BUTALAMMAX
BUVA
OBASTAN VİKİ
Butanal
Butanal (yağ aldehidi, butilaldehid) – kimyəvi formulu С4Н8О olan alifatik üzvi birləşmədir. Butanon ilə izomerdir. Rəngsiz, kəskin qoxulu, yüksək dərəcədə alovlanan mayedir. == Alınması == Butanal aşağıdakı üsullardan biri ilə alına bilər. butanol-1-in dehidrogenləşməsindən kroton aldehidinin hidrogenləşməsindən propenin hidroformilləşməsindən == Reaksiyaları == Bütün alifatik aldehidlər kimi, yüksək reaksiya qabiliyyətli və kifayət qədər zəhərlidir. Qaldıqda atmosfer oksigeni ilə yağ turşusuna qədər oksidləşir. Yanma Birləşmə Oksidləşmə Karbohidrogen radikalında hidrogen atomlarının əvəz olunması == Əməyin mühafizəsi == Butanal [1], digər aldehidlər [2] kimi, zəhərli bir maddədir: İş sahəsinin havasındakı BBQ 5 mq / m3 (maksimum birdəfəlik)-dir. [3]. Bununla belə, bir sıra tədqiqatlara görə, bu maddənin qoxusunun qəbul etmə hüdudu BBQ -dən daha yüksək ola bilər. Məsələn, tədqiqatda [4] qoxunun orta hədd qatılığı 15 mq / m3-ə çatmışdır.
Viktor Butanayev
Viktor Yakovleviç Butanayev və ya Astay Butanayev (d. 12 mart 1946, Zaporojye, Moldova, SSRİ) – xakas kökənli etnoqraf, türkoloq. Başqa öz etnosu olan xakaslar olmaqla, onların ataları olan Yenisey qırğızları və yaxın olduqları qırğızlarla bağlı fəaliyyəti ilə tanınır.İrina Butayevna ilə birlikdə yazdıqları son əsərləri “Yenisey qırğızları” (Bişkek, 2001) adlı əsəri ilə adını geniş kütlələrə duyurmuş və bu kitaba görə, 2002-ci ildə TÜRKSOY tərəfindən mükafata layiq görülmüşdür. == Həyatı == 12 mart 1946-cı ildə Zaporojyedə anadan olmuşdur. Atası hərbçi olduğuna görə uşaqlığını Moldovada keçirmişdir. 1964-cü ildə Daşkənd Milli Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Bir oğlu (Azarxan) və iki qızı (Dariqa və Alanqoa) vardır. Butanayevin müşavirliyi altında da magistr və doktorantura edənlər arasından xakas tarixi ilə bağlı çalışan 5 tarixçi yetişmişdir. == Əsərləri == Бутанаев В. Я. К вопросу о хакасских цифровых знаках.//Уч. зап.