Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Suqun yarımadası
Suqun yarımadası (rus. Сугун) — Novosibirsk vilayəti, Tandovo gölünün şimalında yerləşən yarımada. Uzunluğu 8 km, eni 0,5 km təşkil edir. Yerli əhəmiyyətli təbiət abidəsidir. Təbiət abidəsi ərazisində meşə-çöl zonası üçün qeyri-adi olan təbii bərpa olunan şam və ağcaqayın meşələrinin fraqmentləri vardır. Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri yayılmışdır: Stípa pennáta, ural biyanı, Paeónia anómala, Lílium mártagon. Yarımadada böyük xallı qartal, kərkincək qızılquş, ördəktutan qızılquş, uzunquyruq yapalaqca, Maxaon, və s. kimi canlılar yaşayır.