Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buran
Buran (Ərdəbil) —
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.
Buran (Ərdəbil)
Buran (fars. بوران‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının eyniadlı bölgəsinin Nir kəndistanında, Ərdəbil şəhərindən 12 km cənub-qərbdə, Ərdəbil-Təbriz avtomobil yolunun üstündədir. == Əhali == 2006-cı il siyahıya alınmaya görə kənddə 103 nəfər yaşayır (17 ailə).
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Boran
Bukan
Bükan ya Bəykəndi (fars. بوکان‎) — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Bükan şəhristanının mərkəzi. Bükan şəhəri Tatavuçay (farsca adı Siminərud) çayının şərq sahilində, Qərbi Azərbaycan və Kürdüstan ostanlarını ayıran xəttdə, Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) və Kürdüstan ostanının Saqqız şəhərləri arasında yerləşir. 2016-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Bükan şəhərinin 194,000 nəfər əhalisi var - beləliklə, Bükan bütün Qərbi Azərbaycan ostanı boyunca sayına görə üçüncü böyük şəhər sayılır. Bükanın görməli yerləri kimi şəhərin Cümə məscidini və Sərdar məqbərəsini sadalamaq olar.
Bulan
Bulan—Xəzər xaqanlığı xaqan yəhudilikin yayıcısı. == Həyatı == Bulanın həyatına aid az məlumat var. Onun adı ilk dəfə İosif Bulanın məktublarında çəkilir. Yəhudili qəbul edəndən sonra adı Sabriel olmuşdur. Həyat yoldaşı Serax xatun yəhudi idi. Onun xaqan yaxud bəy olduğu dəqiqləşdirilməyib. Bulan və Obadiyah xaqan zamanlarında xalq arasında yayılma sürəti artan yəhudilik inancının yayılması üçün hər hansı bir təsir göstərməyən xaqanlar, xalqın dini inancına qarışmamışlar.
Buraq
Buraq (ərəb. البُراق‎) — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq. Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Busan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2–4-cü əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Buyan
Buyan adası (Krasnoyarsk diyarı)
Furan
Furan (oksol, 1-oksatsiklopenta-2,4-dien) - C4H4O formulu olan üzvi birləşmədir. Bir oksigen atomu olan beş üzvlü heterosikldır. Xloroformu xatırladan xarakterik qoxuya malik rəngsiz mayedir. Furfural, tetrahidrofuran, α-metilfuran kimi bir çox praktiki əhəmiyyətı olan maddələrdən ibarət böyük bir qrup üzvi birləşmənin başlanğıc nümayəndəsidir. == Tarixi == Furan maddəsi ilk dəfə təmiz halda 1870-ci ildə Henrix Limprixt tərəfindən əldə olunub, lakin Limprixt onu tetrafenol adlandırmışdı. == Fiziki-kimyəvi xassələri == Furan rəngsiz, tezalışan, olduqca qeyri-sabit maye olub təqribən otaq temperaturunda qaynayır. Furan toksik və xərçəng əmələ gətirən maddədir.<ref name="xumuk">{{cite web Çox sayda üzvi birləşmənin əsasıdır. Onların əksəriyyəti, məsələn, furfurol, tetrahidrofuran, silvan (α-metilfuran) praktiki əhəmiyyətə malikdir.<ref name="bse">{{cite web Təmiz furan turşuların təsiri altında tez polimerləşir. Furan p-elektronlu aromatik birləşmədir. == Mənbə == Nomenclature of Organic Chemistry : IUPAC Recommendations and Preferred Names 2013 (Blue Book).
Kuran
Kuran (Soyuqbulaq)
Muran
Rəhimli-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Muran (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Nuran
Nuran (Ağsu)
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Suran
Suran — İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Sib və Suran şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,966 nəfər və 1,886 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar. Bəluclardan əlavə sistanilərdə bu şəhərdə yaşayırlar ki dari dilində danışırlar və şiə müsəlmandırlar.
Turan
Turan (fars. توران‎) — Mərkəzi Asiyada tarixi bir ərazidir. Termin İran mənşəlidir. İlk turanlılar Turun nəslindən gələn iranlı bir qəbilədir. Turan adına Avesta və Firdovsinin Şahnamə əsərində rast gəlmək olar. Tarixi İran-Turan müharibələrində Əfrasiyab Turan imperatoru olaraq nəql edilir. Turan sözü XIX əsrdən etibarən ideoloji bir terminə çevrildi. Bu idealogiya Türk tarixində siyasi, hərbi və mədəni sahələrə öz təsirini göstərib. Azərbaycanda turançılıq idealogiyasının ən məşhur daşıyıcılarından biri Əli bəy Hüseynzadə olub. Həmçinin tanınmış Azərbaycan şairi və repressiya qurbanı Hüseyn Cavid bu ideologiyanın daşıyıcısı olub və təsadüfi deyil ki, öz qızına Turan (Turan Cavid) adı verib.
Uran
Uran (planet) — Günəş sistemində 7-ci planet. Xaric planetdir. Uran (element) — D.İ.Mendeleyevin elementlərin dövri sistemində 92-ci element. Uran (mifologiya) — Qədim yunan mifologiyasında dünyanı ilk idarə edən səma tanrısı Uran (repçi) — azərbaycanlı repçi. Urançay — Oğuz rayonu ərazisində çay. Ağçayın qoludur.
&Burn
&burn, Amerikalı müğənni Billi Ayliş və Amerikalı reper Vins Steypls tərəfindən səsləndirilən mahnıdır. 15 dekabr 2017-ci ildə Darkroom və Interscope Records vasitəsilə rəqəmsal yükləmə və striminq üçün sinql olaraq buraxılmışdır və daha sonra həmin ilin dekabrında Aylişin debüt EP-si olan "Don't Smile at Me"nin yenidən nəşrində yer almışdır. == Arxa plan və buraxılış == "&burn", Aylişin "Don't Smile at Me" EP-sini buraxdıqdan sonra ilk buraxılışı və ilk əməkdaşlığı idi (blackbear tərəfindən hazırlanan "Ocean Eyes" remiksindən başqa). Mahnı, Aylişin rəsmi sosial media hesablarında anons edildi və eyni gündə bütün əsas platformalarda yayımlandı. == Kompozisiya == "&burn", minimalist bir prodakşına və Aylişin emosional vokallarına əsaslanan qaranlıq və atmosferik bir pop mahnısıdır. Mahnının sözləri, xəyanət və qisas mövzularını araşdırır. == Tənqidi rəylər == "&burn", musiqi tənqidçilərindən ümumiyyətlə müsbət rəylər aldı. Mahnı, Aylişin vokalı, sözləri və prodakşını üçün tərifləndi. == Musiqi videosu == "&burn" üçün rəsmi musiqi videosu çəkilməyib. Lakin, Ayliş və Steypls mahnını birlikdə canlı ifa etdikləri bir video yayımlandı.
Buran (kosmik gəmi)
Buran (rus. Бура́н, azərb. Çovğun‎) — orbital gəmi, raket təyyarə tipli sovet çoxişlədilən kosmik nəqliyyat sistemidir. “Enerji-Buran proqramı” əsasında hazırlanan raket təyyarədir. Buran amerikalıların Speys Şattl analoji proyektinə cavab olaraq yaradılmışdır. İlk və yeganə uçuşunu "Buran" avtonom rejimdə 15 noyabr 1988-ci ildə yerinə yetirdi. Buranın aparıcı mütəxəssisi - Gleb Yevgeyniviç olmuşdur. == Tarixi == Buran hərbi sistem kimi planlaşdırılmışdı,həmçinin sovetlərə gorə amerikalıların şatlları hərbi məqsədlər üçün istifadə olunurdu. Proqramın özünün başlanma tarixi var: 1970-ci ildə Nikson dedi ki, Amerika Birləşmiş Ştatları Speys Şattl proqramına başlayır. Bu milli proqram kimi təqdim edilmişdi, ildə 60 insanı göndərməyi hesablamışdılar, 4 belə gəmi duzəltmək nəzərdə tutulurdu; proqrama 5 milyard 150 milyon dollar pul xərcləməyi planlaşdırırdılar(1971-ci ildə).
Enerji-Buran proqramı
Buran Kosmik Gəmi proqramı Sovet İttifaqının kosmik gəmi layihəsidir. Sınaq kosmik gəmiləri ilə birlikdə müxtəlif dövrlərdə ümumilikdə 10 kosmik gəmi inşa edilmişdir. Bunlardan ilk 5-i sınaq kosmik gəmiləri idi və hamısının inşası tamamlanmış və vəzifələrini uğurla yerinə yetirmişdirlər. OK-1.01 də adlandırılan model, kosmosa çıxan ilk model idi. İnşaatı 1986-cı ildə başlamış və 15 noyabr 1988-ci ildə kosmosa çıxmışdır. Bu model ilk dəfə Baykal adlandırılsa da, uçuşundan bir müddət əvvəl adı "Buran" olaraq dəyişdirilmişdir. Bu kosmik gəmi, Qazaxıstandakı Baikonur Kosmik Bazasının 112-ci anqarında 5 il saxlanılmışdır. Bərpa zamanı anqarın tavanı çökdü. Buran layihəsinin kosmosda olan yeganə modeli Buran 1.01 və Energiya raket komandası damın qalıqlarının altında qalaraq məhv olmuşdur. 7 bərpa işçisi də ölmüşdür.
Kəlser Buran (Auırqazı)
Kəlsir Buran (başq. Кәлсер-Буран, rus. Кальчирбуран) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, kənd sovetliyindən (Yeni Kəlsir): 2 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (79%) üstünlük təşkil edir.
Kəlsir Buran (Avurğazı)
Kəlsir Buran (başq. Кәлсер-Буран, rus. Кальчирбуран) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, kənd sovetliyindən (Yeni Kəlsir): 2 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (79%) üstünlük təşkil edir.