Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bədrə
Bədrə — İranın İlam ostanının Dərəşəhr şəhristanının Bədrə bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,775 nəfər və 868 ailədən ibarət idi.
Bədrə qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Bədərə
Bədərə (dağ) — Əsgəran rayonunda dağ. Bədərə (çay) — Kəlbəcər və Əsgəran rayonlarından axan çay. Bala Bədərə (çay) — Əsgəran rayonunda çay.
Bərdə
Bərdə — Azərbaycan Respublikasının Bərdə rayonunun Bərdə şəhər inzibati ərazi dairəsində şəhər, Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Bəsrə
Bəsrə (Ərəb dili:البصرة) — Cənubi İraqda şəhər. Bəsrə mühafazasının inzibati mərkəzi. Əhalisi 2,02 mln. nəfər (2005). İran körfəzinin 55 km-liyində, Şətt-ül-ərəb çayında port (1980-ci illərədək qabarma zamanı okean gəmiləri daxil ola bilirdi; sonralar çay yatağını lil basdığından yalnız kiçik tonnajlı gəmilər daxil olur). Nəqliyyat qovşağı. Beynəlxalq hava limanı var. == Tarixi == Bəsrənin əsasını 637/638 ildə xəlifə Ömər ibn əl-Xəttab qoymuşdur. Bəsrə VIII– IX əsrlərdə ərəb-müsəlman mədəniyyətinin formalaşmasının (Bəsrə əhalisi mürəkkəb etnik-irqi müxtəlifliyi ilə seçilirdi; burada ərəblər, farslar, Hindistan və Afrika xalqları yaşayırdı), İraqın siyasi və iqtisadi həyatının, həmçinin tunc, saxsı və şüşə məmulatı istehsalının mühüm mərkəzlərindən idi. 762-ci ildə Abbasilər paytaxtı Bağdada köçürdükdən sonra Bəsrə iqtisadi mövqeyini tədricən itirməyə başladı.
Vedrə
Vedrə — maye və qırıntı materiallarının saxlanması və kiçik məsafələrə nəql olunması üçün istifadə olunan qab. İlk dəfə vedrələrdən Bibliyada istifadə olunmuşdur. Vedrələrin həcmi 3 -30 litrə qədər olur, amma əvvəllər vedrələrin həcmi təxminən 12 litr olurdu.
Sədrə
Sədrə — zərdüştilərin kuşti ilə birlikdə geyindiyi alt paltar üçün Avesta termini. Bir parça nazik pambıq parçadan hazırlanır. Sədrə geniş yaxalıqlı və minimal qolludur. Ümumilikdə 9 tikiş var, onların sayı simvolik məna daşıyır. Zərdüştilər belindəki sədrənin üstündə öz dinlərinə mənsubluğun əsas simvolu olan kuştini bağlayırlar. "Sədrə" adının dəqiq etimologiyası yoxdur. Anketil-Düperron sözün köklərini "Avesta"dan çıxarmışdır. Ona görə, bu söz "faydalı geyim" kimi tərcümə edilən "stəhrpaesah" epitetindən törəmişdir.
Bərə
Bərə — iri çaylardan və göllərdən ağır yükləri keçirmək üçün istifadə olunan su nəqiliyyatı vasitəsi. Bərədən, bir qayda olaraq, iri çaylardan ağır yükləri keçirmək üçün istifadə olunduğundan o, iki qayıq üzərində qurulmuş taxta meydançadan ibarət olurdu. Bərənin işlədiyi yer keçid adlanırdı. Adətən keçidlərə onların yerləşdiyi ərazilərin adları verilirdi. Bu dövrdə Kür çayı üzərində əsas keçidlər Qaradonlu, Sabirabad, Cavad, Surra, Mollakənd, Zərdab, Pirazı, Mingəçevir, Araz çayı üzərində isə Abbasabad, Saatlı və Bülqan ərazisində idi. Naxçıvan ərazisində Araz çayı üzərində həmçinin Qaqac, Dərəşam və Culfa keçidləri də var idi. Culfa keçidindəki bərə ilə keçib Təbrizə, Abbasabad keçidindəki bərə ilə isə Məkkəyə getmək mümkün idi. Bu keçidlərdə hər biri 300 puda qədər yük götürən bərələr işləyirdi. Körpülərin salınması mümkün olmayan yerlərdə bərə indi də su nəqliyyatı vasitəsi kimi öz əhəmiyyətini saxlamaqdadır. Kür və Araz çayları üzərindəki bir çox keçidlərdə hazıda da bərdən istifadə olunur.
Cəyirli (Bərdə)
Cəyirli — Azərbaycan Respublikasının Bərdə rayonunun Güloğlular inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Əhalisi 853 nəfərdir (2009).
Dəymədağlı (Bərdə)
Dəymədağıldı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Dəymədağıldı (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Dəymədağıldı (Bərdə)
Dəymədağıldı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Dəymədağıldı Bərdə r-nunun ġirvanlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Bəzən Dəymədağlı variantında işlənir. Tədqiqatçıların ehtimalına görə, oykonim XIX əsrdə Cavad qəzasında yaşamış kəbirlilərin arıqməhəmmədli tayfasının eyniadlı tirəsinin adı ilə bağlıdır. 16 ailədən ibarət olan bu tirə Ağburun adlı yerdə yaşamışdır. XIX əsrdə Azərb.-da bu tirənin adını daşıyan 6 kənd olmuşdur.
Hacallı (Bərdə)
Hacallı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Hacıalılar kəndi Xəsili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıalılar kənd Soveti yaradılmışdır.
Hacılar (Bərdə)
Hacılar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
Hacılı (Bərdə)
Hacılı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Hüseynalılar (Bərdə)
Hüseynalılar — Azərbaycan Respublikasının Bərdə rayonunun Mustafaağalı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yerli əhali arasında Söynaklılar kimi də işlədilir. Hüseynalılar nəslinin adını daşıyır. Oykonim “Yaşayış məntəqəsi boyəhmədli tayfasının hüseynalı tirəsinin özlərinə məxsus qışlaq yerində daimi məskunlaşması nəticəsində yaranmışdır (2,527). Oykonim Hüseynalı// Hüseynəli antroponimi və -lar cəm şəkilçisinin birləşməsindən yaranıb, “Hüseynalının nəslindən olanlar, hüseynalılar” mənasındadır. Hüseyn ərəb mənşəli söz olub mənası “gözəl, göyçək” Hüseynalılar kənd adına Ağdam və Cəbrayıl rayonlarında da rast gəlinir.
Hüseynbəyli (Bərdə)
Hüseynbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Hüseynbəyli Bərdə r-nunun ġirvanlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Hüseyn bəy adlı şəxsə məxsus qışlaq yerində maldarlıqla məşğul olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər həmin ərazi Hüseynbəy Tərəkəmə adlanırdı. Füzuli r-nu ərazisində də eyniadlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Həsənli (Bərdə)
Həsənli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Həsənqaya (Bərdə)
Həsənqaya — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. İkinci Dünya müharibəsi illərində kənd dağıdılmışdı. 1948-1949-cu illərdə Ermənistandan zorla qovulmuş azərbaycanlı ailələr burada məskunlaşmış və yaradılmış yeni yaşayış məntəqəsi köhnə kəndin adını qəbul etmişdir.
Kolayır (Bərdə)
Kolayır — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. 10 dekabr 2015-ci il tarixdə Bərdə rayonunun Kolayır, Vəliuşağı və Mirzəxan Qaraqoyunlu kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zahid Oruc, "Azəriqaz" İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov iştirak etmişlər.
Kərimbəyli (Bərdə)
Kərimbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Kənd Yeni Əyricə kənd sovetliyinə daxildir. Qalabəyovlar nəslindən olan Kərim bəy Qalabəyovun kəndidir.Qarabağ düzundədir. Kür və Tərtər çaylarının yaxınlığında yerləşir. Kənddə ibtidai məktəb, kitabxana və həkim məntəqəsi fəaliyyət göstərir.
Lək (Bərdə)
Lək — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Kənddə müəyyən sayda qaraçılar da məskunlaşmışdır. Tədqiqatçılar bu oykonimi Qafqaz Albaniyasında yaşamış qədim leq/lək tayfasının adı ilə əlaqələndirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur.
Mehdili (Bərdə)
Mehdili — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Mehdixanlı (Bərdə)
Mehdixanlı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Mollalı (Bərdə)
Mollalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Səfiyar Behbudov — Azərbaycanın Milli Qəhrəmanı.