KOL
KOL-KOSLU
OBASTAN VİKİ
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
Kos-kosa
Kos-kosa - Azərbaycanda əsasən Novruz bayramında geniş yayılmış oyun növüdür. Novruz bayramında Kosa və Keçəl personajları seçilir. Onlar məzəli oyunlar göstərir, lətifələr danışır və Kosa-kosa oyunu oynayırlar. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin evinə girsə o evə bərəkət girər və il boyunca əskik olmaz. Bəzi bölgələrdə uşaqlar bəzilərində isə qadınlar tərəfindən oynanır. Kosanın son günündə Səməni (Sem/Som) adı verilən bir mərasim keçirilir. Som eyni zamanda Yula deyilən ruhun qoruyucusudur.
Kos (şəhər)
Kos (yun. Κως) —Yunanıstanda şəhər, liman. Dəniz səviyyəsindən 15 metr yüksəklikdə, Kos adasının şimal-şərq hissəsində, "İpokratis" beynəlxalq hava limanından 21 kilometr şimal-şərqdə yerləşir. Cənubi Egey adaları periferiyasında yerləşən Kos icmasının inzibati mərkəzidir. 2011-ci il siyahıyaalınmasının nəticələrinə görə, şəhərin əhalisi 19.432 nəfərdir. Sahəsi 67,2 kvadrat kilometrdir. Dodekanes adalarında Rodosdan sonra ikinci ən çox əhaliyə malik şəhərdir.
Helmut Kol
Helmut Kol (alm. Helmut Josef Michael Kohl‎; 3 aprel 1930[…] – 16 iyun 2017[…]) 1982-1998-ci illərdə Almaniyanın kansleri olmuşdur. 1990-cı il 3 oktyabrda birləşmiş Almaniyanın ilk kansleri olub. == Həyatı == Helmut Kol 3 aprel 1930-cu ildə Bavariyada anadan olur və O Ludwigshafendə böyüyür. 1950-ci ildə Frankfurt Universiteti Hüquq Fakültəsinə daxil olur, 1951-ci ildə Heydelberq Universitetinə keçir və tarixi və sosial-siyasi elmləri öyrənir. 1956-cı ildə Universiteti bitirdikdən sonra Kol Heydelberq Universitetinin Alfred Veber adına İnstitutunda tədqiqat işçisi kimi çalışmışdır. 1958-ci ildə "1945-ci ildən sonra Pfalçanın siyasi inkişafı və partiyaların dirilişi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1960-cı ildə Helmut Kol 1948-ci ildən bəri tanış olduğu tərcüməçi Hannelore Renner ilə evlənir və iki oğlanları dünyaya gəlir. 5 iyul 2001-ci ildə, 68 yaşında, alergiyadan ciddi şəkildə xəstələnən Hannelore Kol, özünü öldürür.. 8 May 2008-ci ildə 78 yaşındakı Helmut Kol ikinci dəfə evlənir.
Kol albalısı
Yabanı albalı (lat. Prunus fruticosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Ukraynada, Moldaviyada, Krım və Qafqazda bitir. == Botaniki təsviri == Hazırda mədəni albalı sortları çox olduğundan yabanı albalı öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara çox təsadüf edilir. Yabanı albalı aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir.
Kol qurbağası
Kol qurbağası (lat. Polypedates leucomystax) — Rhacophoridae kol qurbağası ailəsindən olan növlərdir. O bir çox adla tanınır ki, əsası kol qurbağasıdır. Bundan başqa qızıl sürüşən qurbağa, qızıl ağac qurbağası, Asiya ağ dodaqları, bəbir qurbağası, uçan və ya soyunan ağac qurbağası və s. adları vardır. Bu qurbağalara Banqladeşdə, Bruneydə, Kambocada, Çində, Hindistanda, İndoneziyada, Laosda, Malayziyada, Myanmada, Nepalda, Filippində, Sinqapurda, Tailandda, Vyetnamda və Butanda rast gəlinsə də, əsasən Yaponiyada yaşayırlar. Təbii yaşayış mühiti subtropik iqlim və ya tropik quru meşələr, çaylar gölər və nohurlardır.
Kol qızılağacı
Kol qızılağacı (lat. Alnus alnobetula subsp. fruticosa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinin yaşıl qızılağac növünə aid bitki yarımnövü. == Areal == Çində, Yaponiyada, Rusiyada, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərqdə geniş yayılmışdır. Azərbaycanda isə Lənkəran, Masallı, Zaqatala rayonlarında rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1–3 m olan koldur. Qabığı tünd-boz,zoğları qırmızı-qonur,sarımtıl pulcuqlarla örtülmüşdür; yarpaqların uzunluğu 10 sm-dək, yumurtavari; dişli, üstü parlaq, tünd-yaşıl, çılpaq, alt tərəfi daha açıq, ətirli və yapışqanlıdır. Digər növlərdən fərqli olaraq yarpaqları açıldıqda, eyni vaxtda çiçəkləyir. Erkək çiçəkləri üç, bəzən bir ədəd qalxanvari genəlmiş,sırğanın oxunda spiralvari çiçək saplaqlarında oturur; çiçəkyanlığı sadə, əsasən dördyarpaqlı və ya dörd yerə bölünmüşdür; 4 erkəkciyi qısa saplı, iri, ikiyuvalı tozcuqludur. Dişi çiçəkləri ətli pulcuqların qoltuqlarında oturur, onların meyvələri yetişdiyi vaxt oduncaqlaşır.
Kol çərəni
Kol çərəni == Təbii yayılması == Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. == Botaniki təsviri == 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. == Ekologiyası == Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. == Azərbaycanda yayılması == Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. == İstifadəsi == Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Kol İsrail
«Kol İsrail» («İsrailin səsi») — dövlət (1965-ci ilə qədər) radio stansiyası, dövlət idarəçiliyində müstəqil quruluş haqqında qanunun qəbulundan sonra, Rabitə İdarəsinın (Reşut ha-şidur) filialı kimi fəaliyyətini davam etmişdir. == Tarixi == Erets İsrail telekanalının yayımı 30 mart 1936-cı ildə «Fələstində İngilis Mandat İdarəsinin» («Palestine Broadcasting Service» — PBS, ivritcə — «Reşut ha-şidur ha-palestini»), Fələstin Yayım Xidməti tərəfindən bir hissəsi kimi fəaliyyət göstərirdi. İlk yayım Qüds otelində "Palaz" da yerləşən studiyadan hazırlanıb. Özünü PBS-in varisi hesab edərkən, Kol İsrail 2006-cı ildə 70 illik yubileyini qeyd etdi. == Əsas kanalları == Kol Yisrael en:Israel Radio International — xarici dillərdə yayımı'. Reshet Aleph («Reşet alef») — mədəniyyət kanalı. Reshet Bet («Reşet bet») — xəbərlər, aktuallıq, idman. Reshet Gimel («Reşet qimel») — israil musiqisi; Reshet Dalet («Reşet dalet») — ərəb dilində yayımı. REQA (REKA) — 14 dildə yayımı. 88FM — yüksək keyfiyyətli musiqilər.
Kol şoranı
Qarağan şoranı və ya kol şoranı == Təbii yayılması == Rusiyada, Dərbənddə və Azərbaycanda Xəzər dənizinin şimal sahilində, Kür çayı ətrafında təsvir edilmişdir. Qafqazda, Avropada, Orta Asiyada, İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 20-60 sm, bəzən isə 100-130 sm-ə qədər olan geniş şaxələnmiş kolcuqdur. Qaidə hissəsində süpürgəvari, yazda sıx tüklənmiş və qışda məhv olan budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, cavan yarpaqları silindrvarı, sıx saqqalvarı tüklənmişdir,yaşlı budaqlarda isə çılpaqdır. May ayında çiçəkləyir. Çiçəkləri sayca çox, boz rənglidir və enli süpürgəvari çiçək qrupunda yerləşir. Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstddir, çiçəkləyəndən sonra sıxlaşır. Noyabr ayında meyvə verir. Meyvələri qanadlı, nazik pərdəli, gümüşü-ağ, sarımtıl və ya çəhrayıdır.
Natali Kol
Natali Kol (ing. Natalie Maria Cole; d, 6 fevral 1950, Los-Anceles — ö, 31 dekabr 2015, Amerikalı jazz ifaçısı, müğənnisi, bəstəkarı və aktrisa. Məşhur caz ifaçısı Net Kinq Kol-un qızı. Sehrbazlığın musiqi kamilliyi ilə gələn bir növü də mövcuddur. Bu, anadangəlmə sərbəstlik, tanrı tərəfindən verilmiş bilikdir. Yaradıcılığının çiçəklənən dövrünü yaşayan Natali Koulun kamil sənətkarlığı özünü onun "Ask a Woman who Knows" adlı albomunda bütünlüklə ğöstərmişdir. Bu albom ən əvvəl üç il ərzində onun üçün (Verve Records) - son dərəcə vacib debüt olmuşdur. Koulun heç bir qüvvə sərf etmədən həmişəki emosionallıqla cazla pop musiqisini birləşdirmiş olduğu toplu 2002-ci ildə onun mahnılarına yeni səs vermişdir. "Unforgettable With Love" orijinal albomun prodüseri Tommi Li Puma tərəfindən diggəttlə seçilən bu toplu 1991-ci ildə milyon tirajlarla satılmış və çox sayda "Gremmi" mükafatına layiq görülmüşdür. (Onun atası, əfsanəvi musiqiçi Nat "King" Cola həsr edilmişdir).
Kol öküzboğan
Kol öküzboğan (lat. Bupleurum fruticosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi sahillərindən, Krımın cənub sahilində bəzən yabanı olan həmişəyaşıl dekorativ kol bitrkisidir. == Botaniki təsviri == Hündürlüyü 1,8 m olan həmişəyaşıl koldur. Bitki düz budaqlı zoğ və sıx çətir əmələ gətirir. Yarpaqları dərili, lələkvari-bölünmüş, çox vaxt böyük, qabarıq qınlıdır və mavi-yaşıl rənglidir, uzunluğu 9 sm-ə çatır. Çiçək qruplarına görə asanlıqla tanınır; sadə və ya mürəkkəb çətirlər əmələ gətirir, çiçəkləri xırda, çox vaxt ağ, bəzən sarı və ya mavi, düz, ikicinsli, kasacığı az bilinən, çiçək tacı beşləçəkli, dişiciyi bir, yumurtalığı-yarımaşağı, ikiyuvalıdır. Meyvəsi-2 yerə bölünmüş toxumcadır. == Ekologiyası == Rütubətsevən, mülayim iqlim şəraitinə davamlı bitkidir. Zəngin torpaqlarda yaxşı bitir.
Qızıl kol
Qızıl kol — rejissor Beybolat Askarov quruluşunda hazırlanan bədii film. Film ictimai-iqtisadi, siyasi-mədəni həyatda gedən dəyişikliklərdən bəhs edir. Film Qəmər Salamzadənin kinoda ilk işidir. Qəmər Salamzadə ilk azərbaycanlı qadın kinorejissordur. Ssenari müəllifi: Beybolat Askarov Quruluşçu rejissor: Beybolat Askarov Quruluşçu operator: İvan Tartakovski, İvan Manakov Rejissor assistenti: Ağarza Quliyev Rejissor köməkçisi: Qəmər Salamzadə Ağarza Quliyev Rüstəm Kazımov — Süleyman Sidqi Ruhulla Y.Novruzova Badisəba Lətif Səfərov Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99.
Yanan kol
Yanan kol və ya yanmamış kol — Tövratda və "Əhdi-ətiq"də qeydə alınmış hadisəyə aid edilən ifadə. "Çıxış" kitabının üçüncü fəslində Horiv dağında baş vermiş hadisə kimi təsvir edilmişdir. Bibliyada təqdim olunan hesaba görə, kol alov içində idi, lakin alov tərəfindən yandırılmamışdır və buna görə də hadisə belə adlandırılmışdır. Bibliyada verilən rəvayətdə yanan kol Musanın İsrail övladlarını Misirdən və Kənana aparmaq üçün Yahve tərəfindən təyin edildiyi yerdir. Bu kol ivrit dilində "seneh" (ivr. ‏סנה‎‏‎) kimi verilmişdir və bu söz xüsusilə moruğa aiddir. "Seneh" sözü "Sinay" haqqında söz oyunu olma ehtimalı da düşünülür. Rastafari hərəkatının bəzi nümayəndələri yanan kolun çətənə olduğuna inanırlar.
Kos-e-Dyej
Kos-e-Dyej (fr. Causse-et-Diège, oks. Causse e Diège) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12257. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 50 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 422 nəfərdən (15-64 yaş) 314 nəfəri iqtisadi cəhətdən fəal, 108 hərəkətsiz (fəaliyyət göstərici 74.4%, 1999-cu ildə 66.5%) idi.
Merop (Kos padşahı)
Merop və ya Merops (q.yun. Μέροψ ο Κώος ) — qədim yunan mifologiyasında personaj, Kos padşahı. Kos adını qızının və sakinləri meroplular qoydu. O, pəri Efimiya ilə evləndi, Artemida onu oxlarla deşdi və Persefona onu ölülər səltənətinə apardı. Onun yasını tutdu və qartala çevirdi, Qartal bürcü oldu. Bəzi məlumatlara görə, o, ilk dəfə tanrılara sitayiş etməyə başlamışdır.
Daryarpaq ölməz kol
Dişli ölməz kol
Parlaq ölməz kol
Qırmızı pirakanta (lat. Pyracantha coccinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü. Şərqi Aralıq dənizi sahilərinə məxsus nadir növüdür. Zaqafqaziyada, Krımda, İtaliyada, Fransada, keçmiş Yuqoslaviya ərazisində, Şimali İran və Türkiyədə rast gəlinir. Hündürlüyü 1-1,5 (2) m-ə qədər olan, iri budaqlı, tikanlarla əhatə olunmuş koldur. Yarpaqları qalın dərilidir, qışı keçirən, uzunsov-ellipsvari və ya uzunsov-neştərvari, bəzən yumurtaşəkilli formada olur, üst tərəfdən parlaq, tünd-yaşıl rəngli, alt tərəfdən tutqundur, cavan yarpaqları tüklu, daha sonra çılpaq olur, kənarları mişarvari-dairəvi dişlidir, saplağı qısadır. Qalxan çiçək qrupu budaqlanan olub, çoxçiçəklidir, sıxdır və qismən tüklüdür. Çiçəkləri xırda ağ və ya krem (açıq sarı) rəngdədir. Meyvələri şarşəkilli, parlaq narıncı-qırmızı və ya tünd qırmızı rəngdədir, noxud böyüklüyündədir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.
Qırmızı ölməz kol
Qızıl Kol (1930)
Qızıl kol (film, 1930)
Qızıl kol — rejissor Beybolat Askarov quruluşunda hazırlanan bədii film. Film ictimai-iqtisadi, siyasi-mədəni həyatda gedən dəyişikliklərdən bəhs edir. Film Qəmər Salamzadənin kinoda ilk işidir. Qəmər Salamzadə ilk azərbaycanlı qadın kinorejissordur. Ssenari müəllifi: Beybolat Askarov Quruluşçu rejissor: Beybolat Askarov Quruluşçu operator: İvan Tartakovski, İvan Manakov Rejissor assistenti: Ağarza Quliyev Rejissor köməkçisi: Qəmər Salamzadə Ağarza Quliyev Rüstəm Kazımov — Süleyman Sidqi Ruhulla Y.Novruzova Badisəba Lətif Səfərov Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 99.
La-Kol-sür-Lu
La-Kol-sür-Lu (fr. La Colle-sur-Loup) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Vilnyov-Lube kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qərbi Kan-syur-Mer kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,82 km², əhalisi — 7434 nəfərdir (2006) artım tendensiyası ilə: 7726 nəfər (2012), əhalinin sıxlığı 786,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 7701 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 7726 nəfər.
Böyük Qafqazın arid meşə-kol landşaftları

Digər lüğətlərdə