Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur. Bico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir.
Bild
“Bild” (“Das Bild”) — Almaniyada nəşr olunan ən iri gündəlik kütləvi qəzet. == Haqqında == 1952-ci ildə mediamaqnat Aksel Sezar Şpringer tərəfindən təsis edilmişdir. 1971-ci ildədək “Bild Saytunq” (“Bild Zeitung”) adlanmışdır. Almaniyanın 29 iri mərkəzində, Malyorka və Qran-Kanariya adalarında həftədə 6 dəfə olmaqla (32 buraxılış) nəşr olunur. Mənzil-qərargahı Hamburqda yerləşir; baş redaktoru K. Dikmanndır (2005). Gündəlik realizə olunan tirajı 3,83 mln. nüsxədir (2005). 1956-cı ildən “Bild am Zonntaq” (“Bild am Sonntag”) həftəsonu buraxılışı 2,04 mln. nüsxə tirajla nəşr edilir. Əsas nəşrə əlavə kimi “Bild der Frau” (1983-cü ildən), “Auto-Bild” (1986-cı ildən), “Şport-Bild” (“Sport-Bild”, 1988-ci ildən), “Kom pyüter-Bild” (“Computer-Bild”, 1996-cı ildən) və s.
Bili
Bili — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Bili Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponim tat dilindəki bil (sucaq, bataqlıq sözündən) və -i topoformantının birləşməsindən ibarət "bataqlıq yerdə salınmış kənd" mənalı soz kimi izah olunur. Yerli əhalinin dilində bili "ördək" mənasında işlənir. Bu baxımdan oykonim Zəngilan rayonundakı Ördəkli oykoniminin sinonimidir. == Etimologiyası == Oykonim "bil" — talış dilində bataqlıq və "i" topoformantının birləşməsindəndir (Bataqlı kənd).
Bill
Bill — dünyada daha çox işlədilən ad. Bill Klinton — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001) Bill Geyts — dünyanın ən varlı şəxslərindən biri Bill Hinzman — ABŞ aktyoru və rejissoru Bill Nighy — aktyor Bill Şuster — ABŞ Konqresinin 2001-ci ildən üzvü Bill Mürrey — amerika akyoru, "Qızıl Qlobus" BAFTA mükafatları laureatı.
Bilyo
Bilyö (fr. Bilieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38043. Kommunanın 2006-cı il üçün əhalisi 931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 488 ilə 810 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.
Bliö
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).
Kilo
Kilo- – metrik sistemində 1000-i bildirən önşəkilçi. Hesablama texnikasında hesablamalar 2-nin qüvvətlərinə əsaslanır, buna görə də kilo çox zaman 1024 (210) ədədini işarə etmək üçün istifadə olunur. Konkret mənanı doğru müəyyənləşdirmək üçün, adətən, kiçik “k” hərfindən 1000-i böyük “K” hərfindən isə 1024-ü işarələmək üçün istifadə olunur. Məsələn, “km” 1000 metri, K və ya Kbayt isə 1024 baytı bildirir. Kilobit (eng.kilobit (K, Kbit)) – bir min iyirmi dörd (1024) bitdir. Kilobit/saniyə (eng.kilobits per second (Kbps)) – verilənlərin (şəbəkədə) ötürülməsinin, 1024 bit/san kəmiyyətinin misilləri ilə ölçülən sürəti; məsələn, Apple Talk lokal hesablama şəbəkəsində ən yüksək ötürülmə sürəti təxminən 230 kbit/s və ya 235520 bit/san olur. Kilobayt (Kb) (engkilobyte (KB, K, Kbyte)).– 1024 baytdır. Kilohers (kHs) (eng.kilohertz (kHz)) – rəqs tezliyinin ölçüsü; 1000 Hers’ə və ya bir saniyədə 1000 dövrə’yə ekvivalentdir. Kilovatt-saat (eng.kilowatt-hour) – elektrik enerjisinin vahidi; 1000 vatt-saat’a bərabərdir. Kilobod (eng.kilobaud) – bir min bod; rabitə kanalının buraxılış (daşıma) qabiliyyətinin ölçüsüdür.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. == Əhalisi == Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). == Coğrafiyası == Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. == Tarixi == 1230-cu ildən məlumdur. == İqtisadiyyatı == İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Bio
Bio — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Oykonimin düzgün adı Biəov olmalıdır. Yaşayış məntəqəsinin adı talış dilindəki biə "soyuq" və ov "su" sözlərindən yaranmışdır (Soyuqsu kəndi). Biu Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kənd öz adını yaxınlıqdakı mineral su bulağının adından almışdır. Əsli Büyəov olan bu hidronim Talış dilindəki buy (iy, qoxu) və ov (su) sözlərindən ibarət olub, "iyli, qoxulu su" mənasındadır.
"Bico" xalçaları
Belo Horizonte
Belu-Orizonti (port. Belo Horizonte) — Braziliyanın cənub-şərqində şəhər. Minas-Jerays ştatının paytaxtı.
Bico bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bilon sikkə
Bilon sikkə — natamam qiymətli xırda metal pul. Bilon sikkənin nominal dəyəri ibarət olduğu metalın və kəsilməsinə xərclənən xərcin dəyərindən yüksək olur; bu fərq dövlət büdcəsinə sikkə gəliri kimi daxil edilir. Bilon sikkə qızılın əvəzedicisi və nəticə etibarilə dəyər nişanıdır.
Biqo dağı
Biqo dağı — Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən, 1980 m hündürlüklü dağdır. Biqo dağı Perçot dağından cənub-qərbdə, Biqo körfəzindən qərbdə yerləşmişdir. Lisiya silsiləsinin bir hissəsidir. Dağ 1908-10-cu illərdə Fransa Antarktik Ekspediyası zamanı kəşf olunmuşdur. Fransa Dəniz Liqasının üzvü, Jan-Martin Şarkonun yanında çalışan Kaleli Robert Biqonun adını daşıyır. == Yerləşməsi == Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Laslo Bito
Laslo Bito (tam adı: Laslo Bito, mac. László Z. Bitó; 7 sentyabr 1934, Budapeşt – 14 noyabr 2021) — Macarıstan fizioloqu və yazıçısı. Tədqiqatçı kimi qlaukoma üçün dərman hazırlamışdır. Yazıçı kimi roman və esselər müəllifidir. == Həyatı == Laslo Bito Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Onun ailəsi kommunist dövründə Budapeştdən ayrılmaq məcburiyyətində qalmışdır. O, Komlodakı bir mədəndə xidmət etmiş və 1956-cı ildə inqilabın yerli lideri olmuşdur. İnqilab Rus qüvvələri tərəfindən yatırılandan sonra Bito ABŞ-yə qaçdı, burada təqaüd qazandı və fizioloq oldu. ABŞ-də ona sığınacaq verildi və 1956–57-ci ilin qış rübündə Bard Kollecində təhsil aldı. O, 1960-cı ildə Bard Kollecinin pre-med biologiya fakültəsindən məzun oldu.
Milo Ventimiqlia
Milo Antoni Ventimiqlia (8 iyul 1977 ; Kaliforniya, Anaheym) — tanınmış ABŞ aktyor və rejissoru. Amerikanın NBC telekanalında efirə gedən Qəhrəmanlar serialında Piter Petrelli rolu ilə məşhurdur. Milo WB telekanalının təqdim etdiyi Qilmor qızları adlı serialında Ces Marinano rolu ilə fanatlarının sevgisini qazanır.
Tilo Kehrer
Tilo Kehrer (21 sentyabr 1996[…], Tübingen[d], Baden-Vürtemberq) — Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Kehrer Şalke 04 akademiyası vasitəsilə inkişaf etmişdir. O, Bundesliqada debütünü 6 fevral 2015-ci ildə Volfsburq klubuna qarşı oyunda etmiş və komandası rəqibinə 3–0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 1 aprel 2017-ci ildə Borussiya Dortmund klubuna qarşı derbi oyununda vurmuş və komandası rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır. 5 may 2018-ci ildə Kehrer dublla yadda qalmış və Şalke 04 klubu Bundesliqanın 2017–18 mövsümünü ikinci yerdə başa vurmuşdur. Klub 2018–19 mövsümündə UEFA Çempionlar Liqasında çıxış etmək hüququ əldə etmişdir. 16 avqust 2018-ci ildə Kehrer 37 milyon avro qarşılığında Liqa 1 təmsilçilərindən olan Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır. Kehrer Almaniya millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. Tilo 2017-ci ildə Almaniya U-21 millisi ilə Avropa çempionatında çempion olmuşdur. O, Kosovo, Azərbaycan və İsrail millilərinə qarşı oyunda millinin kapitanı olmuşdur.
Təlal Silo
Təlal Əli Silo (ərəb. طلال علي سلو‎; 1965, Çobanbəy[d], Hələb mühafəzəsi) — Suriya Demokratik Qüvvələrinin (SDF) keçmiş müşaviri. O, 2017-ci ilin noyabrında Türkiyəyə təslim olmuş və ya fərarilik etmişdir. Onun gedişi SDF-nin ən yüksək sıraları arasındakı ilk böyük fərarilik halı olmuşdur. Təlal Əli Silo 1965-ci ildə Suriyanın Hələb mühafəzəsində yerləşən Çobanbəy kəndində anadan olmuşdur. Əslən Suriya türkmanı olan Silo 2014-cü ildən 2017-ci ilin noyabrına qədər Suriya Demokratik Qüvvələrinin müşaviri idi, ittifaqın böyük əməliyyatlarını və İŞİD silahlı qruplaşmalarına qarşı döyüşləri əhatə edirdi. Silo 2017-ci ildən sonra AKP tərəfdarı olan "Daily Sabah" qəzetinə müsahibə verir. O, SDF-nin Raqqa şəhərini İŞİD-dən ələ keçirməsi zamanı minlərlə İŞİD döyüşçüsünün – əvvəlcədən bildirildiyindən daha çoxunun ABŞ tərəfindən təsdiqlənmiş gizli bir müqavilə ilə şəhəri tərk etdiyini iddia edir. Buna baxmayaraq, ABŞ səlahiyyətliləri Silonun şərhlərini "yalan və uydurma" adlandırırlar. Müqavilənin SDF və koalisiya qüvvələri tərəfindən strateji bir hərəkət olduğu iddia edilir.
Yuval Filo
Yuval Filo (3 mart 1998) — İsraili təmsil edən bədii gimnast. Yuval Filo 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Filo həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Avropa Çempionatında isə bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb. Yuval Filo 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Alona Koşevatskiy, Yekaterina Levina, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
İll Bill
Uilyam Braunşteyn (ing. William Braunstein — Quins, Nyu-York, 14 iyul 1972) Bruklin çıxışlı rep ifaçısı, prodüser. Non Phixion qrupu ilə məşhurluq qazanmışdır. Politik, cinsəllik və şiddət yönündə yazdığı sözləri ilə yanaşı, "Uncle Howie Records"-un qurucusu və prodüser kimi tanınır. Hal-hazırda La Coka Nostra qrupunun tərkibində fəaliyyət göstərir. Bundan başqa, qardaşı Ron da Necro ləqəbi ilə tanınan məşhur repçidir. 1994-cü ilin sonlarında 3rd Bass qrupunun üzvü olan MC Serch öz tələbəsi Sabac Redi DJ Eclipse və İll Bill ilə birləşdirərək Non Phixion qrupunu qurdu. Bundan sonra, İll Billin uşaqlıq dostu olan Goretex MC Serchlə freestyle etdikdən altı ay sonra qrupa qatıldı. MC Serch qrupun ilk albomu olan "The Future is Now" (azərb. Gələcək indidir‎) albomunda çıxış etmədi.
Milo Qoy
Milo Goj — (d. 30 aprel 1959, Milan) — İtalyan sənətşünas, televiziya aparıcısı və universitet professoru. "Il Giornale" və "Affari Italiani" qəzetlərinin köşə yazarı, Bolonya Universitetinin sənətə tətbiqi sosiologiyasının professoru və "Akme İncəsənət Akademiyasının professoru". Bocconi Universitetində sənət tarixini oxuyub, biznes iqtisadiyyatı, marketinq və kommunikasiya ixtisası üzrə təhsil alıb. Məktəbi bitirdikdən sonra o, Mondadori Qrupuna jurnalist kimi qoşulub. O, bütün karyerasını iqtisadi jurnallarda işıqlandırıb, 1999-cu ildə aylıq Espansione-nin baş redaktoruna qədər, 2007-ci ilə qədər bu vəzifəni tutdu. O, həftəlik "Il Valore" jurnalının idarəedici direktoru (2007–2008), aylıq "Tempo Economico" jurnalının idarəedici direktoru (2008–2010), "Finarte Journal" qəzetinin idarəedici direktoru (2014), rəqəmsal qəzet "The Map Report" (2019–2021), "L'Incontro" qəzetinin idarəedici və redaktor direktoru.
Bill Heyli
Vilyam Con Klifton Heyli (ing. William John Clifton Haley; 6 iyul 1925[…], Highland Park[d], Miçiqan – 9 fevral 1981[…]) — amerikalı musiqiçi, müğənni və bəstəkar, rok-n-rollun ilk ifaçılarından biri. Onun "Comets" qrupu ilə birlikdə yazdığı " Rock Around the Clock " (1954) mahnısı "Kometalar" (ing. The Comets) rok-n-rollun populyarlaşmasına böyük təsir göstərmişdir.
Filo Farnsvort
Filo Farnsvort (19 avqust 1906[…] – 11 mart 1971[…], Solt-Leyk-Siti) — Amerikalı ixtiraçı və elektron televiziyanın yaradıcılarından biri idi . == İxtiralar == O, daha çox elektron televiziya sistemlərindən birinin — " disektor "un ixtirasına görə tanınır. 7 yanvar 1927-ci ildə Farnsworth tərəfindən yaradılmış elektron televiziya sistemi üçün ABŞ Patent İdarəsinə ərizə verdi. İxtiranın mövzusu təsvirin elektrik siqnallarına çevrildiyi ötürücü qurğu, təsvirin qəbulunu təmin edən qəbuledici boru, ötürücü və qəbuledicinin işinin sinxronizasiya prinsipi, həmçinin parlaqlığın tənzimlənməsi sxemi olmuşdur. 1931-ci ildə Zvorykin Farnsworthun laboratoriyasına baş çəkdi. Hər iki ötürücü borunun işini müqayisə etdilər. Philo etiraf etdi ki, Zvorykinin ikonoskopu bəzi cəhətdən onun dizaynından üstündür. Öz növbəsində qonaq təəssüfləndiyini bildirib ki, onun Farnsvort sxemində təsbit olunmuş bəzi prinsiplərdən istifadə etmək hüququ yoxdur. Daha sonra Philo Farnsworth raket idarəetmə sistemlərinin və nüvə birləşməsinə nəzarətin inkişafı üzərində işləmişdir . Ömrünün sonlarında o , füzor kimi də tanınan kiçik bir termonüvə reaktoru icad etdi .
Bilbo Beqgins
Bilbo Beqgins (ing. Bilbo Bagginsı) — Şirdən olan hobbit, C. R. R. Tolkinin əsərlərindəki personaj. O, "Hobbit və ya oraya və geriyə" hekayəsinin baş qəhrəmanı, "Üzüklərin hökmdarı" trilogiyasının personajlarından biridir. Frodo Beqgins onun əmisi oğludur.