Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bobrov
Bobrov — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir. == Tarixi == Bityuq çayı (Donun sol qolu) üstündə yerləşən Bityuq yurt vaxtilə bu ətrafda yeganə yaşayış məntəqəsi idi. Yaxınlıqda heç bir ev gözə dəymirdi. Lakin bu sakit və dinc həyat Voronejdən bura qazanc və səadət arayan hünərli adamların ayağı açılmaqla pozuldu. Voronej özü bu zaman 100 ildən də az bir müddər idi ki, rusların sərhəd qalasına çevrilmişdi. 1677-ci ildə Voronejli imkan sahibi iş adamı bir dəstə kəndlisi ilə hökumətdən xahiş etdi ki, Bityuq çayında balıq ovlamaları üçün onlara icazə versin. Lazımi icazə aldıqdan sonra o, başının adamları ilə Bityuq çayına enib Bityuq yurtda məskunlaşdılar. Su porsuqlarının (boburların) burada çox olduğunu görüb porsuq ovlamağa girşdilər. Bundan sonra Bityuq yurdu Bobrovıy Yurt adlandırmağa başladı.1. 1684-cü ildə Bityuq çayı boyu bu torpaqlar Troitsk monastırına verildi.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Adam Boroş
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Aleksandr Borzov
Aleksandr Borzov (tam adı: Aleksandr Aleksandroviç Borzov (rus. Александр Александрович Борзов); 29 iyul (10 avqust) 1874 və ya 10 avqust 1874, Voronej – 6 mart 1939, Moskva, RSFSR, SSRİ) — rus fiziki coğrafiyaşünası, geomorfoloq, kartoqraf. Coğrafiya elmlər doktoru (1935). == Həyatı == 10 avqust 1874-cü ildə Voronejdə anadan olmuşdur. 6 mart 1939-cu ildə Moskvada vəfat etmiş və elə həmin şəhərdə də — Novodeviçye qəbiristanlığında dəfn edilmişdir. == Karyerası == Əvvəlcə Voronej gimnaziyasını, 1899-cu ildə Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1918-ci ildən Moskva Dövlət Universitetinin professoru olmuş və orada Coğrafiya fakültəsini yaratmışdır. SSRİ-nin Avropa hissəsindəki mərkəzi rayonlarda, Cənubi Ural öndağlığında və digər yerlərdə geomorfoloji tədqiqatlar aparmışdır. Şərqi Avropa düzənliyinin relyefini tədqiq edərək erozion və moren düzənlik landşaftlarının ümumi inkişaf qanunauyğunluğunu müəyyənləşdirmişdir. == Xatirəsi == 1946-cı ildə Kuril adalarında vulkana, 1956-cı ildə Antarktidada dağa, həmçinin Şərqi Sibirin Suntar Xayata silsiləsində və Uralda buzlaqlara, Novaya Zemlyada körfəzə Borzovun adı verilmişdir.
Borovo radiosu
Borovo radiosu (ing. Radio Borovo) - 1991-ci ildə fəaliyyətə başlamış Xorvatiyada milli azlıqları təmsil edən radio stansiyası. Borovo radiosunun mənzil qərargahı Borovo şəhərində yerləşir. Borovo radiosu Xorvatiyada milli azlıqlara aid olsa da, ən çox dinlənilən radio stansiyadır.. Radio stansiyanın verilişləri serb dilində yayımlanır. Radio stansiyanın tezliyi 100.7 MHz-dir. Borovo radiosu insan və milli azlıqların hüquqlarının müdafiəsi ilə əlaqədar vaxtaşırı olaraq QHT sektoru ilə əməkdaşlıq edir.
Boroy adası
Boroy (far. Borðoy), Boryu (dan. Bordø) — Farer adalarının şimal-qərbində yerləşən ada. 2013-cü il məlumatına görə8 yaşayış məntəqəsində 4954 nəfər yaşayır. Onlardan ən böyüyü Klaksvuykdır. Sahəsi 96 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 772 m-dir.
Jeno Boroş
Jeno Boroş (14 noyabr 1950 – 3 may 2023) — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ilə qədər) O, 1970–1975-ci illərdə Korvinus Universitetini bitirib. 1976–1981-ci illərdə Praqadakı (Çexoslovakiya) səfirliyin mətbuat attaşesi, sonra 1984-cü ilə qədər Xarici İşlər Nazirliyində Çexoslovakiya müxbiri olub. 1984–1988-ci illər arasında o, ilk olaraq Bratislavadakı Baş Konsulluqda, 1990–1993-cü illərdə isə orada baş konsul olub. 1993-cü il yanvarın 1-də müstəqillik qazanan Slovakiyadakı ilk Macarıstanın səfiri olub. O, uzun müddət, təxminən səkkiz il Slovakiya missiyasına rəhbərlik edib və onun əməyinə görə bir sıra mükafatlar alıb. 2002-ci ilə qədər Xarici İşlər Nazirliyində şöbə müdiri, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini. 30 noyabr 2005-ci ildən 2008-ci ilə qədər Berndəki xarici nümayəndəliyə rəhbərlik edib. 2008-ci ildə o, birbaşa Azərbaycana göndərildi: dekabrın 19-da o, etimadnaməsini Bakıda təqdim etdi. Burada Macarıstan və Azərbaycan arasında əlaqələrin açılışı olduğu üçün Macarıstan çox keçməmiş səfirlik yaratmışdı. 31 iyul 2010-cu ildə geri çağırılıb.
Sergey Bodrov
Sergey Bodrov (ata) — sovet və Rusiya kinorejissoru, ssenarist, prodüser. Sergey Bodrov (oğul) — rusiyalı aktyor, televiziya aparıcısı, rejissor, ssenarist, tarixçi-mədəniyyətşünas.
Zborov müqaviləsi
Zborov müqaviləsi — Polşa kralı II Yan Kazimirin başçılıq etdiyi təqribən 25.000 nəfərlik vəliəhd qüvvələri ilə Hetman Boqdan Xmelnitskinin başçılıq etdiyi kazaklar və Krım xanı III İslam Gərayın başçılıq etdiyi 80.000-ə yaxın olan Krım tatarlarının birləşmiş qüvvələrinə qarşı 1649-cu il avqustun 18-də, baş vermiş Zborov döyüşündən sonraimzalanmış sülh müqqaviləsi. Zborov müqaviləsi Ukrayna ilə Birlik və Krım ilə Birlik arasında iki ayrı sazişdən ibarət idi. Zborov müqaviləsi Polşa-Litva birliyinin keçmiş qiyamçılarını yeni siyasi cəmiyyətin vətəndaşlarına çevirdiyi üçün Ukrayna tarixində mühüm rol oynayan sülh müqaviləsidir. Ukrayna tərəfinin nümayəndələri: Boqdan Xmelnitski, İvan Vıxovski Polşa təmsilçiləri: Adam Kisil, Eji Ossolinski, Yanuş Radzivil, Vladislav Dominik Ostrojiski Müqavilənin şərtləri aşağıdakı kimi idi. Əlahəzrət Zaporojya ordusu əvvəlki imtiyazlarından imtina edir və ona dərhal yeni imtiyazlar verilir. Polşa hökuməti üsyanda iştirak edən hər kəsə tam amnistiya vəd etdi və Hetmana bağlı olan kazakların sayının 40 minə çatmasına icazə verdi, onları kral və zadəgan mülklərində işə götürməyə və qoşunların dörddəbirə bölünməsi şərtilə Dnepr Ukraynasına yerləşməsinə icazə verdi. Onlara bağlı olmayanların hamısı əvvəlki yerlərinə qayıtmağa borclu idilər; Hetmanın saxlanılması üçün Çigirin şəhərini və onun rayonunu aldı; hökumət ittifaqı dağıtmağa və Kiyev mitropoliteninin Senata verilməsinə söz verdi; Yəhudilər və yezuitlər Ukraynada yaşamaq hüquqlarını itirdilər; Kral Kiyev, Bratslav və Çerniqov voyevodalıqlarında bütün vəzifə və rütbələri yalnız yerli pravoslav zadəganlarına verə bilərdi. Zborov müqaviləsinin bəndlərindən biri kazak muxtariyyəti ərazisində yəhudilərin yaşamasının qadağan edilməsini nəzərdə tuturdu. Müqavilə bağlanandan az sonra Hetmanlığın torpaqlarına tatar basqını baş verdi. Mixail Qruşevskinin sözlərinə görə, bundan sonra bütün ölkədə şayiə yayıldı ki, Zborov müqaviləsi, Krım tatarlarına kazak elitasının razılığı ilə yasır götürmək hüququ verib.
İslinqton (boro)
İslinqton (ing. Islington) — London şəhərinin rayonu.
Sergey Bodrov (ata)
Sergey Bodrov (rus. Сергей Бодров) — sovet və rus kinorejissoru, ssenaristi, prodüseri və aktyoru. "Qafqaz əsiri" və "Monqol" filmlərinə görə iki dəfə "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub. Aktyor və kinorejissor Sergey Bodrovun (27 dekabr 1971 — 20 sentyabr 2002) atası. Sergey Bodrov 28 iyun 1948-ci ildə Xabarovskda anadan olub. Karyerasını jurnalist kimi başlayıb. 1970-ci ildə o, "Krokodil" jurnalının keçirdiyi "Ən yaxşı satirik və yumoristik hekayə" müsabiqəsində üçüncü yeri tutub. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib. Elə həmin ildə də Kommunist Partiyasına üzv olub. 1978-ci ildə Sergey Bodrovun ssenarist kimi debütü baş tutub ("Boşboğaz").
Sergey Bodrov (oğul)
Sergey Sergeyeviç Bodrov (rus. Сергей Сергеевич Бодров; 27 dekabr 1971, Moskva – 20 sentyabr 2002, Şimali Osetiya) — rusiyalı aktyor, televiziya aparıcısı, rejissor, ssenarist, tarixçi-mədəniyyətşünas. Morfi (film, 2008) / rus.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
Boro (Formula-1 komandası)
HB Bewaking Alarm Systems (Boro) - Formula-1 komandası 1976 və 1977 -ci illərdə Dünya Çempionatı çərçivəsində keçirilən 8 qran-pridə iştirak etmişdi. 1976-cı il Çempionatında komanda 6 yarışmada iştirak etdi : İspan qran-prisi (13-cü yer); Belçika qran-prisi (8-ci yer); Monako qran-prisi (qiymətləndirilməyib); İsveç qran-prisi (sona çatdırılmadı; mühərrik uğursuzluğu); Holland qran-prisi (sona çatdırılmadı; qəza); İtalyan qran-prisi ( sona çatdırılmadı; sürgü qolu mühərrikinin imtinası). 1977-ci il Çempionatında komanda yalnız 2 yarışmada: Holland qran-prisi (diskvalifikasiya olunmuşdur); İtalyan qran-prisində ( qiymətləndirilməyib) iştirak etmişdi. HB Bewaking Alarm Systems maşınları yalnız 263 dairə (1063 km) vura bilmişlər.
Baron
Baron — ad. Baron Bosiyev — Osetiyalı yazıçı, şair, sovet mədəniyyət və ədəbiyyat xadimi. Baron Zemo — Marvel Comics tərəfindən yaradılmış anti-qəhrəman. Baron Münxhauzen — uydurma Almaniya zadəganı.
Baroy
Baroy (çeç. Бара) — Çeçenistan Qalançoj rayonu, Terloy dərəsində Bara-exk dağ çayının sağ sahilində tikilmiş iri qala kompleksi. Qala kompleksinin tikilmə tarixi XIV əsrə aid edilir. Kompleks iki ayrı istehkamdan - Yuxarı və Aşağı Barodan ibarətdir. == Tarixi == Tanınmış rus arxeoloqu Vsevolod Miller dağ memarlığı abidələrinə çox diqqət yetirirdi. 1886-cı ilin iyununda o, Çeçenistan və İnquşetiyanın bir çox bölgələrini araşdırdı. Tədqiqatları nəticəsində buradakı qala kompleklərinin təsvirləri və çertyojları da daxil olmaqla orta əsr binalarını təsvir edən kitab çapdan çıxarır. Onun izi ilə yerli qədim abidələr (arxeoloqların əsərləri - P.S.Uvarova, V.İ.Dolbejev, N.K.Zeydlitsa, Q.A. Vertepov və s.) haqqında məlumatları özündə əks etdirən bir çox müəlliflərin çoxlu məqalə və kiçik esseləri meydana gəldi. == Təsviri == Qala kompleksinin yrı-ayrılıqda dayanan iki istehkamı - Yuxarı və Aşağı Baroyu təmsil edir. Yuxarı və Aşağı Baroya müdafiə qüllələri (indi dağıdılmış) və onlarla yaşayış binası daxildir.
Bohol
Bohol — Filippin arxipilaqının Visayan qrupunda ada. Adanın sahəsi təqribən 3.9 min km².-dir. Səthi hündürlüyü 800 metrədək olan yayladan ibarətdir. Sahilləri mərcan rifləridir. İqlimi ekvatorialdır. Rütubətli ekvatorial meşələr, tropik bitki əkinçiliyi yayılmışdır. Əsas şəhəri Taqbilaran portudur.
Bolon
Bolon (fr. Beaulon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03019. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1612 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 985 yaşda olan (15–64 yaş arasında) 697 nəfər iqtisadi cəhətdən, 288 hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 65,5%) idi. Fəal olan 697 nəfərdən 653 nəfər (369 kişi və 284 qadın), 44 nəfəri işsiz (15 kişi və 29 qadın) idi. 288 hərəkətsiz 48 nəfər arasında şagird və ya şagird, 122 nəfər təqaüdçü, 118 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bopon
Bopon (fr. Beaupont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kolini kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01029. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 624 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 398 nəfər arasında (15-64 yaş) 271 nəfər iqtisadi cəhətdən fəal, 127 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 68.1%, 1999-cu ildə 57.1%). Aktiv 271 sakindən 252 nəfər (141 kişi və 111 qadın), 19 nəfəri işsizdir (8 kişi və 11 qadın). 127 hərəkətsiz 15 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 87 digər səbəblərə görə hərəkətsizdir.
Boqor
== Boqor == Boqor (İndon. Bogor) – İndoneziyanın Qərbi Yava əyalətinin Yava adasında yerləşən şəhər. Şəhərin ərazisi müstəqil inzibati vahid – bələdiyyə (kota) kimi fəaliyyət göstərir. Əhalisi 949 mindən çox (2010-cu ilin iyun ayına olan məlumat), ərazisi – 118,5 kvadrat kilometrdir. Əyalətin şimal-qərbində, ölkənin paytaxtı Cakartanın 60 kilometr cənubunda yerləşir. Mühüm iqtisadi, infrasturktur, elmi, mədəni və turistik mərkəzdir, dağ iqlimili kurort sayılır. Orta əsrlərdə Pakuan-Pacacaran adlandırılıb (indon. Pakuan Pajajaran), Sunda (indon. Kerajaan Sunda) krallığının paytaxtı olub. Holland istilası zamanı Beytenzorq (niderl.
Boran
Boraq
Boragh ya da Boraq (fa: نفربر براق) İran istehsalı zirehli transportyordur. Boragh tranportyorunun, Çinin Type 86 (BMP-1) modelinin əksinə mühəndislik ilə tərtib edilmiş və təkmilləşdirilmiş versiyası olduğuna inanılır. Yeniləmələrə çəkidə azalma, daha yüksək yol sürəti və daha güclü zireh daxildir. Avtomobil tamamilə amfibidir və NBC müdafiə sistemi və infraqırmızı gecə görmə avadanlığı ilə təchiz edilmişdir. Dayandırılması burulma çubuğu ilədir. Əməliyyat mənzili 550 km, maksimum sürəti yolda 65 km/saat, yolsuzluq şəraitində isə 45 km/s təşkil edir. İran Müdafiə Sənayesi Təşkilatının (DIO) Vasitə və Avadanlıq Qrupu (VEIG) tərəfindən üç əlavə variantının istehsal edildiyi 2002-ci ilin may ayında bildirildi. Bunlar 120 mm-lik bir minaatan daşıyıcısı, bir sursat tədarükü vasitəsi və inkişaf etmiş silahlarla təchiz olunmuş zirehli transportyordur. == Təsvir == Boragh tırtıl əlavə edilmiş bir APC-dir. Asfatltanmış yollarda yola dəyəcək zərəri azaltmaq üçün onun tırtıllarına rezin elementlər əlavə olunmşdur.
Borbor
Borbor — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd'dir == Tarixi == Borbor Dəvəçi rayonunun Rəhimli inzibati ərazi vahidində kənd. Şabran Çay Borbor Kəndindən Axır. Samur-Dəvəçi ovalığındadır. 1917 və 1933-cu illərdə Burbur variantında qeydə alınmışdır. 1917-ci ildə Şamaxı ərazisində də Borbor kəndinin olması haqqında məlumat verilir. Tədqiqatçıların fikrincə, kənd XVIII əsrin axırlarında Qubalı Fətəli xanın Cənubi Azərbaycandan kocurub gətirdiyi borborlar (baharlı tayfasının qolu) tərəfindən salınmışdır. Abşeronda qeydə alınmış Borborşor göl adı, Cənubi Azərbaycandan Urmiya Şəhəri yaxınlığındakı Borbor yer adı da bu oykonimin paralelləridir.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Boril
Çar Boril — İkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu. == Hakimiyyəti == Çar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali Trakiya və Rodopu itirmişdi. 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı. 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu. 1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir. == Ailəsi == Kaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Berol
Berol (fr. Bairols) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,24 km², əhalisi — 103 nəfərdir (2006) artım tendensiyası ilə: 108 nəfər (2012), əhalinin sıxlığı 7,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 109 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 108 nəfər.