Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piq-Biç
Piq-Biç (ing. Pig Beach) — Baham adalarında ada. Eksuma adalarının bir hissəsidir. Əhalisi yoxdur. Ada Piq-Aylend, Meycor-Ki, Bir-Meycor və rəsmi olaraq Biq-Meycir-Ki olaraq tanınır. Piq-Biç bir çəkməni xatırladan nizamsız formaya malikdir. Şimaldan cənuba ada 1.8 kilometr (1.1 mil) uzanır, maksimum eni 1.6 kilometr (0.99 mil) çatır, təxmini sahəsi 0,9 km2-dir. Adada kiçik göllər əmələ gətirən üç içməli su mənbəyi var. == Mədəniyyətdə == Ada Cennifer Nolanın "Donuz adasının sirri" adlı uşaq kitabına, həmçinin Sandra Boyntonun mahnısı adaya həsr olunmuşdur.
Big Fun
Big Fun (azərb. Böyük əyləncə‎) – C. C. Catch-in 1988-ci ildə çıxardığı musiqi albomudur. Bu albom Diter Bolenin C. C. Catch üçün çıxardığı sonuncu albomudur..
Big Time
Big Time (azərb. Böyük vaxt‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır.
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. == Haqqında == Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Biq Ben
Biq Ben (ing. Big Ben) — Londonda yerləşən zəngli saat qülləsi. Vestminster saray kompleksinin bir hissəsi. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın fəxri və rəmzi sayılır. Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilmişdir. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınmışdır. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir.
Little Big
Little Big — Sankt-Peterburqda yaradılan, reyv- və hip-hop-qrupu. Little Big musiqi qrupu 2013-cü ildə yaranmışdır. Onların 2018-ci ildə ifa etdikləri "Skibidi" mahnılası böyük populyarlıq qazanmışdı. Qrup Rusiyanı 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.
Bir ailəlik bağ evi
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...
Zığ-zığ
Adi zığ-zığ (lat. Garrulus glandarius) — zığ-zığ cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 34 sm, kütləsi 160 q-dək olur. Lələkləri yumşaqdır. Rəngi qırmızımtıl-boz, quyruğu qaradır. Qanadının üzərində qara xallı mavi ləkə, başında qara ləkəli kəkili var. Avropada, Asiyada və Şimal-Qərbi Afrikada yayılmışdır. , Azərbaycanda Qafqaz meşələrində rast gəlinir. Payızda və qışda köçür. Ağacda düzəltdiyi yuvaya 5—7 ala-bəzək yumurta qoyur.
Big Bang (qrup)
Big Bang — YG Entertainment tərəfindən qurulmuş Cənubi Koreya musiqi qrupu. Qrup 2006-ci ildə qurulub. Musiqi qrupu 5 üzvdən ibarətdir. Üzvləri T.O.P, Taeyang, G-Dragon, Daesung, Seungri.Qrupun fandomu VIP adlandırılır.
Big Fun (albom)
Big Fun (azərb. Böyük əyləncə‎) – C. C. Catch-in 1988-ci ildə çıxardığı musiqi albomudur. Bu albom Diter Bolenin C. C. Catch üçün çıxardığı sonuncu albomudur..
Big Hit Music
Big Hit Music (Koreyaca: 빅 히트 뮤직) 2005-ci ildə Bang Si-hyuk (ing. Bang Si-hyuk tərəfindən yaradılan Cənubi Koreyanın bir əyləncə şirkətidir. 2021-ci ilin mart ayında ana şirkəti Hybe Corporation, əvvəllər Big Hit Entertainment Co. Ltd. tərəfindən Big Hit Music olaraq rebrend edildi. Həmin tarixdən etibarən şirkət solist Lee Hyun-u , BTS və TXT oğlan qruplarını idarə edir — əvvəllər solist Lim Jeong-hee və 8Eight, 2AM ve Glam qruplarını da idarə edirdi.Şirkət Hybe Corporation şirkətinə bağlıdır. == Tarixçə == === 2005–2021: Big Hit Entertainment === Big Hit Entertainment 1 fevral 2005-ci ildə qurulmuşdur və 2007-ci ildə 8Eight vokal triosunu qurmuşdur. 2010-cu ildə şirkət, 2AM oğlan qrupu üzərində JYP Entertainment ilə ortaq idarəetmə müqaviləsi imzaladı. O il Banq Şihyuk (Bang Si-hyuk), BTS-in ilk üzvü olaraq RM-lə müqavilə imzaladı və qrupun digər üzvlərini cəlb etmək üçün ümummilli seçmələrə başladı —BTS Big Hit altında 13 iyun 2013-cü ildə ilk çıxışını etdi. 2012-ci ildə şirkət Lim Conqhe(Lim Jeong-hee) ilə müqavilə imzaladı və Source Music ilə əməkdaşlıq olaraq GLAM qız qrupunu qurdu.
Big Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Biq-Aylend adası
Biq-Aylend adası (ing. Big Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Ada Hudzon boğazının şimalında, Uayt boğazı ilə ayrıldığı böyük Baffin Torpağı adasından 4 kilometr cənubda yerləşir. Adanın 105 km cənub-qərbində Unqava yarımadası yerləşir. Adanın sahəsi 803 km², sahil xəttinin uzunluğu 309 km-dir. Adanın şərqdən qərbə uzunluğu 62 km, maksimum eni 24 km-dir. Landşaft hündürlüyü 360 metrə çatan yuvarlanan təpələrdən ibarətdir. Şimal sahilinə eniş cənubdan daha dikdir. Adanın yaxınlığında, xüsusən onun qərb və şərq uclarına yaxın çoxsaylı kiçik adalar yerləşir.
Biq-Ben (Herd)
Biq-Ben — aktiv bazalt stratovulkanı. Öz növbəsində Kergelen silsiləsinin ən böyük zirvəsi. Herd adası və Makdonald adaları sualtı Kergelen platosunda yerləşir. O Hind okeanında səthə çıxaraq adaları əmələ gətirir. Şimaldan isti, cənubdan isə soyuq sularla əhatələnir. Herd adasının ən hündür yeri buzla örtülü olan Biq-Bendir. Mouson piki daim buzla örtülü olmasına baxmayaraq vulkan külü açıq şəkildə görünür. Pikin sıldırımlığı, əlçatmaz bölgədə yerləşməsi səbəbindən dağa yalnız üç dəfə çıxılmışdır. Burada yerləşən buzlaq ən kövrək buzlaqdır. Makdonald adaları Herd adasından 44 km qərbdə yerləşir.
Biq-Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Biq Mak İndeksi
Biq Mak İndeksi (ing. The Big Mac İndex) — Böyük Britaniyanın "The Economist" jurnalı tərəfindən 1986-cı ildən etibarən hesablanır. İndeks ABŞ-nin "McDonald's" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir. "The Economist" jurnalı tərəfindən belə hesab olunur ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-də satılan "Biq Mak"ın qiyməti götürülür. Əgər hər hansı ölkədə "Biq Mak"ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə "şişirdilib". Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər "Biq Mak" ABŞ-dəki qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.
Big Time Rush
Big Time Rush (ing. Big Time Rush) — Scott Fellovs tərəfindən yaradılmış və ilk olaraq 28 noyabr 2009-cu ildən 25 iyul 2013-cü ilə qədər Nickelodeon-da yayımlanan Amerika musiqili sitkom televiziya serialıdır. == İstehsal == Serial əvvəllər Ned's Classified School Survival Guide-nin yaradıcısı, icraçı prodüseri və şounun rəhbəri olan Scott Fellovs tərəfindən hazırlanmış və yaradılmışdır. Fellovs deyir ki, onun şou üçün ilhamı musiqili komediya şousu olan «The Monkees» - rok qrupu yaradan və komediya sərgüzəştləri keçirərkən mahnı ifa edən dörd gəncdən ibarət qrup haqqında idi. Həmin qrup 1960-cı illərdə məşhur və mədəni əhəmiyyətli Amerika televiziya serialı olub. Big time rush serialı 2007-ci ildə bir konsepsiyası olsa da, 2009-cu ilin avqustuna qədər serialın əsl adı yox idi. == Kasting == Ümummi kastinq 2007-ci ildə başladı. Dörd əsas rol üçün 1500-dən çox yeniyetmə və gənc iştirak edib. Serialın heyətinə ilk qoşulanlar Ceyms Maslow və Logan Henderson olub. Ən son qoşulan Kendall Şmidt olub.
.biz
.biz — biznes-strukturlar üçün yuxarı səviyyəli ümumi domendir. Domen .com domenini yüngülləşdirmək məqsədi ilə 2001-ci ildə yaradılmışdı. Domenin adlandırması zamanı 3-dən 63-ə qədər simvol olmalıdır. BIZ domeni öz adının mahiyyətini ingilis dilində olan business (biznes, iş, kommersiya fəaliyyəti) sözündən götürmüşdür. BIZ domen zonası COM, NET və ORG zonalarının həddən artıq yüklənməsini qarşısını almaq üçün yaradılmışdır.
BMG
Bertelsmann Music Group — əsası 1987-ci ildə qoyulan Alman səsyazma qrupudur. 2004-cü ildə Sony ilə Sony BGM adı altında birləşmişlər.
BTQ
Bakı–Tbilisi–Qars və ya Bakı–Tiflis–Qars dəmir yolu xətti (abr. BTQ) — 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsi. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il sonra 2015-ci il 2016, və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən açılışı elan edildi.Bu dəmiryolu ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda olacaq. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirmək məqsədi daşıyır. Bu dəmiryolu ilə üçüncü istismar ilində 3–5 milyon ton, beşinci istismar ilində 6–8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. == Əvvəlki xətt == Poti-Tbilisi-Bakı dəmiryolunun (Cənubi Qafqaz dəmiryolu) tikintisi 1883-cü ildə başa çatdırılıb və o vaxtdan bəri Cənubi Qafqazın əsas dəmiryolu olaraq qalırdı.1899-cu ildə Tbilisidən Marabdaya, Gümrüyə və Qarsa qədər olan qolun (Qars-Gümrü-Tbilisi dəmiryolu) tikintisi başa çatdırılıb. Ermənistan və Türkiyə arasındakı münasibətlərin pis olması səbəbindən bu dəmiryolu bağlı qalıb. 1986-cı ildə Marabdadan Axalkalakiyə qədər qərb istiqamətində 160 km uzunluğunda dəmiryolu tikintisi başa çatdırılıb.
Bağ
Bağ (anatomiya)
BiP
BiP Turkcell tərəfindən iOS və Android istifadəçiləriüçün hazırlanmış mesajlaşma tətbiqidir və pulsuz istifadə edilə bilər. BiP; App Store, Google Play və Huawei AppGallery- dən pulsuz yükləyə bilərsiniz..Tətbiqdə itirilmiş mesaj, yumor yaratmaq, hər kəslə ünsiyyət qurma, qrup mesajlaşma və yer paylaşımı, oyunlar, pul köçürməsi kimi xüsusiyyətlərə malikdir.Tətbiq ilə istifadəçilər birbirinə mesaj, rəsim, video, və ses göndərəbilərlər. İtirilmiş mesaj xüsusiyəti ilə vaxtla silinən mesaj göndərə bilərlər. Tətbiqi işlətməyənlərə tətbiqdən SMS göndərməq mümkündür. Caps yəni yumor (mem) yaratma xüsusiyəti ilə insanlar şəkillərlə Caps yaradıb, paylaşabilir.
Bia
Biansa Miquela Landrau (ing. Bianca Miquela Landrau; 16 avqust 1990, Medford[d], Massaçusets) — əsasən Bia ləqəbi ilə tanınan ABŞ musiqiçisi. == Həyatı == Bia 16 avqust 1991-ci ildə Massaçusets ştatının Medford şəhərində anadan olmuşdur. Əslən Porto-Rikalı və italyandır. Qısa müddət kollecdə oxusa da, buranı tərk edib musiqi karyerasına addım atmışdır. 2017-ci ildə Los-Ancelesə köçdü.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. == Əhalisi == Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). == Coğrafiyası == Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. == Tarixi == 1230-cu ildən məlumdur. == İqtisadiyyatı == İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.