heavy metal qrupu, Ariya qrupu Rusiyanın dünyaca ən məşhur metal musiqi qruplarındna biridir.Qrupun üslubu hər zaman Britaniyalı metal qrupların üslublarına bənzədilib. == Yaranışı == Ariya qrupu (gitarist) Vladimir Xolstinin və (barabançı) Alik Qranovskiy tərəfindən yaradılıb.Hər ikisidə keçmiş Alfa qrupunun üzvləri idi.Geriyə vokal üçün üzv qalmışdı,bu yeri doldurmaq üçün Valeri Kipelov daxil olaraq Ariya, qrup olaraq formalaşdı. Ariya qrupun əsas yaradıcısı Xolstinin qrupun adını bu sözlərlə demişdir: Qrupun adının heç bir mənası yoxdur, sadəcə olaraq qrupun adını bu adda qoydum ki, bizim əlfbamız kirilcədir.Bəlkə biz məşhur olacağıq deyə düşündüm və qrupun adını bu cür sadə adı seçdim.Latın əlifbası ilədə yazılanda çətinlik çəkilməsin.Hər bir musiqiçinin bir arzusu var,buda mənim arzum idi. Xolstinin daha əvvəl musiqi bəstələri etdiyi üçün qrup 1985-ci ildə ilk debüt albomları "Мания величия" adlı albomlarını buraxdı.Bu albom uğurlu olaraq qrupa konsertlərdə çıxış etməyə şans yaratdı.Çünki albomun musiqiləri Iron Maiden və Black Sabbath tipli dəbdə musiqilər idi. İkinci gitaraçı konsert fəaliyyəti üçün Andrey Bolşakov (keçmiş Ziqzaq, keçmiş Kokteyl) qrupundan dəvət olunub, . Bundan başqa, ikinci barabançı olaraqda İqor Molçanov (keçmiş Alfa) qrupundan dəvət edilib. İlk konsert 5 fevral 1986-ci ildə "CDK МАИ" də keçirildi. Elə həmin ildə qrup, artıq festivallarda iştirak edərək: May ayında və iyunun 7-8-də "Rok-panorame-86" və "Lituanike-86" mükafatlarını qazanmışdır. Qrupun əsas vokalisti Valeri Kipelov qrupda yaşadığı müəyyən problemlərdən ötrü qrupdan ayrılaraq 2002-ci ildə özünün Kipelov qrupunu quraraq fəaliyyətinə orda davam etmişdir.Valerinin yerinə 2002-ci ilin noyabr ayından Artur Berkut Ariya qrupun vokalçısı olub.
Arıya Aldın-ool
Arıya Aldın-ool (tıva Алдын-оол, Арыя Араптановна 29 fevral 1928, Bay-Tayqa kojuunu[d] – 18 oktyabr 2016, Kızıl) — Tıva əsilli Sovet müəllimi. SSRİ xalq müəllimi (1984). == Bioqrafiyası == Arıya Aldın-ool 29 fevral 1928-ci ildə Tuva Xalq Respublikası Bay-Tayqa kojuunun Uluq Ooruq kəndində anadan olmuşdur. Yeddi illik məktəbi bitirdikdən sonra 1945-ci ildə müəllimlik etməyə başlamışdır. 1948-1950-ci illərdə partiya işində işləmişdir. 1955-ci ildə Qızıl Müəllimlər İnstitutunu, 1967-ci ildə Kızıl Dövlət Pedaqoji İnstitutunu (qiyabi) bitirib. 1950-ci ildən Qızılda, Şuya, Qızıl-Mazxalıq, Teeli şəhərlərində ibtidai sinif müəllimi işləmişdir. 1962-ci ildən Kızıl şəhərində 2 nömrəli məktəbdə özünü müəllim-təcrübəçi və ana dilində tədris-metodik kompleksin (Üzhüglel) qurucus və birinci sinif üçün oxu dərsliyinin müəlifi olmuşdur. Ümumiləşdirilmiş təcrübə əsasında "İbtidai məktəbin birinci sinifində Tuvan dili dərslərinin inkişaf etdirilməsi toplusu", "Diktantlar toplusu (1-4kl)", "Ekspozisiya toplusu (2-4kl)", "Özümüz oxuyuruq" məcmuələri çap olunmuşdur. Onunda həmmüəllifi olduğu ibtidai məktəbin 1-ci sinifləri üçün "Uzuqlel" dərsliyini hazırlamışdır.
Aziya i Afrika seqodnya
"Aziya i Afrika seqodnya" (rus. Азия и Африка сегодня) — Asiya və Afrikanın öyrənilməsinə həsr olunmuş SSRİ və Rusiya elmi jurnalı. Jurnal Ali Attestasiya Komissiyasının elmlər namizədi və elmlər doktoru elmi dərəcəsi almaq üçün nəşrlər üçün tövsiyə etdiyi nəşrlər siyahısına daxildir. Bu, "Web of Science" platformasında Rusiya Elm Sitat İndeksi verilənlər bazasına, "EBSCO Publishing" beynəlxalq məlumat bazasına daxil edilmişdir. Jurnal "Nauka" nəşriyyatı tərəfindən nəşr olunur. == Tarixi == Nəşr 1957-ci ilin iyulunda SSRİ Elmlər Akademiyası tərəfindən yaradılmışdır. İndi Rusiya Elmlər Akademiyasının Afrikaşünaslıq İnstitutu və Şərqşünaslıq İnstitutu tərəfindən nəşr olunur. 2007-ci ildə jurnalın 600-cü nömrəsi işıq üzü görmüşdür. Adətən təxminən 80 səhifədən ibarətdir. 2015-ci ilin oktyabr ayından etibarən jurnal Misirdə ərəb dilində "Asiya və İfriqiyyə əl-yəum" adı ilə nəşr olunmağa başlamışdır.
Afrika
Afrika — böyüklüyünə görə Avrasiyadan sonra ikinci böyük materik. Sahəsi 29,2 milyon km², adalarla birlikdə 30,3 milyon km²-dir. Ekvator onu şərti olaraq iki hissəyə bölür. == Adının etimologiyası == Afrika adı latın dilində olan "afrikus", yəni soyuq bilməyən sözündən əmələ gəlmişdir. Digər bir ehtimala görə isə Afrika adı materikin şimal-şərqində yaşamış "afrigi" tayfasının adından götürülmüşdür. == Ümumi məlumat == Avrasiyadan sonra ən böyük və ən isti materikdir. Dünyanın ən uzun çayı, dünyanın ən uzun şirinsulu gölü, şərq yarımkürəsinin ən bol sulu çayı, quruda yer qabığının ən uzun çatı, dünyanın ən isti nöqtəsi, dünyanın ən quraq nöqtələrindən biri, ən böyük quraq təbii kompleksi, ən geniş savannası bu materikdədir. Onu Avropadan Cəbəllütariq boğazı və Aralıq dənizi, Asiyadan Aralıq dənizi, Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı, Ədən körfəzi ayırır. Ekvator xətti və sıfırıncı meridian bu materikdən keçdiyinə görə o, 4 yarımkürədə yerləşir. Afrika Atlantik və Hind okeanları ilə əhatə olunub.
Arauka
Arauka — Kolumbiyanın Arauka deparatamentində yerləşən şəhər, Venesuela ilə sərhəddir. Tam adı Santa Barbara Araukadır. Şəhər dağlıq yerdədir və tez-tez daşqınlara məruz qalır. == Tarixi == Arauka ərazisi 1536-cı ildə Almaniyalı konkistador Xorxe de la Espira tərəfindən əsası qoyulmuşdur. Lakin kondistadorlar bu yerdə qalmadılar və Eldorado da axtarışa yolandılar. Daha sonra yezuitlər gəlidi və yaşayış məntəqələrini burda qurdular. Arauka şəhəri, 4 dekabr 1780-ci ildə Xuan İsidro Daboyn tərəfindən kiçik kənd Quaxironun yerində əsası qoyuldu. Burada kiçik bi hind ailəsi 10 ilə yaxın yaşadı. Arauca indi Venesueladan ayrılan və öz növbəsində yerli əhalinin özünə məxsus adını verən Arauca çayının adına verildi.Bir zamanlar şəhər Kasanare vilayətinin paytaxtı idi. Kasanare müasir Araukanın indiki departamentindən daha böyük idi.
Arinyak
Arinyak (fr. Arignac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Taraskon-syur-Aryej kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09015. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 700 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 424 nəfər (15-64 yaş) arasında 277 nəfər iqtisadi fəal, 147 hərəkətsiz (fəaliyyət göstərici 65.3%, 1999-cu ildə 65.4%) idi. 277 fəal 262 nəfər (138 kişi və 124 qadın) işləyir, 15 nəfər işsizdir (5 kişi və 10 qadın). Aktiv olmayan 147 nəfər arasında 33 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 53 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Ariola
Ariola Records (Ariola və ya Ariola-Eurodisc) — 1958-ci ildə yaradılan Almaniya səsyazma studiyasıdır. 1980-cı llərdə kompüter proqramları və oyunların yaradılması üçün studiyada "Ariolasoft" adlı filial yaradılmışdı. 1980-cı illərin sonların "Bertelsmann Music Group" kompaniyası, daha sonra "Sony Music Entertainment" kompaniyası tərəfindən alınmışdı. Bu studiya ilə Vaya Con Dios, Modern Talking kimi qruplar və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Karika
Karika (lat. Carica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin karikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Carica baccata = Vasconcellea microcarpa subsp. baccata Carica candamarcensis = Vasconcellea cundinamarcensis Carica candicans = Vasconcellea candicans (Mito) Carica caudata = Jarilla heterophylla Carica cauliflora = Vasconcellea cauliflora Carica cestriflora = Vasconcellea cundinamarcensis Carica chilensis = Vasconcellea chilensis Carica crassipetala = Vasconcellea crassipetala Carica cundinamarcensis = Vasconcellea cundinamarcensis Carica dodecaphylla = Jacaratia spinosa Carica glandulosa = Vasconcellea glandulosa Carica goudotiana = Vasconcellea goudotiana Carica heterophylla = Vasconcellea microcarpa subsp.
Kariya
Kariya (yun. Καρία) —Kiçik Asiyada qədim əyalət. == Tarixi == Bizim eradan əvvəl II minillikdə Hettlər Kariyanı özlərinə məskən seçdilər. Yerli əhali ilə qaynayıb-qarışdılar. Troya müharibələri dövründə kariyalılar artıq mövcud idilər. Qranik döyüşündən sonra Kiçik Asiyanın yunan şəhərləri Milet və Halikarnas istisna olmaqla müqavimətsiz Makedoniyalı İsgəndərə tabe oldular. Qısa müddətdə Kariya, Likiya, Pamfiliya, Trakiya və s. şəhərlər İsgəndər tərəfindən zəbt edildi. E.ə 333-cü ilin baharında makedoniya ordusu Kappadokiyanı işğal edib Kilikiya və Tavra daxil olmuşdu.
Mariya
Mariya — Qadın adı. Mariya Stüart — Şotlandiya kraliçası. Mariya Şerifoviç — 2007 Avroviziya Mahnı Müsabiqəsində 1-ci yeri tutan müğənni Mariya İzabel — İspaniya müğənnisi. Mariya Stadnik — Ukrayna əsilli Azərbaycanlı sərbəst güləşçi. Mariya Küri — Mariya Mateva — Bolqarıstanlı bədii gimnast Mariya Antuanetta — Mariya Göppert-Mayer — fizik. Mariya Şarapova — Rusiya və dünyanın məşhur qadın tennisçisi. Mariya-Tereza (rif) — Mariya Korazon Aquino — Mariya Profetissima — Mariya Qriqoryan — Mariya Kaçina — Mariya Korobitskaya — Mariya Peralta — Mariya Vrayiç — Mariya Yelena Kalle — Mariya Zankovetska — Ukrayna və SSRİ aktrisası, USSR-nın xalq artisti.
Priska
Priska (lat. Prisca; d.-?, ö-315-ci il) — Roma imperatoru Diokletianın həyat yoldaşı. Roma imperatorlarının həyat yoldaşları arasında xristian olduğu dəqiq təsdiqini tapmış ilk xanımdır. == Həyatı == Priskanın həyatı haqqında bizə çox az məlumat gəlib çatmışdır və bu məlumatların əsas mənbəyi Laktansinin “Təqibçilərin ölümləri haqqında” əsəridir. Diokletianın Roma imperatoru olmasına baxmayaraq Priska nə avqusta titulu, nə də digər titullar almamışdı. Onun adı heç vaxt sikkələrin üzərində yazılmamışdı. Ola bilsin ki, Priskanın xristian olması Diokletiana məlum idi və buna görə də, ona heç bir titul verilməmişdi. Diokletian yüksək təbəqələrə mənsub olmadığından və Priska Diokletiana ərə gedərkən onun hələ imperator olmadığını nəzərə alaraq güman etmək olar ki, Priska da yüksək təbəqələrə mənsub olmamışdır. Onların qızı Qaleriya Valeriya 293-cü ildə ərə getdiyindən, güman etmək olar ki Priska Diokletiana 280-ci ildən əvvəl ərə getmişdir. Kiçik Asiyada yerləşən Nikomediyada Diokletian Priska üçün bir saray tikdirmişdi və 303-cü ildəDiokletianın göstərişi ilə bu şəhərdə xristianların təqibi başlayanda Priska öz qızı Qaleriya Valeriya ilə xristianlıqdan üz döndərərək bütlərin xeyrinə qurban gətirməli olmuşdu.
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Riyeka
Riyeka (xorv. Rijeka) — Xorvatiyanın Zaqreb və Splitdən sonra üçüncü ən böyük şəhəri. Riyeka ölkənin ən böyük liman şəhəridir və Dalmasiya bölgəsinin şimalında, İstriya yarımadasının yaxınlığında yerləşir. Əhali sayı 128 624 nəfər (2011-ci ilin siyahıyaalınmasına görə). Əhalinin 82,5 %-i xorvatlardır. == Ümumi məlumat == Şəhər Riyeçina çayının mənsəbində (eyni adlı körfəzə tökülür) yerləşir. Bu çay şəhərə öz adını verib. Riyeka xorvat dilindən tərcümədə elə "çay" mənasını verir. Riyeka ölkənin ən böyük həm sərnişin, həm də yük limanıdır. Şəhərin əsas gəlir mənbələri: liman, gəmiqayırma və turzimdir.
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Dariya
Dariya — Glenn Eichler və Susie Lewis Lynn tərəfindən yaradılmış böyüklər üçün cizgi serialı. Seriyalar 3 mart 1997-ci ildən 21 yanvar 2002-ci ilədək MTV kanalında yayımlanmışdır. Serial ağıllı və hayasız məktəbli qız olan Daria Morgendorffer-dən bəhs edir. "Dariya" Mayk Cadcın yaratdığı "Beavis and Butt-Head" serialının spin-off seriyasıdır, Dariya həmin serialda köməkçi personajlarından biri idi. Cadc yaratdığı bu personaj əsasında serial çəkilməyi ilə razılaşdı, lakin onun özü serialın hazırlanmasında iştirak etmədi çünki "King of the Hill" üzərində işləyirdi. MTV 2019-cu ildə "Dariya"nın personajlarından biri olan Codi (ing. Jodie) haqqında spin-off serialı çəkmək planları olduğunu bildirdi. 2022-ci ilin may ayında serial əvəzində cizgi film çəkiləcəyi məlum oldu. == Məzmun == Serial bir qədər kinli və hayasız yeniyetmə qız olan Daria Morgendorffer və onun ən yaxşı dostu Ceyn Leyndən bəhs edir. Hadisələr Texasın uydurma bölgəsi olan Lawndale-də cərəyan edir.
Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. == Tərkibi == 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz == Hazırlanma qaydası == Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Aliya
Aliya (termin)
Areka
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Arida
Arida (lat. Arida) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Arida arizonica (R.C.Jacks. & R.R.Johnson) D.R.Morgan & R.L.Hartm. Arida blepharophylla (A.Gray) D. R. Morgan & R. L. Hartm. Arida carnosa (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida coulteri (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida crispa (Brandegee) D. R. Morgan & R. L. Hartm. Arida mattturneri B.L.Turner & G.L.Nesom Arida parviflora (A. Gray) D. R. Morgan & R. L. Hartm. Arida riparia (Kunth) D. R. Morgan & R. L. Hartm.
Asiya
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4 mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir.
Erika
Erika (lat. Erica) — erikakimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Erika:The Plant List saytında takson barədə məlumat.
Eriya
Eriya (lat. Eria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.