Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barışıq qülləsi
Barışıq qülləsi və ya Maqas qülləsi (inquş Барта гӏа́ла, Магас гӏа́ла) — 2013-cü ildə İnquşetiya Respublikasının paytaxtı Maqas şəhərində klassik orta əsr İnquş qülləsi formasında ucaldılmış çoxmərtəbəli bina. Barışıq qülləsinin hündürlüyü təxminən 100 metrdir. Müşahidə göyərtəsinə (hündürlüyü 85 m) çatmaq üçün spiral rampa ilə bir kilometrdən çox gəzmək lazımdır (lift yoxdur). İnquşetiyanın ən hündür binası və Şimali Qafqazın ən yüksək müşahidə qülləsidir. Maqas qülləsi, respublikanın düzən hissəsindəki əsas turistik yerdir. Qüllənin geniş sahəsi və mərtəbələrinin rahatlığı müxtəlif mədəni tədbirlərin, elmi konfransların, xüsusən də, İnquşetiya Respublikası Teyp Şurasının iclaslarının və gənclər forumlarının keçirilməsinə imkan verir. Ayrı mərtəbələrdə milli üslubda kafelər və etnoqrafiya muzeyi var. Çoxfunksiyalı "Barışıq qülləsi" obyekti, əsrlər əvvəl qurulduğu kimi çayxanaya deyildir, respublikanın bütün sakinlərinə aid olduğu üçün İnquş cəmiyyətinin möhkəmlənməsində mühüm rol oynayır. Qüllədə 85 metr yüksəklikdə, Maqas şəhərinin və ətrafının panoramik mənzərəsinə açılan super davamlı şüşədən hazırlanmış müşahidə göyərtəsi var. == Tarixi arayışı == Qədim dövrlərdən bəri İnquş teypləri ata-baba qalalarını tikirlər.
Barium
Barium (Ba) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 56-cı element.
Barsum
Çaykənd (1991-ci ilədək Barsum) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Çaykənd Şəmkir rayonunun Barsum inzibati ərazi vahidində kənd. Dağ ətəyində yerləşir. XIX əsrdə bu ərazidə Gürcüstandan və Ermənistandan gəlmə ermənilər məskunlaşdıqdan sonra kəndin adı Barsum kimi rəsmiləşdirilmişdir. Hal-hazırda, əsasən Ermənistanın Qaraqoyunlu mahalının Çay-kənd kəndindən və Göyçə mahalından didərgin salınmış Azərbaycanlı ailələr burada məskunlaşmışlar. Qədim tarixə malik Çaykənd kəndində elmi araşdırmalar aparmaq üçün qədimi abidələrlə zəngindir,rayon mərkəzindən uzaq və dağlıq ərazidə olmasına görə arxeoloqların nəzərini cəlb etməsə də,yaxın gələcəkdə elmə yeni töhfələrin verəcəyinə və kəndin qədim tarixinin üzə çıxmasına səbəb olacaqdır == Mədəniyyəti == Kənddə klub, kitabxana fəaliyyət göstərir, 1 orta məktəb binası, tibb məntəqəsi var. == Coğrafiyası və iqlimi == Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarının sərhədində yerləşir, kənd dağlarla əhatə olunub və 3 tərəfinin də dağlarla əhatələnməsi kəndin mənzərəsinə xüsusi ahəngdarlıq qatır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Arısu
Arısu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Əlinağılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Adını ərazidəki eyniadlı çaydan almışdır. Yaşayış məntəqəsi XIX əsrdə Arısu çayının sağ sahilində məskunlaşmış Qazax r-nundan gəlmiş ağsaçlı, Gədəbəy r-nunun Çalburun kəndindən gəlmiş didarlı, keçmiş Şovdu kəndindən gəlmiş atxanlı nəsilləri tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 459 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Baruq
Barıq (Qoşaçay)
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıcıq (Xoy)
Barıcıq (fars. برژوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (54 ailə).
Mudanya barışığı
Mudanya barışığı — 1922-ci ilin oktyabrın 11-də Mudаnyаda (Türkiyənin Mərmərə dənizi sahilində yaşayış məntəqəsi) Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti (Ismət paşa) ilə Böyük Britaniya (gen. Harrinqton), Fransa (gen. şarpi) və Italiya (gen. Mombelli) nümayəndələri arasında imzalanmış barışıq sazişi (оktyabrın 13-də Yunanıstanda Mudanya barışığına qoşulmuşdu) Mudanya barışığı türk xalqının Antanta dövlətlərinin təcavüzünə qarşı milli azadlıq müharibəsinin uğurla başa çatdığı və türk ordusunun İstаnbulа və Frаkiyаya həlledici hücuma hazırlaşdığı bir şəraitdə bağlanmışdı. İlk əvvəl danışıqların üç günə başa çatacağı gözlənilirdi. Lakin Mudanyada aparılan danışıqlar oktyabrın 3-dən 10-dək davam etmiş, bəzən isə kəsilmək təhlükəsi qarşısın da qalmışdı (hətta bir dəfə Antanta nümayəndələri Türkiyənin Frakiyanı bir ay ərzində boşaldaraq türklərə qaytarmaq tələbini öz hökumətləri ilə razılaşdırmaq üçün Mudanyanı tərk etmiş, İsmət paşa isə türk ordusuna İstanbul və Frakiya üzərinə irəliləmək əmri vermişdi). Mudanya barışığına görə yunan qoşunları Maritsa çayına qədər şərqi Frakiyanı (Ədirnə şəhəri də daxil olmaqla) boşaldıb türklərin ixtiyarına verməli, Maritsanın sağ sahili (Qaraağac da daxil olmaqla) isə sülh müqaviləsi bağlanana qədər müttəfiqlərin ixtiyarında qalmalı idi. Mudanya barışığında Türkiyə tərəfi güzəştə gedərək, "qarşıdakı sülh konfransının qəti qərarınadək İstanbul və Boğazlar zonasına" qoşun yeritməmək barədə təəhhüd götürmüşdü. Mudanya barışığı türk xalqının yadelli işğalçılara qarşı mübarizədə qazandığı böyük qələbənin beynəlxalq səviyyədə ilkin olaraq tanınması və təsdiqi idi. Mudanya barışığını imzalamaqla Antanta dövlətləri həm də TBMM hökumətini ölkənin yeganə qanuni hökuməti kimi tanıdılar.
Qarasuq mədəniyyəti
Qarasuq mədəniyyəti — Tunc dövrünə aid arxeoloji mədəniyyət. Andronovo mədəniyyətinin inkişaf etməsi və yayılması eyni zamanda proto-Türk yayılması və inkişafını göstərir. Bu mədəniyyət Altaylarda davam etdiyi sırada Minusinsk bölgəsində miladdan öncə 1000-ci illərdə Qarasuq mədəniyyəti adı verilən yeni bir mədəniyyət görünməyə başlayır. Miladdan öncə 800-cü illərdə Altaylarda və Minusinsk civarındakı bozqırlarda atlı köçərilər tamamilə hakim olmuşdur. Bəzi Monqol boylarının da atlı köçərilər halında yaşadığı anlaşılır. Bu tarixlərdə Qarasuq mədəniyyəti, yerini Altaylarda Mayəmir mədəniyyəti və Minusinskdə Taqar mədəniyyətinə buraxdı.
Qarışıq Milliyətlilik
Qarışıq milliyətlilik, fərqli milliyətlilik və ya qarışıq irqlilik (ing. Multiracial, half cast, mixed-race) — fərqli millətlərə və ya irqlər malik insanlar üçün istifadə olunan termindir. Bu termin ilə insanlar valideynlərinin mənsub olduğu ölkələrə, millətlərə, dinə və irqə görə ayrılır. Lakin bundan başqa bəzi təhqir xarakterli terminlərdə mövcuddur.
Qarışıq akasiya
Qarışıq akasiya (lat. Acacia confusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Çoxillik ağac bitkisidir və 15 m hündürlüyə qədər böyüyür. Növ Tayvanda, eləcə də Malayziyadan Filippinə qədər yayılmışdır. Ağacdan bu günlərdə musiqi alətləri, mebel və vanna kimi yüksək qiymətli ağac məhsullarının istehsalında istifadə edilir. Bitki xalq təbabətində istifadə olunur və Tayvanda bitki mənşəli dərman mağazalarından (草藥店) əldə etmək olar. Buna baxmayaraq, onun tibbi effektivliyini dəstəkləmək üçün heç bir klinik tədqiqat aparılmamışdır. Acacia richii auct.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda arealı vardır. Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Qarışıq iqtisadiyyat
Qarışıq iqtisadiyyat (ing. Mixed economy) — iqtisadiyyatda, əksərən bazar iqtisadiyyatının variyasiyası. Qarışıq iqtisadiyyat özü-özlüyündə ictimaiyyətin sosial problemlərinin həlli istiqamətində bir sıra məxsusi tipoloji — liberal, sosial orientasiyalı və sosial-demokratik modelləri ehtiva edir.
Qarışıq quşarmudu
Qarışıq quşarmudu (lat. Sorbus commixta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Saxalın, Yaponiya, Koreyada rast gəlinir. Hündürlüyü 7-10 m-dək (bəzən 18 m çatır) olan, yarpağını tökən ağacdır. Çətiri yumru və uzun, qabığı qonur gümüşü-boz rənglidir. Yarpaqların uzunluğu 20-30 sm, lələkvari formalı, 9-13 lansetvari yarpaqlı, ucu biz və kənarları dişlidir. Payızda yarpaqları tünd bənövşəyi və ya qırmızı rəngli olur. Çiçəklərin diametri 6-10 mm, beş ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkcikli, yazda və ya yayda diametri 9-15 sm olan qalxan əmələ gətirir. Meyvəsi diametri 7-8 mm olan, parlaq qırmızı giləmeyvədir, payızda yetişir. Şaxtaya davamlılıq dərəcəsi 5-9.
Qarışıq turşu
Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Ərzincan barışığı
Ərzincan barışığı (1917) — hərbi əməliyyatların dayandırılması haqqında Türkiyə hökuməti ilə Zaqafqaziya Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imzalanmış saziş. Barışığın şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin hər biri üçün məcburi idi. Sazişi pozan tərəflərdən biri hərbi əməliyyata başlamasını 14 gün əvvəldən bildirməli idi, əks halda, barışıq ümumi sülh müqaviləsi bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər öz ordularının strateji yerdəyişməsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkəz dövlətləri arasında ümumi barışıq sazişi imzalanacağı halda, onun maddələri Qafqaz cəbhəsi üçün də məcburi olmalıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələrin hərb gəmiləri arasında hərbi əməliyyatlar da dayandınlırdı. Osmanlı Baş komandanlığı Ərzincan barışığını Sovet Rusiyası ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalamaqla, dolayısı ilə onu Zaqafqaziya hökuməti kimi tanımış olurdu. Ərzincan barışığından sonra Rusiya üçün Qafqaz cəbhəsi dağıldı, rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarını tərk edərək, geri çəkilməyə başladı. Rusiya qoşunları geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər. Hüseyn Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998.
Kafalar qarışıq
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. == Mövzu == Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Qarışıq dil
Qarışıq dil — dilçilikdə fərqli dillərin elementlərinin bir-birinə inteqrasiya olunaraq tamamilə yeni bir dil yaratmasını ifadə edir. Bu tip dillər əsasən iki və ya daha çox dildə danışan icmalarda yaranır və ana dil olaraq istifadə edilir. Qarışıq dillər, adətən, sadəcə fərqli dillərin qarışıq formada istifadəsi deyil, iki dilin struktur elementlərinin birləşməsindən əmələ gələn yeni dillərdir. Qarışıq dillər sırf lüğət mübadiləsi və ya kod keçidindən fərqlənir, çünki burada fərqli dillərin qrammatik strukturları da bərabər şəkildə birləşir. == Başqa dillərlə müqayisəsi == Dilçilikdə bu termin bəzən pidgin və kreol dilləri ilə əlaqələndirilir. Bu dillər də müxtəlif dillərin təsiri altında yaranan qarışıq dillər kimi qəbul olunur, amma pidgin və kreol dilləri ilə əlaqələndirilir. Bu dillər də müxtəlif dillərin təsiri altında yaranan qarışıq dillər kimi qəbul olunur, amma pidgin və kreol dilləri ilə qarışıq dillər arasında fərqlər var. === Pidgin dilləri === İki və ya daha çox dilin daşıyıcılarının qarşılıqlı anlaşma üçün yaratdığı sadələşdirilmiş dillərdir. Pidgin dilləri adətən məhdud kontekstlərdə, məsələn, ticarət və ya müvəqqəti ünsiyyət üçün istifadə edilir və ana dili kimi danışılmır. === Kreol dilləri === Pidgin dillərinin ana dili olaraq danışılmağa başlanması və zamanla inkişaf etməsindən yaranan dillərdir.
Sarısu (Beyləqan)
Sarısu — Azərbaycan Respublikasının Beyləqan rayonunun Şərq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Sarısu (Göygöl)
Sarısu — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Sarısu oyk., sadə. Beyləqan r-nunda qəsəbə. Düzənlikdədir. Böyük Vətən müharibəsindən sonra yaranmış yaşayış məntəqəsi Mil düzündəki Sansu adlı göllər qrupunun adı ilə adlandınlmışdır; Göygöl r-nunda kənd. Sarısu çayının sahilində, dağətəyi ərazidədir. Kənd Kürəkçayın sağ qolu olan Sarısu çayının adı ilə adlandırılmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 448 nəfər əhali yaşayır.
Sarısu (Puldəşt)
Sarısu (fars. ساري سو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (42 ailə).
Sarısu (göl)
Sarısu gölü — Azərbaycan Respublikasının ən böyük gölü olub, İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 min m³, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1–3 m, sahilə yaxın hissələrində 0,1–0,9 m arasında dəyişir. Bəzi illərdə (1976-cı ildə) Kür çayının daşqın suları gölün həcmini 3–5 dəfə artırıb. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır.