Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.
Boks
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri idman növüdür. Boks qarşılaşmaları dünyanın bir çox ölkəsində izlənilir. Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır. Məşq üçün "armud" adlı alətdən istifadə olunur. Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər.
Bonus
Bonus (bonus) – faydalı qazıntıları şirkətlərə istismara verdiyi üçün həmin ehtiyatların üzərində mülkiyyət hüququnu saxlayan dövlətə buna görə ödənilən vəsait. Bonus hasilatın pay bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı hökumətə ödənilən mükafatdır. Bonuslar adətən mərhələlərlə ödənilir. Onun bir hissəsi layihənin əvvəlində, digər hissəsi isə layihədə müəyyən mərhələlərə çatdıqca ödənilir. Adətən hasilatın pay bölgüsü (PSA) tipli müqavilələrdə bonuslar müqaviləyə daxil edilmir. Çünki onun daxil edilməsi halında bonusun hasilat başladıqdan sonra kompensasiyası məsələsi qaldırıla bilər.
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. == Ərzaqlar == 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot == Hazırlanma qaydası == İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.
Sous
Sous, tərbiyə ya da yemək şirəsi — toxumlardan, tərəvəzlərdən, bitkilərdən xususi üsul ilə hazırlanmış maye ədviyyat. Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi.
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
36 Boys
36 Boys (azərb. 36-nın oğlanları‎) — Almaniyanın paytaxtı Berlin şəhərində türk miqrantlar tərəfindən yaradılmış küçə bandası. Küçə dəstəsinin yaradılmasının əsas səbəblərindən biri 1980-ci illərdən etibarən Almaniyada türkofobiyanın genişlənməsi və neonasizm hərəkatlarının çoxalması olmuşdur. 36 Boys Almaniya Daxili İşlər Nazirliyi tərəfindən uzun müddət kriminal qruplaşma olaraq qəbul edilmişdir və əsas fəaliyyət məkanları kimi Kottbusser Tor metrostansiyasının ətrafı, Naunynstraße və Waldemarstraße arasındakı yaşayış sahələri və Görlitzer Bahnhof'a qədər uzanan küçələr müəyyənləşdirilmişdir. Qrupun adındadkı 36 rəqəminin mənası, təşkilatın əsas mərkəzinin yerləşdiyi Berlin şəhərinin Kreuzberg rayonunu işarət etməkdədir. Belə ki, Kreuzbergin poçt indeksi 36-dır və küçə dəstəsidə əsasən bu bölgədə fəaliyyət göstərmişdir. Bandaya bu adın verilməsi 2003-cü ildə təqaüdçü tərəfindən qətlə yetirilmiş, berlinli rep ifaçısı Atilla Murad Aydının fikri olmuşdur. == Məlumat == İkinci Dünya müharibəsində Almaniyanın məğlub olmasından sonra ölkədə ciddi işçi qüvvəsinə ehtiyac yaranmışdır. Uzun müddət ərzində bu problem həllini tapmadığına görə 1961-ci ildə Türkiyə ilə Müddətli işçi müqaviləsi adlı razılşama imzalanmışdır. Müqaviləyə əsasən Türkiyənin müxtəlif bölgələrində yaşayan insanlar yüngül və ağır sənaye sahələrində işləmək üçün Almaniyaya göndərilməsi nəzərdə tutulmuşdu.
Backstreet Boys
Backstreet Boys (daha çox qısa şəkildə BSB də deyilir), 1993-cü ildə Florida, Orlando şəhərində yaradılan Amerikan vokal qrupudur. Qrup üzvləri Nick Carter, Howie Dorough, AJ McLean, Brian Littrell və Kevin Richardson'dan ibarətdir. == Qrupun tarixi == === 1993–95: Qrupun yaradılması və ilk illər === 1992-ci ildə Lou Pearlman vokal qrup yaratmaq üçün Orlando Sentineldə reklam elanı yerləşdirdi. Elanla bağlı Pearlmanın yanına gələn McLean qrupun ilk üzvü oldu. 1992-ci ilin sonu −1993-cü ilin mart ayı arasında Pearlman açıq kastinq keçirdi və yüzlərlə gənc ifaçı kastinqdə iştirak etdi. Nəhayət, 1993-cü ilin martında Carter, Dorough və Richardson, Pearlmanın ümidlərini doğrultduqdan sonra qrupa seçildi. 20 aprel 1993-cü ildə Littrell kuzeni Richardsonun telefon zəngindən sonra qrupa rəsmi olaraq qoşulmaq üçün Kentukidən Orlandoya uçdu. Beləliklə, 20 aprel qrupu yaranma tarixi oldu. Pearlman, gənclərin tez tez əyləndiyi məjan olan və Orlandoda yerləşən Backstreet Marketin şərəfinə qrupu Backstreet Boys adlandırmağa qərar verdi. Backstreet Boys qrupunun ilk performansları 8 may 1993-cü ildə SeaWorld Orlandoda baş tutdu.
Bolus Kəpənəkçisi
Bolus Kəpənəkçisi — Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır. == Kənd haqqında tarixi məlumatlar == Bоlus-Kəpənəkçi toponiminin “Bolus” hissəsinin qədim Oğuz, Pəçənəq (Bacanaq) ellərindən Bolus tirəsi, Kəpənək hissəsinin isə qədim türk mənşəli Pəçənək tayfasının Kapan/Kəpən qolu ilə bağlılığı bir sıra mənbələrdə qeyd olunur. Kəndin yaxınlığında yol kənarında V-VI əsrlərə aid memarlıq abidəsi olması da buraların qədimliyindən xəbər verir. Bоlus-Kəpənəkçi qədim mənbələrdə хаtırlаnırsа, Gürcüstanda on ən böyük kəndlərdən biridirsə, digər pаrаlеllərin də bu аdlа bаğlılıqlаrı hеç bir şübhə dоğurmur. Kəpənəkçi qədim türk tayfası kimi təxminən “Kitabi Dədə Qorqud” dastanındakı hadisələrin cərəyan etdiyi dövrdə (V-VI əsr) formalaşmışdır. Kəpənəkçi adı tayfanın məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözü ilə əlaqəlidir. “Kəpənək” yüksək rütbəli pаqоn, “kəpənəkçi” də həmin pаqоnu dаşıyаn məmur dеməkdir. Müаsir Bоlnisdəki Kəpənəkçi kəndi bütün Kəpənəkçi tаyfаlаrının idаrəеdici mərkəzi оlub. Yüksək rütbəli məmurlаr bu kənddə məskunlаşıblаr.
Frans Boas
Frans Boas (Tam adı: alm. Franz Uri Boas‎; 9 iyul 1858[…] – 21 dekabr 1942[…], Nyu-York, Nyu-York ştatı) — amerikan dilçisi, etnoqraf və antropoloq.Eskimoslar və Şimali Amerikanın şimal qərb sahillərində yaşayan hindilərin dil və mədəniyyəti sahəsində mütəxəsis. Boas Amerika Dilçilik Cəmiyyətinin banisi və prezidenti olmuşdur(1928). Amerikanın antropologiya və arxeologiyasına dair əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Boas irqçilik nəzəriyyəsini ifşa edirdi. O, konkret ictimai hadisələrin təhlilində çox zaman kortəbii materializm mövqeyində dayanırdı. Boas antifaşist kimi də məşhurdur.
Fridrixs Boşs
Fridrixs Boşs (7 fevral 1887 — 12 fevral 1950) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Fridrixs Boşs Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fridrixs Boşs birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Geri Bouls
Qeri Rey Bouls (ing. Gary Ray Bowles; 25 yanvar 1962, Klifton Forc[d], Virciniya – 22 avqust 2019, Florida Dövlət Həbsxanası[d], Florida) — 1994-cü ildə 6 nəfərin qətlinə görə 2019-cu ildə edam edilmiş amerikalı seriyalı qatil. Qurbanlarının əksəriyyəti ştatlararası 95 magistral yolunun yaxınlığında yaşadığı üçün onu bəzən "I-95 qatil" adlandırırdılar. == Uşaqlıq və gənclik illəri == Bouls Virciniya ştatının Klifton-Forc şəhərində anadan olub və Qərbi Virciniya ştatının Rupert şəhərində böyüyüb. Kömür mədənində işləyən atası Frenk altı ay əvvəl mədənçi pnevmokoniozu xəstəliyindən dünyasını dəyişib və anası Frensis bir neçə dəfə yenidən evlənib. Bouls anasını və böyük qardaşını təhqir edən alkoqol aludəçisi olan ikinci ögey atası tərəfindən təcavüzə uğrayıb. Zorakılıq on üç yaşına kimi davam edib, Bouls ögey atasına müqavimət göstərib və onu ağır yaralayıb. O, anasının nikahda qalmaq qərarından qəzəblənərək bir müddət sonra evdən ayrılıb. Bouls növbəti bir neçə il ərzində evsiz qalıb və kişi fahişəliyi ilə pul qazanıb. == Həbs dövrü == Bouls 1982-ci ildə sevgilisini döydüyünə və təcavüz etdiyinə görə həbs olunub və altı il həbs cəzasına məhkum edilib.
Hugo Boss
Hugo Boss AG Kişi və qadın geyim mövzusunda ixtisaslaşmış, Metzingen mərkəzli xalqa açıq hazır geyim istehsalçısıdır. Adını qurucusu moda dizayneri Hugo Bossdan almışdır. Hugo Bossun hal-hazırda 110 ölkədə ən az 6100 satış nöqtəsi vardır. Hugo Boss AG 1,000 dən çox mağaza və fəaliyyət dükanı ilə təxminən 330 pərakəndə mağazalarına malikdir. 2008-ci ildən bu yana, Hugo Boss cib telefonları və əlaqədar aksesuarları inkişaf etdirməkdə və eyni zamanda Boss markası altında bir uşaq moda kolleksiyası başlatmışdır. Samsung Electronics və HTC Corporation ilə bir razılaşması olmuşdur. Hugo Boss, 1924-ci ildə Stuttgartın kiçik bir qəsəbəsi olan Metzingendə geyim firması olaraq işə başladı. Ancaq zamanın Almaniyasında iqtisadi böhran səbəbiylə, 1930-ci ildə iflasa məcbur oldu və yeni bir iş qurmaq məqsədi ilə 1931-ci ildə Nasist partiyasına üzv oldu. SA, SS, Hitler Gəncliyi, NSKK və digər partiya təşkilatlarına lisenziyalı forma (rəsmi tədarükçüsü) etdi. 1933-ci ildə Adolf Hitlerin yüksəlişi ilə birlikdə, Bossun işi də inkişafa başladı.
Kameron Boys
Kameron Boys (ing. Cameron Boyce, 28 may 1999, Los-Anceles, Kaliforniya – 6 iyul 2019, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və rəqqasıydı. == Həyatı == Kameron Boys 28 may 1999-cu ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya gəlmişdi. Breyk-dans rəqsi onun hobbisinə çevrilmiş və dörd dostu ilə birlikdə "X-MOB" adlı qrup yaratmışlar. Kameron Boysun ən yaxşı tanınan rolu "Dısney Channel" kanalındakı Cessi teleserialında Lyuk Ross roludur. Kameron Göstər özünü serialında qonaq oyunçu olaraq rəqs etmişdir. Ayrıca 2008-ci ildə çəkilən Güzgülər adlı qorxulu filmdə "Maykl Karson" personajını canlandırmışdı. Uğurlar, Çarli! adlı televiziya seralında "Dankan" personajını canlandıraraq poplulyarlıq əldə etmişdir.
Meri Boys
Nora Elizavet Meri Boys (ing. Nora Elisabeth Mary Boyce; 2 avqust 1920 – 4 aprel 2006)—britaniyalı iranşünas, Zərdüştilik və Manixeizmin tədqiqatçısı. Nora Elizavet Meri Boys 2 avqust 1920-ci ildə doğulmuşdu. Atası Kəlküttədə hakim vəzifəsində çalışdığından Darcilinqdə dünyaya gəlmişdi. Kembric Universitetinin Nyunhem kollecini bitirmişdi. Burda arxeologiyanı və etnoqrafiyanı öyrənmişdi. Meri Boys 4 aprel 2006-cı ildə vəfat edib. Zərdüştiliyi qəbul edən turlar özlərini "ari" adlandırırlarsa deməli onlar da türklərdir. İkinci məsələ isə farsların bu bölgəyə gəlmə zamanları ilə bağlıdır. Onlar buraya nüfuz edərkən artıq "Avesta" bir müqəddəs kitab kimi, zərdüştilik isə bir din kimi mövcud idi.
Pendirli sous
Pendirli sous -Hindistan mətbəxi. Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur. Samosa: Şimali Hind mətbəxinə aiddir.
Qeri Bouls
Qeri Rey Bouls (ing. Gary Ray Bowles; 25 yanvar 1962, Klifton Forc[d], Virciniya – 22 avqust 2019, Florida Dövlət Həbsxanası[d], Florida) — 1994-cü ildə 6 nəfərin qətlinə görə 2019-cu ildə edam edilmiş amerikalı seriyalı qatil. Qurbanlarının əksəriyyəti ştatlararası 95 magistral yolunun yaxınlığında yaşadığı üçün onu bəzən "I-95 qatil" adlandırırdılar. Bouls Virciniya ştatının Klifton-Forc şəhərində anadan olub və Qərbi Virciniya ştatının Rupert şəhərində böyüyüb. Kömür mədənində işləyən atası Frenk altı ay əvvəl mədənçi pnevmokoniozu xəstəliyindən dünyasını dəyişib və anası Frensis bir neçə dəfə yenidən evlənib. Bouls anasını və böyük qardaşını təhqir edən alkoqol aludəçisi olan ikinci ögey atası tərəfindən təcavüzə uğrayıb. Zorakılıq on üç yaşına kimi davam edib, Bouls ögey atasına müqavimət göstərib və onu ağır yaralayıb. O, anasının nikahda qalmaq qərarından qəzəblənərək bir müddət sonra evdən ayrılıb. Bouls növbəti bir neçə il ərzində evsiz qalıb və kişi fahişəliyi ilə pul qazanıb. Bouls 1982-ci ildə sevgilisini döydüyünə və təcavüz etdiyinə görə həbs olunub və altı il həbs cəzasına məhkum edilib.
Rendez-Vous
Rendez-vous — elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın 5 aprel 1986-cı ildə Polydor lisenziyalı Disques Dreyfus-da buraxılmış səkkizinci studiya albomudur. Bu, onun bu günə qədər Fransa hit-paradlarına başçılıq edən son studiya albomudur.Albomun təsviri uzun müddətdir əməkdaşlıq edən Mişel Qrencer tərəfindən yaradılmışdır. Albomdakı son trekdə əvvəlcə astronavt Ron McNair tərəfindən Space Shuttle Challenger- də yazılmış saksafon parçasının yer alması planlaşdırılırdı ki, bu da onu kosmosda yazılan ilk musiqi parçası edəcəkdi. Bununla belə, 28 yanvar 1986-cı ildə, havaya qalxdıqdan 73 saniyə sonra Çellencer parçalandı və bütün Challenger ekipajı həlak oldu.Trek McNair və Challenger- dəki digər astronavtlara həsr olunmuşdu. Albomdakı saksafon partiyasını saksofonçu Pierre Gossez ifa edir. Albom 1987-ci ildə "Ən Yaxşı Yeni Dövr Albomu" nominasiyasında Grammy Mükafatına namizəd olsa da, mükafatı qazana bilməd.
Soyuq borş
Soyuqcu (pol. Chłodnik, bolq. Халаднік), həmçinin soyuq borş (Lit. Šaltibarščiai, Latviya Aukstā zupa) — Şərqi Avropa xalqlarının mətbəxinin milli yeməyi: Belorus, Litva, Latviya, Ukrayna və Polşa. Rusiya mətbəxində bu supun adı şəkər çuğunduru adlanır. Kvas üzərində bişmiş həmçinin ətlə bişmiş soyuq borş fərqli olur. Əsas bu yeməyi qatıqla hazırlayırlar (qatığı südlə də əvəz etmək olar). Qatıqdan əlavə borşa müxtəli tərəvəzlərdə qatılır (dilimlənmiş xiyar, soğan, şüyüd). Sonra yemeək soyudulur.
Young Boys
«Yanq Boyz» (Berner Sport Club Young Boys 1898) — Bern şəhərində İsveçrə futbol klubu.
Brüs Boksleytner
Brüs Boksleytner (ing. Bruce Boxleitner; 12 may 1950[…], Elcin[d], İllinoys) — ABŞ televiziya və kino aktyoru. == Həyatı == 12 may 1950-ci ildə İllinoys ştatının Elcin şəhərində anadan olmuşdur. O, "Babil 5", "Qərb necə qalib gəldi" və "Qorxuluq və xanım Kinq" seriallarında əsas rolları ifa etmişdir. Kenni Rocers ilə "Qumarbaz" trilogiyasında iştirak etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Brüs Boksleytner ilə əlaqəli mediafayllar var.
Qüdrətli Brüs
Qüdrətli Brüs (ing. Bruce Almighty) — Tom Şedyakın rejissorluğu ilə 2003-cü ildə çəkilmiş ABŞ filmi. Baş rollarda Cim Kerri və Morqan Friman çıxış etmişdir. Film Malayziya və Misirdə qadağan edilmişdir. İlahi qüvvələrə sahib olmaq əyləncəli bir şeydir. İnanmırsınızsa, bunu Bruce Nolandan soruşun. Çünki onun bu bilməməsi qeyri-mümkündür! Bruce Nolan Nyu-Yorkda yerli televiziya kanalında xəbər redaktoru işləyir. İnsanların diqqətini cəlb edən əyləncəli proqramlar hazırlayır. Bu proqramlar özündən başqa hamını sevindirir.
Boss (videooyun)
Boss — videooyunlarda qarşısı çətin alına bilinən düşmən. Bosslara adətən oyunun son hissəsində rast gəlinir. Onlar adi düşmənlərdən qat-qat güclü olur. Bosslara qarşı döyüş “boss fight” adlanır. Oyunçular Bosslarla üz-üzə gələrkən bacarıq və biliklərindən məharətlə istifadə etməlidirlər. Oyunlarda növbəti səviyyəyə və ya mərhələyə keçmək üçün Bossu məğlub etmək tələb olunur. Bosslar digər düşmənlərlə müqayisədə ölçü və güc baxımından seçilirlər. Onları ilk cəhddə məğlub etməyə çalışmaq çox zaman uğursuzla nəticələnir. Bossların zəif tərəfləri də olur, onları aradan qaldırmaq düzgün hazırlıq və strategiya tələb edir. Bosslar oyunlardakı əsas düşmənlərdir və oyun boyu qarşıya çıxan düşmənlərin hamısına demək olar ki, həmişə Boss başçılıq edir.
Boss (videooyunlar)
Boss — videooyunlarda qarşısı çətin alına bilinən düşmən. Bosslara adətən oyunun son hissəsində rast gəlinir. Onlar adi düşmənlərdən qat-qat güclü olur. Bosslara qarşı döyüş “boss fight” adlanır. Oyunçular Bosslarla üz-üzə gələrkən bacarıq və biliklərindən məharətlə istifadə etməlidirlər. Oyunlarda növbəti səviyyəyə və ya mərhələyə keçmək üçün Bossu məğlub etmək tələb olunur. Bosslar digər düşmənlərlə müqayisədə ölçü və güc baxımından seçilirlər. Onları ilk cəhddə məğlub etməyə çalışmaq çox zaman uğursuzla nəticələnir. Bossların zəif tərəfləri də olur, onları aradan qaldırmaq düzgün hazırlıq və strategiya tələb edir. Bosslar oyunlardakı əsas düşmənlərdir və oyun boyu qarşıya çıxan düşmənlərin hamısına demək olar ki, həmişə Boss başçılıq edir.