AX

межд.
1. ах
2. ой. Ax, lap yadımdan çıxmışdı ой, совсем было не забыл
AHÜ-ZAR
AX-TÜF
OBASTAN VİKİ
.ax
.ax — Aland adalarının internet kodu.
Ax-Ox çay
Ax-Ox çay və ya Ohox çay — İsmayıllı rayonundan axan, Əyriçayın (Göyçayın qolu) sağ qollarından biri. Çay Qovdağ silsiləsindən 2000 metr yüksəklikdən başlayır. Axarı boyunca bəzi hissələrdə Dəvəbatan çayı da adlandırılır. Qədim türk dilində axlak – “yüksəklik, zirvə”, oxlok – “su, çay, axar su” deməkdir. Axox “dağ çayı” mənasını ifadə edir.
Azər Axundov
Azər Əliramiz oğlu Axundov (d. 12.9.1959, Bakı) — professor, cərrah, onkoloq, tibb elmləri doktoru, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin, N.Bloxin adına Onkoloji Elmi və Tədqiqat Mərkəzinin baş və boğaz üzrə bölməsinin baş elmi işçisi. Azər Axundov 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Mokvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə Qazaxıstan SSRİ Kokçetansk şəhərinin Mərkəzi Xəstaxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkaran şəhərindəki hərbi hospitalda işləyib. 1994-ci ildə orada təhsilini bitirdikdən sonra “Boğaz xərçəngi xəstəliyinin şua ilə mualicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar” mövzusunda dissertatsiyasıni müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini alıb. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub. 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertatsiyasında öz əksini tapıb.
Azər Axundov (Onkoloq)
Azər Əliramiz oğlu Axundov (d. 12.9.1959, Bakı) — professor, cərrah, onkoloq, tibb elmləri doktoru, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin, N.Bloxin adına Onkoloji Elmi və Tədqiqat Mərkəzinin baş və boğaz üzrə bölməsinin baş elmi işçisi. Azər Axundov 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Mokvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə Qazaxıstan SSRİ Kokçetansk şəhərinin Mərkəzi Xəstaxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkaran şəhərindəki hərbi hospitalda işləyib. 1994-ci ildə orada təhsilini bitirdikdən sonra “Boğaz xərçəngi xəstəliyinin şua ilə mualicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar” mövzusunda dissertatsiyasıni müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini alıb. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub. 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertatsiyasında öz əksini tapıb.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca AXCP — Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin varisi, 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında və onun rəsmi varisi kimi qurulan, həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiya. Azərbaycanda Xalq Cəbhəsinin yaradılması ideyası Pribaltikadan qaynaqlanırdı.1988-ci ilin aprelin 13-də Estoniya televiziyasının "Bir daha fikirləşək" proqramında belə bir ideya səslənmiş və artıq oktyabr ayında bu reallaşmışdı, yəni Xalq Cəbhəsi yaranmışdı. Belə ki, 1988-ci ilin oktyabr ayının 1–2-də Estoniyanın Tallin şəhərində Estoniya Xalq Cəbhəsinin təsis konfransı keçirilmişdir. 1988-ci ilin yayında Bakı Alimlər Klubunda (BAK) birləşmiş Azərbaycan ziyalılarının təmsilçiləri tərəfindən Pribaltika Xalq Cəbhəsi formasında Azərbaycan Xalq Cəbhəsi yaratmaq üçün Təşəbbüs Qrupu yaradıldı. Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupuna Bakı Alimlər Klubundan əlavə ilk qoşulan təşkilatlar "Varlıq" və "Çənlibel" təşkilatları olub. 1989-cu ilin fevralın 25-də A. Salamovanın evində Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Qrupunun ilk toplantısı keçirildi. Müvəqqəti Təşəbbüs Mərkəzinin və Koordinasiya Şurasının üzvləri seçildi. 1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Konfransda Azərbaycan Xalq Cəbhəsinin Mərkəzi Məclisi, İdarə Heyəti və Ağsaqqallar Şurasına üzvlər seçilmişdir.
Açıq Botal axacağı
Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur. Aorta ilə ağciyər arteriyası arasında doğumdan öncəki dövrdə bpyük və kiçik qan dövranını əlaqələndirən damardır . Ağciyərə qan ağciyəri qidalandırmaq üçün gedir , tənəffüsdə iştirak etmir bu dpvrdə. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur. Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər arteriyasında təzyiqin artması paralel olaraq axacağın diametrinin böyüməsinə gətirib çıxardır. Arterial ya Botal axacağın açıq qalması adətən yarımçıq doğulmuş uşaqlarda, ana bətnində (ananın məxmərək xəstəliyinə qarşı immuniteti olmadıqda) birinci trimestr dövründə məxmərək virusu ilə təmasda olan uşaqlarda tez-tez rast gəlinir. Çox nadir hallarda diaqnoz gecikmiş olaraq qoyulmuş olur.
Açıq arterial axacaq
Açıq arterial axacaq və ya Açıq Botal axacağı anadangəlmə ürək qüsuru, dölün qan dövranında mühüm əhəmiyyətə malik arterial axacaq – Botal axacağı insan doğulduqdan sonra normada öz funksiyasını itirirdiyi üçün qapanmış olur. Bəzən bu axacaq qapana bilmir və açıq qalaraq eyniadlı ürək qüsurunu meydana çıxartmış olur. Aorta ilə ağciyər arteriyası arasında doğumdan öncəki dövrdə bpyük və kiçik qan dövranını əlaqələndirən damardır . Ağciyərə qan ağciyəri qidalandırmaq üçün gedir , tənəffüsdə iştirak etmir bu dpvrdə. Normada o, insan doğulduqdan sonra ilk həftələr ərzində tutularaq, eyniadlı bağa çevrilmiş olur. Axacağın diametri və uzunluğu hemodinamik pozğunluğun səviyyəsini müəyyən edir. Axacaqdan axın həm sistola həm də diastola zamanı olur. Soldan sağa axın- şunt və ağciyər arteriyasında təzyiqin artması paralel olaraq axacağın diametrinin böyüməsinə gətirib çıxardır. Arterial ya Botal axacağın açıq qalması adətən yarımçıq doğulmuş uşaqlarda, ana bətnində (ananın məxmərək xəstəliyinə qarşı immuniteti olmadıqda) birinci trimestr dövründə məxmərək virusu ilə təmasda olan uşaqlarda tez-tez rast gəlinir. Çox nadir hallarda diaqnoz gecikmiş olaraq qoyulmuş olur.
Ağa Axundov
Ağa Əbdülxalıq oğlu Axundov (21 mart 1882, Şamaxı – 26 oktyabr 1949, Bakı — Azərbaycan mühəndisi, energetik. Ağa Axundov 21 mart 1882-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1900-cü ildə Bakı Real məktəbini bitirib, Kiyev Politexnik Universitetinə daxil olur. Sonra Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi Belçikaya gedir, Lyec Universitetini mühəndis-elektrik ixtisası üzrə bitirir. Təhsilini başa vurduqdan sonra Sürixdə Erlikon mexanika zavodunda işləyir. Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır). Ağanın orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi (sonralar texnikum N. Nərimanovun adını daşımışdır), Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) prorektoru, pedaqoji institutda ümumi elektrotexnika kafedrasının müdiri, Azərbaycan Sənaye İnstitutunda özünün yaratdığı energetika fakültəsinin ilk dekanı – bütün bunları o, 1938-ci ilə qədər, Krasnoyarsk düşərgəsinə sürgün olunana qədər görə bilmişdir. O, sürgündə də yorulmaz alim, müdrik filosof kimi çalışır, öyrədir, tətbiq edir, yaradırdı.
Ağamusa Axundov
Axundov Ağamusa Ağası oğlu (2 fevral 1932, Kürdəmir – 5 sentyabr 2015, Bakı) — Azərbaycanın ədəbiyyatşünası, dilçi və türkoloq alimi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1964), professor (1967), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Respublikası Əməkdar Elm Xadimi (1990). Ağamusa Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1950–1955) və Azərbaycan Pedaqoji Dillər İnstitutunun Qərbi Avropa dilləri fakültəsində təhsil almışdır (1959–1965). Eyni zamanda ADU-nun aspirantı, müəllimi (1958–1959), baş müəllimi (1959–1961), dosenti (1961–1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, fılologiya fakültəsinin dekanı (1967–1974 və 1980–1990) olmuşdur. Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində işləmişdir (1981–1999). AMEA-nin Dilcilik institunun direkroru (1990–2011), AMEA-nın Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışıb. Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" jurnalında (1951, N 12) çap olunmuş "İkinci görüş" adlı ilk hekayəsi ilə başlamışdır. Bundan sonra bədii yaradıcılıqla, xüsusən poeziyanın sənətkarlıq problemlərinin tədqiqi ilə ciddi məşğul olmuşdur. Sovet Türkoloqları Komitəsinin (1974-cü ildən), Almaniya Demokratik Respublikasında nəşr edilən "Fonetika, dilçilik: Kommunikativ tədqiqatlar" adlı beynəlxalq nəzəri jurnalın redaksiya heyətinin (1978-ci ildən), Azərbaycan EA Terminologiya Komissiyası sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Toponimika Komissiyasının, AzərTAC-ın tərcümə şurasının, Azərbaycan və Ərəb ölkələri Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Sovet-Amerika dostluq cəmiyyəti Bakı şöbəsinin sədri kimi geniş ictimai-elmi fəaliyyət göstərir. Misir Ərəb Respublikasının Qahirə şəhərində, Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından dərs demiş (1965–1966), Praqa (1967), Ankara (1972), Belqrad (1984) və Budapeşt (1986), Kayseri (Türkiyə, 1990), İstanbul (1992) şəhərlərində beynəlxalq elmi konfranslarda iştirak etmiş, Dostluq evinin və Sovet Amerika Əlaqələri İnstitutunun xüsusi heyətində ABŞ-də olmuş, Nyu-Yorkda II Dünya müharibəsinin qurtarmasının 30 illiyinə həsr olunmuş iclasda iştirak etmişdir (1975).
Ağanağı Axundov
Ağanağı Yaqub oğlu Axundov — Azərbaycan rejissoru, ssenaristi. Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) İnsan məskən salır (film, 1967) Aslan və iki öküz (film, 1970) Fitnə (film, 1970) Pıspısa xanım və Siçan bəy (film, 1974) Cücələrim (film, 1975) Sən belə cımbılısan (film, 1982) Sehrli naxışlar (film, 1984) Bahar əyləncələri (film, 1989) Gecə qatarında qətl (film, 1990) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Ağayar Axunzadə
Ağayar Axunzadə -Ağayar Əbdüləzim oğlu Axunzadə 1957-ci il noyabrın 5-də Bakı şəhərində, Zabrat qəsəbəsində anadan olub. 1992-ci ildən SSRİ-nin əməkdar məşqçisi, 1995-ci ildə Tərəqqi, 2002-ci ildə Şöhrət ordenləri təlfif olunmuşdur.2006-cı il dekabr ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü. Ağayar Axundzadə 1957-ci il noyabr ayının 5-də Bakı şəhəri Zabrat qəsəbəsində anadan olub. 1964-cü ildə 75 saylı orta məktəbə getmişdir. 1972-ci ildə Biləcəri qəsəbəsində Azərbaycan Respublikasının əməkdar məşqçisi Sabir Məmmədovun başçılığı altında sərbəst güləş bölməsində məşğul olmuşdur.1973-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi Tərlan Həsənovun başcılığıaltında sambo və cüdo bölməsində məşq etmişdir. Dəfələrlə ağır çəkidə cüdo üzrə Azərbaycan Respublikasının, "Lokomotiv"in mərkəzi Şurasının qalibi olmuş, 1977-ci ildə Gənclərin Ümumittifaq Oyunlarında V yeri tutmuş, 1979-cu ildə SSRİ Xalqlarının V Spartakiadasının iştirakçısı olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası daxil olmuşdur. 1980-ci ildən Respublika Olimpiaya Ehtiyatları idman məktəbində cüdo üzrə məşqçi müəllim işləyir.1996-cı ildə cüdo idman ba. məşqiçisi kimi XXVI, 2000-ci ildə XXVII, 2004-cü ildə XXVIII Yay olimpiya oyunlarında iştirak etmişdir. 1976-cı ildə SSRİ idman ustası normasını yerinə yetirmişdir.
Baccharis axillaris
Baccharis axillaris (lat. Baccharis axillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bayram axşamı (film, 2017)
Bayram axşamı filmi rejissor Toğrul Məmmədov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film M Group Production şirkətində istehsal edilmişdir. Film şirkətin böyük filmdə ilk işidir. Novruz bayramına həsr olunmuş filmdə Hollivud filmlərindən məlum olan yeni texnologiyalardan, mürəkkəb qrafika işləri və müasir kompüter üsullarından istifadə olunub. Ekran əsəri Bayram (İslam Mehrəliyev) adlı uğursuz oğlanın şirkət sahibinin qızına vurulmasından bəhs edir. Əsas hadisələr Novruz bayramı ərəfəsində cərəyan edir. Bayram uğursuzluğa son qoymağı qərara alır. Novruz bayramı ənənəsinə görə, bu arzunun həyata keçməsi üçün tonqalın üstündən tullanmaq lazımdır. Lakin o, səhər yeni doğulmuş körpənin başı ilə əvvəlki Bayrama çevrilir. Əsas rolları İslam Mehrəliyev, Oksana Rəsulova, Cəmil Məmmədli, Yusif Babayev, Firəngiz Mütəllimova, Əkbər Əlizadə, Elxan Quliyev, Nahidə Orucova, Xose Bernardo, Murad Dadaşov, Asya Abdullayeva ifa edirlər.
Bitərəflər fraksiyası (AXC)
Bitərəflər fraksiyası — — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri. 1919-cu ilin oktyabr ayınadək 12 nəfər parlament üzvü fraksiyaya daxil idi: 1919-cu ilin oktyabr ayından sonra 4 nəfər parlament üzvü fraksiyaya daxil idi: 1919 ilin oktyabrında fraksiyada parçalanma baş verdi. 8 nəfərdən ibarət böyük əksəriyyət — Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəlil bəy Sultanov, Yusif Əhmədzadə, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev və Ağa Aşurov Müsavat fraksiyası ilə birləşərək Parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavatla birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. "Bitərəflər" fraksiyasından ayrılmış 4 nəfər — Əhməd bəy Ağaoğlu, Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov isə müstəqil olaraq yenidən bitərəflər qrupunu yaratdılar. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Biurakn Axverdian
Biurakn Axverdian (4 oktyabr 1985, Leyden, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. Biurakn Axverdian, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Bizi Dağlarda Axtarın (1976)
Bizi dağlarda axtarın qısametrajlı bədii televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1976-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kinolent Daşkəsən dağlarında alunit axtaran geoloqların həyatından danışır. Əsas rolları Nigar Hüseynova, Tofiq Mirzəyev, Ələsgər İbrahimov, Yaşar Nuri və İlqar Əhmədov ifa edirlər. Kinolent Daşkəsən dağlarında alunit axtaran geoloqların həyatından danışır. Film dramaturq İlyas Əfəndiyevin hekayəsi əsasında ekranlaşdırılmışdır. Nigar Hüseynova — Leyla Tofiq Mirzəyev — Laçın Ələsgər İbrahimov — ovçu Yaşar Nuri — Mərdan İlqar Əhmədov — Elxan Ələddin Abbasov — baş çoban Telman Əliyev — çoban İsmayılova, N. “Bizi dağlarda axtarın” [kinorejissor N.Abbasovun çəkdiyi eyniadlı filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1977.- 5 mart.- səh. 5.
Bizi dağlarda axtarın (film, 1976)
Bizi dağlarda axtarın qısametrajlı bədii televiziya filmi rejissor Nazim Abbas tərəfindən 1976-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kinolent Daşkəsən dağlarında alunit axtaran geoloqların həyatından danışır. Əsas rolları Nigar Hüseynova, Tofiq Mirzəyev, Ələsgər İbrahimov, Yaşar Nuri və İlqar Əhmədov ifa edirlər. Kinolent Daşkəsən dağlarında alunit axtaran geoloqların həyatından danışır. Film dramaturq İlyas Əfəndiyevin hekayəsi əsasında ekranlaşdırılmışdır. Nigar Hüseynova — Leyla Tofiq Mirzəyev — Laçın Ələsgər İbrahimov — ovçu Yaşar Nuri — Mərdan İlqar Əhmədov — Elxan Ələddin Abbasov — baş çoban Telman Əliyev — çoban İsmayılova, N. “Bizi dağlarda axtarın” [kinorejissor N.Abbasovun çəkdiyi eyniadlı filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1977.- 5 mart.- səh. 5.
Caesulia axillaris
Cekinin axtarışında (film, 2009)
Cekinin axtarışında (ing. Looking for Jackie) — film Çində 2009-cu ildə çəkilmişdir. Filmdə Ceki Çan öz rolunu ifa edir. Çunq Yatsan 16 yaşındadır, İndoneziyada yaşayır və bir gün onu tələbə kimi qəbul edəcək bütü Ceki Çanla görüşməyi xəyal edir. Çunq xəyallarına o qədər qarışır ki, o, hətta oxumur — mandarin ləhcəsindəki qiymətləri xüsusilə zəifdir, buna görə sinif yoldaşları onu döndərirlər. Çunq'u Pekindəki nənə və babalarına göndərmək istəyirlər və əvvəlcə yeniyetmə ayrılmaq istəməsə də, sonra Ceki Çan'ın növbəti filminin orda çəkiləcəyini öyrənəndə Pekinə gedir.
Centinodium axillare
Ceyran Axundova
Diskontlaşdırılmış pul axını
Dövlət Müdafiə Komitəsi (AXC)
Dövlət Müdafiə Komitəsi və ya qısaca: DMK — 1919-cu ilin yazında Denikin ordularının Azərbaycana hücum təhlükəsi ilə bağlı olaraq ölkənin müdafiəsi məqsədilə yaradılmış xüsusi hərbi qurum. 1919-cu il mayın axırlarında Şimali Qafqazı və Dağıstanı tutan Denikin ordusu Azərbaycan sərhədlərinə yaxınlaşdı. Azərbaycan Xalq Cümhuriyyəti xarici təcavüz təhlükəsi qarşısında qaldı. Bu vaxt Cümhuriyyət Parlamentinin bir neçə iclasında hökumətin sədri Nəsib bəy Yusifbəylinin iştirakı ilə Denikin ordularının Azərbaycana hücumu məsələsi müzakirə olundu. 1919-cu il iyunun 5-də parlamentin 45-ci iclasında müxtəlif fraksiyaların üzvləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Səməd ağa Ağamalıoğlu, Əsədulla Əhmədov, Abdulla bəy Əfəndizadə, Qara bəy Qarabəyov, V.Bakradze və b. çıxış edərək, partiya və fraksiya mənsubiyyətlərindən asılı olmayaraq, Parlament üzvlərinin və xalqın bütün qüvvələrinin Denikin ordusuna qarşı mübarizəyə səfərbər olunmasının zəruriliyini vurğuladılar. Bununla bağlı iyunda "Müsavat" partiyası ilə sosialistlər bloku Bakıda Denikinə qarşı izdihamlı mitinq — küçə yürüşü keçirdilər. Denikin təhlükəsi ilə bağlı Parlament Hökumət daxilində ölkənin müdafiəsini təşkil edə biləcək işlək heyətin yaradılması barədə qərar qəbul etdi. Beləliklə, 5 nəfər Hökumət üzvündən ibarət DMK yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 9 iyun tarixli qərarı ilə yaradılmış həmin komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi nazir, yollar naziri, xarici işlər naziri və ədliyyə naziri daxil idilər.
Dövlət Teatrı (AXC)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca Azdrama — Bakıda yerləşən akademik dram teatrı. Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın. Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. Zülfüqar və Üzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi.
Düzgün - çalxantılı axış keçidi
Sıvı dinamikasında düzgün axınının çalxantılı hala gəlməsi düzgün-çalxantılı axış keçidi kimi tanınır. Keçidi xarakterizə edən əsas parametr Reynolds sayısıdır . Keçid dalbadal bir sıra mərhələlərdən keçən bir proses kimi təsvir olunur. "Keçid axını" hər iki istiqamətə, yəni düzgün-çalxantılı keçidi və ya çalxantılı-düzgün keçidi axışına işləniləbilir. Proses hər hansı bir sıvı axınına aiddir və əksər hallarda sərhəd təbəqələri için istifadə olunur.
Düzgün axış
Sıvı dinamikasında, Düzgün axış, (yaxud yarpaqlı axış,laminar axın), (ing. laminar flow) təbəqələrdə hamar(pürüzsüz) yolları izləyən sııvı hissəcikləri ilə xarakterizə olunur, hər təbəqə bitişik təbəqələrdən az və ya çox qarışıq olmadan hamar bir şəkildə hərəkət edir. Aşağı sürətlə sıvı yanal qarışdırmadan axmağa meyl edir və bitişik təbəqələrdə kart oynundaki kimi bir-birinin üstündən sürüşür. Axışın istiqamətinə dik olan kəsişən cərəyanlar yoxdur, qarışıqlar da yoxdur. Düzgün axışda, sıvının hissəciklərinin hərəkəti bərk bir səthə yaxın hissəciklər ilə həmin səthə paralel düz xətlərdə hərəkət edir. Düzgün axış yüksək impuls yayılması və aşağı impuls konveksiyası ilə xarakterizə olunan bir axın rejimidir. Reynolds ədədinin xüsusi hesablanması və düzgün axışının meydana gələcəyi dəyərlər axın sisteminin həndəsəsindən və axın davranışıdan asılı olacaqdır. Ümumi nümunə, bir boru vasitəsilə sıvının axındır. Reynolds ədədi aşağıdakı kimi təyin olur. R e = ρ u D H μ = u D H ν = Q D H ν A , {\displaystyle \mathrm {Re} ={\frac {\rho uD_{\text{H}}}{\mu }}={\frac {uD_{\text{H}}}{\nu }}={\frac {QD_{\text{H}}}{\nu A}},} Burada: DHborunun hidravlik diametridir (m); Qdebidir (m3/s); A,borunun kəsişmə sahəsi (m2); usıvının orta sürətidir (SI vahidləri: m / s); μsıvının dinamik özlülüğüdür (Pa·s = N·s/m2 = kg/(m·s)); νsıvının kinematik özlülüğüdür (ν = μ/ρ(m2/s); ρsıvının sıxlığıdır (kg/m3).

Digər lüğətlərdə