BİLİ

(Lənkəran, Masallı)
ördək. – Bala, o bililəri küçiyə niyə buraxmısan? – Bizim bililər çayda üzir (Lənkəran)
BİLƏSİNCƏ
BİLİBİTDAN
OBASTAN VİKİ
Bili
Bili — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bili Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Toponim tat dilindəki bil (sucaq, bataqlıq sözündən) və -i topoformantının birləşməsindən ibarət "bataqlıq yerdə salınmış kənd" mənalı soz kimi izah olunur. Yerli əhalinin dilində bili "ördək" mənasında işlənir. Bu baxımdan oykonim Zəngilan rayonundakı Ördəkli oykoniminin sinonimidir. == Etimologiyası == Oykonim "bil" - talış dilində bataqlıq və "i" topoformantının birləşməsindəndir (Bataqlı kənd).
Azər Biliyev
Biliyev Azər Həsən oğlu - (1970-08.04.1992) - Şəhid Şuşa DİŞ-nin əməkdaşı 1970-ci il sentyabrın 15-də Şuşa şəhərində anadan olmuşdur. Şəhər 14 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstututunun maliyyə iqtisad fakültəsinə daxil olmuşdur. 2-ci kursdan hərbi xidmətə çağırılmış və xidməti vəzifəsini başa çatdırdıqdan sonra Şuşa DİŞ-də işə başlamışdır. Şuşa Şəhidlər Xiyabanı dəfn olumuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumu. Fond Bakı şəhərində yerləşir. İcraçı direktoru Oktay Səmədovdur.2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla bilik fondu ləğv olunub. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. == Vəzifələri == Azərbaycan Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək; Azərbaycan Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq; azərbaycançılıq məfkurəsinin mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək; şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək; gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək; sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək; Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək; Azərbaycan Respublikasının dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq; Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun dövri mətbuatda materiallar hazırlayıb yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək; Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək; Bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Azərbaycan Respublkası Prezidenti yanında Bilik Fondu
Bilibin rayonu
Bilibin rayonu (çuk. Билибинкэн район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Bilibino şəhəridir. Hal hazırda rayon Çukotkanın ikinci ən böyük rayonudur, sahəsi 174,651.96 km² və ya Çukotka Muxtar Vilayətinin ərazisinin 23,7 % -ni təşkil edir. == Coğrafi yerləşmə == Bilibin rayonu Çulkotka Muxtar Dairəsinin qərb hissəsində, Kolıma çayı hövzəsində yerləşir. Şimal hissədə rayon Şərqi Sibir dənizinə çıxır, qərbdə Yakutiya ilə, cənubda Kamçatka diyarının ərazisi ilə, cənub-qərbdən Maqadan vilayəti ilə, şərqdə Çukotka Muxtar dairəsinin Çaun və Anadır rayonları ilə həmsərhəddir === Təbii xüsusiyyətləri === RelyefRayondakı ən böyük dağ əmələ gəlmə sahəsi Anyuy dağlıq bölgəsidir. Dağlar suayrıcı rolunu oynayır. Maksimum mütləq yüksəkliklər 1600-1800 m, nisbi aşırımlar isə 400-600 m-dir. HidroqrafiyaBölgənin çay və göl şəbəkəsi yaxşı inkişaf etmişdir. Ən böyük su yolları Omolon, Bolşoy və Malı Anyuy çaylarıdır.
Bilici
Bilici Qorğan — Şabran rayonunda kənd. Dağ Bilici — Şabran rayonunda kənd. Düz Bilici — Şabran rayonunda kənd.
Bilici (kənd)
Belici — Dağıstan Respublikasının Dərbənd rayonunun tərkibinə daxil olan kəndlərdən biridir. Rayon ərazisində eyniadlı qəsəbə də yerləşir. == Əhalisi == 1886-cı ildə kənd əhalisi 144 evdə 283 nəfəri kişilər, 234 nəfər isə qadınlar olmaqla 517 nəfər sünni islam etiqadlı Azərbaycan tatarından ibarət idi. 2002-ci il əhali siyahıyaalınmasına əsasən kənd sakinlərinin sayı 3,434 nəfər olmuş, onlardan 2,270 nəfəri etnik azərbaycanlılardan ibarət olmuşdur. Əhalisi əsasən azərbaycanlılardan,qismən tabasaranlılardan və az sayda ləzgilərdən ibarətdir.Kənddə şiə inanclılar (azərbaycan türkləri) çoxluq təşkil etsə də, burada sünnilər (tabasaranlılar və ləzgilər)də yaşayır. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə: I cild.
Bilici Qorğan
Bilici Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Bilici Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Bilici oymağı
Bilici oymağı — Kəngərli elinin oymaqlarından biri. Bu oymağın nümayəndələri Naxçıvan xanlığının qurulmasında, genişlənməsində önəmli rol oynamışdılar. Elin vəkilləri çox zaman bu oymaqdan çıxırdı. Bilici oymağının əhalisi həm də Naxçıvan xanlığının silahlı qüvvələrinin əsasını təşkil edirdi. Oymağın çox, qələbəlik sayda olması qoşun toplamaq işini asanlaşdırırdı. Naxçıvan xanları vilayət daxilində nizam-intizamı qorumaq, kənardan xanlığa qarşı törənən hər hansı bir təhlükənin qarşısını almaq üçün Bilici qoşunundan daim istifadə edirdilər. Bilici oymağının Ərəbxanlı, Qışlaq, Tat adlı oba və kəndləri vardı. Bilici oymağından xeyli tanınmış şəxsiyyət çıxıb. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli.
Bilik
Bilik — insanın özü və onu əhatə edən aləm və bu aləmin amilləri haqqında məlumat toplusu. Bilik müqəddəsliyi baxımından formallaşdırılmış informasiyadır. Bilik praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində alınan predmet sahəsinin qanunauyğunluqları olub həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Bilik – yaxşı strukturlaşdırılmış verilənlər və metaverilənlərdir. Biliklərin saxlanılması üçün Biliklər bazası (BB) lazımdır. Daxili interpretasiya. EHM-in yaddaşında verilənlər elementi olan informasiya vahidi ilə birlikdə həmin informasiya vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem adları verilənə qoyulmuş fərdi adı və həmin verilənin daxil olduğu adlar çoxluğunu və ya adlar sinfini özündə birləşdirir. Məsələn, müəssisənin hər hansı əməkdaşı haqqında məlumatlar yığımı onun kadrlar şöbəsində şəxsi işinin nömrəsi, işlədiyi laboratoriyanın adı, bu laboratoriyanın daxil olduğu şöbənin adı və i.a. ilə qeyd edilir.
Bilik Günü
Bilik Günü — Azərbaycanda və bir sıra ölkələrdə məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu == İslamda elmə münasibət == Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhalələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. == Azərbaycanda elmə münasibət == Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Bilik bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik - predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.Bilikləri üç böyük qrupa bölmək mümkündür.
Bilik fondu
Bilik iqtisadiyyatı
Bilik iqtisadiyyatı — postsənaye iqtisadiyyatı və informasiya cəmiyyəti və ya bilik cəmiyyəti ilə xarakterizə olunan yenilikçi iqtisadiyyatın ən yüksək inkişaf mərhələsi; eyni zamanda — dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatı və cəmiyyətinin böyük inkişafının növbəti mərhələsi. İndiyə qədər bilik iqtisadiyyatı ABŞ tərəfindən və qismən AB tərəfindən yaradılmışdır. == Terminin mənası == Bilik iqtisadiyyatı termini çox vaxt yenilikçi iqtisadiyyatın sinonimi kimi istifadə olunur. Lakin, bilik iqtisadiyyatı yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bilik cəmiyyətinin və ya informasiya cəmiyyətinin əsası, təməlidir. Bilik iqtisadiyyatı, inkişafın əsas amillərinin bilik və insan kapitalı olduğu bir iqtisadiyyatdır. Belə bir iqtisadiyyatın inkişaf prosesi insan kapitalının keyfiyyətinin yüksəldilməsindən, həyat keyfiyyətinin yaxşılaşdırılmasından, yüksək texnoloji biliklərin, innovasiyaların və yüksək keyfiyyətli xidmətlərin istehsalından ibarətdir. Sosiologiyada: Gündəlik Texnoloji İnqilabın İqtisadiyyatı. Bilik iqtisadiyyatı post-sənaye iqtisadiyyatı və yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bu səbəbdən ABŞ, Almaniya, Böyük Britaniya, Koreya Respublikası və Yaponiya kimi ən inkişaf etmiş ölkələr üçün ən xarakterikdir.Ədəbiyyatda inkişaf etmiş və gələcək cəmiyyətlərin və iqtisadiyyatların digər tərifləri mövcuddur. Vurğulamaq lazımdır ki, bilik iqtisadiyyatı ilə innovasiya iqtisadiyyatı arasındakı əsas fərq, ilk bilik vəziyyətində bazara çıxarıla bilən daxili bir əmtəə halına gəlməsidir. İkincisi vəziyyətində, bilik yeniliklərin yaradılması üçün zəruri şərtdir, bununla birlikdə bu tip iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi məhz yeni texnologiyalar, iqtisadiyyata daima yenilikçi istehsal metodlarının tətbiqi, yeniliklərin və texnologiyaların satışı və alınmasıdır.
Biliklər bazası
Bilik bazası (BB), (en. Knowledge base, KB) — problemin həllini əks etdirən faktlar və qayda toplusu. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar. Bilik bazasının əsasını bilik təşkil edir. Bilik - predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və peşəkar təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir. Biliklər bazası – adətən, ekspert sistemlərində istifadə olunan verilənlər bazasının bir növü; müəyyən sahədə insanların (mütəxəssislərin) topladığı biliklərdən ibarətdir. Ekspert sisteminin başqa vacib hissəsi – nəticə mühərriki (INFERENCE ENGINE) mühakimələrdən və ya, adətən, mütəxəsislər tərəfindən yerinə yetirilən məsələnin həllinə yanaşmalardan ibarətdir == Biliklər bazasının xüsusiyyəti == Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir: daxili interpretasiya. strukturlaşma. bağlılıq. aktivlik.Bilikləri üç böyük qrupa bölmək mümkündür.
Biliklərin təşkili
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).
Bilim ve teknik (jurnal)
Elm və Texnika - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatının 1967-ci ilin oktyabr ayından nəşr olunan aylıq jurnalı. Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən lisey və tayı məktəblərə; Türkiyə Baş qərargah Başçılığı tərəfindən Türkiyə Bilim ve teknik (jurnal)Silahlı Qüvvətlər personalına tövsiyə edilmişdir. Elm və Texniki jurnalı İyun 2006da çıxan 463. sayında ilk ədəddən başlayıb 457. sayına qədər olan jurnallarını ədədi mühitə köçürərək oxucularına DVD formasında Məlumat Xəzinəsi adıyla hədiyyə olaraq vermişdir. Elm və Teknik,1967dən 1994-cü ilə qədər jurnal formatında basılmışdı və dəriləri TÜBİTAKdə satılmıştı.1994dən etibarən də kitab formatında basılmağa başlandı. 2001-ci ildə İrfan Sayarın çəkdiyi Zehini Sinirin "proyektlərini" nəşr etməyə başladı. Bu ildə 400. sayında(Mart 2001) birlikdə əlavə olaraq "İnsan Genomu" verildi. Bundan sonrakı ildən etibarən, 2002 ilində əlavə olaraq "Yeni Üfüqlərə" adlı kiçik bir jurnal verilməyə başlandı.
Bilim çocuk (jurnal)
Elm uşaq jurnalı - Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı Yanvar 1998-ci ildən etibarən çıxarmağa başladığı və uşaqlara görə olan aylıq bir jurnaldır. Məqsədi uşaqlara elmi sevdirməkdir. 1999 ilə 2000 illərində müəyyən mövzularda fotoşəkil çəkər vermişdir. 2001-ci ildə Təbiət Kartları vermiş, 2002-ci ildən itələyibərənsə bunun yerini hər mövzuda kartlar götürmüşdür. Jurnal hal-hazırda 64 səhifədir. Ayrıca jurnalın köhnə ədədləri (1999-2005) cildlənərək TÜBİTAK Məşhur Elm Kitabları Satış Bürosunda satılmaqdadır. Bu jurnalın çıxmağa başlamasından 2 il əvvəl, 1996 və 1997 illərində Elm və Texniki jurnalıyla birlikdə əlavə olaraq 16 səhifəlik "Elm və Texniki Uşaq" verilirdi. Elm Uşaq TÜBİTAKin yeni logo 102. sayı(İyun 2006)ndan etibarən istifadə etməyə başlamışdır. 20 may 2008 tarixində Medyatava.com adlı saytın etdiyi araşdırmaya görə 83.730 tirajla Türkiyənin ən çox satılan jurnalı olmuşdur.
Bilinit
Bilinit Fe2+ Fe23+ [SO4]4 • 22H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: nadir. == Xassələri == Rəng – ağ, sarımtıl; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,87; Sərtlik – 1; Sınıqlar – tikanlı; Morfologiya – kristallar: iynəvari, tükşəkilli; Mineral aqreqatları: radial-lifli kütlələr, qabıqlar. == Mənşəyi və yayılması == Ən çox hipergen şəraitdə dəmir sulfidlərinin dəyişilmə məhsulu kimi əmələ gəlir. Liqnitlərdə və sulfid filizlərinin oksidləşmə zonasında qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: ryomerit, botriogen, pikkerinqit, pikromerit və b. Mineralın tapıldığı yerlər: Bilina dağı (Çexiya). Azərbaycanda Laçın rayonunda Bülüldüz sulfid təzahüründə tapılmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Bilinqualizm
Bilinqualizm (ikidilli < lat. bi- «iki» + lat. lingua «dil»): iki dilin istifadəsinin alternativ tətbiqi; iki dildə bilik və uğurlu ünsiyyət qurmaq üçün bunlardan istifadə etmək bacarığı (dillər haqqında minimal bilik olsa belə); iki dili eyni dərəcədə mükəmməl bilmək, lazımi ünsiyyət şəraitində eyni dərəcədə istifadə etmək bacarığı.İki dildə danışan insanlara bilinq, üç polinq, üçdən çoxu poliqlot deyilir. Dil sosial qruplaşmaların funksiyası olduğundan, ikidilli olmaq eyni zamanda iki fərqli sosial qrupa mənsub olmaq deməkdir. Diqlossiya termini ikidilli terminlə yaxındır, lakin əhatə dairəsinə görə hər zaman onunla üst-üstə düşmür. == Dillərin qarşılıqlı təsiri == Dillərin hər hansı bir qarşılıqlı əlaqəsi, ən azından az miqdarda ikidilli olan insanların varlığını tələb edir. == Təsnifatı == Yaşına və ikinci bir dili mənimsəmə üsuluna görə bunlar fərqlənir: uşaqların ikidilliliyi (ilkin, doğuşdan, təbii, uşaq); gec ikidilli (ikincil, qazanılmış, qatqı).Dil qazanma mühiti ilə: təbii ikidilli (müxtəlif dillərdə danışanlar arasında qazanılmış) süni iki dillilik (dillərdən biri süni olaraq yerli olmayan bir şəxs tərəfindən təqdim olunur).İki dilə yiyələnmə ardıcıllığı ilə: bir şəxsin eyni vaxtda iki dili mənimsədiyi eyni vaxtda ikidilli (eyni vaxtda, sinxron); ardıcıl ikidilli.Gec ikidilliliyin könüllülüyü ilə: şərtlərə görə - fərdin yeni bir dil mühitində yaşamaq üçün bir dil öyrəndiyi bir vəziyyət; seçmə.İki dilin nisbəti ilə: şaquli - bir şəxsin ədəbi formada dilə əlavə bir əlaqəli və ya ləhcəyə sahib olduğu bir vəziyyət; fərdi, bərabər sosiolinqvistik statusa malik olan iki uzaq dildə danışdığı yatay.İki dilin bacarıqlarına / istifadə səviyyəsinə görə: bir insanın iki dildə eyni dərəcədə səlis danışdığı balanslı (maksimum, ayrılmaz, ikiqatlılıq, bərabərlik), yəni vəziyyət ikidilli dil səriştəsinin bərabər səviyyələri ilə xarakterizə olunur; balanssız (dominant, dominant) iki dilə münasibətdə ikidilli dil bacarıqlarının fərqli səviyyəsi ilə xarakterizə olunur; qarışıq, bir-birinin üstünə iki dil sisteminin tətbiq olunduğu iki dilin müntəzəm qarışması ilə xarakterizə olunur; normallaşmış dil ilə yanaşı fərdi şəxsin ustalığını nəzərdə tutan diaqonal (diqlossiya), onun qeyri-standart formaları. qəbuledici: 1. fərdin xarici dildə danışmaq və yazmaq bacarığı olmadığı halda xarici dili başa düşmə qabiliyyətinə malik olduğu (yarı dilçilik); 2. Bir şəxsin ana dilini başa düşdüyü, lakin nədənsə bu dildə danışmamağa üstünlük verdiyi bir vəziyyət (gizli ikidilli ilə qarışdırılmamaq, fərdin müəyyən səbəblərdən ikinci dil biliklərini gizlətdiyini ifadə etmək) ; ilkin - ikidilli ikinci dili mənimsəmənin ilkin mərhələsi; fərdi tərəfindən istifadə bacarıqlarının itirilməsi ilə xarakterizə olunan regresif (resessiv); subtraktiv (diferensial), burada fərdin mənimsədiyi ikinci, yeni dil birincisini əvəz edir.
Bilinqvizm
Bilinqvizm (ikidillik) — əhalinin müəyyən qruplarının iki və ya daha çox dildə danışa bilməsi. İki dil bilən insanlar bilinqvlər, iki dildən çox bilənləri polilinqvnlər, altı dildən çox bilənlərə isə poliqlotlar adlanırlar. Dil müəyyən sosial qruplaşma rolu oynadığına görə, bilinqvlər eyni zamanda iki sosial qrupa məxsus olurlar.. Р) == Ədəbiyyat == Ахунзянов Э.М. Двуязычие и лексико-семантическая интерференция. – Казань, 1978. Аюпова Л.Л. Вопросы социолингвистики: типы двуязычия в Башкирии. – Свердловск, 1988. Бертагаев Т.А. Билингвизм и его разновидности в системе употребления // Проблемы двуязы-чия и многоязычия. – М.: Наука, 1872. – С. 82–88.
Biliqtu xan
Biliqtu xan Ayuşridara (monq. Билэгт хаан Аюшридар; 1338, Yuan İmperiyası - 1378, Şimali Yuan Dövləti) — Şimali Yuan Dövlətinin 1-ci, ümumilikdə Yuan sülaləsinin 13-cü, de-yure olaraq isə Monqol imperiyasının xanı.
Biliqtü xaqan
Biliqtu xan Ayuşridara (monq. Билэгт хаан Аюшридар; 1338, Yuan İmperiyası - 1378, Şimali Yuan Dövləti) — Şimali Yuan Dövlətinin 1-ci, ümumilikdə Yuan sülaləsinin 13-cü, de-yure olaraq isə Monqol imperiyasının xanı.
Biliran adası
Biliran adası (seb. Lalawigan sa Biliran, taqal Biliran)- Filippin adalarına daxildir. == Coğrafiyası == Şərqi Visayi regionuna daxildir. Leyte adasından bir neçə km məsafədə yerləşən. İnzibati paytaxtı Naval şəhəridir. Biliran ölkənin kiçik bir əyalətlərindəndir. 1992-ci ildə Leyte əyalətinə daxil idi. Sahəsi-555,5 кm² (ölkənin ən balaca 4-cü adasıdır). Əsas Biliran adasından başqa bir neçə adanı da özündə birləşdirir. Belə ki, onlardan Maripipi və bir çox başqa məskunlaşmamış adaları göstərə bilərik.