DRUJİ́NA

[ rus. ]
1. tar. Qədim Rusiyada: knyazların yaxın xidmətçiləri və qoşunu.
2. köhn. İctimai asayiş və qaydanı, nizamintizamı qorumaq üçün milis orqanlarına kömək məqsədi ilə ictimaiyyət tərəfindən yaradılan könüllülər dəstəsi.
DREZİ́NA
DRUJİNAÇI
OBASTAN VİKİ
Naxçıvan Bəy Drujinası
Naxçıvan Bəy Drujinası — Naxçıvan və İrəvan bəy ailələri nümayəndələrindən yaradılmış hərbi hissə. 1853-cü ilin sonlarında təşkil olunmuşdur. Drujinanın yaranmasının təşəbbüskarı və ilk komandiri o zaman podporuçik rütbəsini daşıyan sonuncu Naxçıvan xanı Ehsan xanın oğlu Kalbalı xan Naxçıvanski olmuşdur. 1854-cü ilin iyununda Krım müharibəsi dövründə Çingil yüksəkliklərində baş verən döyüşlərdə göstərdiyi rəşadətə görə Kalbalı xan 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmişdir. Həmin il imperator I Nikolay şəxsən Kalbalı xanın adına döyüş bayrağı göndərmişdir. Sonralar Osmanlılara qarşı bütün əməliyyatlarda irəvanlılar da bu drujinanın yüzlüklərində çıxış etmişdir. Qafqaz Hərbi-Tarix Muzeyinin “Bələdçi” kitabındakl məlumata görə 1874-cü ildə general-mayor rütbəsi almış Kalbalı xan Naxçıvanski qeyri-süvari nizami briqadasının komandiri təyin olunmuş və Naxçıvan bəy yüzlükləri bu bayraqla 1877-78-ci illər hərbi əməliyyatlarında iştirak etmişlər. Bayraq qumaşı (145x120 sm) dörkünç mavi qanovuz ipəyindəndir.

Digər lüğətlərdə