Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biqulya
Biqulya (fr. Biguglia, kors. Biguglia) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Borqo kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B037. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 6365 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli (15-64 yaş) 4364 nəfərdən 3141 nəfəri iqtisadi fəal, 1223 nəfəri qeyri-fəal (fəaliyyət göstəricisi 72,0%, 1999-cu ildə 65,0%) olmuşdur. 3141 fəal əhalinin 2871 nəfəri (1600 kişi və 1271 qadın) işləyir, 270 nəfəri işsizdir (77 kişi və 193 qadın).
Mihulka
Mihulka (çex. Mihulka) və ya silindrik Barıt qülləsi (çex. Prašná věž)— Praqa qəsrinin şimal hissəsində yerləşir və onun tarixi istehkamlarının tərkib hissəsidir. Praqa qəsrinin təhlükəsizliyi səbəbləri üzündən 1485-ci ildə memar Benedikt Reyt qala divarlarını möhkəmləndirmək məqsədilə şimal tərəfdən üç müdafiə istehkamı: Daliborka (həbsxana kimi istifadə olunurdu), Ağ və Barıt qüllələrini inşa etmişdi. Qüllələrin ətəklərində məşhur Maral xəndəyi yerləşir. Barıt qülləsi çox mühüm top batalyonu, eləcə də ən etibarlı və müasir istehkam obyekti idi. Onun diametri 20 metr, ümumi hündürlüyü isə 44 m olmuşdur. Onun dörd mərtəbəsi və beş zirzəmisi var idi, burada müxtəlif kolibrli döyüş silahları üçün atıcılıq meydançası yaradılmışdı. 1541-ci ildə Hradçanı və Mala Strana rayonlarında ciddi yanğın hadisəsi baş vermişdi və onun nəticəsində qüllə tamamilə dağılmışdı. Qüllənin yenidən bərpası kilsə zənglərinin tökməsi və silah istehsalı ilə məşğul olan Tomas Yaros tərəfindən həyata keçirilmişdi.
Birka
Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi Avropa və Şərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi. Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür. == Tarix == Birka, ticarəti idarə etmək və genişləndirmək üçün bir padşah tərəfindən qurulmuşdu. Skandinaviyanın ən erkən şəhər yaşayış yerlərindən biridir. Birka, Ladoga (Aldeigja) və Novqorod (Holmsgard) yolu ilə Bizans İmperiyası və Abbasilər Xilafətinə gedən çay və portaj yolundakı Baltik bağlantısı idi. Birka, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən qurulan ilk məşhur xristian icmasının yeri kimi də əhəmiyyətlidir. Birka, həmçinin, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən təsis edilmiş xristian icması kimi tanınırdı.
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Kəsmikli bulka
Soyuq burulma imitatoru aparatı
Soyuq burulma imitatoru aparatı (Cold-Cranking Simulator CCS) — rusca "Симулятор холодного проворачивания" – motor yağlarının mənfi temperaturlarda (mənfi 35 — mənfi 50C –dək) özlülüklərini təyin edir. Bu üsul soyuq şəraitdə yağların işə salınmasında özlülüklərin imitasiyası üçündür və istifadə olunan üsul- ASTM D5293 beynəlxalq standartlara uyğundur. == CCS aparatının istifadəsinin məqsədi == Dirsəkli valın aşağıtemperatur özlülüyü SAE J300 təsnifatına əsasən dörd əsas özlülük gösrəcilərindən biri olub və motor yağının özlülüyünü düzgün qiymətləndirilməsi üçün istifadə edilir. Odur ki, hazır motor yağının hansı özlülük sınfinə uyğunluğunu müəyyənləşdirmək üçün bu yağ üçün CCS göstəricisini təyin etmək lazımdır. == İş prinsipi == CCS aparatı temperaturu nəzarətdə saxlayan kamera ilə təchiz olunub.(Qlikol ilə) . Mühərriklə idarə olunan stator kameranın içində yerləşir Sınanan nümunəni sınaq kamerasına daxil edilməsi üçün vacuum nasosundan istifadə edilir. Burada nümunə tələb olunan temperatura qədər soyudulur. Mühərriyin statoru daimi cərəyanla işə salınır. Sınaq temperaturunda nümunənin içində statorun müqaviməti özlülüyə çevrilir. Bu özlülük meqaPaskal vahidi ilə (мПа) ölçülür.
Soyuq burulma imitatoru aparatı (CCS)
Soyuq burulma imitatoru aparatı (Cold-Cranking Simulator CCS) — rusca "Симулятор холодного проворачивания" – motor yağlarının mənfi temperaturlarda (mənfi 35 — mənfi 50C –dək) özlülüklərini təyin edir. Bu üsul soyuq şəraitdə yağların işə salınmasında özlülüklərin imitasiyası üçündür və istifadə olunan üsul- ASTM D5293 beynəlxalq standartlara uyğundur. Dirsəkli valın aşağıtemperatur özlülüyü SAE J300 təsnifatına əsasən dörd əsas özlülük gösrəcilərindən biri olub və motor yağının özlülüyünü düzgün qiymətləndirilməsi üçün istifadə edilir. Odur ki, hazır motor yağının hansı özlülük sınfinə uyğunluğunu müəyyənləşdirmək üçün bu yağ üçün CCS göstəricisini təyin etmək lazımdır. CCS aparatı temperaturu nəzarətdə saxlayan kamera ilə təchiz olunub.(Qlikol ilə) . Mühərriklə idarə olunan stator kameranın içində yerləşir Sınanan nümunəni sınaq kamerasına daxil edilməsi üçün vacuum nasosundan istifadə edilir. Burada nümunə tələb olunan temperatura qədər soyudulur. Mühərriyin statoru daimi cərəyanla işə salınır. Sınaq temperaturunda nümunənin içində statorun müqaviməti özlülüyə çevrilir. Bu özlülük meqaPaskal vahidi ilə (мПа) ölçülür.