Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çək-çək
Çək-çək (başq. cək-cək, tatar. çək-çək, qaz. şak-şak və ya şek-şek) — xəmirdən və baldan hazırlanan qida. Türk xalqlarına məxsus milli yemək. Daha çox başqırd, tatar və qazaxlar istifadə edir. == Hazırlanması == Çək-çək buğda unundan hazırlanmış yumşaq xəmirdən və çiy yumurtadan hazırlanır. Xəmir nə qədər yumşaq olsa çək-çək o qədər yumşaq və havalı olacaq. Yumurta ilə yoğrulmuş xəmirdən vermişili xatırladan qısa və nazik çubuqlar və ya kiçik qoz ölçüsündə şarlar düzəldilir. Daha sonra qazanda qızardılır və üzərinə qaynar bal qarışığı tökülür.
Cüt və tək funksiyalar
"Funksiya" — Riyaziyyatın əsas anlayışlarından biri. Onun verilməsində sabit və ya dəyişən kəmiyyətlərdən istifadə edilir. Müxtəlif ədədi qiymət ala bilən kəmiyyətə dəyişən kəmiyyət, yalnız bir ədədi qiymət ala bilən kəmiyyətə isə sabit kəmiyyət deyilir. Məsələn, havanın temperaturu, avtomobilin sürəti, dəniz suyunun səviyyəsi və s. dəyişən kəmiyyətlərdir. İlin fəsillərinin sayı, çevrənin uzunluğunun diametrinə olan nisbəti və s. sabit kəmiyyətdir. Çox zaman hər hansı kəmiyyətin bir qiyməti digər kəmiyyətin də, müəyyən qayda ilə ona uyğun hər hansı qiymət almasına səbəb olur. Onda ikinci dəyişən kəmiyyət birincidən asılı olur. Birinci dəyişənə sərbəst (asılı olmayan), ikinci dəyişənə isə asılı dəyişən deyilir.
Cüt və tək ədədlər
Cüt və tək ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. == Cüt ədədlər == Cüt ədədlər - sonu 0,2,4,6 və 8 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlər 2 - yə qalıqsız bölünür Cüt ədədlərin ən kiçiyi 2 - dir Cüt ədədlər sonsuz saydadır Cüt ədədin ümumi şəkli: C=2n;( n ∈ N {\displaystyle n\in \mathbb {N} } ) == Tək ədədlər == Tək ədədlər - sonu 1,3,5,7 və 9 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə tək ədədlər deyilir.
Tək və cüt ədədlər
Cüt və tək ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. == Cüt ədədlər == Cüt ədədlər - sonu 0,2,4,6 və 8 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə cüt ədədlər deyilir. Cüt ədədlər 2 - yə qalıqsız bölünür Cüt ədədlərin ən kiçiyi 2 - dir Cüt ədədlər sonsuz saydadır Cüt ədədin ümumi şəkli: C=2n;( n ∈ N {\displaystyle n\in \mathbb {N} } ) == Tək ədədlər == Tək ədədlər - sonu 1,3,5,7 və 9 rəqəmlərindən biri ilə qurtaran natural ədədlərə tək ədədlər deyilir.
AEK
AEK BK —
Cek
Cek — Azərbaycan Respublikasının Quba rayonunun Əlik inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərin tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Əlik kənd sovetliyinin tərkibində olmuş, hazırda Əlik bələdiyyəsinin tərkibindədir (1999-cu ildən). == Tarixi == Cek kəndi çox qədim tarixə malik kəndlərdən biridir. Cek sözü etnotoponimdir8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir. 2011-ci ilin avqust ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Cek kəndinə aid ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə – e.ə. III-II minilliklərə aid olması ehtimal edilir.
Kek
kek ya da tort— şirin xəmirdən hazırlanan kiçik ölçülü, adətən də kremli olan şirniyyat məhsulu. == kekların növləri == === Şokoladlı kek === ==== Ərzaqlar ==== 250 qram un 6 ədəd yumurta 130 qram şəkər 50 qram kakao tozu 200 qram qaymaq 100 qram şokolad 5 qram ovulmuş portağal qabığı 1 paket vanil 5 qram soda ==== Hazırlanması ==== Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın. Nuş olsun! === Portağal sufleli kek === ==== Tərkibi ==== biskvit üçün: 3 yumurta 150 q şəkər tozu 150-200 q unsufle üçün: 20 q jelatin 200-250 portağal şirəsi (4-5 portağalın) 500 ml 33-35%-li qaymaq 150 q şəkər tozu ==== Hazırlanması ==== Yumurtaları şəkər tozu ilə çalın.
Lək
Lək — Bostanda bitkilərin əkildiyi cərgə. Lək (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Lək (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Lək (Ucar) — Azərbaycanın Ucar rayonunda kənd. Lək (Şamaxı) — Azərbaycanın Ucar rayonunda kənd. Ləki — Azərbaycan Respublikasının Ağdaş rayonu inzibati ərazi vahidində qəsəbə.
VES
Verilənlərin emal sistemləri (VES) — verilənlərin operativ emalına yönəlmiş sistemlərdir. VES-nin əsas məqsədi verilənlərin operativ emalıdır və bu cür sistemlərdə verilənlər bir-neçə aydan çox saxlanılmırlar. Verilənlər köhnəldikdə onlar verilənlər bazasindan (VB) silinir və ya arxivə göndərilir. Təbii ki, müxtəlif sistemlərdən yığılmış bu cür verilənlər müxtəlif struktura, formata və standarta malikdir. Nəticədə VES-nin uzun müddətli istismarı ərzində yığılmış və təşkilat üçün çox qiymətli informasiyalar istifadə olunmamış qalır. Yığılmış və analiz üçün hazırlanmış verilənlərin tam, səmərəli istifadəsində müxtəlif analiz üsullarından (statistik analiz, dinamik interaktiv çoxölçülü analiz, intellektual analiz) istifadə edilir. Qərarların qəbulunu dəstəkləyən sistemlər (QQDS) korporativ şəbəkələrdə, VES-də yığılmış böyuk tutumlu verilənlər üzərində çoxölçülü, dinamik, interaktiv, intelektual analiz aparmaqla gizli tendensiyaları üzə çıxarır, verilənlər arasında qanunauyğunluqları tapır və qərarların qəbul edilməsi üçün istifadə edilir. == Mənbə == Пржиялковский В. В. Сложный анализ данных большого объема: новые перспективы компьютеризации // СУБД. — 1996. — № 4. — С. 71–83.
Vel
Vel — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2009-cu ildə Azərbaycanda keçirilən əhali siyahıyaalmasına əsasən kəndin əhalisi 724 nəfərdir.
Ven
Ven (kanton)
Vəl
Vəl — Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış universal döyüm aləti. Vəl ağır və möhkəm oduncaqlı ağacdan, əsasən, palıddan düzəldilirdi. Yerli iqlim şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa olmaqla, quruluşca iki növünə təsadüf olunurdu. Vəl taylarının uzunluğu təxminən 1,5–1,7 m-ə qədər, eni 60–70 sm, qalınlığı isə 7–8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu daşları xırda metal parçaları ilə də əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə imkan verirdi. Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış vəziyyətdə düzəldilirdi. Bunun sayəsində vəlin xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə yığılmasının qarşısı alınırdı. Vəlin qabaq hissəsində "vəlbənd" adlanan düzbucaqlı formalı xüsusi çıxıntı düzəldilirdi.
Vəz
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. == Vəzilərin inkişafı == Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Veb
Veb — İnternet. Ümumdünya hörümçək toru, qısaca: WWW və ya veb.
Düm Tek Tek
Düm Tek Tek-Türkiyəni 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnı. Mahnını Belçikada yaşayan türk müğənni Hadisə ifa edəcəkdir. == Klip == Bu il may ayında Moskvada keçiriləşəcək 2009 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisə “Düm Tek Tek” adlı mahnısına klip çəkdirib. Klipin çəkilişi Tarkanın kliplərinin rejissoru Metin Arolata həvalə olunub. Hadisə çəkilişlərdə alovlar içində “Düm Tek Tek” mahnısını səsləndirib. Klip bəzi səbəblərə görə Türkiyənin TRT kanalında klipin yayımlanması qadağan olunmuşdur.
Lək-lək (jurnal)
"Lək-lək" jurnalı (az.-əbcəd لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş ədəbi jurnal. == Haqqında == "Lək-lək" jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda işıq üzü görmüşdür. Həmin ilin 30 iyununadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır. Jurnal "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir. "Həmədanlı Məşədi İbad" imzası ilə verilən bir mətbuatda deyilirdi: Jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə (Aciz) olmuş və İrəvandakı "Luys" mətbəəsində çap edilmişdir. Onun nəşrinin dayandırılması ilə bağlı müəllifin qeydləri vardır. Həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından tanış olmaq mümkündür. "Lək-lək" indiki Ermənistanda türk dilində nəşr olunan ilk mətbuat orqanı, həftəlik məzhəkəli məcmuə idi. 1913-cü ildə "Lək-lək"in nəşrinə icazə verilməsi haqqında senzura sənədlərində Gürcüstan SSR Mərkəzi Dövlət Tarix Arxivindəki 480-ci fondun 1-ci siyahısının 968 nömrəli iş-qovluğunda İrəvan qubernatorunun "Lək-lək"i buraxmaq haqqında Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə verdiyi 21 yanvar 1914-cü il tarixli şəhadətnaməsində jurnalın baş məqalələr, şeir, şəhər işləri, Qafqaz xəbərləri, teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil, poçta qutusu, elanlar çapına icazə verilmişdir. == Baş redaktorları == Tağı Şahbazi Simurq Cabbar Əsgərzadə == Qəzetin başlıca mövzuları == Jurnalın təbliğ etdiyi müsbət ideyalar çox idi.
AEK BK
AEK (yunan dilində:Αθλητική Ένωσις Κωνσταντινουπόλεως), Athlitiki Enosis Konstantinoupoleos - Yunanıstanın Afina şəhərini təmsil edən kişilərdən ibarət basketbol komandası.
Cek (ad)
Cek — ad. Cek London — ABŞ yazıçısı. Cek Kilbi — Amerikalı elektrik mühəndisi.
Cek (dəqiqləşdirmə)
Cek (ad) Cek — Quba rayonunda kənd. Cek dili — Ceklilərin danışdığı dil. Ceklilər — Azərbaycanın milli etnik nümayəndələri. Cek Cəmiyyəti — Azərbaycanda ictimai birlik; Ceklilərin yaratdığı təşkilat.
Cek (pavian)
Cek (ing. Jack) və ya ləqəbi ilə Siqnalçı Cek (ing. Jack the Signalman; ö. 1890) – Cənubi Afrikada fiziki məhdudiyyətli dəmiryol siqnalçısı olan sahibinə kömək etməsi ilə məşhurlaşan çakma pavianı.1880-ci ildə Cənubi Afrikada Port-Elizabet ilə Keyptaun şəhərləri arasındakı dəmiryolunda işləyən Ceyms Uid adlı fiziki məhdudiyyətli dəmiryol işçisi Eytenxaxedəki bazarda gəzərkən öküzlərə çobanlıq edən paviana rast gəldi. Meymunun bacarıqlarından təsirlənən Uid onun sahibinə yaxınlaşaraq onu aldı, ona Cek adını verdi və onu öyrədərək şəxsi köməkçisinə çevirdi.Uidin gündəlik həyatda köməyə ehtiyacı var idi. İllər öncə hər iki ayağını da bir iş qəzası zamanı itirmişdi və bu, qatar stansiyasına gediş-gəlişini çətinləşdirirdi. Uidin kotteci stansiyadan yarım mil uzaqlıqda idi və onun Cekə öyrətdiyi ilk şey əlil arabasını itələmək idi. Daha sonra Cek ev işlərində kömək etməyə, yerləri süpürməyə, zibilləri atmağa başladı. Əvvəlki sahibi Uidə xəbərdar etdi ki, əgər hər gecə Cekə bir qurtum Ceyp konyakı verməsə, Cek növbəti gün özünü qaşqabaqlı aparacaq və heç nə etmək istəməyəcək. Bir gün Uid Cekə bunu etməyə unutduğuna görə Cek onu işə aparmaqdan imtina etmişdi.
Cek Broton
Cek Broton (1703, London – 8 yanvar 1789, London) — Boksun atası hesab edilən 18-ci əsrdə yaşamış şəxs. İlk dəfə olaraq 7 maddədən ibarət boks qaydalarını hazırlayıb. İlk boks əlcəklərinin hazırlanması da onun adı ilə bağlıdır. Con "Jack" Broughton (təxminən 1703 - 8 yanvar 1789) ingilis çılpaq boksçu idi. O, belə yarışmalarda istifadə olunacaq qaydalar toplusunu kodlaşdıran ilk şəxs idi; bundan əvvəl mövcud olan "qaydalar" çox sərbəst şəkildə müəyyən edilmişdi və müsabiqədən müsabiqəyə dəyişilirdi. Onun amfiteatrında boksun necə aparılacağına dair yeddi qaydası (o dövrdə ən böyük və ən nüfuzlu idi) sonralar London Prize Ring qaydalarına çevrildi və daha əvvəl boksa çevriləcək idmanın təməl daşı kimi qəbul edildi. == Həyatı == Con Broughtonun erkən həyatı haqqında çox az şey məlumat var. O 1703-cü ildə naməlum valideynlərə anadan olub, ehtimal ki, Londonda,20-ci əsrin əvvəllərindəki boks tarixində onun Qlosterşir ştatının Baunton şəhərindən olan bir fermerin oğlu olduğu iddia edilir.[3] Şagirdlərin qeydləri göstərir ki, Broughton 1723-cü ilin may ayında Temza su ustasının şagirdi olmuşdur. 1 avqust 1730-cu ildə Broughton əvvəlki il ərzində şagirdliklərini başa vurmuş suçular arasında illik Doggett's Palto və Nişan avarçəkmə yarışının qalibi olmuşdur. Həmin vaxt o, Londonda Hungerford bazarının yaxınlığında sahildə işləyirdi.
Cek Cəmiyyəti
"Cek Cəmiyyəti" İctimai Birliyi (əvvəlki adı: "Azərbaycan Cekli İcması" İctimai Birliyi) — Azərbaycanda ictimai birlik; Ceklilərin yaratdığı təşkilat. == Tarixi == Əvvəlki adı "Azərbaycan Cekli İcması" İctimai Birliyi (ACİİB) olan bu təşkilat 31 mart 2006-cı il tarixində ceklilər tərəfindən Sumqayıt şəhərində təsis edilmişdir. Əlhəddin Ceklinin rəhbərlik etdiyi bu birliyin əsas məqsədi ceklilərin sayını dəqiqləşdirmək, Azərbaycanın bu unikal etnosunun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək qorunub saxlanılmasını təmin etmək, qlobal inteqrasiya sahəsində əməli fəaliyyət göstərməkdir. Birliyin başlıca şüarı belədir: "Biz CAN deyirik! Yəni, Ceklilər Azərbaycan Naminə!". Xüsusi olaraq qeyd edək ki, "Azərbaycan Cekli İcması" İctimai Birliyinin 31 mart günü təsis edilməsi heç də təsadüfi deyildir. Belə ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli, 690 nömrəli "Azərbaycanlıların Soyqırımı haqqında" Fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu tarix Azərbaycan tarixinin faciəli səhifələrindən biri olduğu kimi, ceklilər üçün də faciəlidir. Çünki son iki əsrdə Qafqazda himayədarlarının dəstəyi ilə ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti bütün azərbaycanlılar kimi ceklilərdən də yan keçməmişdir. 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı zamanı Quba mahalında zərər çəkmiş kəndlərdən biri də məhz Cek kəndi və zərər çəkmiş etnoslardan biri isə Cek kəndində və digər kəndlərdə məskunlaşmış ceklilər olmuşdur.
Cek Dorsi
Cek Dorsi (ing. Jack Patrick Dorsey; 19 noyabr 1976[…], Sent-Luis, Missuri, ABŞ) — proqram təminatı arxitektoru, biznesmen; "Twitter"in ideya müəllifi və yaradıcılarından biri. == Həyatı == Cek Dorsi 19 noyabr 1976-cı ildə ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində anadan olmuşdur. O, Sent-Luisdə Bishop DuBourg High School məktəbində orta təhsil alıb. Cek tennis, rəsm çəkmək və incəsənət tarixinə maraq göstərib, məktəb qəzeti üçün yazıb və kompüter klubunda iştirak edib. Yeniyetmə olaraq, o, kompüterləri xoşlayıb və IBM-in ilk versiyalarından birini öyrənərək saatlarla kompüterin qarşısında oturub. Dostları Cekin yeniyetməlik dövründən danışarkən onu sakit oğlan kimi təsvir edirlər. Onun danışığında pəltəklik olub və buna görə də susmağa üstünlük verib. Gənc Dorsi bunun öhdəsindən gələ bilib. Həkimlərin köməyi ilə sağalmağa ümidini itirib, o, qəsdən natiqlik məharəti üzrə məktəb yarışlarında iştirak etməyə başlayıb.
Cek Falaxi
Cek Falaxi (20 fevral 1989, Ann-Arbor, Miçiqan) ABŞ aktyoru və ifaçısıdır. Cek How to Get Away with Murder (sətri tərcüməsi: "Cinayətdən necə yayınmaq olar") adlı ABC-nin televiziya qanuni dramında baş rollardan birində çəkilərək, şöhrət qazanır.Həyatı və fəaliyyəti Falaxi Miçiqan ştatının Ann Arbor şəhərində anadan olub. Cekin atası irlandiyalı, anası isə italiyalıdır. 2011-ci ildə Nyu-York universitetini biririr. Universitetdə aktyorluq peşəsini öyrənir və eyni zamanda qısa tamaşalarda iştirak edirdi. Eləcə də Cek filmlərdə çəkilməyə başlayır. Onlardan biri də Nikolas Keyc tərfindən çəkilmiş Rage (Tokarev) filmidir. Lifetime kanalı ilə də bir ara əməkdaşlıq edirdi. 2014-cü ildə Cek Los Ancelesə köçür və burada Şonda Rayemsin How to Get Away with Murder (sətri tərcüməsi: "Cinayətdən necə yayınmaq olar") dramında baş rollardan birinə dəvət alır. Cek bu dramında Viola Devisin beş seçilmiş tələbələrdən birini Konnor Uolş oynayır.
Cek Kardif
Cek Kardif — britaniyalı kinorejissor və operator Cek Kardif 1914-cü il sentyabrın 18-də İngiltərənin Norfolk qraflığının Qreyt Yarmut şəhərində anadan olub. O, 1937-ci ildə Böyük Britaniyanın ilk tam rəngli filmi sayılan "Səhərin qanadları"nın çəkilişində iştirak edib. İkinci Dünya müharibəsi zamanı Kardiff ticarət gəmilərini müşayiət edən hərbi konvoyla bir yerdə Atlantik okeanını iki dəfə qət edib. Onun çəkdiyi material əsasında "Qərbə yaxınlaşmaq üzrə" sənədli filmi yaradılıb. Kardif operator kimi 70-dən çox film çəkib. Onların arasında "Oğlaq işarəsi altında" (1949-cu il, rejissor Alfred Hiçkok), "Vikinqlər", "Nildə ölüm", "Afrika kraliçası", "Dağıdıcı Konan", "Anna Frankın gündəliyi", "Rembo-2" filmləri var. Onun rejissor kimi çəkdiyi 15 film arasında isə ən məşhuru "Oğullar və aşnalar" sayılır. Devid Qerbert Lourensin kitabı əsasında çəkilən bu film ekranlara 1960-cı ildə çıxıb. Kardif yardıcılığı ərzində iki dəfə "Oskar" mükafatı alıb. O, Hollivud tarixinə "Oskar"ın sahibi olan ilk operator kimi düşüb.