Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Luçano Berio
Luçano Berio (24 oktyabr 1925[…], İmperiya[d], Liquriya – 27 may 2003[…], Roma) — eksperimental işi (xüsusilə 1968-ci ildəki "Sinfonia" kompozisiyası və Sequenza adlı virtuozik solo əsərlər silsiləsi) və elektron musiqi sahəsində qabaqcıl işi ilə tanınan italyan bəstəkarı.
Berzo San Fermo
Berzo San Fermo (it. Berzo San Fermo) İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo vilayətində yerləşir. Əhalisi 1227 nəfərdir (2008), əhalinin sıxlığı 212 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Kommunanın himayədarı müqəddəs San Fermo e San Rustico di Veronadır.
Bərdə gəmi-bərəsi
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Beason
Beason — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 13769 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13 km²-dir. Ərazinin 12 km² hissəsi quru, 0,26 km² hissəsi isə sudur. == Əhali == 2000-cu ilin statistikasına əsasən şəhərin əhalisi 13808 nəfərdir. Şəhərdə 5091 ev və 3360 ailə vardır. Əhalinin tərkibini 68,37% ilə ağdərililər, 31,63% ilə afroamerikalılar, 1,31% ilə asiyalılar, 0,31% ilə yerli amerikalılar, 6,92% ilə isə digər etnik qruplar təşkil edir. Şəhərdə Sakit okean adalıları yoxdur.
Belsı
Belsı və ya Beltsı (mold. Bălţi/Belisty) — Moldovada şəhər. == Əhali == Doğulanlar (2010): 1573 (1000 nəfərə 10.6) Ölənlər (2010): 1447 (1000 nəfərə 9.7) Təbii artım (2010): 126 (1000 nəfərə 0.9) Etknik qruplar, 2014: Qeyd: * Moldovada etnik olaraq rumınlar və moldovanları ayırmaqda müəyyən mübahisələr var. Siyahıyaalınmalara görə Belsının illər ərzində əhalisi sayındakı dəyişmə.
Benqo
Benqo əyaləti (port. Bengo) — Anqolanın 18 rəhbərlik bölgəsindən biridir. Ölkənin şimalında yerləşir. İdarə mərkəzi Caxito şəhəri olan əyalətin sahəsi 41,000 km², 2006-ci ilin təxmini əhalisi 460,508 nəfərdir. == Əyalətin bələdiyyələri == Benqo Əyaləti, öz içində 5 bələdiyyəyə ( municípios ) ayrılırlar. Bunlar aşağıdakı cədvəldə göstərilmişdir : == Komunləri == Benqo Əyalətinin 5 bələdiyyəsi olan bölmələr (comunas) aşağıda göstərilmişdir: Ambre Barra do Dandi Bela Vista Bom Jesus Bula-Atumba Calomboloca Catete Caxito Dembo Chio Gombe qəbir Kage Kanacassala Kazua Kiaje Kibaxe Kicunzo Kikabo Kixico Kixinje Mabubas Mumbondo Muxiluando Muxima Pango-Aluquem Paredes Piri São José das MATAS Təbii Ucua Zala == İstinadlar == == Xarici keçidlər == www.info - angola.ao Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine Angola Statistics: Bengo Arxivləşdirilib 2009-10-15 at the Wayback Machine.
Bento
Bento (弁当) – Yaponiya mətbəxində bir porsiya şəklində servis edilən hazır və ya evdə paketlənmiş yemək. Ənənəvi bentoya qutuya qoyulmuş düyü və ya əriştə, balıq və ya ət, bişmiş tərəvəzlərdən ibarətdir. Qutunun içində mütləq tərəvəz, oniqiri, ət məhsulu (bir parça toyuq, balıq və ya sosiska), şirniyyat və meyvə olur. Bəzən yumurtadan da istifadə olunur. Qablar bir istifadəlik toplu istehsaldan əl işi olanlara qədər fərqlilik göstərir. Yaponiyada dükkanlar, bento mağazaları (弁当屋, bentō-ya), qatar stansiyaları və supermarketlərdə hazır şəkildə satılmasına baxmayaraq, yapon qadınlar həyat yoldaşları, uşaqları və özləri üçün xüsusi olaraq bu qutuları hazırlamağa daha çox üstünlük verirlər. Bentolar kyaraben adlandırılan və mənası "personaj bentosu" olan stildə xüsusi şəkildə də hazırlana bilərlər. Kyaraben stilində yeməklər anime, manqa və ya videooyun personajlarına bənzədilir. Bir başqa bento stili oekakiben adlanır. Mənası "rəsm bentosu"dur.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bergü
Beril
Beril — mineral, Al2Be3[Si6O18]. == Haqqında == Beril adətən 5-7% qədər Na, Li, K, bəzən Rb, Cs, (OH) daşıyır. Heksaqonal təbaşirləri prizmatik, tək-tək, bəzi hallarda druzlar şəklində rast gəlir. Ayrılma {0001} üzrə qeyri-mükəmməl. Aqreqat: kip, dənəvər. Rəngi adətən ağ, yaşılımtıl, sarımtıl. Parıltı: şüşəli. Sərtlik 7,5-8. Xüsusi çəkisi 2,8. Qranit və qranit peqmatitlərin boşluqlarında, kvars-muskovitli damarlarda, pla­gioklazit və qreyzenlərdə tapılır.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bərdə
Bərdə — Azərbaycan Respublikasının Bərdə rayonunun Bərdə şəhər inzibati ərazi dairəsində şəhər, Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Bərqov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Bərqə
Bərqə (ərəb. برقة‎ Barqa; q.yun. Βάρκη Bárkē) — Liviyada yerləşən qədim şəhər. Qədim Yunan və daha sonra Əhəmənilər, Roma və Bizans imperiyalarından asılı olmuşdu. VIII əsrin əvvəllərində ərəblər Şimali Afrikanı tutdular. Şimali Afrikaya vali təyin edilən Üqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə yanaşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qeyrəvanı inşa etdirmişdir. Üqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqəni seçmişdir. Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub edərək Tərabülüs əl-Qərb ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi ordu isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır. Üqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbülmühaciri bu bölgəyə vali təyin etmişdir.
Bərğov
Bərğov – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bərqov oyk, sadə. Quba rayonunun Vəlvələ i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XIX əsrin ortalarına aid sənədlərdə indiki Birinci Nügədi kəndinə məxsus torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin ərazi XIX əsrin sonlarında Zərqava kəndi əhalisinin istifadəsinə verilmişdir. Kəndin ərazisi Vəlvələçaydan çəkilmiş bəndlərlə suvarılır. Azərbaycan dilinin dialektlərində bər "axar suyun qarşısını kəsmək üçün maneə, bənd" mənasında işlənir. Yerli əhalinin dilində Bərğov kimi tələffüz olunan oykonim "suyun bəndə salındığı yer və ya bəndə salınmış çay" mənasına uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 793 nəfər əhali yaşayır.
Hacallı (Bərdə)
Hacallı — Azərbaycan Respublikasının Bərdə rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Hacıalılar kəndi Xəsili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıalılar kənd Soveti yaradılmışdır. == Əhalisi == === Tanınmış şəxsləri === Elxan Zeynalov – Birinci Qarabağ müharibəsi iştirakçısı.
Hacılar (Bərdə)
Hacılar — Azərbaycan Respublikasının Bərdə rayonunun Hüseynalılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
Hacılı (Bərdə)
Hacılı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Hyrcanogobius bergi
Berq xulu (lat. Hyrcanogobius bergi) — Xulkimilər fəsiləsinə aid olan balıq növü. Xəzər dənizinin endemik növüdür. Pelaqik növdür. 3.6 sm uzunluğa malikdir. Növün latınca adı sovet coğrafiyaşünası və zooloqu Lev Berqin şərəfinə verilmişdir. == Təsərrüfat əhəmiyyəti == Vətəgə əhəmiyyəti yoxdur. == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, 145.
Hüseynalılar (Bərdə)
Hüseynalılar — Azərbaycan Respublikasının Bərdə rayonunun Hüseynalılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Yerli əhali arasında Söynaklılar kimi də işlədilir. Hüseynalılar nəslinin adını daşıyır. == Oykonimi == Oykonim “Yaşayış məntəqəsi boyəhmədli tayfasının hüseynalı tirəsinin özlərinə məxsus qışlaq yerində daimi məskunlaşması nəticəsində yaranmışdır (2,527). Oykonim Hüseynalı// Hüseynəli antroponimi və -lar cəm şəkilçisinin birləşməsindən yaranıb, “Hüseynalının nəslindən olanlar, hüseynalılar” mənasındadır. Hüseyn ərəb mənşəli söz olub mənası “gözəl, göyçək” Hüseynalılar kənd adına Ağdam və Cəbrayıl rayonlarında da rast gəlinir.
Hüseynbəyli (Bərdə)
Hüseynbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Hüseyn bəy adlı şəxsə məxsus qışlaq yerində maldarlıqla məşğul olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər həmin ərazi Hüseynbəy Tərəkəmə adlanırdı. Füzuli r-nu ərazisində də eyniadlı yaşayış məntəqəsi qeydə alınmışdır.
Kolayır (Bərdə)
Kolayır — Azərbaycan Respublikasının Bərdə rayonunun Kolayır kənd inzibati ərazi dairəsində kənd. 10 dekabr 2015-ci il tarixdə Bərdə rayonunun Kolayır, Vəliuşağı və Mirzəxan Qaraqoyunlu kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Zahid Oruc, "Azəriqaz" İstehsalat birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Elməddin İbrahimov iştirak etmişlər.
Lək (Bərdə)
Lək — Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi dairəsində kənd. Kənddə müəyyən sayda qaraçılar da məskunlaşmışdır. == Toponimikası == Tədqiqatçılar bu oykonimi Qafqaz Albaniyasında yaşamış qədim leq/lək tayfasının adı ilə əlaqələndirirlər. Mənbələrdə legk, legi, lərg formasında qeyd olunan bu tayfa müasir ləzgilərin əcdadları olmuşdur.
Milan Baroş
Milan Baroş (çex. Milan Baroš 28 oktyabr 1981[…]) — Çex futbolçu. Türkiyənin Qalatasaray klubunda oynayır. 2000-ci ildə İlin istedad mükafatın İlin Çex Futbolçusu mükafatlarında aldı.
Mollalı (Bərdə)
Mollalı — Azərbaycan Respublikasının Bərdə rayonunun Mollalı kənd inzibati ərazi dairəsində kənd. Qarabağ düzündədir. == Əhalisi == Səfiyar Behbudov — Azərbaycanın Milli Qəhrəmanı.