Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Breşina əyaləti
Breşia əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Orasına burasına (mahnı)
Breşiya
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Crupina
Crupina (lat. Crupina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Crupina crupinastrum (Moris) Vis. Crupina intermedia (Mutel) Briq. & Cavill. Crupina vulgaris Pers. ex Cass.
Prusiya
Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər: Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir. XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi. Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi.
Bruniya
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Breşia
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Rusiya
Rusiya (rus. Россия) və ya rəsmi adı ilə Rusiya Federasiyası (rus. Росси́йская Федера́ция), tarixi Azərbaycandilli mənbələrdə Rusiyyət və ya Ərəsəy — ərazisi Şərqi Avropa və Şimali Asiyada yerləşən dövlət. Rusiyaya ərazisinin böyüklüyünə görə dünyanın ən böyük ölkəsidir və dünya yaşayış sahəsinin səkkizdə birini əhatə edir. Ölkə qurudan Norveç, Finlandiya, Estoniya, Latviya, Litva və Polşa (Kalininqrad vilayəti), Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Monqolustan, Çin və Şimali Koreya ilə həmsərhəddir. Dənizdən isə Oxot dənizi vasitəsilə Yaponiya, Berinq boğazı vasitəsilə ABŞ ştatı olan Alyaska ilə qonşudur. Paytaxtı və ən böyük şəhəri Moskvadır. Rusiyanın ümumi sahəsi isə 17,098,246 kvadrat kilometrdir. Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur və bu göstəriciyə görə dünyanın doqquzuncu ölkəsidir. Rusiya ərazisinin böyüklüyünə görə doqquz zaman kəsiyinə yayılır və çox müxtəlif reylef və iqlimə malikdir.
Brunia
Bruniya (lat. Brunia) — bitkilər aləminin bruniyaçiçəklilər dəstəsinin bruniyakimilər fəsiləsinə aid bitki cinsi.
Busida
Busida (lat. Bucida) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinə aid bitki cinsi.
Artemisia prasina
Artemisia prasina (lat. Artemisia prasina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Belşina FK
"Belşina" (belar. «Белшына») — Bobruysk şəhərini təmsil edən Belarus futbol klubu. Klub 1976-cı ildə yaradılıb, 1995-ci ilə qədər "Şinnik" adı ilə çıxış edib. == Tarixi == Klub "Şinnik" adı altında 1976-cı ildə yaradılmışdır. Komandaya yarandığı gündən yerli şinləri istehsal edən Belşina şirkəti sponsorluq edir. Klub daha çox Sovet dövründə BSSR Liqasında (Mogilyov vilayəti Liqasında mübarizə aparıb) çıxış etmişdir. Şinnik liqada iki dəfə çempion olmuş (1978 və 1987) və bir dəfə 1979-cu ildə Belarus SSR Kubokunun sahibi olmuşdur. Şinnik 1992-ci ildə Belarus Birinci Diviziyasında mübarizə aparmış və 1994-cü ildə Premyer Liqasına vəsiqə qazanmışdır. 1996-cı ildə adı "Belşina" olaraq dəyişdirilmişdir. Klub ən yaxşı mövsümlərini 90-cı illərdə və 2000-ci illərin əvvəlində keçirmişdir.
Borusiya Münhenqlaudbax
"Borussiya" — Almaniyanın Münhenqladbax şəhərinin futbol klubu == Tarixi == 1 avqust 1900-cü ildə yaranmışdır. == Avropa kuboklarında iştirak == 18 dəfə Avropa kuboklarında iştirak edib.
Breşiya FK
Breşiya FK — (italyanca səslənmə: [ˈbreʃʃa ˈkaltʃo]), hazırda İtaliyanın B Seriyasında çıxış edən, Lombardiyanın Breşiya şəhərini təmsil edən İtaliya futbol klubu. Klub dörd dəfə qalib gəldiyi B Seriyasında mövsümlərin ümumi sayına (64) və ardıcıl mövsümlərdə iştiraka (18, 1947–48-dən 1964–65-ə qədər) görə rekorda sahibdir. Onların A Seriyasında keçirdiyi ən yaxşı mövsüm 2000–01 mövsümündə səkkizinci yer tutmaqlarıdır. 21-ci əsrin əvvəlində, 1993-cü ildə Qızıl topun sahibi Roberto Baccionun liderlik etdiyi klub, 2001-ci ildə finala yüksələrək İntertoto Kubokunun finalına vəsiqə qazanır, lakin Paris Sen-Jermen ilə qarşılaşmda səfər qolları ilə məğlub olur. Bu dövrdə, gələcəyin məşhur məşqçisi Pep Qvardiola da klubun oyunçularından idi. Komandanın rəngləri mavi və ağdır. Komanda oyunlarını 19,550 yerlik Stadio Mario Riqamonti stadionunda keçirir. Klubun, qonşu Berqamonu təmsil edən Atalanta ilə uzun müddətdir rəqabəti var. == Tarixi == Komanda 1911-ci ildə "Breşiya Futbol Klubu" kimi yaradılıb və elə həmin il İtaliyada "Terza Categoria" divizionuna qoşulub. 1913-cü ildə "Breşiya" tarixində ilk dəfə "Birinci Divizion"a yüksəlir və 1929-cu ildən sonrakı yeddi mövsümdən altısında A Seriyasında çıxış edir.
Burkina-Faso
Burkina Faso — Qərbi Afrikada dövlət. 1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlanırdı. Şimalda Mali, şərqdə Niger, cənub-şərqdə Benin, cənubda Toqo və Qana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina Fasonun dənizə çıxışı yoxdur. Burkina Fasonun adı tərcümədə "vicdanlı adamların vətəni" deməkdir. (moore dilində "burkina" -""vicdanlı adamlar", dyula dilində "faso" — "vətən"). Digər tərcüməyə görə Burkina Faso — "ləyaqətli adamların ölkəsi" deməkdir. Ərazisi 273 187 km², əhalisi 15,7 mln. nəfərdir.(2009). Paytaxtı — Uaqaduqu şəhəridir.
Burkina Faso

Eugenia prasina
Eugenia prasina (lat. Eugenia prasina) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Flora Brovina
Flora Brovina (alb. Flora Brovina; 30 sentyabr 1949) — Kosovo-alban jurnalisti, şair və ictimai xadim. == Bioqrafiyası == 30 sentyabr 1949-cu ildə Kosovoda anadan olmuşdur. Onun ilir Brovin adlı bir qardaşı vardır. Priştinadakı Tibb İnstitutunu bitirdikdən sonra pediatriya ixtisası üzrə Zaqrebdə təhsilini davam etdirir. Kosovaya qayıdan Flora, gündəlik Rilindja qəzetində jurnalist olaraq işə başlayır. Sonra Priştina xəstəxanasında pediatr kimi işə düzəlir. 1990-cı illərdə siyasi vəziyyət kəskinləşəndə Brovina hadisələrə biganə qalmayaraq zorakılıq aktları haqqında məlumat toplamağa başlayır, humanitar fəaliyyətlə məşğul olur və yetimlərin psixoloji reabilitasiya mərkəzinə rəhbərlik edərək uşaqlara yardım təşkil edir. Kosovo müharibəsi əsnasında, 20 aprel 1999-cu ildə Brovina maskalı şəxslər tərəfindən qaçırılaraq naməlum bir yerə aparılır. Beləliklə NATO qüvvələri paytaxt Priştinanı alanda və Serbiya qoşunları ölkədən çıxarkən əsirlikdə olur.
Fruzsina Bravik
Fruzsina Bravik (6 oktyabr 1986, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Fruzsina Bravik, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Prusiya krallığı
Prussiya krallığı (alm. Königreich Preußen‎) — 1701–1918-ci illərdə mərkəzi Avropanın şimal və şərq hissəsini əhatə edən ərazilərdə mövcud olmuş müstəqil dövlət. Bu krallığa daxil olan ərazilər: Baltik dənizi sahillərindəki ərazilərin bir qismi daxildir ki, orta əsrlərdə bu ərazilər Şərqi Prussiya adlanırdılar. Brandenburq ərazisini əhatə edən və 1701-ci ildən başlayaraq almanların hakimiyyəti altına keçir. XVII əsrdə Brandenburq və ətraf ərazilərin Hohentsollernlərin əlinə keçdikdən sonra müasir Prussiya dövləti meydana çıxdı. Hohentsollernlər Brandenburqda 1417-ci ildən hökmranlıq edirdilər. 1618-ci ildə Brandenburq kurfyurstu vərəsə kimi Prussiya hersoqluğuna sahib oldu. Prussiya protestant reformasiyasına qədər tevton cəngavərlərinə məxsus idi, bir zamanlar Tevton ordeninin baş sahibi Hohentsollern ailəsinin üzvü olmuşdu və protestantlığa keçdikdən sonra ordenin torpaqlarını "dünyəviləşdirmiş", özünü isə irsi hersoq elan etmişdi. Hersoqluq Prussiyasının dili və mədəniyyəti alman dili və alman mədəniyyəti idi. Pomeraniya və Brandenburq Müqəddəs Roma imperiyasının şərq tərəfdəki axırıncı torpaqları idi.
Yuliya Drunina
Yuliya Drunina (rus. Друнина, Юлия Владимировна; 10 may 1924[…], Moskva – 20 noyabr 1991) — Sovet şairi, SSRİ Yazıçılar İttifaqının üzvü, SSRİ Yazıçılar İttifaqının və RSFSR Yazıçılar Birliyinin katibi, SSRİ xalq deputatı. 1924-cü il 10 may tarixində Moskvada anadan olmuşdur. Atası - Vladimir Pavloviç Drunin (1879-1942) tarixçi və pedaqoq, anası - Matilda Borisovna Drunina (1900-1983), kitabxanada işləmiş və musiqi dərsləri vermişdir. 11 yaşında şeir yazmağa başladı, 1930-cu ildə keçirilən bir şeir müsabiqəsində qalib gəldi və şeiri qəzetdə nəşr olundu. Yuliya 1941-ci ilin payızında Moskvaya döndü, lakin tezliklə atası ilə birlikdə Mülki evakuasiya çərçivəsində Sibirə yola düşdü. O, Moskvadan ayrılmaq istəmirdi və müharibənin əvvəlində insult keçirmiş xəstə atasına görə evakuasiya olunmağa razılaşdı. 1942-ci ilin əvvəllərində atası vəfat etdikdən sonra Yuliya Rusiyanın uzaq şərqindəki Xabarovsk şəhərinə getdi, orada Aviasiya texnikaları məktəbinə yazıldı, lakin ön cəbhədə döyüşmək istədiyi üçün tibb bacısı kurslarını bitirmə sertifikatını tələsik aldı və bir neçə gün içərisində 2-ci Belarusiya cəbhəsinin sanitar şöbəsinə müraciət etdi.) Cəbhəyə gəldikdən sonra Yuliya Drunina 218-ci piyada diviziyasının 667-ci piyada alayına təyin edildi. Tibbi təlimatçı Zinaida Samsonova ilə (27 yanvar 1944-cü ildə vəfat etdi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü) eyni alayda vuruşdu, Drunina ən ürəkdən gələn şeirlərindən biri olan "Zinka" şeirini ona həsr etdi. 1943-cü ildə Drunina ağır yaralanır mərmi parçası onun boynunun sol hissəsini zədələyir.
Qalina Burdina
Qalina Pavlovna Burdina (rus. Галина Павловна Бурдина; 24 mart 1919, Vereşaqino – 25 noyabr 2006, Riqa) — İkinci Dünya Müharibəsində iştirak etmiş Sovet Hərbi Hava Qüvvələrinin qırıcı pilotu. Qalina Burdina 24 mart 1919-cu ildə anadan olub. Onun atası Rusiya vətəndaş müharibəsi zamanı həlak olmuşdu. O, 14 yaşında ikən gecələr təhsilini davam etdirməklə fəhlə işləməyə başlaymışdır. 17 yaşında ikən planerdə uçmağı öyrənməyə başlayan Burdina Ulyanovskdakı mülki aviasiya pilotu məktəbində oxumağa davam etmişdir. O, daha sonra Yekaterinburqda pilot təlimatçısı kimi işləməyə başladmışdır. 1941-ci ilin sentyabrında onun məktəbi hərbi pilotlar məktəbinə çevrilmiş və Burdina hərbi pilotlar hazırlamağa davam etmişdir. Müharibə zanaı o, məktəbin digər iki qadın təlimatçısı ilə birlikdə könüllü olaraq hərbi xidmətə getdi. 24 saat əvvəl xəbərdar edilərək o, Moskvaya göndərildi.
Eremogone ursina
Eremogone ursina (lat. Eremogone ursina) — qərənfilkimilər fəsiləsinin eremogone cinsinə aid bitki növü.
Ficus ursina
Ficus ursina (lat. Ficus ursina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.