Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Burundi
Burundi Respublikası (kir. Republika y'u Burundi, fr. République du Burundi) — Mərkəzi Afrikada və dənizə sahili olmayan dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika Gölü ilə olmaqla Konqo Demokratik Respublikasıdır. Paytaxtı Bujumbura şəhəridir. == Adın etimologiyası == Ölkə adı Bantu dilində Rundilerin yaşadığı ölkə mənasını verir. Sözönü olan bu- (bu — Rundi = Rundilerin yaşadığı ölkə = Burundi) şəkilçi fellərin önünə əlavə edilib , bu ön əlavə ölkə adlarında ku, ru hecalarının yanında u təyin halı olaraq əlavə edilir. Rundilerin istifadə dil olan Kirundi də eyni quruluşdan əmələ gəlib ki qarşıya şəkilçi istifadə dil mənasında istifadə olunub, Rundilerin istifadə dil mənasını verir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 1.140 km sərhədin 315 km-i Ruanda , 589 km-i Tanzaniya və 236 km-i Demokratik Konqo Respublikası ilədir. Ölkə ümumiyyətlə dağlıq və yaylalık bir ölkədir.
Burunlu
Burunlu (Zərdab) — Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Burunlu — Zəngilan rayonununda kənd.
Süyündük (Uçalı)
Süyündük (başq. Һөйөндөк, rus. Суюндюково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 86 km, ən yaxın dəmiryol stansiyasından (Ustinəu stansiyası): 6 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (95 %) üstünlük təşkil edir.
Süyündük (Şaran)
Süyündük (başq. Һөйөндөк, rus. Суюндюково) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Durtüylü kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 13 km, kənd sovetliyindən (Durtüylü): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 27 km. == Əhali == == Tarixi == Kənd Sovetlər dönəmində meydana gəlmişdir. İlk dəfə 1982-ci ildə 20 nəfərlik kənd olaraq xəritəyə salkınır. 1989-cu ildə 7 nəfər (4 kişi, 3 qadın), 2002-ci ildə 2 nəfər (1 kişi, 1 qadın, başqırdlar (100 %)), 2010-cu ildə isə kəndə yaşayış olmamışdır. 2012-ci ildə isə kənd ləğv edilmişdir.
Burundi Krallığı
Burundi krallığı (fr. Royaume du Burundi) və ya Urundi krallığı (fr. Royaume d'Urundi) — Afrika qitəsinin şərq hissəsindəki Böyük göllər regionunda, müasir Burundi Respublikası ərazisində yerləşən tarixi dövlət. Krallıq əhalisinin əksəriyyətinin hutulardan ibarət olmasına baxmayaraq, tutsi etnik qrupunun üzvü olan və "mnami" titulunu daşıyan bir monarx tərəfindən idarə edilirdi. Əsası XVII əsrdə qoyulan krallıq 1890-cı ildə Almaniya Şərqi Afrikasının bir parçası, 1916-cı ildə isə Ruanda-Urundi adı altında Belçika tərəfindən idarə olunan Millətlər Liqasının mandat ərazisi olmuşdur. 1962-ci ildə Burundi krallığı konstitusiyalı monarxiya olaraq öz müstəqilliyini yenidən əldə etmiş, 1966-cı ilin noyabr ayında baş verən dövlət çevrilişi nəticəsində isə monarxiya ləğv olunmuşdur. == Tarixi == Burundi krallığının yaranma tarixi naməlum olsa da, güman edilir ki, krallığın əsası XVII əsrdə — tutsilərin əksəriyyəti təşkil edən hutulara qarşı dominantlıq qazandığı dövrdə qoyulmuşdur. "Mnami" I Ntare (h. 1675–1705) hakimiyyəti dövründə krallığın ərazisi böyümüş, qonşu politiyaların əraziləri zəbt edilmişdir. Monarx tərəfindən idarə olunmasına baxmyaraq, krallıq əhəmiyyətli dərəcədə demərkəzləşdirilmişdi və yerli alt-hakimlər böyük müstəqilliyə malik idi.
Burundi Respublikası
Burundi Respublikası (kir. Republika y'u Burundi, fr. République du Burundi) — Mərkəzi Afrikada və dənizə sahili olmayan dövlətdir. Ölkənin sərhəd qonşuları şimalda Ruanda, şərqdə və cənubda Tanzaniya və qərbdə böyük bir qismi Tanqanika Gölü ilə olmaqla Konqo Demokratik Respublikasıdır. Paytaxtı Bujumbura şəhəridir. == Adın etimologiyası == Ölkə adı Bantu dilində Rundilerin yaşadığı ölkə mənasını verir. Sözönü olan bu- (bu — Rundi = Rundilerin yaşadığı ölkə = Burundi) şəkilçi fellərin önünə əlavə edilib , bu ön əlavə ölkə adlarında ku, ru hecalarının yanında u təyin halı olaraq əlavə edilir. Rundilerin istifadə dil olan Kirundi də eyni quruluşdan əmələ gəlib ki qarşıya şəkilçi istifadə dil mənasında istifadə olunub, Rundilerin istifadə dil mənasını verir. == Coğrafiya == Ölkənin cəmdə sahib olduğu 1.140 km sərhədin 315 km-i Ruanda , 589 km-i Tanzaniya və 236 km-i Demokratik Konqo Respublikası ilədir. Ölkə ümumiyyətlə dağlıq və yaylalık bir ölkədir.
Burundi bayrağı
Burundi bayrağı — Burundinin Dövlət bayrağı == Tarixi == Burundi bayrağı ilk dəfə 28 iyul 1967-ci ildə qəbul edilmiş, illər içərisində görünüşündə bir neçə dəfə dəyişikliklər gerçəkləşdirilmiş, son olaraq 27 sentyabr 1982-ci ildə edilən en və uzun nisbətidəki dəyişiklik ilə dövrümüzdəki halını alaraq istifadə edilməyə başlanmışdır. Bayraqda hər bir uc küncünə dəyəcək şəkildə ağ zolaqlar yerləşdirilərək x forması əmələ gətirilmişdir. Bu zolaqların nəticəsində yaranan üçbucaqlardan üst və alt bölümdə olan üçbucaqlar qırmızı, bayraq dirəyinə asılan tərəf ilə dalğalanan tərəfdə olan üçbucaqlar isə yaşıl rənglidir. Bayrağın tam ortasında, zolaqların və üçbucaqların üzərində ağ bir çevrə olub, içərisində biri yuxarıda, ikisi isə aşağıda olan üç ədəd yaşıl kənarlı qırmızı rəngli altı guşəli ulduz vardır. Bayraqda olan qırmızı rəng müstəqillik mübarizəsində həyatını itirənləri tərənnüm edərkən, yaşıl rəng inkişafı və ümidi, ağ rəng isə sülhü təmsil edir. Bayraqdakı üç ədəd altı guşəli ulduzlar isə ölkənin milli şüarı olan "Birlik, Əmək, İnkişaf" sözləri ilə yanaşı ölkədə yaşayan üç etnik grupu olan Hutu, Tutsi və Tvaları təmsil edir.
Burundi frankı
Burundi frankı (Fransızca: franc burundais; ISO 4217: BIF) - Burundidə istifadə edilən rəsmî pul vahididir. 1 Burundi frankı 100 sentimoya bərabərdir. Ancaq müstəqillik illərindən bu yana sentimo dövriyyəyə buraxılmır. Burundi frankı Burundi Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Burundi frankı = 0.000595760 ABŞ dolları.
Burundi himni
Burundi Bwacu (azərb. Bizim Burundi‎) — Burundi dövlət himni. == Himnin sözləri == === Kirundi dilində (tonlar ilə) === Burŭndi Bwâcu, Burŭndi buhĭre, Shīnga icúmu mu mashīnga, Gaba intăhe y'úbugabo ku bugīngo. Warápfunywe ntiwapfûye, Waráhabīshijwe ntiwahababuka, Uhagurukana, uhagurukana, uhagurukana, ubugabo urîkukira. Komerwa amáshi n'ámakūngu, Hābwa impŭndu n'âbâwe, Isāmírane mu mashīnga, isāmírane mu mashīnga. Burŭndi bwâcu, rági ry'ábasôkúru, Ramutswa intăhe n'íbihúgu, Ufatánije ishaka n’ubúhizi; Vuza impŭndu wĭgānzūye uwakúgānza uwakúgānza. Burŭndi bwâcu, nkóramútima kurí twëse, Tugutūye amabóko, umutima n'úbuzima, Imâna yakúduhāye ikudútūngire. Horana ubúmwe n'ábagabo n'ítĕkāne. Sāgwa n'úrwĕze, sāgwa n'ámahóro mēzá. === Fransız dilinə tərcümə === Cher Burundi, ô doux pays, Prends place dans le concert des nations.
Burundi şəhərləri
Burundinin ən böyük məskun edilmiş məntəqələrinin siyahısı. World Gazeteer internet-saytının,məlumatlarına görə Burundidə sayla 17 şəhər 5 000-dən çox insan var == Burundi şəhərlərinin siyahısı == == İstinadlar == Vikianbarda Burundi şəhərləri ilə əlaqəli mediafayllar var.
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Burunlu (Zərdab)
Burunlu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Burunlu kəpənəkçiçək
Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir.
Burunlu meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar. == Xariçi görünüşü == Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.
Bürüşük akasiya
Bürüşük akasiya (lat. Acacia pravissima) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Yeni Cənubi Uelsdən Viktoriyaya qədər yayılmışdır. == Sinonimləri == Acacia pravissima F. Muell. ex Benth.
Qızıla bürünmüş dövr
Qızıla bürünmüş dövr (ing. Gilded Age) — vətəndaş müharibəsindən və Cənubun yenidən qurulmasından sonra ABŞ-də sürətli iqtisadi inkişaf və əhalinin yüksək artımı dövrü. Birləşmiş Ştatlar tarixində Qızıla bürünmüş dövr təxminən 1870-ci ildən 1900-cü ilə qədər uzanan bir dövrdür. Xüsusilə Şimali və Qərbi ABŞ-da sürətli iqtisadi artım dövrü idi. Amerikada maaşlar Avropadakından, xüsusən də ixtisaslı işçilər üçün maaşlardan çox artdıqca, sənayeləşmə getdikcə artan ixtisassız işçi qüvvəsini tələb etdikcə, bu dövrdə milyonlarla avropalı immiqrant axını baş verdi. Sənayeləşmənin sürətlə genişlənməsi 1860-1890-cı illər arasında real əmək haqqının 60% artmasına səbəb oldu və daim artan işçi qüvvəsinin yaranmasına gətirib çıxardı. Bir sənaye işçisinə düşən orta illik əmək haqqı (kişilər, qadınlar və uşaqlar da daxil olmaqla) 1880-ci ildəki 380 dollardan 1890-cı ildə 564 dollara yüksələrək 48% artdı. Qızıla bürünmüş dövr həm də yoxsulluq və sosial bərabərsizlik dövrü idi, çünki milyonlarla mühacir – çoxu yoxsul bölgələrdən Birləşmiş Ştatlara axışdı və sərvətin yüksək konsentrasiyası daha nəzərə çarpan oldu.Dəmir yolları fabrik sistemi, mədənçıxarma və maliyyənin əhəmiyyəti artan əsas inkişaf sənayesi idi. Avropadan və şərq əyalətlərindən immiqrasiya Qərbin əkinçilik, təsərrüfat və mədənçilik əsasında sürətli böyüməsinə səbəb oldu. Sürətlə inkişaf edən sənaye şəhərlərində həmkarlar ittifaqlarının əhəmiyyəti getdikcə artdı.
Azərbaycan–Burundi münasibətləri
Azərbaycan–Burundi münasibətləri — Azərbaycan Respublikası ilə Burundi Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin mart ayının 2-də qurulmuşdur.
Burunlu (şişovurd) eliya
Burunlu (şişovurd) eliya (lat. Aelia rostrata) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu növün başı qabaqdan aşağıya doğru az əyilmişdir. Xortum lövhəciklərinin kəsmə qabağının ön təpəsində üçbucaq şəklində iti dişlər vardır. Başına skul lövhəcikləri üzlükdən qabaq tərəfdə ensizdir. Rəngi bozumtul – sarı və bəzən açıq sarıdır. Uzunluğu 10–12 mm-dir. == Həyat tərzi == Bunlara qışda ziyankar bağacığın qışlama yerlərində daha çox təsadüf olunur. Kütləvi çoxalması müşahidə edilməmişdir. Qidalanan dövürdə əksəriyyətlə sünbüllər üzərində təsadüf olunur.