AŞKAR (gizli olmayan) [Hatəmxan:] Bu ki hamıdan qabaq sənə aşkardır (S.Rəhimov); AÇIQ Nədir günahınız, açıq danışın; Üstümə qayıdan yazılarım, siz! (M.Araz); AÇIQ-AŞKAR Musa: Görürəm ki, açıq-aşkar özbaşınalıq edir (B.Bayramov); AYDIN İran qızı: İndi də oğluna məhz Ulduzu namizəd seçməsinin səbəbi mənə aydın idi (M.İbrahimov); BARİZ Atanın bu xüsusiyyətləri qızı ilə qarşılaşdığı zaman daha bariz bir şəkildə meydana çıxır (M. Arif); BƏLLİ 1-ci kəndli; Dinirik cəza, dinmirik cəza. Bizim sözümüz bəllidir (M.F.Axundzadə); ƏYAN Zəki Əfəndi: Əgər yaxşı yazdın və sənin ləyaqətin bizə aşkar və əyan oldu... (C.Məmmədquluzadə); MƏLUM Nurməhəmməd: Belə isə cəsarst edib soruşuram: bir yolun ki, indiki şəraitdə heç bir yerə çıxmadığı məlumdur, o yol ilə getməyin ki xeyri nədir? (M.İbrahimov); NÜMAYAN (kl.əd.) Tavus kimi cilvələnir o canan; Göz önündə dərhal olur nümayan (A.Şaiq); VAZEH Vəzir: Qərəzin budur ki, mən mətləbi vazeh açıb sənə danışam (M.F.Axundzadə); ZAHİR Tahir, zahir hünərlərin var; Bahir, zahir səmərlərin var (M.Ə.Sabir).