BILE

bile1

n 1. öd; 2. əsəbilik, tündməcazlıq; səbirsizlik

bile2

adj öd; ~ cyst anat. öd kisəsi; ~ duet anat. öd kanalı

BILBERRY
BILE-STONE
OBASTAN VİKİ
Bilefeld
Bielefeld - Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində bir şəhər.
Bilegiyn Damdinsuren
Bilegiyn Damdinsuren (monq. Билэгийн Дамдинсүрэн; 1919, Monqolustan – 12 yanvar 1992, Ulan-Bator) — Monqolustan bəstəkarı. == Həyatı == Bilegiyn Damdinsuren 1919-cu ildə Monqolustanda anadan olmuşdur. O, 1935-ci ildə milli teatr aktyoru olmuş və 1941–1954-cü illərdə musiqi direktoru olmuşdur. Damdinsuren 1954–1956-cı illərdə Leninqrad Dövlət Konservatoriyasında, 1958–1962-ci illərdə Pekin Mərkəzi Konservatoriyasında təhsil almışdır. O, Monqolustana qayıtdıqdan sonra 1981-ci ilə qədər Milli Teatrın musiqi direktoru olmuşdur. Damdinsuren Monqolustan klassik musiqisinin banilərindən biri hesab olunur. O, Luvsanjambın Murdorj ilə birlikdə Monqolustan himnini bəstələmişdir. Damdinsuren 12 yanvar 1992-ci ildə Monqolustanın paytaxtı Ulan-Bator şəhərində vəfat etmişdir.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Bilev mahalı
Biləv mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Biləv mahalı olmuşdur. Biləv kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular. Biləv mahalına təyin olunmuş naiblər (mahal hakimləri) Kəngərli tayfasından, Naxçıvan xanlığının Vəkil (Sultan) qolundan I kərim Sultan - Bilici Kəngərli nəslindən oimuşlar. Mahal hakimiyyətinin əksər məmurları da Kəngərli tayfasından və naiblərin qohumlarından təyin olunurmuşlar. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Biləv kəndi Sərhədləri — == Etimologiyası == Tədqiqatçılar qədimliyi, yerləşdiyi ərazinin dağlıq və landşaft xüsusiyyətlərinin müxtəlif olması ilə seçilən kəndin Biləv adlanmasının müxtəlif səbəblərini veriblər. Bəzi mənbələrə görə, Biləv “min ev” sözünün təhrif olunmuş formasıdır, digər əsaslarda Biləv adının kənddəki “bülöv daşı” sözündən götürüldüyü məlum olur.
Bileveillea
Blumea (lat. Blumea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Bileveillea Vaniot Blumeopsis Gagnep. Cyathocline Cass. Doellia Sch.Bip. Leveillea Vaniot Nanothamnus Thomson Placus Lour.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Lotereya bileti (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954)
"Milyon funt sterlinq dəyərində bank bileti" (ing. The Million Pound Note) — rejissor Ronald Nimin filmi. 1903-cü ildə amerikalı Henri Adams bədbəxt vəziyyətdə Britaniyaya gəlib çıxır. Cibində qara qəpiyi belə olmayan bu adam təsadüfən Monpelye qardaşları ilə tanış olur. Qardaşlar ona bir zərfdə pul verirlər. Zərfdən 1 milyon funt-sterlinq dəyərində bank bileti çıxır. Bu biletin onda olmasının sayəsində Henri Londonun yüksək təbəqəli adamlarının əhatəsinə düşür...
Xəzinə bileti
Xəzinə bileti — xəzinə idarəsinin bir qayda olaraq büdcə kəsirini ödəmək üçün buraxdığı kağız pul (qızıla dəyişdirilmir); keçmiş sosialist ölkələrində xırda kupyuralı kağız pullar, keçmiş SSRİ-də 1, 3 və 5 manatlıq.
Biletsa döyüşü
Biletsa döyüşü — 1388-ci ilin avqustunda Böyük hersoq Vlatko Vukoviçin başçılıq etdiyi Bosniya krallığının qüvvələri ilə Lalə Şahin Paşanın başçılığı altında Osmanlı imperiyası arasında döyüş. Osmanlı ordusu krallığın cənub bölgəsi olan Huma soxulmuşdu. Günlərlə davam edən qarətdən sonra işğalçılar Dubrovnikin şimal-şərqindəki Biletsa şəhəri yaxınlığında müdafiə qüvvələri ilə toqquşmuşdular. Döyüş Osmanlının məğlubiyyəti ilə başa çatmışdır. == Zəmin == Frakiyada yerləşən Osmanlı türkləri 1380-ci illərdə qərbi Balkanlar üçün əhəmiyyətli hərbi və siyasi faktor kimi meydana çıxmışdır. Makedoniyadakı müxtəlif ölkələrin hökmdarlarını öz vassallarına çevirən I Muradın başçılığı ilə Osmanlılar qərbə, Adriatik sahillərinə doğru basqınlar etməyə başlamışdılar. Onlar Balkanlardakı feodallara öz aralarında apardıqları müharibələrdə həvəslə kömək edir, ixtilafları artırır və istismar edirdilər, Balkan dövlətlərini məqsədli şəkildə zəiflədirdilər. Bosniya krallığının Osmanlı hücumundan təhlükəsiz olacağı qədər uzaq olduğu düşünülürdü və şərqdə Serbiya imperiyasının süqutundan sonra yüksələn müstəqil dövlətlər kəməri ilə qorunurdu. Bununla belə, Bosniya ilə Osmanlı Frakiyası arasındakı məsafə heç bir maneə yaratmamışdı. Bosniya kralı I Tvrtko ilə Zeta hökmdarı və Muradın vassalı II Georgi Balşic arasındakı düşmənçilik bosniyalılarla türklər arasında gözləniləndən daha tez toqquşmalara səbəb olmuşdu.
Bilefeld Universiteti
Bielefeld Universiteti (alm. Universität Bielefeld) — Almaniyanın Bielefeld şəhərində dövlət universiteti. 1969-cu ildə əsası qoyulmuş universitet ölkənin yeni universitetlərindən biridir və özünü "islahatçı" universitet hesab edir. Universitet həmçinin fənlərarası tədqiqatlara xüsusi diqqət yetirir. Boloniya prosesinin bir hissəsi olaraq bəzi fakültələri bakalavr/magistr dərəcələrinə keçirən ilk Almaniya universitetləri arasındadır. Bielefeld Universiteti 2025-ci ilə qədər tamamlanmalı olan geniş çoxfazalı modernləşdirmə layihəsinə başlamışdır. Bu təşəbbüs üçün ümumi 1 milyard avrodan çox investisiya nəzərdə tutulub. == Kampusu == Bütün fakültə və institutların, eləcə də böyük kitabxananın yerləşdiyi əsas bina 1960-cı illərə xas olan funksional beton konstruksiyadır. Təkcə 154.000 m2 sahəsi olan əsas bina Avropanın ən böyük tikililərindən biridir. == Kitabxanası == Universitetin kitabxanası əsas binanın 1-ci mərtəbəsinin çox hissəsini tutur və 2,2 milyon cilddən çox kitabdan ibarətdir.

Digər lüğətlərdə