1. Kişilərin üst dodaqlarının üstündə qırxılmamış saxlanan tük topası.
Gələn oğlanın nazik, qara bığları … geriyə daranmış uzun saçlarına qısılmış balaca qulaqları vardı.
Cuma əsgərlərdən birinin sallaq bığlarını görürdü.
2. Heyvanların üst dodaqlarının hər iki tərəfindən çıxan uzun sərt tüklər. Pişik bığları. Pələng bığları.
◊ Bığ(ının) yeri (yenicə) tərləmək – həddibüluğa çatmaq.
Bığ yeri yeni tərləyən bu gənc [Qasım ağa] naxışlı corabları ilə xalının üzəri ilə səssiz yüyürərək atasına yanaşdı.
Bığının yeri yenicə tərləyən Kərim, ilk vaxtlardan hər cür ağırlığa dözməyə və qayğı çəkməyə başlamışdı.
Bığını burmaq məc. – lovğalanmaq, özünə güvənmək, təşəxxüs satmaq.
Bığının altından gülmək – istehza etmək, ələ salmaq.
Bığının altından keçmək – rüşvət vermək.
Uzun-uzadı danışıqdan sonra başa düşdük ki, gərək … Qəninin bığının altından keçək.