Astana (film, 1988)
Astana qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1988-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin mövzusu adamlarımızın, xüsusilə gənclərimizin sağlam tərbiyəsinə və bu işdə mövcud olan bir sıra mühüm probelmlərə həsr olunmuşdur.
== Məzmun ==
Filmin mövzusu adamlarımızın, xüsusilə gənclərimizin sağlam tərbiyəsinə və bu işdə mövcud olan bir sıra mühüm probelmlərə həsr olunmuşdur. Filmin mərkəzində əsas etibarilə bir sıra səbəblər üzündən həyatda büdrəyən, bəzən də özündən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunan, nəhayət, öz yaramaz hərəkətləri üçün vicdan əzabı çəkən adamlar durur. Belə ki, onların əksəriyyəti həbs cəzasını çəkib yenidən həyata qayıdarkən, hamı kimi sağlam əxlaqla əmək sahəsində özlərini doğrultmağa çalışır. Vaxtilə buraxdıqları səhvi düzəltməyə, mənəvi cəhətdən pak, əsil insan kimi yaşamağa cəhd göstərirlər. Lakin buna baxmayaraq belə adamlar bəzən həyatda çətin maneələrlə qarşılaşırlar. Həbsdən qayıdan adamlara soyuq münasibət bəslənilir, onlara etinasızlıq göstərilir, etibar olunmur. Bütün bu mənfi münasibətlər filmdə tənqid edilməklə, adamlarımıza müsbət, insani hisslər aşılanır.