Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İqor Bokiy
İqor Aleksandroviç Bokiy (belar. Ігар Аляксандравіч Бокій; doğ. 28 iyun 1994-cü il, Bobruysk, Mogilyov vilayəti, Belarus) — Belarus paralimiyaçısı. İqor üzgüçülük idmanı üzrə, görmə qabiliyyəti olmayan idmaçılar kateqoriyasında yarışır. 11 qat Paralimpiya Oyunları çempionu. Dəfələrlə dünya və Avropa çempionu olmuşdur. Belarus Respublikasının beynəlxalq dərəcəli idman ustası (2011). Altı yaşından bəri üzgüçülüklə məşğul olur. 2010-cu ildə "Bobruysk 4 nömrəli Uşaq və Gənclər İdman Məktəbi"ni (üzgüçülük şöbəsi), 2012-ci ildə Minsk Regional Olimpiya Ehtiyatları Məktəbini bitirib. 2012-ci ildə Belarus Dövlət Universitetinin tələbəsi olmuşdur.
Bökey Ordası
Bökey ordası — Rusiyanın tərkibində vassal qazax xanlığı. == Tarixi == XIX əsrin birinci yarısinda xan üsul-idarəsinin mövcud olduğu Xivə, Buxara və Kokandda siyasi cəhətdən qeyri-sabitlik mövcud idi, Buxara xanlığı ilə Kokand, Xivə ilə Buxara, Mərkəzi Asiya dövlətləri ilə İran arasında arası kəsilməyən müharibələr gedirdi. Xanlıqlar arasmda vaxtaşırı ərazi ugrunda gedən müharibələr, daxili ziddiyyətlər, ayrı-ayri bölgələrdə xalq üsyanları, bəzi qonşu dövlətlərlə münaqişələr xanliqları zəif salırdı [l,s.54], Eyni zamanda mövcud vəziyyət bəzi dövlətlərin Mərkəzi Asiya va Qazaxıstana marağını artırır, həm də bölgədə həmin dövlətlərin mənafeyi toqquşurdu [2,s.49], Qazaxıstanın ərazisinin bir hissəsi - Kiçik jüz hələ 1731-ci ildə, Orta jüz isə 1740-ci ildə Rusiyanın təbəəliyini qəbul etmişdi. XVIII əsrin ortalarmda Rusiya imperiyasinin sərhədi Ural, Uy (Tobolun qolu) va İrtış «jaylan boyu keçirdi. Qazaxıstanın sərhədyanı rayonlarından uzaq olan ərazilərdə Rusiyanın təsiri hələ hiss olunmurdu. Cənubda isə qazaxlar Xivə və türkmənlərlə həmsərhəd idi. Qazax mülklərinin sərhədləri cənub-şərqdə Sırdəryanın cənubu, cənubda isə Zailiysk Alatausuna qədər uzanırdı. Çinin hakimiyyəti Böyuk jüzün Şarq rayonlarında hələ qalırdı. Onun qərb rayonları faktiki olaraq müstəqil idi. XVIII əsrin sonunda bu vəziyyət tamamilə dəyişdi.
Sen-Bodiy-e-Pipe
Sen-Bodiy-e-Pipe (fr. Saint-Baudille-et-Pipet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38366. Kommunanın 1999-cu il üçün əhalisi 232 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km cənubda yerləşir.
Sen-Bodiy-de-la-Tur
Sen-Bodiy-de-la-Tur (fr. Saint-Baudille-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38365. Kommunanın 1999-cu il üçün əhalisi 570 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 230 ilə 404 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 39 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Bocin
Sakimori (防人, azərb. "qoruyucu şəxs"‎) və ya bocin – Qədim Yaponiyada Kyuşu adasını qorumaqla vəzifləndirilən əsgərlər. Sakimori sistemi VI-X əsrlərdə qüvvədə olmuşdur. == Tarixi == 720-ci ildə yazılmış "Nihon Şoki" xronikalarına görə sakimorilər ilk dəfə 562-ci ildə Yaponiyanın Koreya yarımadasındakı anklavı Kayanın süqutundan sonra Kyuşuya göndərilmişdir. "Sakimori" termini ilk dəfə 645-ci ildə Tayka islahatı zamanı işlədirilmişdir. Yenicə yaradılmış Ritsuryo sisteminə görə milli müdafiə məqsədilə bütün ölkə boyunca yığılan əsgərlər üç illiyinə Kyuşuya göndərilməli idi. Lakin 730-cu ildən sonra ancaq Şərqi Honşu əyalətlərindən sakimorilər Kyuşuya göndərilməyə başlamışdır. Şimali Kyuşunun hökumət iqamətgahı olan Dazayfuda sakimori məsələləri ilə məşğul olmaq üçün xüsusi ofis yaradılmışdır. Sakimorilər hərbi vəzifələrini yerinə yetirməklə yanaşı öz qidalarını da yetişdirməli idilər. Sakimorilər hərbi xidmət zamanı biyar əməkdən və vergidən azad edilmişdilər, lakin zireh, yemək və səyahət pulunu özləri ödəməli idilər.
Bodie
Bodi (ing. Bodie) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən kabus şəhər. 1880-ci ildə şəhərdə 2.800 nəfər yaşayırdı. Qızıl hərisliyi dövründə şəhərdə əhali sürətlə artmışdır. 1900-cu ildə qızıl bloklarından birində işin zəifləməsi ilə, şəhər əhalisinin artımı dayanmış, 1910-cu ildən etibarən azalmağa başlamışdır. 1962-ci ildə kabus şəhərin yerləşdiyi ərazi milli parka çevrilmişdir. Hər il Bodie şəhərini 200 min turist ziyarət edir.
Bohay
Bohay (kor. 渤海, 발해) — Koreyanın şimalında Şimal-Cənub dövlətləri dövründə mövcud olmuş dövlət. 698-ci ildə Kral Go tərəfindən qurulmuş,926-cı ildə Kidanlar tərəfindən süquta uğradılmış və torpaqları Liao və Koquryo krallıqları arasında bölüşdürülmüşdür.
Bokel
Bokel — Almaniyanın şimalında Şlezviq-Holşteyn əyalətində, Rendsburg-Eckernförde-yə bağlı bir bölgə. == Ərazisi == 15.27 km² əraziyə malikdir. == Əhalisi == Əhalisi 3 iyul 2006-cı ilin məlumatına əsasən 690 olaraq qeyd edilmişdir. == Bələdiyyə == Bələdiyyə Başçılığı Klaus-Detlef Kahl tərəfindən icra edilməkdədir.
Boksit
Boksit (Al2O3 x nH3O) — Mineral. == Xassələri == Gizli kristalikdir. Torpaqvari aqreqatlarda, oolitlərdə və giləbənzər kütlələrdə rast gəlinir. Sərtliyi 3, xüsusi çəkisi 3,5-dir. Sarımtıl-boz və ağ rənglərdə rast gəlinir. Tutqun parıltıya malikdir. Qarışıqlarından asılı olaraq aşağıdakı növlərini göstərmək olar: dəmirli boksit- tərkibi 2%-ə qədər dəmir saxlayır; gilli boksit — tərkibi 2%-ə qədər SiO2 saxlayır. == Əhəmiyyəti == Alüminium hasil edilən əsas filizdir. == İxracı == 1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir.
Bolid
Bolid (yun. βολίδος; βολίς — nizə) — parlaq meteor. Bollidin uçuşu zamanı bəzən top atəşinə, ildırım gurultusuna bənzər səs çıxarır. Ən parlaq bollid gündüzdə görünür. Bollidin uçuşu zamanı bəzən yer səthinə meteroit düşür.
Bonkey
Bonkey (盆景, azərb. podnos mənzərəsi‎) – Yaponiya miniatür mənzərə sənəti. Bonkey 3 ölçülü mənzərələrin müvəqqəti və ya daimi miniatür təsviridir. Bu zaman əsasən daş, qum, sement kimi materiallardan istifadə olunur. Bonsay və saykey kimi digər yapon sənət növlərindən fərqli olaraq bonkeydə canlı element istifadə olunur. Bonsay canlı ağaclar, saykey isə canlı ağac və digər tərəvəzləri özündə ehtiva edir. == Haqqında == Podnos üzərində qumla müstəvi şəkilli mənzərələr yaratmaq sənəti olan bonsekidən fərqli olaraq bonkey mənzərələrin 3 ölçülü təsviridir və bəzən daimi saxlanıla bilər. Bonkeydə çox vaxt quru materiallardan istifadə olunsa da, axan su və dəniz kənarı mənzərələri də təsvir olunur, bunun üçün müxtəlif rəngli çınqıl və qumlardan istifadə olunur. Bəzən bonkeydə insanların, tikililərin, körpüləri və digər elementlərin miniatür fiqurları da öz əksini tapır. Bonkeyin əsas məqsədi nümayiş üçün estetik görünüşlü miniatür mənzərələr əldə etməkdir.
Boril
Çar Boril — İkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu. == Hakimiyyəti == Çar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali Trakiya və Rodopu itirmişdi. 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı. 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu. 1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir. == Ailəsi == Kaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Bozköy
Bozgöy, Bozikağ, Bozikənd, Həmzəçimən — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Erməni mənbələrində kəndin adı Bozikağ, Bozikənd, Həmzəçimən kimi də göstərilir. Kənd Həmzəçimən çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir . Toponim Azərbaycan dilində "bitkisiz, otsuz, meşəsiz, çılpaq" mənasında işlənən boz və türk dilində "kənd" mənasında işlənən göy sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Markahovit qoyulmuşdur.
Bömit
Bömit — mineral == Haqqında == Bömit - rombik. Habitus lövhəvari. Ayrılma {010} üzrə mü­kəm­­məl. Aqreqat: gizlikristallik, paxlavari. Rəngi rəngsiz, ağ. Sərtliyi 3,5-4. Xüsusi çəkisi ~3. Çökmə və laterit boksitlərin mühüm tərkib hissəsi. Diaspor və hidrargillitlə assosiasiyasına rast gə­linir. Nefelinin hidrotermal dəyişməsi nəticəsində əmələ gəlir.
Bakir
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. == Mədəniyyət == === Anlayış === Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".
Bakis
Bakis (yun. Βάκις) — e.ə. VIII–VI əsrlərdə Yunanıstanda çiçəklənən peyğəmbərlər və kahinlər üçün ümumi ad. Efesli Filet, Klavdi Elian və İoann Tsets onlar arasında xüsusi fərqə malikdirlər.
Federiko Bokkia
Federiko Bokkia (24 oktyabr 1996) — İtaliyalı üzgüçü. Federiko Bokkia İtaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Federiko Bokkia birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 22.54 saniyəlik nəticəsi ilə 37-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
III Boris
III Boris (bolq. Борѝс III ; Boris Treti; 30 yanvar 1894[…], Sofiya – 28 avqust 1943[…], Sofiya) — Bolqarıstanın çarı (30 yanvar, 1918–28 avqust, 1943). == Həyatı == == Fəaliyyəti == Ferdinand I-ın oğlu 1918-ci ildə atasının devrilməsindən sonra(Bolqarıstanın I Dünya müharibəsində məğlubiyyətindən sonra) hakimiyyətə gəlmiş və 1943-cü ilə qədər hakimiyyətdə olmuşdur. Bu dövr Bolqarıstanın siyasi və iqtisadi stabillik dövrünə təsadüf edirdi. Bolqar hökuməti yeni ərazi əldə etmək cəhdləri edir və Bolqarıstan hər vəchlə öz qonşularına təsir göstərməyə çalışırdı. Boris bu yolda əlindən gələni etməyə çalışırdı. == İstinadlar == == Ədəbiyyat == Bulgaria in the Second World War by Marshall Lee Miller, Stanford University Press, 1975. Boris III of Bulgaria 1894–1943, by Pashanko Dimitroff, London, 1986, ISBN 0-86332-140-2 Crown of Thorns by Stephane Groueff, Lanham MD., and London, 1987, ISBN 0-8191-5778-3 The Betrayal of Bulgaria by Gregory Lauder-Frost, Monarchist League Policy Paper, London, 1989. The Daily Telegraph, Obituary for "HM Queen Ioanna of the Bulgarians", London, 28 February 2000. Balkans into Southeastern Europe by John R. Lampe, Palgrave Macmillan, New York, 2006.
II Boris
Boris (bolq. Борис II) — Birinci Bulqar dövlətinin imperatoru, I Pyotrun ilk oğlu idi. == Hakimiyyəti == 969-cu ildə taxta çıxmışdı. I Svyatoslavın üstünlüyünü qəbul edib, onunla Bizansa qarşı birləşməyə məcbur olmuşdu. Lakin 970-ci ildə həlledici döyüşdü müttəfiqini qoruya bilməyən Svyatoslav imperator I İohann Timizkesin Borisi həbs etməyinə mane ola bilmədi. Boris artıq çar kimi yox magistros yəni adi qubernator kimi görülürdü. Ölkənin qərb hissəsi isə Kometopuli sülaləsindən olan 4 gənc qardaş tərəfindən idarə olunurdu. Bizans hakimiyyəti bunu bir üsyan kimi, qardaşlar isə qəyyumluq hadisəsi kimi görürdülər. Boris qardaşı ilə ölkəsinə qayıdanda bir lal-kar sərhəd gözətçisi tərəfindən tanınmayaraq ürəyindən oxla vuruldu. Qardaşı isə bundan qurtuldu.
I Boris
I Boris Mixail (təq. 828, Pliska – 2 may 907, Preslav) — Birinci Bulqar dövlətinin ilk xristian hökmdarı, əsl adı Barıs olmuşdur.. Xristian olduqdan sonra titulu xan yox knyaz olmuşdur. == İlk dövrləri == 852-ci ildə I Presian xanın yeganə oğlu olaraq taxta çıxmış, Franklara qarşı Moraviya knyazı I Rastislavla birgə hücuma keçmiş, lakin dəhşətli şəkildə məğlub olmuşdur. 855-ci ildə imperator III Mixailə qarşı məğlubiyyət və xorvatların üsyanı xanı çətin vəziyyətdə qoymuşdu. === Serbiya === Knyaz Vlastimirin ölümündən sonra oğulları Mutimir,Stroyimir və Qoynik arasında müharibə başlamışdı. Serbiya knyazlığındakı ara müharibələrindən istifadə edən Boris oğlu Vladimir-Rasate başçılığında ordu göndərsə də qələbəyə nail ola bilmədi. Vladimir və 12 boyar əsir düşdü. Boris sülh bağlamağa məcbur oldu və Mutimirə 2 qul, 2 şahin, 2 it, və 80 kürk verdi. Mutimir bundan əlavə 2 qardaşını da Borisin sarayına göndərdi, qardaşı oğlu Petarı isə saxladı.
Konstantin Bodin
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
Moris Bukay
Moris Bukay (fr. Maurice Bucaille, Fransızca tələffüz: [moris bykaj]; 19 iyul 1920, Pon-Levek, Fransa — 17 fevral 1998) — fransız həkimi, Fransa misirşünaslıq cəmiyyətinin üzvü və yazıçı. Moris Bukay 19 iyul 1920-ci ildə Fransanın Pon-Levek şəhərində Moris və Mariya Bukayın ailəsində dünyaya gəlmişdir. 1945-1982-ci illərdə qastroenteroloq işləmiş, 1973-cü ildən Səudiyyə Ərəbistanı kralı Feysəlin ailəsinin və Misir prezidenti Ənvər Sadatın ailə üzvlərinin həkimi olmuşdur. 1976-cı ildə müsəlman dünyasında geniş populyarlığa malik "İncil, Quran və elm" kitabını nəşr etdirdi. Bu kitabda Bukay iddia edirdi ki, Quranda bir çox elmi kəşflər barədə yazılıb. Kitab dərhal məşhurlaşdı, milyonlarla nüsxəsi satıldı və dünyanın bir çox dillərinə tərcümə edildi. Bukay iddia edirdi ki, İncildən fərqli olaraq, Quran elmi faktlarla həmahəngdir və İslamda din və elm daim "iki bacı" kimi olub. Bu kitaba görə, İncildə dərin elmi səhvlər olsa da, Quranda bir dənə də olsun bu cür səhv yoxdur. Bukayın fikrincə, Quranda təbiət hadisələrinin təsviri müasir elmi təsəvvürlərə tam uyğun gəlir.
Mustafa Çokay
Mustafa Çokay (qazaxca Мұстафа Шоқай(ұлы)) 25 dekabr 1890, Qızılorda – 27 dekabr 1941, Berlin) — Qazax ictimai və siyasi xadimi, publisist, Türkistanın birliyi uğrunda mübariz. Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi. 1918-ci ilin yanvarında Türkistan vilayəti ("Kokand vilayəti") hökumətinə başçılıq edib. 1918-ci ilin 21 fevralında bu hökumət bolşeviklər tərəfindən dağıdıldıqdan sonra 1921-ci ildə Avropaya mühacirət edib. İstanbulda "Yeni Türkistan" jurnalını nəşr edib (1927–1931). "Prometey" təşkilatının üzvü kimi Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə bolşevizmə qarşı birgə mücadilə etdiyi silahdaşlarından olub. 1890-ci ilin yanvarın 7-də Sır Dərya kənarındakı Qırğız çöllərində yaşayan sadə bir qazax ailəsində doğulan Mustafa uşaqlıq və yeniyetməliyini Akmescitdə keçirib. İlk təhsilini də burada aldığından çox vaxt onu Akmescit doğumlu sayırlar. Soykökü Xarəzmşahlara bağlı olan bu böyük insan gəncliyindən zülmə və haqsızlığa qarşı mübarizəyə atılıb, keçməkeşli bir həyat yaşayıb. Orta məktəbi Daşkənddə rus dilində bitirən Mustafa Peterburq Universitetində hüquq fakültəsinə qəbul olunur.
Qabriel Boriç
Qabriel Boriç Font (11 fevral 1986, Punta-Arenas[d]) — Çilili sol mərkəzçi siyasətçi və Çili prezidenti. Qabriel Boriç Çili tarixində, prezident seçkilərində ən yüksək səs toplayan namizəddir. 2022-ci ildə keçirilmiş seçkilərdə, ifrat sağçı namizəd Xose Antonio Kast üzərində qələbə qazanıb. O, 2011-ci ildə ölkəsində baş vermiş tələbə mitinqləri zamanı hərəkatın əsas lider olub və 2014-cü ildən respublikanın deputatı kimi fəaliyyət göstərib. Qabriel Boriç əslən Punta Arenasdandır. O, 2022-ci il martın 11-də 36 yaşında Çilinin prezidentliyinə seçilib və bununlada planetin ikinci ən gənc lideri olub.
Sen-Boliz
Sen-Boliz (fr. Saint-Beaulize, oks. Sent Baulise) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kornyu kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12212. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 70 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 98 nəfər təşkil edirdi. 2007-ci ildə 51 yaşda (15-64 yaş arasında) 38 nəfər iqtisadi cəhətdən, 13 hərəkətsiz (fəaliyyət göstərici 74.5%, 1999-cu ildə bu 58.8%) idi.