Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb.4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı. ASEAN'ın ən üst qərar vermə orqanı hər il həyata keçirilən ASEAN dövlət başçıları zirvəsidir.ASEAN ölkələrinin xarici işlər nazirləri də hər il bir dəfə bir yerə gəlir.Bundan başqa əkinçilik və meşəbəyilik, ticarət, enerji, ətraf mühit, maliyyə, sağlamlıq, investisiya, əmək, hüquq, çöl inkişaf, yoxsulluğun azaldılması, telekommunikasiya, beynəlxalq cinayət, nəqliyyat, turizm kimi mövzularda ASEAN ölkələrinin nazirlərinin bir yerə gəldiyi yığıncaqlar təşkil edilməkdədir.
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Aslan
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Asuan
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Aşağı Aşkan (Sərdəşt)
Aşağı Aşkan (fars. اشكان سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (5 ailə).
Yuxarı Aşkan (Sərdəşt)
Yuxarı Aşkan (fars. شكان علي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (24 ailə).
ASEAN yolu
ASEAN yolu (ing. ASEAN Way), Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının regional və rəsmi himni.
Akkan Suvər
Akkan Suvər — Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti, Mərmərə Qrupu Fondunun prezidenti, "Tərəqqi" medalı laureatı. == Həyatı == Akkan Suvər 1942-ci il avqustun 8-də İstanbul şəhərində anadan olub. O, 1987-1995-ci illərdə Milliyyətci Hərəkat Partiyasının (MHP) mətbuat katibi, sonralar isə partiya katibinin müavini olub. 1997-ci ildə özünün qərarı ilə tutduğu vəzifədən azad edilib. Aktiv fəaliyyətinə və səylərinə gorə YUNESKO tərəfindən Mərmərə Qrupu Fondu Mədəniyyətlərarası Dialoq Komissiyasına uzv kimi qəbul olunub. 2009-cu il martın 4-də təsis olunmuş Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Beynəlxalq Fondunun vitse-prezidenti və təsisçi üzvüdür. Hazırda Mərmərə Qrupu Fondunun prezidentidir. == Mükafatları == 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Alyaqış (Askın)
Alyaqış (başq. Алъяғыш, rus. Альягиш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, kənd sovetliyindən (Köhnə Kazansı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (79 %) üstünlük təşkil edir.
Arbaş (Askın)
Arbaş (rus. Арбашево, başq. Арбаш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Arbaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 75 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 139 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Tatarlar (75 %) üstünlük təşkil edir.
Askar Akayev
Askar Akayev (10 noyabr 1944, Qızıl Bayraq[d], Çuy vilayəti) — Qırğızıstan Respublikasının 1-ci Prezidenti (1990–2005).
Askar Mamin
Askar Uzakbay oğlu Mamin (qaz. Асқар Ұзақбайұлы Мамин; 23 oktyabr 1965, Selinoqrad) – Qazaxıstanın keçmiş baş naziri. 9 sentyabr 2016–21 fevral 2019-cu illər arasında baş nazirin müavini, 21 fevral 2019-cu il tarixindən isə baş nazir postuna təyin edilmişdir. Bir müddət "Qazaxıstan Dəmir Yolları" qurumuna rəhbərlik etmişdir. 2008-ci ildən isə "Qazaxıstan Buzüstü Xokkey Federasiyası"nın rəhbəri mövqeyindədir. == Həyatı == Mamin Tselinoqrad İnşaat Mühəndisliyi İnstitutunu və Plexanov adına Rus İqtisad Universitetini mülki mühəndislik və iqtisadiyyat ixtisasları ilə bitirmişdir. Kariyerasına "Tselintyazstroy" etimadının bir hissəsi kimi başladı. Qazaxıstanın İnnovativ Müəssisələr Birliyinin Baş Direktor müavini vəzifəsində çalışmışdır. 1996-2008-ci illər arasında Astana şəhərinin birinci müavini, Qazaxıstan Respublikası Nəqliyyat və kommunikasiya nazirinin müavini, Qazaxıstan Respublikası Sənaye və Ticarət nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Askar Tokpanov
Askar Tokpanov (qaz. Асқар Тоқпанұлы Тоқпанов; 13 oktyabr 1915, İli rayonu[d] – 22 noyabr 1994, Almatı) — Sovet, qazax teatr müəllimi, teatr direktoru, ilk peşəkar Qazaxıstan rejissorlarından biri, qazax teatr pedaqogikasının banisi. Qazaxıstan Elmlər Akademiyasının sənət tarixi sektorunun qurucularından biridir. == Həyatı == 15 oktyabr 1915-ci ildə Almatı vilayətinin İli rayonunun Şilikemer kəndində anadan olub. 1939-cu ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq şöbəsini bitirib. A.V. Lunaçarski. Onun müəllimi professor, RSFSR xalq artisti Saxnovski Vasili Qrigoriyeviç idi. A. Tokpanov “İvanov”, A. Çexovun “Qağayı”, A. Ostrovskinin “Həqiqət Güclü və Xoşbəxt”, G. Norbs, G. Ibsenin, A. Salinskinin “Gəzintidə Gəz”, “Aşpaz ”A. Safronov tərəfindən hazırlanmışdır. "Tazsha bala", "Tasykan tugiler" pyeslərini yazdı. Saxna Sazy (1969), Kesheden buginge deyin (1976), Іңkңr denie (1991) kitablarının müəllifidir.
Askin mağarası
Askin mağarası (başq. Аҫҡын боҙ мәмерйәһе) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan karst mağarası. Cənubi Uralda çanta formasında olan böyük bir boşluqda yerləşir. Bu, bütün Rusiya üçün əhəmiyyəti təbiət abidəsidir. Ufa platosunun ətəklərində Devon yaşlı əhəngdaşılarda əmələ gəlmişdir. Dəhlizlərinin ümumi uzunluğu 206 metr, dərinliyi 34 metrdir. Tağvarı girişi (hünd. 9 m, eni 22 m) 260 metr hündürlüyündədir. Döşəməsi – demək olar ki, tamamilə çoxillik buzla örtülmüş zal (uz. 104 m, eni 40–60 m, hünd.
Askın (Arxangel)
Askın (başq. Асҡын, rus. Аскино) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 25 km, kənd sovetliyindən (Maksim Qorki): 10 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 31 km.Kənd ərazisindən Zilim çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Askın rayonu
Askın rayonu (başq. Асҡын районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Askino kəndidir. Yaşayış məntəqəsi Ufadan 213 km aralıda yerləşir. == Coğrafi yerləşməsi == Askın rayonu Sverdlovsk vilayəti və Perm diyarı ilə sərhəddə yerləşir. Ufa çayının axarı boyunca qərarlaşır. Rayonun ərazisi 2542 km² təşkil edir. Maksimal temperatur + 36 °C, minimal temperatur isə — 54 °C-dir. Ərazisi şimaldan cənuba 38 km, şərqdən qərbə 66 km məsafədə uzanır. Rayon ərazisindən Moskva — Çelyabinsk dəmiryolu və Çişmi — Davlekonova — Qırğız-Miyaki, Raebski — Sterlitamak avtomobil yolu keçir.
Aslan (ad)
Aslan — kişi adı, təxəllüs.
Aslan Abaşidze
Aslan İbrahimoviç Abaşidze (gürc. ასლან იბრაიმის ძე აბაშიძე; 20 iyul 1938, Batumi) - Gürcüstanın dövlət və siyasi xadimi, 1991-2004-cü illərdə Acarıstan Muxtar Respublikasının rəhbəri. == Həyatı == XVI əsrin sonlarından etibarən İslam dinini qəbul edərək Osmanlı İmperiyasının rəhbərliyi altında acarlara rəhbərlik edən Knyaz Abaşidzenin nəslindəndir. Yazıçı və tərcüməçi olan babası Memed Abaşidze 1918-1921-ci illərdə Acarıstanın ilk parlamentinin sədri olmuş ve Acarıstanın Gürcüstanın bir hissəsi olduğunu, türklərini hakimiyyətini qəbul etmədiyini bildirmişdi. 1938-ci ildə Memed Abaşidze vuruldu və oğlu İbrahim (oğlu Aslanın doğumundan iki ay əvvəl) həbs olundu və Sibirə sürgün edildi. Anası Şahəstər Bejanidze də Acarıstanın şimalında yaşayan aristokrat ailədən idi. Çətinliklərlə dolu uşaqlıq illərindən sonra orta məktəbi bitirən Aslan 1962-ci ildə Batumi Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini, 1984-cü ildə isə Tbilisi Dövlət Universiteti İqtisadi Planlaşdırma fakültəsini bitirmişdir. Buna baxmayaraq o, 1962-ci ildə odlu silah daşıdığına və zərərli vərdişlərinə görə iki il müddətinə azadlıqdan məhrum edilmişdi. Ali təhsilindən əlavə musiqi məktəbində oxumuş, peşə məktəbinə rəhbərlik etmiş, komsomol işi ilə məşğul olmuşdur. Məhz bu illərdə Aslan Gürcüstan SSR-nin peşə təhsili komitəsinin sədri olan - böyük qardaşı kimi qəbul etdiyi Eduard Şevardnadze ilə yaxından tanış oldu.
Aslan Abbasov
Aslan Abbasov (siyasi xadim) — Azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). Aslan Abbasov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Aslan Aslanov
Aslan Aslanov (jurnalist) —
Astan Şahverdiyev
Astan Şahverdiyev (15 fevral 1947, Qaryagin – 15 aprel 2018, Çiləgir, Qusar rayonu) — Texnika elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı. == Həyatı == Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Füzuli şəhərində anadan olmuşdur.1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuş, 1970-ci ildə institutu bitirmişdir.1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur.1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olmuş və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilmişdir.Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləmişdir. 2004-cü ildən UNESCО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici Komitənin üzvü olmuşdur. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan "Günəş enerjisi" dərsliyinin müəlliflərindən biridir.ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış etmişdir.Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur.İngilis və rus dillərini bilirdi.2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü idi.2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak edib və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Daha sonra 2010 və 2015-ci il seçkilərində də eyni dairədən parlamentə seçilmişdir.2018-ci ildə aprelin 15-də Qusarın Çiləgir kəndində ürək tutmasından vəfat edtmişdir.
Asuan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Başqırdıstan (Askın)
Başqırdıstan (başq. Башкортостан, rus. Башҡортостан) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kazansı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 40 km, kənd sovetliyindən (Köhnə Kazansı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 82 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (71 %), tatarlar (29 %) üstünlük təşkil edir.