Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bitaga
Bitaga (gürc. ბითაგა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 720m hündürlüktə, Suxumidən 70 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 433.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Burağan
Tornado və ya Amerika qasırğası − topa yağış buludları ilə əlaqəli şəkildə fırlanan sütunşəkilli hava axınıdır. Tornado buludlardan yerə qədər uzanır və böyük dağıdıcı gücə sahib olan təbii fəlakətdir. Əksər tornadoların hərəkət sürəti 65–180 km/saat arasında dəyişir, eni 75 metrə bərabər olur və bir neçə kilometr hərəkət edir. Xüsusi təhlükəli tornadolar isə 450 km/saatdan artıq sürətə, 1,5 km-dən böyük enə malik olmaqla yanaşı, yerdə 100 km-dən artıq yol qət edə bilirlər. Tornado haqqında ilk elmi nəzəriyyə 1917-ci ildə Alfred Vegener tərəfindən irəli sürülmüş və indiyədək doğru olaraq qəbul edilməkdədir. Su hövzəsinin üzərində meydana gələn hava burulğanı, yerdən çəkdiyi sular ilə su tornadosu yarada bilər. == Həmçinin bax == ABŞ-Kanada tornadosu (1985) == Xarici keçidlər == Fotos von Tornados Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Familie von Wasserhosen über dem Adriatischen Meer Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine European Severe Storms virtual Laboratory (ESSL) (englisch) European Severe Weather Database (ESWD) (englisch) The Tornado and Storm Research Organisation (TORRO) (englisch) NSSL: National Severe Storm Laboratory, USA (englisch) What is a Tornado? Essay von Charles A. Doswell, Cooperative Institute for Mesoscale Meteorological Studies, Norman (OK), USA (englisch) Was ist ein Tornado?
Buxara
Buxara (özb. Buxoro) — Özbəkistanın qədim şəhəri. Tarixi yerlərlə zəngin olan Buxara şəhərində təqribən 140 memarlıq abidəsi var. 31 avqust 2016-cı il tarixinə olan məlumata əsasən şəhər əhalisi 247,644 nəfər təşkil edir ki, bu da onu əhalisinin sayına görə Özbəkistanın beşinci ən böyük şəhəri edir. Əhalinin əksəriyyətinin ana dili Özbək dilidir. Böyük ipək yolu üzərində yerləşən bu şəhər uzun müddət ticarət, elm, mədəniyyət və din mərkəzi kimi fəaliyyət göstərmişdir. UNESCO təşkilatı Buxaranın tarixi mərkəzini (bir çox məscid və mədrəsələrdən ibarətdir) Ümumdünya irsi siyahısına daxil etmişdir. == Adları == Buxara şəhəri 19-cu və 20-ci əsr ingilis nəşrlərində Boxara, Xan çincəsində isə Buhe və ya Puhe şəklində adlandırılmışdır.İranika Ensiklopediyasında yazılana əsasən "Buxara" adı soqd dilində "bərəkətli torpaq" mənası verən βuxārak sözündən törəmişdir.X əsr Orta Asiya tarixçisi Əbu Bəkr Narşahi özünün "Buxara tarixi" əsərində belə yazmışdır: "Buxaranın bir çox adı var. Bu adlardan biri də Numiykatdır. Bəzən "Bumikat" da adlandırılır.
Düzağa
Düzağa — Azərbaycan Respublikası Xocavənd rayonunun Şimal hissəsində, Xocavənd və Xocalı rayonlarının sərhədi boyunca uzanan dağ silsiləsi. Ön hündürlüyü zirvəsi 1397 m.-dir. Oronimin Qarabağın qədim Dizaq mahalının adından olduğu ehtimal edilir.
Buada
Buada (ing. Buada Lagoon) — Nauru adasının cənub-şərqində azca duzlu şirinsulu göl.yerləşən göllər qrupu. Buada dairəsinə daxildir. Sahəsi 30 min m² təşkil edir. Göl Sakit okeandan 5 metr yüksəklikdə yerləşir. Maksimal dərinliyi də 5 metrdir. Keçmişdə atollun mərkəzində laqun olmuşdur. Ətrafında kənd təsərrüfatı inkişaf etmişdir. Adada yeganə sirin su mənbəyi sayılır. Ancaq yerli əhali içməli suyu Avstraliyadan əldə edir.
Bucaq
Bucağın tərəfləri müstəvini iki hissəyə ayırır. Bucağın tərəflərinin də daxil olduğu hər iki hissə müstəvi bucaq adlanır. Müstəvi bucaqlardan birini (adətən kiçiyini) şərti olaraq daxili, digərini isə xarici bucaq adlandırırlar. == Bucağın növləri == Bucaq dərəcə ölçüsündən asılı olaraq aşağıdakı növlərə ayrılır: İti bucaq (0° ilə 90° arasında) Düz bucaq : α = 90 ∘ {\displaystyle \alpha =90^{\circ }} Kor bucaq (90° ilə 180° arasında) Açıq bucaq : α = 180 ∘ {\displaystyle \alpha =180^{\circ }} Qabarıq olmayan bucaq (180° ilə 270° arasında) Tam bucaq : α = 360 ∘ {\displaystyle \alpha =360^{\circ }} == Bucağın digər növləri == === Qonşu bucaqlar === Qonşu bucaqlar α + β = 180 ∘ {\displaystyle \alpha +\beta =180^{\circ }} Bir tərəfi ortaq, digər tərəfləri isə tamamlayıcı yarım düz xətlər olan iki bucağa qonşu bucaqlar deyilir. === Tamamlayıcı bucaqlar === Tamamlayıcı bucaqlar α + β = 90 ∘ {\displaystyle \alpha +\beta =90^{\circ }} İki bucaqdan birinin tərəfləri o birinin tərəflərinin tamamlayıcı yarım düz xətləri olarsa, onlar qarşılıqlı bucaqlar deyilir.
Bulaq
Bulaq — yeraltı suyun təbii surətdə yer səthinə çıxmasıdır. Temperaturu 20°-yə qədər olan bulaq soyuq bulaqlar hesab olunur, 20-37° olan subtermal bulaqlar, 37-42° olan termal bulaqlar, 42°-dən yuxarı olan isə isti bulaqlar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi elementlər və qazlar olan bulaqa mineral bulaqlar deyilir. Bulağın əhalinin və sənayenin su ilə təmin olunmasında, habelə suvarmada böyük əhəmiyyəti var. Bəzi çaylar bulaqlardan qidalanır.Azərbaycan dilində "bulaq" sözü ilə eyni mənada, farscadan gələn "çeşmə" sözü də işlənilir. Bulaq və çeşmə kəlmələri məcazi mənada da çox işlənilir: "ilham bulağı", "həyat çeşməsi" və s.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur.
Umara
Umara adası — Oxot dənizində, Odyan körfəzi ərazisində, Koni yarımadası yaxınlığında yerləşən ada. Ada sahil ilə çəkilmə zamanı qumlu bərzəxlə birləşir. Sahəsi 0,3 km², uzunluğu isə 0,9 km təşkil edir. Kni yarımadası iləarasında məsafə 1 km-dir. Bitki örtüyü nisbətən zəngindir. Burada 145 növ bitkiyə rast gəlmək olur. Dəniz quşlarının kütləvi şəkildə yuva qurduğu ərazi vardır. Ada təqribi olaraq 5-6 min il öncə meydana gəlmişdir. Yaxınlığında qərarlaşan kiçik Vdovuşka və Şelikan adası ilə birlikdə materikə yaxın yerləşir.
Alxas bulağı
Alxas bulağı — Xınalıqda bulaq. Alxas bulağı Xınalığın sirli bulaqlardan biridir. Bulağın suyu iki mənbədən gəlir: həm qayaların arasından süzülür, həm də yerin altından qaynayıb çıxır. Bu suyu içəndə adamın dişini göynədir. Bulağın bir sirri də var. Təkcə yayda çobanlar yaylaqda məskən salandan-salana suyu olur.
Arçman bulağı
Aşı sumağı
Balağa Ağayev
Ağayev Balağa Məmməd Hənifə oğlu (17 oktyabr 1899, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Balağa Ağayev 1919-cu ildə Bakıdakı kommersiya məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat hələlik aşkar olunmamışdır.
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir.Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi. Xan bu hadisəni ölkədəki bütün falçılara və müdriklərə dəvət edərək qızının gələcəyini söylədi.
Buxara Atalığı
Buxara atalığı və atalıq, həmçinin Böyük atalıq özb. Buxoro otalig'i, Otaliq) — Buxara xanlığında 1601-1753-cü illərdə Həştərxanilər sülaləsinin hakimiyyəti ilə başlayan vəzir və ali hörmətli rütbəyə bərabər tutulan dövlət vəzifəsi. 1601-1753-cü illərdə mövcud olmuşdur. Atalıq - xanın əmisi və ya tərbiyəçisi kimi tərcümə olunur, özbək dilindən tərcümədə "atanın yerini tutmaq" deməkdir. Ənənəvi olaraq bu hüquq xüsusilə hörmətli və alicənab insanlara verilirdi. Bənzər bir ad (titul) - Atabəy Azərbaycanda da mövcud idi. == Tarixi == Qızıl Ordada (1224-1483) taxtın varisinin yanında ən yüksək məmur olaraq atalıq adı xüsusilə şərəfli və hörmətli olanlara verildi. Daha sonra "atalıq" varis olan gənc sultanların hamisi və tərbiyəçisi idi. == Buxara xanlığında titul == Atalıq adı Özbək xanlığında istifadə edilmişdir (1428-1468). Əbülxeyr xanın nəvəsi - Şeybani xan tərəfindən Mavərənnəhrin fəthindən sonra Şeybani dövlətində bu titul tətbiq edildi.
Buxara döyüşü
Buxara döyüşü — Göytürk-Sasani ittifaqı ilə Ağ Hun imperiyası arasında baş vermis döyüşdür. Döyüş sonunda Ağ Hun imperiyası dağıdılmış və torpaqları Ceyhun çayı sərhəd olmaqla göytürklər ilə sasanilər arasında paylaşılmışdır. == Arxa plan == Göytürklərin Çindən Aralıq dənizinə uzanan İpək yoluna hakim olmağa başlamasıyla birlikdə qərbdə Ağ Hun imperiyası ilə qonşu halına gəldilər. Ağ Hun imperiyası 350-ci ildən bəri Şimali Əfqanıstan və Məvaraünnəhr bölgələrində mövcudiyyətini davam etdirməkdə və İpək yolu ticarətini əlində tutmaqda idi. Bu bögələri əlində tutmaq üçün də Sasani imperiyası ilə davamlı toqquşma içərisində idilər. Bu dövrdə böyük güc olaraq ortaya çıxan gpytürklər də bu böldələri ələ keçirmək və İpək yolu ticarətini nəzarət altına almaq istəyirdilər. == Döyüş == Bunun üçün İstəmi Yabqu komandanlığındakı Göytürk ordusu 556-cı ildə Ağ Hun imperiyasına qarşı hücuma keçdi. Şərqdə Göytürk, qərbdə də Sasani hücumları qarşısında çətin vəziyyətdə qalan Ağ Hun imperiyası 555 və 558-ci illərdə Çindəki Qərbi Vey dövlətinə elçi göndərərək ittifaq təklif etdi. İstəmi Yabqu isə buna cavab olaraq Sasani imperiyası ilə ittifaq qurmaq fikrinə düşdü. Bunun üçün də qızını Sasani imperatoru I Xosrov ilə evləndirdi.
Buxara karvansarası
Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. == Haqqında == XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib.
Buxara karvansarayı
Buxara karvansarası — Bakının tarixi hissəsində İçəri Şəhərdə yerləşən, XV əsrə aid tarixi memarlıq abidəsi olan karvansara. == Haqqında == XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilmişdir. Planda kvadrat formalı, qabarıq portallı karvansaranın həyəti səkkizüzlü formadadı. Perimetr üzrə eyvanlar və şəxsi otaqlar – hücrələrlə əhatə olunmuşdur. Səkkizüzlü rahat həyət, gündəlik ticarət əməliyyatlarından sonra səyyahların və tacirlərin toplaşdığı, açıq səma altında xüsusi bir zal idi. Düz çərçivəyə alınmış həyətin daxili məkanının bütün perimetri boyu ümumi üslubla birləşən çatma tağ memarlıq kompozisiyasının əsas hissəsini təşkil edir. 1964-cü ildə aparılmış bərpa işləri karvansara binasını sonradan əlavə edilmiş tikililərdən və laylardan tamamilə azad etdi. Bu da onun, ətraf tikililər fonunda iri həcmli quruluşunu üzə çıxarmağa imkan verdi. Arxeoloji qazıntılar nəticəsində karvansaranın altından, Bakını su ilə təchiz edən küng borulu su xəttinin keçdiyi aşkar olunmuşdur. Araşdırmalardan məlum olub ki, bu tarixi abidə 15-ci əsrdə orta Asiyadan Bakıya gələn tacirlər tərəfindən tikilib.
Buxara papaq
Buxara papaq — Azərbaycanın milli papaq növü. Bəy zümrəsinin nümayəndələri və varlı təbəqələri Buxara papaq geyinirdi. Onları Buxaradan gətirilmiş dəridən konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa "Şiş papaq" və ya "bəy papaqları" da deyilirdi. Buxara papaqların hündürlüyü 11 santimetrdən çox olmurdu. Buxara papaqlarının hazırlanma texnologiyası digərlərinindən fərqlidir. Üç qaragül cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılır, onda isə həmin dəridən bu papağı tikmək mümkünsüz olur. Onun dəyəri də dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır.
Buxara vilayəti
Buxara vilayəti — Özbəkistanda vilayət. Sahəsi 40,3 min km2, əhalisi 1,7 milyon (2011). 13 rayonu, 10 şəhəri, 3 şəhər tipli qəsəbə var. Mərkəzi Buxara şəhəridir. == Təbiət == Səthi şimal-qərbə doğru azmeyilli düzənlikdir. Ərazinin çox hissəsini Qızılqum səhrası tutur. Vilayətin şimalında Kulcuktau (785 m) dağları, cənub-şərqində Zərəfşan çayının geniş dərəsi uzanır. Mühüm çayı olan Zərəfşandan və Türkmənistan Respublikası ilə sərhəddəki Amudərya çayından suvarmada istifadə edilir. Şor göllər var. Suvarılan rayonlarda (torpaq fondunun təqribən 2%-i) çəmən, allüvial, bataqlıq-çəmən, səhra-otlaq rayonlarında açıq-boz, qumlu və s.
Buxara xanlığı
Buxara xanlığı (özb. Buxoro Xonligi) — Buxara və bu günki Özbəkistan ətraflarında mövcud olmuşdur. Şeybani hakimiyyəti, Aştarhan hakimiyyəti (Canı hakimiyyəti) və Mangit hakimiyyəti olmaqla üç dövrü əhatə etmişdir. == Şeybani xanlığı == Şeybani xanlığı (1428–1468, 1500–1599), Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və özbəkləri idarə edən Əbu ül Xeyir tərəfindən qurulmuş xanlıqdır. 1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymur İmperatorluğu tərəfindən yıxılmışdır. Sonra 1500-cü ildə Məhəmməd Şeybani Xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir. === Şeybani xanları === Məhəmməd Şeybani (1500–1510) Köçkuncu (1510–1531) Müzaffərrəddin Əbu Səid (1531–1534) Əbul Qazi Ubeydallah (1534–1539) I Abdallah (1539–1540) Əbdüllətif (1540–1552) Novruz Əhməd (1552–1556) I Pir Məhəmməd (1556–1561) İsgəndər (1561–1583) II Abdallah (1583–1598) Abdül Mömin (1598–1598) II Pir Məhəmməd (1598–1598) == Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) == Həştərxan hakimiyyəti (Canı hakimiyyəti) Buxara Xanlığı (1599–1785) kimi xatırlanır. Həştərxan hakimiyyəti 1599-cu ildə Canıbəyin oğlu Din Məhəmməd (Baqi Məhəmməd) tərəfindən qurulmuş və bu hakimiyyət 1804-cü ildə tamamilə yıxılmışdır.
Buxara yürüşləri
Buxara yürüşləri - Rusiya qoşunlarının 1866-1868-ci və 1870-ci illərdə Buxara əmirliyinə qarşı hərbi ekspedisiyaları. == Yürüşlərin səbəbləri == Rusiya Krım müharibəsindən (1853-1856) sonra Mərkəzi Asiya və Qazaxıstanda öz işğalçılıq siyasətini xeyli genişləndirdi. Rusiya və İngiltərə Mərkəzi Asiya və Qazaxıstanı öz nüfuz dauirələrinə çevirmək uğrunda kəskin mübarizə aparırdılar. Buxara xanlığının Kokandın köməyinə gəlməsi ruslara bu torpaqlara yürüş üçün də bəhanə yaratmışdı. Buxara əmirliyi ilə toqquşmaya əsas səbəb də general-mayor M.Q.Çernyayevin komandanlığı altında rus qoşunları tərəfindən Mərkəzi Asiyada hakim strateji məntəqənin - Kokandın Daşkənd qalasının istila edilməsi oldu. Buna cavab olaraq Buxara hakimiyyətinin sərəncamı ilə əmirin yanına göndərilmiş Rusiya elçiliyi və bütün rus tacirləri həbs edildi. Rusların əmir Müzəffərəddinin qoşunlarını məğlub etməsi və əmirliyin ərazisinin bir hissəsinin, o cümlədən Xocənt, Ura-Tübə, Cizak şəhərlərinin işğalı (1866) Buxara tərəfini sülh danışıqlarına başlamağa məcbur etsə də, əmir ruslarıın şərtləri ilə razılaşmadı. 1867-ci ildə Rusiyanın Orta Asiyada işğal etdiyi bütün ərazilər Türküstan general-qubernatorluğu adı altında birləşdirildi. İmperator II Aleksandr tərəfindən müstəsna səlahiyyətlər almış general-leytenant K.P.Kaufman general-qubernator təyin edildi.. 1867-ci il 1 sentyabrda general-leytenant K.P.Kaufman Buxaraya ultimatum mahiyyətli Rusiya-Buxara sazişinin mətnini göndərdi.
Buxara yəhudiləri
Buxara yəhudiləri (ivr. ‏יהדות בוכרה‏‎, rus. Среднеазиатские евреи, Бухарские евреи) — tacik dilinin Yəhudi-tacik dilaektində danışan yəhudilərin adı.