Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Qrene
Qrene (fr. Grenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38184. Kommunanın 2012-ci il üçün əhalisi 1530 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 22 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Bağdərə (Xoy)
Bağdərə (fars. باغ درق‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 828 nəfər yaşayır (195 ailə).
Bağmeşə xalçaları
Bağ-meşə xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır.
Barens adası
Barens adası (norv. Barentsøya) — Şpitsbergen arxipelaqına daxil olan və yaşayışı olmayan ada. Arxipelaqın şərqində, Edj adası ilə Qərbi Şpisbergen adaları arasında yerləşir. Adanın sahəsi 1288 km² təşkil edir. Arxipelaqın sahəsinə görə dördüncü adasıdır. Ada hollad araşdırmaçısı və dənizçi Villem Barensin şərəfinə adlandırılmışdır. == Coğrafiya və iqlimi == Adada horizontal şəkildə mezozoy dövrünə aid əhəng daşı və paleozoyun çökmə süxurları ilə örtülüdür. Qərbində qranit təbəqə yüksəklik əmələ gətirir. Sahəsinin 558 km² buzlaqla örtülüdür. Digər hissəsi tundradır.
Barens dəniz
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Barens dənizi
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Enriko Barone
Enriko Barone (22 dekabr 1859, Neapol – 14 may 1924, Roma) — görkəmli italyalı erkən riyazi iqtisadçısı. O, orduda zabit, Turinin hərb kollecində (1894–1907) hərb elmləri professoru kimi işləməklə bərabər, Romanın iqtisadiyyat institutunda (1907–1924) iqtisadiyyat professoru kimi çalışmışdır. Barone Valrasın tələbəsi və dostu kimi son hədd istehsalı nəzəriyyəsinin inkişafında mühüm rol oynamış və bunun ümumi tarazlıq nəzəriyyəsinə daxil edilməsi ideyasını irəli sürmüşdür. Barone hesab edirdi ki , gəlirin maksimallaşdırılması xərclərin minimallaşdırılmasını nəzərdə tutur. Daha dəqiq, amillərin proporsiyaları əvəz oluna biləndə marjinal istehsalda istehsal amillərinə çəkilən xərclər firmalar tərəfindən onlara olan tələb funksiyasını və öz növbəsində firmaların tarazlıq həddi istehsalının müəyyən olunması üçün xərclər funksiyasını formalaşdırır. Baronenin "Kollektiv dövlətdə sənaye nazirliyi" (1908) əsəri onun iqtisad elmində böyük xidməti kimi qiymətləndirilir. Barone anti-sosialist ideyalarına baxmayaraq, sosialist iqtisadiyyatının ən azı- prinsipcə ideyalaşdırılmış kapitalist iqtisadiyyatının əldə etdiyi nəticələrə nail ola bilməsinin mümkünlüyünü göstərməyə çalışırdı .
Villem Barens
Villеm Barеns (nid. Willem Barentsz; 1550-1597) — hоlland mənşəli qütb tədqiqatçısıdır. Villеm Barеns 1594-1597-ci illərdə Asiyanın şimalı ilə Çin və Hindistana dəniz yоlu tapmağa üç dəfə cəhd göstərən dənizçi оlmuşdur. Nоvaya Zеmlya, Şpispеrgеn, Ayı adalarını kəşf və tədqiq еtmişdir. 1597-ci ildə buzlaqlar arasında sıradan çıхmış gəmini tərk еdərək gеri qayıdarkən ölmüş və Nоvaya Zеmlya adasında basdırılmışdır. Adı Barеns dənizi ilə əbədiləşdirilmişdir. 1933-cü ildə rus qütb tədqiqatçıları еkspеdisiyanın bəzi qalıqlarını tapmış və Pеtrоqraddakı Arktika muzеyinə təhvil vеrmişlər. Кольские карты "Шкипер эпохи" статья в журнале "Вокруг света" (№ 11 (2818), ноябрь 2008) Gerrit de Veer, Om de Noord : de tochten van Willem Barentsz en Jacob van Heemskerck en de overwintering op Nova Zembla, zoals opgeteken (The three voyages of William Barentz to the Arctic regions, 1594, 1595, and 1596) Фридрих Гельвальд, Путешествия Виллема Барентса и его открытия. (Из книги "В области вечного льда. История путешествий к Северному полюсу с древнейших времен до настоящего", 1881 г.).
Erik Barone
Erik Barone və ya digər adı ilə ConcernedApe (3 dekabr 1987, Los-Anceles, Kaliforniya) — amerikalı videooyun istehsalçısı, dizayner, rəssam, bəstəkar və musiqiçi. O, yaradıcısı olduğu "Stardew Valley" oyununa görə tanınır. Barone Los-Ancelesdə doğulub və Vaşinqton ştatının Obern şəhərində böyüyüb. O, məktəbi başa vurduqdan sonra Vaşinqton Tacoma Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıb və 2011-ci ildə oranı bitirib. O, iş tapa bilməmiş və işə götürülmə şansını artırmaq üçün 2012-ci ildə "Stardew Valley" oyununu hazırlamağa qərar vermişdir. Barone oyun 2016-cı ildə buraxılana qədər hər gün onun üzərində tək başına işləmişdir. Barone 2020-ci ildə bir neçə yeni oyun üzərində işlədiyini elan etdi. Oyunlardan biri "Haunted Chocolatier" adlanır, bu oyunun buraxılış tarixi hələ ki, məlum deyil.
Gösta Agren
Sven Gösta Ågren - (3 avqust 1936 – 24 iyun 2020), Fin yazıçısı və şairi. == Həyatı == Ågren 1936-cı ildə Finlandiyanın Ostrobothnia şəhərində anadan olub. 1988-ci ildə "Jär" əsəri ilə Finlandiya Mükafatını qazandı. Əsərlərini İsveç dilində yazan Gösta Egren, Mark İncilini ədəbi dəyərlərinə görə təriflədi. "Dülgər" adlı kolleksiyasını buraxdı. Sol tərəfə yaxın fikirləri ilə tanınıb, bunu kənd "proletariatı" ndakı avtobioqrafik əsərlərində görmək olar. Qardaşları Leo və Erikdə özü kimi yazdılar. Şeirlər, oçerklər və tərcümeyi-hallarını nəşr etdirdi. Verilən ədəbi mükafatlar arasında 1989-cu ildə Jär ('Burada') adlı şeir toplusuna görə Finlandiya Mükafatında iştirak etdi. Avstriyanın şeirlərində tez-tez doğulduğu Ostrobotniya, Finlandiyanın qərb sahillərindən danışdı.
Gösta Åqren
Sven Gösta Ågren - (3 avqust 1936 – 24 iyun 2020), Fin yazıçısı və şairi. == Həyatı == Ågren 1936-cı ildə Finlandiyanın Ostrobothnia şəhərində anadan olub. 1988-ci ildə "Jär" əsəri ilə Finlandiya Mükafatını qazandı. Əsərlərini İsveç dilində yazan Gösta Egren, Mark İncilini ədəbi dəyərlərinə görə təriflədi. "Dülgər" adlı kolleksiyasını buraxdı. Sol tərəfə yaxın fikirləri ilə tanınıb, bunu kənd "proletariatı" ndakı avtobioqrafik əsərlərində görmək olar. Qardaşları Leo və Erikdə özü kimi yazdılar. Şeirlər, oçerklər və tərcümeyi-hallarını nəşr etdirdi. Verilən ədəbi mükafatlar arasında 1989-cu ildə Jär ('Burada') adlı şeir toplusuna görə Finlandiya Mükafatında iştirak etdi. Avstriyanın şeirlərində tez-tez doğulduğu Ostrobotniya, Finlandiyanın qərb sahillərindən danışdı.
Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. == Coğrafiyası == Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir. Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Tarix qavramı barədə tezislər
Tarix qavramı barədə tezislər — Alman-yəhudi filosof Valter Benyaminin 1940-cı ildə Gestapodan qaçarkən intihar etməsindən bir necə ay öncə şəxsi qeydləri arasına yazdığı tezislər nəzərdə tutulur. Benjaminin tarix düşüncəsi avtomatik bir inqilab gözləyişinin yersizliyi tənqidi ilə başlayır. Benjaminə tarixi əzilənlərlə əzənlər arasından intiqam alma sahəsi olaraq təsəvvür edir. Benjaminin əsas tənqid hədəfləri o dövrün sosial-demokratlarıdır. Ona görə kültür və mədəniyyət nümunələri əzənlərin qanlı zəfərləri üzərində yüksələn barbarlıq nişanələridir. Gec kəşf edilən əsər olmasına baxmayaraq, sol teleolojik tarix təxəyyülündə və fəhlə sinfinin mütləq inqilab edəcəyi fikrində mühüm qırılmağa səbəb olmuş, Yəhudi ilahiyyatı ilə Marksist ideologiyanı qovuşdurmuşdur.
Zelyonı adası (Barens dənizi)
Zelyonı adası (1822—1833-cü illərdə Ust-Yokanqski) — Barens dənizinə daxil olan Svyatoynosski körfəzində yerləşən yaşayışı olmayan ada. İnzibati cəhətdən Murmansk vilayəti Ostrovnoy dairəsinə daxildir. Yokanqskie adaları qrupuna daxil olan ada. Qrupun cənub-şərqundə yerləşir. Ada materikdən 150 metr aralıdadır. Ondan şimalda və şimal-şərqdə — İkinci Opuşnoy adası (1,1 km), Medvejı adası (1,2 km) və Salnı (3,3 km), 500 metr cənubda isə — İkinci Opuşnoy adası yerləşir. Adaya ən yaxın yaşayış məntəqəsi olan Ostrovnoy ondan 3,7 km qərbdə yerləşir. 1970-ci ilə qədər adadan 4.5 km cənuib-şərqdə Yokanqa qəsəbəsi yerləşirdi. Ada dairəvi formmaya malikdir. Eni və uzunluğu 700 metrdən bir qədər azdır.